Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə21/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   17   18   19   20   21   22   23   24   ...   55

 
63
Xaləddin Đbrahimli 
Azərbaycan Universitetinin elm işləri üzrə 
prorektoru, tarix elmləri doktoru, professor 
 
Azərbaycanda ali təhsil və boloniya prosesi 
 
 
I.  Boloniya  prosesinə  və  Azər-
baycan ali təhsilinə bir də nəzər salaq. 
Boloniya 
prosesinə 
qoşulmaq 
Azərbaycan  təhsilinin  inkişafı  və  mütə-
rəqqi  dünyaya  inteqrasiyası  üçün  əsaslı 
zəmin  yaradır.  Lakin  bizdə  hələ  bu 
prosesin tələblərinə qismən əməl olunur. 
Həlli  vacib  problemlər  mövcuddur  ki, 
bunları aşağıdakı kimi ümumiləşdirmək 
olar: 
• Azərbaycanda  akkreditasiya  prinsipləri  müəyyənləşdiril-
məyib,  müstəqil  akkreditasiya  agentlikləri  formalaşmayıb.  Xaric-
də  fəaliyyət  göstərən  agentliklərlə  əlaqələr  ibtidai  mərhələdədir. 
Hələ heç bir ali məktəb nə ixtisas üzrə, nə də ki,  ümumi mənada, 
yəni  universitetdə  tətbiq  olunan  bütün  proqramlar  üzrə  mötəbər 
xarici  akkreditasiya  agentliyi  tərəfindən  akkreditasiya  edilməyib. 
Belə olan halda Azərbaycanda hansı ali məktəbi yaxşı və ən yaxşı, 
yaxud  pis  ali  məktəb  saymaq  olar?  Əgər  ali  məktəblərin  reytinqi 
müəyyən deyilsə, deməli keyfiyyətli kadr hazırlayan müəssisənin 
ünvanı  da  bəlli  deyil.  Bu  da  bəlli  deyilsə,  cəmiyyət  hansısa  yerli 
ali təhsil müəssisəsinin diplomundan çox xaricdən gələn ali təhsil 
sənədini gözləyir. 
• Təhsildə keyfiyyətin təmin olunması önəmli məsələlərdən-
dir.  Bu  məsələ  ilə  bağlı  yenə  də  tələblər,  meyarlar  müəyyənləş-
dirilməlidir. Dünyada bir neçə meyarlar məcmusu müəyyənləşdi-
rilib ki, bunların köməyi ilə ali təhsildə keyfiyyət təminatı həyata 
keçirilir.  Keyfiyyətin  təmin  olunması  üçün  formalaşdırılan  ABŞ, 


 
64
Avropa, Şanxay meyarları bir-birlərindən bu və ya digər dərəcədə 
fərqlənsə  də,  ümumilikdə,  hamısı  eyni  fəlsəfəyə  söykənir. 
Azərbaycan  Boloniya prosesinə qoşulduğundan,  heç şübhəsiz, ali 
təhsildə  keyfiyyət  təminatında  Avropa  meyarlarına  üstünlük 
verməlidir,  eyni  zamanda,  milli  resurslar  da  nəzərə  alınmalıdır. 
Lakin  bu  sahədə  də  vəziyyət  ürəkaçan  deyil.  Bəzi  ali  təhsil 
müəssisələrində  problem  mərkəzləri  yaradılsa  da,  müəyyən 
layihələr  həyata  keçirilsə  də,  bütövlükdə  ali  təhsildə  keyfiyyətin 
hansı  meyarlar  əsasında  təmin  olunacağı  bəlli  deyil.  (Bir  sıra  ali 
təhsil  müəssisələri  isə,  ümumiyyətlə,  ali  təhsildə  keyfiyyət 
təminatı məsələsinin mahiyyətini düzgün başa düşməyib). 
• Bütün  dünyada  indi  çalışırlar  ki,  insanlar  26-27  yaşında 
təhsilin 3 piləsini də başa vursun və əmək fəaliyyətinə daha erkən 
başlasın.  Cəmiyyətə  daha  enerjili  yaşlarından  fayda  versinlər. 
Amma  Azərbaycanda  hərbi  xidmət  təhsildə  fasilələr  yaradır. 
Birinci  fasilə  bakalavr  pilləsini  bitirməmiş  meydana  çıxır. 
Tələbəyə  bakalavr  pilləsini  bitirmək  üçün  6  il  vaxt  verilirsə, 
deməli  bu  müddət  ərzində  tələbə  hərbi  xidmətə  cəlb  edilməmə-
lidir.  Heç  də  bütün  tələbələr  4  il  müddətinə  bakalavr  pilləsini 
bitirə  bilmir.  Đnsanlar  hüquq  qarşısında  bərabər  olsalar  da  fiziki, 
əqli,  nəhayət,  maddi  imkanlarına  görə  bərabər  deyillər.  Kredit 
sisteminin  tətbiqini  zəruri  edən  amillərdən  də  biri  məhz  bu,  yəni 
humanist  amil,  insan  haqlarının  gözlənilməsi  olub.  Đkinci  maneə 
bakalavr  və  magistr  pillələri  arasında  yaradılır.  Bakalavr  məzunu 
dərhal  hərbi  xidmətə  cəlb  edilir,  arada  fasilə  yaranır  və  çoxsaylı 
müşahidələr  göstərir  ki,  bir  il  ərzində  hərbi  xidmətə  cəlb  olunan, 
ardıcıl  təhsildən  yayınan  gənclərin  müəyyən  bir  qismində 
maraqlar,  gələcəklə  bağlı  planlar  dəyişir.  Bu  baxımdan  bakalavr, 
magistr,  Ph.D  dərəcələri  almaq  üçün  fasiləsiz  təhsil  təmin 
edilməlidir. Bu çox vacib məsələdir.  
• Kredit sistemi ayrı-ayrı komponentləri ilə deyil, tam tətbiq 
edilməlidir. Birinci,  neçə akademik saatın bir kredit olduğunu ali 
təhsil  müəssisəsi  dəqiq  bilməlidir.  Boloniya  tələblərinə  görə  30 
akademik  saat  (1  akademik  saat  45  astronomik  dəqiqədir)  2 


 
65
kreditdir.  Bir  kredit,  yəni  15  akademik  saat  auditoriyaya,  ikinci 
kredit, yəni qalan 15 akademik saat auditoriyadankənar vaxta görə 
müəyyənləşdirilir. Bu zaman haqlı sual ortaya çıxır: bütün fənlərə 
bu  cürmü  yanaşılmalıdır?  Əlbəttə  xeyr.  Çünki  bütün  fənlərin 
hazırlığına  auditoriyadankənar  eyni  vaxt  sərf  edilmir.  Bu  zaman 
bir  fənnin  hazırlığı  üçün    30  saat,  digəri  üçün  20,  yaxud  25  saat 
vaxt  sərf  oluna  bilər.  Məsələn,  “Fəlsəfə”  (nəzəri)  fənni  ilə 
“Đnformatika” (praktiki) fənninə auditoriyadankənar eyni vaxt sərf 
edilmir.    Buna  görə  də  bütün  fənlərin  auditoriyadankənar 
hazırlığına  eyni  saat,  yəni  eyni  kredit  ayrıla  bilməz.  Lakin  bu 
zaman  bir  kredit  15  saatdan  aşağı  düşə  də  bilməz.  Çünki  bu 
minimum  həddir,  yəni  auditoriya  saatıdır.  Kredit  sisteminin  bu 
xassəsi  tələb  edir  ki,  hər  bir  ali  təhsil  müəssisəsi  tətbiq  etdiyi 
proqramlardakı  fənlərin  kreditlərini  özləri  müəyyənləşdirsin. 
Başqa  sözlə  Təhsil  Nazirliyi  bütün  ali  məktəblər  üçün  fənn 
kreditləri müəyyənləşdirməməlidir.  
Đkinci,  dövlət  standart  əsasında  tələbə  üçün  illik  kredit  
yükünün  maksimum  və  minimum  həddi  müəyyənləşdirildikdən 
sonra,  yuxarıda  qeyd  olunan  maddi,  əqli  və  fiziki  imkanların 
qeyri-bərabərliyi  prinsipindən  çıxış  edərək  tələbəyə  bu  çərçivə 
daxilində nə qədər kredit götürəcəyi ilə bağlı azadlıq verilməlidir 
və  bu  zaman  tələbə  təhsil  ödənişini  məhz  götürdüyü  kreditlərin 
sayına uyğun etməlidir. Əks təqdirdə tələbənin hüququ pozulmuş 
olur.  Bu  məsələ  də  avtonom  qaydada  ali  təhsil  müəssisəsi 
tərəfindən tənzimlənməlidir. 
Üçüncü, 
tələbə 
təhsil 
aldığı 
proqram 
üzrə 
müəyyənləşdirilmiş kredit normasını ödədikdən sonra, ona dərhal 
həmin ali təhsil müəssisəsinin diplomu  verilməlidir. Yekun dövlət 
attestasiyası,  buraxılış  işi  və  onun  müdafiəsi  kimi  anlayışları 
Boloniya bəyannaməsi tanımır. 
Dördüncü, tələbələrin biliklərinin qiymətləndirilməsi barədə 
dövlət standartı ola bilməz. Bu, hər bir ali məktəbin özü tərəfindən 
müəyyənləşdirilən 
qiymətləndirilmə 
sistemi 
olmalıdır 
və 
Boloniyanın  təsbit  etdiyi  AKTS  sisteminə  uyğun  gəlməlidir. 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə