Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə23/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   19   20   21   22   23   24   25   26   ...   55

 
69
məktəblərini  öz  güclərini  birləşdirmək  üçün  yaxınlaşmağa, 
bütövləşməyə məcbur edirdi. Əgər XX əsrin 50-70-ci illərində ali 
təhsil sahəsində  yaxınlaşma prosesi o qədər də  gözə çarpmırdısa, 
artıq  80-90-cı  illərdə  onun  konkret  cizgiləri  və  əlamətləri  açıq-
aşkar  üzə  çıxır.  Đlk  əvvəl  universitetlər  arasında  əməkdaşlığın 
artırılması, onların ölkələrin hakimiyyətlərindən nisbi sərbəstliyini 
təmin  edən  muxtariyyət  tələblərinin  qoyulması,  öyrədənlərin  və 
öyrənənlərin  ölkələr  arasında  sərbəst  hərəkətinin  təmin  edilməsi 
kimi məsələlər qaldırılır və çoxsaylı görüşlərdə razılaşdırıldı.  
1980-ci  illərdə  üzə  çıxan  “Erasmus”  və  ”Sokrates” 
proqramları  bu  ehtiyacları  qismən  təmin  edirdi.  Lakin  bütün 
bunlar  kifayət  deyildi.  Buna  görə  də  daha  ciddi  addımların 
atılması  vacib  idi.  1988-ci  ildə  Boloniyada  Avropanın  ən  qədim 
universitetinin  900  illik  yubileyində  “Boloniya  xartiyası”-nın 
qəbul edilməsi bu işin rəsmiləşdirilməsindən xəbər verirdi. 1999-
cu  ilin  19  iyununda  29  Avropa  dövlətinin  nümayəndəsinin 
Boloniya  deklarasiyasını  imzalanması  ilə  bu  proses  rəsmi  olaraq 
başlandı.  O,    öz  adını  da  imzalandığı  yerin  adından  götürərək 
“Boloniya prosesi” adlanmağa başladı.  
Başlanğıcda  29  Avropa  dövlətinin  qoşulduğu  bu  prosesin 
üzvlərinin  sayı  ilbəil  artır.  2005-ci  ildə  Norveçdə  Bergen 
toplantısında  Azərbaycan  Respublikası  Boloniya  prosesinə 
qoşulur.  O  zaman  bu  prosesə  qoşulan  dövlətlərin  sayı  45-ə  çatır. 
Üzvlərin  sayının  artması  ümumavropa  ali  təhsil  məkanının 
genişlənməsindən  xəbər  verirdi.  Azərbaycanın  atdığı  bu  addım 
onu  qabaqcıl  Avropanın  təhsil  sistemində  tam  hüquqlu  üzvə 
çevirilmək istiqamətində gördüyü  işlərin məntiqi davamı idi. 
Prosesinin  birinci  mərhələsinin  2010-cu  ildə  başa  çatacağı 
planlaşdırılırdı.  Hazırda  bu  proses  yeni  fazaya  daxil  olmuşdur. 
Bəzən  bu  prosesi  Avropa  Kredit  Transfer  Sistemi  (AKTS)  ilə 
eyniləşdirirlər ki, bu da düzgün deyildir. Əslində Boloniya prosesi 
daha  geniş  bir  anlayışdır  və  o  özündə  Avropa  Kredit  Transfer 
Sistemi  ilə  yanaşı  bir  sıra  məsələləri  əhatə  edir.  Yalnız  həmin 
məsələlərə kompleks yanaşma yolu ilə onun əsl mahiyyətini dərk 


 
70
etmək,    məqsədlərini    görmək  mümkündür.  Boloniya  prosesi 
özündə bir sıra  elementləri birləşdirir.  
• Prosesə  qoşulan  hər  bir  dövlətin  ali  məktəbləri  tərəfindən 
asan və müqayisə edilə bilən kredit sisteminin tətbiq edilməsi; 
• Universitetlərin və digər ali təhsil müəssisələrinin sərbəst-
liyini və məsuliyyətini təmin edən muxtariyyət hüquqlarının veril-
məsi; 
• Tələbələrin,  müəllimlərin  və  tədqiqatçıların  vahid  ümum-
avropa təhsil məkanında mobilliyinin təmin edilməsi; 
• Bakalavr, magistr və doktorantura pillələrinin daxil olduğu 
üç pilləli təhsil sisteminin  qəbul  edilməsi; 
• Ali  təhsilin  ümumavropa  məkanının  vahid  standartlarının 
qəbul edilmədi; 
• Yüksək  keyfiyyətin  təmin  edilməsi  üçün  onu  müəyyən 
edən vahid mexanizmin işlənib hazırlanması; 
• Prosesə  qoşulmuş    ölkələrdə  bütün  ali  təhsil  müəssisələri 
və  iş  verənlər  tərəfindən  tanınan  diploma  Avropa  əlavəsini  qəbul 
edilməsi. 
• Ömür  boyu  təhsil  və  onun  hər  bir  ölkə  vətəndaşı  üçün 
əlyetən olması konsepsiyasının qəbul edilməsi; 
• Tələbələrin  təhsilin  obyektindən  subyektinə  çevrilməsi 
istiqamətində işin aparılması və s.   
Nəzərdə  tutulan  bütün  bu  işlərin  görülməsi  günbəgün  artan 
inkişafı elmi cəhətdən və yüksək səviyyəli kadrlarla təmin etmək-
lə yanaşı, dünya miqyasında Avropa ali təhsilinin rəqabət qabiliy-
yəti  təmin  etmək  və  daha  da  gücləndirmək,  yeni-yeni  ərazilərdə 
Avropa təhsilinin yayılmasına nail olmaq, bütün dünya ölkələrin-
dən  Avropa  ali  məktəblərinə  daha  çox  tələbələr  cəlb  etmək  və 
sairə  məqsədlərə  xidmət  edir.  Son  onilliklərdə  dünyanın  inkişafı-
nın  reallığına  çevrilmiş  qloballaşma  prosesi  Avropa  məkanında 
gedən Boloniya prosesinə təkan verir və onun aktuallığını artırır.  
Daim bütövləşməkdə olan dünyanın hər hansı bir nöqtəsində 
baş  verən  hər  bir  ictimai  hadisə  və  proseslər  bütün  ölkə  və 
xalqların həyatına təsir edir. Dünyada formalaşmış vahid ictimai-


 
71
iqtisadi,  siyasi  və  mədəni    məkan  bu  günün  reallığıdır  və  bütün 
bəşəriyyət  bu  reallıqla  hesablaşmalı,  bütün  sahələrdə  bu  reallığı 
nəzərə  almaq  zərurəti  ilə  qarşılaşır.  Bununla  yanaşı  dünya 
miqyasında  ali  təhsil  sistemləri  arasında  rəqabətin  güclənməsi  
Avropa 
ali 
təhsil 
sisteminin 
rəqabət 
qabiliyyətinin 
və 
cəzbediciliyinin  gücləndirilməsi  tələbini  günbəgün  daha  kəskin 
şəkildə qoyurdu. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, 
haqqında  danışılan  proseslər  bütövlükdə  dünya  miqyasında 
gedirdi və Avropa bu ümumi prosesdə ən güclü regionlardan biri 
kimi  çıxış  edərək  yeni  regionlarda,  o  cümlədən  postsovet 
məkanında  öz  ali  təhsil  standartları  və  dəyərlərinin  təsdiq 
edilməsi,  bu  regionun  təhsil  məkanını  öz  təsir  dairəsinə  almaq 
aktiv  mübarizəyə  qoşulmuşdur.  Buna  görə  də,  nəzərə  almaq 
lazımdır ki, Avropada Boloniya prosesinin məqsədlərindən biri də 
yeni ölkələrdə, o cümlədən Azərbaycanda təsdiq olunmaq, onu öz 
məkanına  cəlb  etməkdir.  Lakin  qeyd  etmək  vacibdir  ki,  Avropa 
onun  təhsil  standartlarının  yeni  ölkələrdə,  o  cümlədən 
Azərbaycanın da aid olduğu postsovet ölkələrində yayılmasına və 
onların  Ümumavropa  Ali  təhsil  Zonasına  cəlb  edilməsində 
maraqlı  olduğundan  daha  çox  bu  ölkələr  həmin  prosesin  daha 
uğurla  və  daha  sürətlə  getməsində  maraqlıdırlar.  Belə  ki, 
qloballaşma  prosesinin  sürətləndiyi  və  dərinləşdiyi  bir  vaxtda 
onların daha qabaqcıl və daha mükəmməl bir sistemə daxil olaraq 
özlərinin  bu  sahədəki  problemlərini  onların  ümumi  dəstəyi  və 
təcrübəsi  əsasında  həll  etmək  imkanı  əldə  etməsi  şans  verir  ki, 
qloballaşmanın  gətirdiyi  təhlükələrə  daha  çox  davam  gətirmək 
imkanı formalaşdırılsın. 
XX  əsrin  axırlarında  müstəqillik  əldə  etmiş  yeni  dövlətlər 
Avropa  təhsil  məkanının  maraq  dairəsinə  daxil  olmuşdur.  Köhnə 
Sovet  təhsil  standartlarından  uzaqlaşan  müstəqil  Azərbaycan 
Respublikası  da  Boloniya  prosesinə  qoşulmaqla  bütövlüdə  təhsil 
sahəsində,  konkret  olaraq  ali  təhsil  sahəsində  öz  önəmli 
maraqlarını qəti olaraq ortaya qoymuşdur. Lakin Azərbaycanın bu 
prosesə  meyli  2005-ci  ildən  başlamamışdır.  Hələ  ondan  xeyli 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə