Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə2/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   2   3   4   5   6   7   8   9   ...   55

 
4
dərk  edilməsi  və  dəstəklənməsi  bu  işin  uğurunun  vacib  şərtidir. 
Bu mənada, Respublikanın qeyri-hökumət təşkilatlarının diqqətlə-
rinin  və  səylərinin  həmin  sahəyə  yönəldilməsi,  xüsusən  də 
insanların  maarifləndirilməsi  və  güclərinin  səfərbər  edilməsi 
sahəsində  görə  biləcəyi  işlər  əvəzolunmazdır.  Xüsusilə,  bu  prob-
lemlərin araşdırılması, islahatların keçirildiyi mühitin öyrənilməsi,  
problemlərin  həllində  düzgün  metodların  seçilməsində  qeyri-
hökumət təşkilatları böyük xidmət göstərə bilərlər.  
Son  illərdə  Azərbaycanda  vətəndaş  cəmiyyətinin  gücləndi-
rilməsi,  qeyri-hökumət  təşkilatlarının  fəaliyyətlərinin  canlandırıl-
ması  istiqamətində  dövlətin  atdığı  addımlar  təqdirə-layiqdir. 
Xüsusilə, 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanın-
da  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının 
yaradılması  cəmiyyətin  bu  tipli  çoxsaylı  problemlərinin  həlli 
yolunda  vətəndaş  cəmiyyətinin  fəallığının  artırılması  üçün  atılan  
addımlardan biridir.  
Qeyd etmək istərdik ki, Tətbiqi Tədqiqatlar Fondu  Azərbay-
can  Respublikası  Prezidenti  Yanında  Qeyri-Hökumət  Təşkilatla-
rına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Respublika-
sında ali təhsil sahəsində aparılan islahatlara dəstək istiqamətində 
bir  sıra  layihələr  həyata  keçirmişdir.  Sonuncu  «Azərbaycan 
Respublikasında  ali  təhsilin  yeniləşməsi  uğrunda:  təhsil  islahat-
larına  dəstək»  layihəsi  həmin  istiqamətdə  reallaşdırılan  işlərdən 
biridir.  Bu  vaxta  qədər  layihə  çərçivəsində  xeyli  işlər  görülmüş, 
kifayət qədər geniş və müxtəlif xarakterli tədqiqatlar aparılmışdır. 
Hazırda  görülməsi  nəzərdə  tutulan  işlərdən  biri  də  məhz  aparılan 
tədqiqatların  materialların  bir  araya  gətirilməsini,  ümumiləşdiril-
məsini  və  konkret  praktik  məsələ  və  problemlərə  yönəldilməsinə 
xidmət  edəcək  konfrans  müzakirəsinin  keçirilməsidir  ki,  onun 
materialları bu kitabda öz əksini tapmalıdır.  
 Düşünürük ki, ali təhsil sahəsində ölkədə keçirilən islahatlar 
ölkə  ictimaiyyətinin,  xüsusən  də  ali  məktəb  müəllim  və  tələbələ-
rinin  fəallığından,  onların  proseslərdə  yaxından  iştirakından  çox 
asılıdır. Məhz bu nöqteyi-nəzərdən, həyata keçirilən layihədə ölkə 


 
5
ali  təhsilində  aparılan  islahatlarla  bağlı  nəzəri  və  praktik 
məsələlərin  araşdırılması  ilə  yanaşı,  insanların  diqqətini  bu 
məsələyə  daha  çox  cəlb  etmək,  onlar  arasında  maarifləndirmə  işi 
aparmaq  və  onların  gücünün  səfərbər  olunmasına  kömək  etmək 
kimi  məqsədlər  qarşıya  qoyulmuşdur.  Fondun  apardığı  tədqiqat-
ların, o cümlədən sorğunun nəticələrinə  görə, Boloniya prosesinə 
qoşulmağın    və  bu  istiqamətdə  islahatların  aparılmasının  özü 
qədər  vacib  olan  məsələlərdən  biri  ali  təhsil  ictimaiyyətinin 
mümkün qədər geniş və ətraflı məlumatlandırılmasıdır. 
Azərbaycanın  ali  təhsildə  Avropa  təhsil  məkanına 
inteqrasiya  xəttinin  tələblərinə  uyğun  keçirdiyi  islahatların 
uğurunun  vacib  şərtlərindən  biri  bu  prosesin  mahiyyətinin 
araşdırılması,  qaranlıq  və  zidiyyətli  məqamlara  aydınlıq  gətiril-
məsi  və  nəhayət,  onun  qanunauyğunluqlarının  axıra  kimi  dərk 
edilməsidir. 
Eyni 
zamanda, 
Avropa 
ali 
təhsil 
modeli 
Azərbaycanda  tətbiq  edilərkən  yerli  mühitin  xüsusiyyətlərinin 
nəzərə  alınması,  bu  təcrübənin  onlara  uyğunlaşdırılması,  habelə 
bu  vaxta  qədər  Azərbaycanın  ali  təhsil  sahəsində  toplanmış 
müsbət  təcrübəsinin  və    milli  ənənələrinin  qorunub  saxlanılması 
və  inkişaf  etdirilməsi  günün  vacib  məsələlərindəndir.  Xüsusilə, 
nəzərə  almaq  lazımdır  ki,  Avropanın  ali  təhsil  məkanına 
inteqrasiya  xətti  götürmüş  Azərbaycan,  ölkənin  özünəməxsus 
reallıqlarından  irəli  gələn    çoxsaylı  məsələlərlə  məşğul  olmaqla 
yanaşı,  həmin  ümumi  məsələlərin  həllində  də  öz  töhfəsini 
verməlidir.  Kitabda  Boloniya  prosesinin  ən  müxtəlif  cəhətləri 
haqqında  lazımi  məlumat  verilir,  ölkədə  bu  sahədə  aparılan 
islahatların hazırkı vəziyyəti, onların mahiyyəti, məqsədləri, tətbiq 
xüsusiyyətləri  aydınlaşdırılır.  Çap  olunmuş  məruzələrin  hər  biri 
ali  təhsil  islahatlarının  ən  müxtəlif  cəhətlərini  əhatə  etməklə, 
bütövlükdə, həmin sahədə olan real vəziyyəti tam təsəvvür etməyə 
imkan  verir  və  problemlərdən  çıxış  yollarını  tapmağa  şərait 
yaradır.  
Kitabda  Boloniya  prosesinin  mərhələləri,  əhatə  dairəsi 
iştirakçıları  haqqında  məlumatlar  verilir.  Müxtəlif  yığıncaqlarda 


 
6
qəbul  olunmuş  sənədlərin  ümumi  prosesdə  yeri  və  rolu  haqqında 
məlumat  çatdırılır.  Eyni  zamanda  Azərbaycanda  ali  təhsilin 
qanunvericilik bazasına daxil olan bir sıra sənədlərin kitaba daxil 
edilməsi oxucu üçün müraciət olunan problemlər haqqında bitkin 
məlumat almağa kömək edir.  
Konfrans  materiallarının  və  ona  əlavə  olaraq  Azərbaycan 
Respublikasında  ali  təhsildə  aparılan  islahatlarla  bağlı  şərh 
xarakterli  materialların  və  bir  sıra  mühüm  sənədlərin  daxil 
edilməsi  həmin  məsələlərdə  mövcud  boşluqları  doldurmaq  üçün 
görülən işlərdən biridir.  Güman edirik ki, belə materialların  çapı, 
ali məktəb müəllim və tələbələrinə çatdırılması ümumi işin uğuru 
üçün faydalı olacaqdır. 
Özünün  islahatlar  dövrünü  yaşayan  ölkə  ali  təhsilinin  daha 
çox  tədqiqatlara  ehtiyacı  vardır.  Keçirilən  konfrans  və  onun 
materiallarının, xüsusən də, layihə çərçivəsində aparılan tədqiqat-
ların  yekunu  kimi  ortaya  çıxmış  məruzələrin  nəşri  bu  sahənin  -
problemləri  ilə  hər  bir  Azərbaycan  vətəndaşının  tanış  olmasına 
imkan verir və onların müzakirələrə qoşulmasına təkan verə bilər. 
Buna  görə  də  oxucu  rəyi  və  onların  tənqidi  təklifləri  bizim  üçün 
dəyərlidir  və  veriləcək  rəy  və  təkliflərə  görə  əvvəlcədən  təşək-
kürümüzü bildiririk. 
 
Layihənin rəhbəri 
Đbrahim Əliyev 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə