Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə25/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   21   22   23   24   25   26   27   28   ...   55

 
75
ümumdünya  miqyasında  yeritdiyi  qlobal  strategiyanın  bir 
hissəsidir.  O  özündə  çoxşaxəli  fəaliyyət  və  tədbirlər  kompleksini 
nəzərdə tutur ki, onlar haqqında danışılan ümumi məqsədə xidmət 
edir.  Boloniya  deklarasiyasında  regionda  vahid  ali  təhsil 
məkanının  formalaşdırılması  və  qoyulan  məqsədlərə  çatılması 
üçün  bir  sıra  vəzifələrin  yerinə  yetirilməsi  nəzərdə  tutulmuşdur. 
Bu vəzifələr birinci növbədə ümumi standartların tətbiqinə aiddir. 
Asan başa düşülən və müqayisə oluna bilən ixtisasların, ikipilləli 
dərəcə sistemlərinin tətbiqi, tələbənin biliyinin ölçülməsi və  tədris 
yükünün  zəruri  həcminin  müəyyənləşdirilməsi  üçün  kreditlərin 
tətbiqi,  diplomlara  Avropa  əlavəsinin  verilməsi,  tələbələrin, 
müəllimlərin və tədqiqatçıların mobilliyinə nail olunması, təhsilin 
keyfiyyətinin 
təmin 
edilməsi, 
ali 
təhsil 
müəssisələrinin 
muxtariyyətinin  qorunması,  üçüncü  dərəcənin  –  doktoranturanın 
ali  təhsil  sisteminə  daxil  edilməsi,  ali  təhsilə  Avropa  ölçülərinin 
(Avropa  dəyərləri)  üstünlüyünün  təmin  edilməsi,  Avropa  ali 
təhsilinin rəqabət qabiliyyətinin və cəzbediciliyinin artırılması, ali 
təhsilin sosial rolunun reallaşmasına dönüş, ömür boyu təhsil. Son 
illərdə  daha  çox  qaldırılan  məsələlərdən  biri  ümumavropa  təhsil 
və tədqiqat məkanlarının ayrılmazlığıdır.  
                 
Boloniya prosesinə qoşulmuş  dövlətlər və beynəlxalq 
təşkilatlar 
1999-cu 
ildə 
Boloniya 
Bəyannaməsini 
29 
dövlət  
imzalamışdır.  Onlar  Boyük  Britaniya,  Almaniya,  Đtaliya,  Fransa, 
Avstriya, 
 
Belçika, 
Bolqariya, 
Macarıstan, 
Yunanıstan, 
Danimarka,  Đrlandiya,  Đslandiya,  Đspaniya,  Latviya,  Litva, 
Lüksemburq,  Malta,  Niderland,  Norvegiya,  Polşa,  Portuqaliya, 
Rumıniya,  Slovakiya,  Sloveniya,  Finlandiya,  Çexiya,  Đsveçrə, 
Đsveç və Estoniyadır. 
2001-ci ildə - Cənubi Kipr, Lixtenşteyn, Türkiyə, Xorvatiya;  
2003-cü ildə - Albaniya, Andorra, Bosniya və Hersoqovina, 
Vatikan, Makedoniya, Rusiya, Serbiya və Çernoqoriya; 


 
76
2005-ci ildə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, 
Ukrayna. 
   
 Beynəlxalq təşkilatlar;  
• Avropa Komissiyası; 
• Avropa Şurası – məşvərətçi üzv;  
• Avropa Universitetlər Birliyi– məşvərətçi üzv; 
• EURASHE– məşvərətçi üzv; 
• ESĐB – Avropa Tələbələri Milli birliyi– məşvərətçi üzv; 
• YUNESKO-CEPES– məşvərətçi üzv; 
• ENQA– məşvərətçi üzv; 
• Edication Đnternational Pan-Europea Strukture– məşvərətçi 
üzv;   
• UNĐCE– məşvərətçi üzv;  
 
Boloniya prosesinin mərhələləri. Boloniya prosesinin 
xronologiyası 
 
Boloniya  prosesinin  tarixini  şərti  olaraq  iki  mərhələyə 
bölmək olar. Birinci mərhələ bilavasitə Boloniya deklarasiyasının 
qəbul  edilməsinə  qədərki  dövrü  əhatə  edir.  Hələ  ötən  əsrin  80-ci 
illərində  vahid  ümumavropa  ali  təhsil  məkanının  yaranmasına 
olan  ehtiyac  sosial-iqtisadi  inkişafın  məntiqindən  irəli  gələrək 
daha  çox  hiss  olunmağa  başlayır.  Bunun  nəticəsi  olaraq,  bu 
ehtiyacı  qismən  ödəyə  bilən  ayrı-ayrı  proqramlar  həyata 
keçirilməyə  başlayır.  1980-ci  illərdə  fəaliyyətə  başlamış 
“Erasmus”  və  “Sokratesd”  tipli  proqramlar  zamanın  tələbindən 
meydana  çıxmış,  lakin  gördüyü  işdən  daha  çox  problemin 
aktuallığını nümayiş etdirən reallıqlar idi. 
1986-cı  ildə  Boloniya  Universiteti  öz  900  illik  yubileyinə 
hazırlaşarkən  Universitetlərin  Böyük  Xartiyasını  qəbul  etməyi 
təklif  edir  və  bu  ideya  Avropa  universitetləri  tərəfindən  ruh 
yüksəkliyi  ilə  qarşılanır.  Nəhayət  1988-ci  ildə  bu    Magna  Charta 
Universitarum adlanan bu sənəd 80 ali məktəb rektoru tərəfindən 


 
77
imzalanır.    Bu  sənəddə    universitet  təhsilinin    başlıca  dəyərləri 
vurğulanır və onlar arasında sıx əlaqələrin vacibliyi qeyd olunur. 
Universitetlərin 
Böyük 
Xartiyasından 
Boloniya 
Bəyannaməsinin imzalanmasına qədərki dövrü böyük axtarışlar və 
dəqiqləşdirmələr dövrü kimi qiymətləndirmək olar. Bu dövrdə bir-
birinin  ardınca  keçirdilən  görüşlər  və    qəbul  olunmuş  sənədlər 
Boloniya prosesinin mükəmməl bir proqram kimi yetişdirilməsinə 
xidmət etmişdir. 
1998-ci  ildə  Paris  görüşündə  imzalanmış  “Avropa  ali  təhsil 
sisteminin  arxitekturasının  hormonizasiyası  haqqında”  Sorbon 
Bəyannaməsi    Avropa  ali  təhsil  Zonasının  yaradılması 
strategiyasını  hərtərəfli  əsaslandırdı  və  hazırlıq  işlərinin 
sürətlənməsinə təkan verdi.  Hazırlıq mərhələsinin zirvəsi 1999-cu 
ildə  Boloniya  şəhərində  30  Avropa  dövlətinin  təhsilə  məsul  olan 
nazirinin  Boloniya  Bəyannaməsinin  imzalanması  oldu.  Bu  sənəd 
həmin  vaxta  qədər  görülmüş  işləri  yekunlaşdıraraq  vahid  Avropa 
ali  təhsil  Zonası  yaradılmasını  təsdiq  edərək  prosesə  yeni  impuls 
vermiş  oldu.  Bəyannamədə    prosesin  məqsədləri,  gözləntiləri, 
başlıca prinsipləri və digər vacib məqamlar öz əksini tapdı. 
Bəyannamənin  1999-cu  ildə  qəbulundan  sonra  vaxtaşırı 
keçirilən  görüşlər  və  onlarda  qəbul  edilmiş  qərarlar  prosesin 
gedişində 
maneələri 
aradan 
qaldırmağa, 
strateji 
planda 
dəyişikliklər və düzəlişlər etməyə, Avropa ali təhsil Zonasına yeni 
üzvlər  qəbul  etməklə  onun  əhatə  dairəsini  və  təsirini  artırmağa 
xidmət etmişdir.  
Onu  da  xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  Boloniya 
prosesi Avropada asanlıqla gedən və heç bir problemi olmayan bir 
proses  deyildir,  o  davam  etdikcə  dəqiqləşdirilir,  mübahisəli, 
ziddiyyətli  məqamlar  işin  gedişində  aradan  qaldırılır,  hətta  əsalı 
dəyişikliklər də edilir. Məsələn, prosesin əvvəllərində iki dərəcəli 
ali  təhsil  sisteminin  qurulması  məqbul  sayılırdısa,  sonradan 
dəqiqləşdirmələr  və  müzakirələr  nəticəsində  üçpilləli  ali  təhsilin 
tətbiq  edilməsi  qərara  alınmışdır.  Bu  faktı  diqqətə  çatdıraraq  onu 
qeyd  etmək  istərdik  ki,    Avropanın  özündə  boloniya  prosesi 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə