Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə20/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   16   17   18   19   20   21   22   23   ...   55

 
60
keyfiyyətin  səviyyəsinə  olan  mövcud  tələbatın  ödənilməsinə 
yönəlməlidir.  Bu  məqsədə  yönəlmiş  fəaliyyət  son  nəticəni 
gözləməməli,  təhsilin  bütün  mərhələlərində  keyfiyyətə  nəzarətin 
təmin olunmasına nail olmalıdır.  
Keyfiyyətə  nəzarətin  təmin  edilməsinin  dəyərli  mexanizm-
lərindən  biri  də  daxili  və  xarici  qiymətləndirmənin  tətbiq 
edilməsidir.  Belə  ki  ali  təhsil  müəssisələrinin  fəaliyyətini  təkcə 
kənardan qiymətləndirməklə keyfiyyət problemini tam həll etmək 
olmaz,  bunun  üçün  hər  bir  ali  təhsil  müəssisəsini  özünün  öz 
fəaliyyətinin  keyfiyyətinə  qiymət  verməsi  və  bu  iki  qiymətlən-
dirmənin əlaqələndirilməsi nəzarət və idarəetmə mexanizmlərinin 
daha effektli nəticələr əldə etməsinə kömək edir.  
Keyfiyyətə  nəzarət  zamanı  proqramların  məzmunu  və  onun 
necə  həyata  keçirilməsinə,  məzunların  fərdi  hazırlıq  səviyyəsinə, 
onların işlə təmin edilməsindəki nailiyyətlərinə  diqqət  yetirilməsi 
əhəmiyyətlidir.  Bütün  bu  məsələlər  YUNESKO-nun  1995-ci  ildə 
qəbul etdiyi “Ali təhsilin islahatı  və onun inkişafı” sənədində öz 
əksini  tapmışdır.  Qeyd  etmək  lazımdır  ki,  Avropada  bir  sıra 
qurumlar  yaranmışdır  ki,  onlar  ali  təhsildə  keyfiyyətin 
yüksəldilməsi  işində  Boloniya  prosesi  qurumları  ilə  əməkdaşlıq 
edirlər.  Onlardan  ali  təhsildə  keyfiyyətin  təmin  edilməsinin 
Avropa  şəbəkəsini  (ENQA)  xüsusi  göstərmək  lazımdır.  Bu 
şəbəkəyə  Avropa  ölkələrində  müxtəlif  sahələr  üzrə  ali  təhsilin 
keyfiyyətini  qiymətləndirməklə  məşğul  olan  42    agentlik 
(assosiasiya) daxildir.                                 
Ali  təhsil  sahəsində  keyfiyyətin  təmin  edilməsində  
akkreditasiya  proseduralarının  xüsusi  yeri  vardır.  Akkreditasiya 
səlahiyyətli orqan tərəfindən ali təhsil müəssisəsində tədris edilən 
proqram  üzrə  hazırlığın  tələb  olunan  keyfiyyət  səviyyəsinə 
uyğunluğunun təsdiq edilməsidir.   
Ali  təhsil  sənədlərinin,  mərhələlərinin,  dərəcələrinin 
tanınmasında  vahid  kredit  sisteminin  tətbiqi  mühüm  rol 
oynayır.  Boloniya  prosesində  vacib  məqamlardan  biri  vahid 
məkana  daxil  olan    ölkələrin  və  onların  ali  təhsil  müəssisələrinin 


 
61
qarşılıqlı  şəkildə  ali  təhsil  ixtisaslarının,  dərəcələrinin  və  tədris 
dövr  və  mərhələlərinin,  digər  vacib  sənədlərin  tanınmasıdır, 
Məsələ  bundadır  ki,  bu  məsələ  Boloniya  prosesinin  tələbi  kimi 
üzə  çıxmamışdır.  Tanınmaya  ehtiyac  ictimai-iqtisadi  inteqrasiya 
prosesinin  gedişində  onun  inkişaf  qanunauyğunluqlarının  diktəsi 
ilə  hələ  xeyli  əvvəllər  mövcud  olmuş  və  müxtəlif  beynəlxalq 
görüşlərin və müqavilələrin predmeti olmuşdur. Təsadüfi deyildir 
ki, Boloniya prosesinin vacib sənədlərindən biri olan və ali təhsil 
ixtisaslarının,  dərəcələrinin  və  digər  mühüm  sənədlərin  Avropa 
dövlətlərinin və onların ali təhsil müəssisələri tərəfindən tanınması 
haqqında Lissabon Konvensiyası Boloniya Deklarasiyasının qəbul 
edilməsindən  bir  il  əvvəl  –  1998-ci  ildə  43  Avropa  dövləti 
tərəfindən  qəbul  edilmişdi.  Lakin  ilk  vaxtlar  Lissabon 
Konvensiyasının ali təhsil sənədlərinin qarşılıqlı şəkildə tanınması 
çərçivə  sənədi  olaraq  yalnız  tövsiyə  xarakteri  daşıyırdısa, 
Boloniya prosesinin başlaması ilə onun digər normativ sənədlərlə 
dəstəklənməsi onu gücləndirdi.  Xüsusilə 2002-ci ildə Lissabonda 
Boloniya  prosesi  çərçivəsində  keçirilən  seminarda  qəbul  edilmiş 
bir sıra tövsiyələr daha samballı gücə və təsirə malik idi, Lakin bu 
sahədə  nə  qədər  irəliləyiş  əldə  edilsə  də,  praktikada  onun 
problemləri  kəskin  məsələlərdən  biri  kimi  qalmaqda  davam  edir. 
Bu  problemlərin  həlli  üçün  uzun  müddətli  əməkdaşlığın 
dərinləşməsi vacibdir və onlar tədricən həll oluna bilər. Vahid ali 
təhsil  məkanına  daxil  olan  Avropa  ali  təhsil  müəssisələrinin  ali 
təhsil  ixtisasları  və  sənədlərinin  qarşılıqlı  olaraq  tanımaları 
məqamında 
qarşıya 
çıxan 
problemlər 
əsasən, 
keyfiyyət 
səviyyələrinin, 
tədris 
müddətlərini 
və 
mərhələlərinin, 
proqramların 
və 
bir 
sözlə, 
təhsilə 
aid 
standartların   
müxtəlifliyindən irəli gəlir. 
Boloniya  prosesinin  mühüm  istiqamətlərindən  biri  olan 
ömür  boyu  təhsil  məqsədinin  reallaşmasında  kreditlər  böyük  rol 
oynayır.  Bu  qayda  təhsilin  müddətini  məhdudlaşdırmamağa  və 
alınan  bilikləri  daim  təzələməyə  imkan  verir.  Əhalinin  müxtəlif 


 
62
yaş  təbəqələrinin  öz  ixtisasını  artırması  və  təkmilləşdirməsi  üçün 
əlverişlidir.  
Yeni  sistemin  tətbiqi  “ömür  boyu  təhsil”  konsepsiyasının 
zamanın 
ümumi 
tələbi 
kimi 
aktuallaşmasına 
və 
onun 
reallaşmasına  yol  açılmasında  əhəmiyyət  kəsb  edir.  Belə  bir 
ehtiyacın kəskinləşməsi müasir dövrdə elmin və texnikanın inkişaf 
tempinin    sürətlənməsi,  alınan  biliyin  sürətlə  köhnəlməsi, 
biliklərin  vaxtaşırı  təzələnməsinə  və  tamamlanmasına  olan 
ehtiyacın  yaranması  ilə  sıx  bağlıdır.  Düzdür,  indiki  vaxta  qədər 
keçmiş  sovetlər  ölkəsində  və  Azərbaycanda  bu  ehtiyac 
mütəxəssislərin  təkmilləşdirilməsi  və  ixtisasartırma  kursları 
vasitəsilə ödənilirdi. Lakin hazırda ictimai-iqtisadi inkişafın daim 
artan  templə  sürətlənməsi  bu  işin  əsaslı  şəkildə  yenidən 
qurulmasını,  təhsilin  daimiliyinin  və  ardıcıllığının  təmin 
edilməsini  tələb  edir.  AKTS-nin  tətbiqi  bu  işi  dəqiq  hesablana 
bilən məcraya salmağa imkan verir.                
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə