Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə19/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   15   16   17   18   19   20   21   22   ...   55

 
57
imkanı  qazanır.  Boloniya  bəyannaməsinin  tövsiyələrinə  görə  hər 
bir  tələbə  imkan  daxilində  ən  azı  bir  semestri  başqa  ali  təhsil 
müəssisəsində,  yaxşı  olardı  ki,  xarici  ölkələrdən  birinin  ali  təhsil 
müəssisəsində keçməlidir.  
Akademik  mobilliyin  tətbiq  edilməsinin  məqsədlərindən 
biri,  bunun  vasitəsilə  ümumavropa  ali  təhsil  məkanında  ümumi 
mühitin  yaradılmasıdır.  Tələbələrin,  müəllimlərin  mobilliyi  bu 
məkanda  ali  təhsil  sisteminin  vahid  tam  kimi  formalaşmasına  və 
bu cür hiss edilməsinə ən yaxşı təkan verən amillərdə biridir. Ali 
təhsil sistemində hamı tərəfindən qəbul edilən standartların qəbul 
edilməsi ümumi məkanın formalaşması üçün başlanğıc şərtidirsə, 
akademik  mobilliyi  bu  birləşmənin  praktikada  bilavasitə 
reallaşmasına  aparan  addımlardır.  Ali  təhsildə  mobillik  təhsildən 
sonra məzunların Ümumavropa məkanında işə düzəlmək prosesini 
asanlaşdırır. 
Mobillik  Boloniya  prosesinin  tələblərindən  irəli  gələn  digər 
cəhətlərin  də  tam  təmin  edilməsini  tələb  edir.  Çünki  ümumi  ali 
təhsil  məkanında  vahid  standartlar  sistemi,  keyfiyyət  səviyyəsi, 
qiymətləndirmə  sistemi,  ali  təhsil  müəssisələrinin  hüquqi  və 
maliyyə  müstəqilliyi  olmadan  mobillik  mümkün  deyildir.  Buna 
görə  də  Boloniya  prosesinin  tələblərini  yalnız  kompleks  həyata 
keçirməklə istənilən nəticələri əldə etmək olar.  
Mobilliyin  tələb  etdiyi  şərtlərin  sırasında  ali  təhsil 
müəssisələrinin  lazımi  infrastruktura,  maliyyə  imkanlarına  malik 
olmasıdır. Qeyd etmək vacibdir ki, Avropanın özündə də mobillik 
məsələlərinin 
həlli 
kifayət 
səviyyədə 
deyildir. 
Onların 
əksəriyyətində  bu  proses  ən  yaxşı  halda  tələbələrin  və  işçi 
personalın 30 faizə qədərini  əhatə edir.  Bu prosesə qoşulan  yeni 
ölkələrdə, o cümlədən Azərbaycanda, bu işi qurmaq lazımdır. Đlk 
növbədə  tələbə  mübadiləsi  işini  ölkənin  öz  ali  təhsil  sistemi 
daxilində başlamaq vacibdir ki, həm mobillik praktikasının ölkədə 
kök salınmasına nail olunsun, həm də lazımi təcrübə eldə edilsin. 
Son dövrlərdə Avropa ali təhsil sistemi praktikasında iki və 
daha  çox  ali  məktəbin  iştirakı  ilə  birgə  proqramların  tərtib 


 
58
olunması və tədrisin bu proqramlar əsasında aparılması  özünə yer 
almaqdadır.  Birgə  proqramların  tərtibi  və  tətbiqi  təkcə  mobillik 
məsələlərinə deyil vahid təhsil məkanının formalaşması prosesinə 
əhəmiyyətli  dərəcədə  təsir  edir.  Əslində  bu  cür  proqramların 
tətbiqi  gələcək  vahid  ali  təhsil  məkanının  kiçik  modeli  funksi-
yasını  yerinə  yetirir  və  bu  işin  kiçik  miqyasda  sınaqdan  çıxarıl-
ması,  qarşıya  çıxan  maneələrin  aradan  qaldırılması,  təcrübəsinin 
əldə  edilməsi  və  təkmilləşdirilməsi  baxımından  böyük  əhəmiyyət 
kəsb edir.  
Birgə  proqramların  tətbiqi  o  qədər  də  uzun  tarixə  malik 
deyildir  və  təbii  ki,  onun  qarşısına  çıxan  problemlər  da  kifayət 
qədərdir.  Çox  hallarda  obyektiv  səbəblər  üzündən  eyni  proqramı 
müxtəlif  ölkələrdə  tam  tətbiq  etmək  olmur.    Belə  hallarda  ikili 
diplomların  verilməsi  ilə  əməkdaşlığın  edilməsi  praktikası  da 
mövcuddur. Yeri gəlmişkən qeyd etmək istərdik ki,  Azərbaycanın 
bir  sıra  institutları  bu  tipli  proqramlara  qoşulmaq  üzrə  fəaliyyətə 
başlamışlar. 
Xüsusən, 
Azərbaycan 
Turizm 
Đnstitutunun  
Avstriyanın Krems Universiteti ilə həyata keçirdiyi ikili diplomun 
verilməsinə  aparan  birgə  proqramın  Azərbaycanda 
yeni 
başlanğıcın nümunəsidir.  
Vahid  standartların  ümumi  məkanda  tətbiqi  tədrisin 
keyfiyyətinin 
yüksəldilməsi, 
onun 
ölçü 
meyarlarının 
formalaşdırılmasına  əsas  məqamlardan  biridir.  Ali  təhsilin 
keyfiyyətinin  yüksəldilməsi,  onun  başlıca  meyarlarının  təmin 
edilməsi    bütövlükdə  ali  təhsil  sistemlərinin  yaxınlaşması,  birgə 
proqramların  hazırlanması  və  tətbiqi,  diplomların  və  ixtisasların 
qarşılıqlı  tanınması,  yeni-yeni  ölkələrin  vahid  məkana  inteqrasi-
yası məsələlərində qarşıya çıxan ən çətin və mürəkkəb məsələlər-
dən  biri,  bəlkə  də  birincisidir.  Xüsusən,  Azərbaycanın  Ümum-
avropa  ali  təhsil  məkanına  inteqrasiyası  prosesində  bu  problemin 
necə  böyük  əhəmiyyət  kəsb  etməsini  təsəvvür  etmək  çətin 
deyildir. Ölkələrin ictimai-iqtisadi inkişaf səviyyəsində olan müx-
təliflik,  onlarda  mövcud  olan  çoxsaylı  obyektiv  və  subyektiv 
səbəbdən  irəli  gələn  problemlər,  qanunvericilikdə  olan  fərqlər 


 
59
təhsilin  keyfiyyətinə  mənfi  təsir  göstərən  amillərdir,  Ümumi 
sənədə  imza  ataraq  ümumi  ali  təhsil  məkanına  qoşulmağı  bəyan 
etmək  azdır  və  bu  işin  yalnız  başlanğıcıdır.  Đnkişaf  etmiş  bir 
ölkənin  və  ya  ölkələr  qrupunun  ali  təhsil  müəssisələri  ilə 
əməkdaşlıq  etmək,  onlarla  eyni  hüquqa  malik  olaraq  birgə 
proqram  çərçivəsində  fəaliyyət  göstərmək  üçün  keyfiyyət 
göstəricilərinə  görə  ən  azı  ona  yaxın  bir  vəziyyətdə  olmaq 
lazımdır.  Ali  təhsilində  fərqli  keyfiyyət  səviyyəsinə  malik  olan 
ölkələr arasında, şübhəsiz, bərabər səviyyəli tələbə mobilliyindən, 
birgə proqramların həyata keçirilməsindən söhbət gedə bilməz.  
Avropanın özündə öz sambalına, maddi texniki imkanlarına, 
elmi  potensialına  görə  zəif  olan  ali  təhsil  müəssisələri  də  az 
deyildir. Əslində, Boloniya prosesinin hədəflərindən biri də həmin 
ali  məktəblərə  kömək  edərək  müvafiq  yüksək  səviyyəyə 
qaldırmaqdır. 
Tələbə 
və 
müəllim 
mübadiləsinin 
həyata 
keçirilməsi,  onların  birgə  proqramlara  cəlb  edilməsi  güclü  bir 
rıçaq  kimi  istifadə  olunur.  Lakin  bu  məsələdə  də    keyfiyyət 
meyarlarının  və  standartlarının  müəyyən  edilməsi,    keyfiyyətə 
nəzarət  mexanizmlərinin  işlənib  hazırlanması  aktual  problem 
olaraq  qalmaqdadır,  Bu mənada müxtəlif variantlar irəli sürülür 
və  birgə  iclaslarda  müzakirə  edilir.  Onlardan  bir  neçəsinin 
üzərində  dayanmaq  məqsədəuyğun  olardı.  Mövcud  variantlardan 
birində dövlətin təhsilə məsul olan orqanlarına keyfiyyətə nəzarət 
etmək səlahiyyətləri verilməsidir. Bir sıra ölkələrin təhsil nazirliyi 
nəzdində  bu  işlərə  nəzarət  edən  attestasiya  qurumları  fəaliyyət 
göstərir. Lakin Avropada bu formanın tərəfdarları o qədər də çox 
deyildir.  Çünki  bu  cür  nəzarətin  ali  təhsil  müəssisələrinin 
müstəqilliyinə təhlükə olduğu güman edilir. 
Digər  bir  varianta  görə  keyfiyyətə  nəzarət  funksiyasının 
xüsusi ictimai təşkilatlara – müvafiq sahənin peşəkar mütəxəssis-
lərindən  təşkil  edilmiş  agentliklər,  şuralar,  assosiasiyalara 
verilməsi  təklif  olunur.  Bəziləri  isə  bu  işin  dövlət  orqanları  ilə 
ictimai təşkilatların birgə nəzarətinə verilməsini təklif edirlər. Hər 
bir  halda  bütün  ideyalar  onun  üzərində  cəmləşir  ki,  son  məqsəd 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə