Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə26/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   22   23   24   25   26   27   28   29   ...   55

 
78
kifayət  qədər  maneə  və  çətinliklərlə  üzləşir  və  onların  aradan 
qaldırılması istiqamətində fasiləsiz iş gedir. Onun əsasən 2010-cu 
ildə başa çatdırılması planlaşdırılır. 
 
Boloniya posesinə aid olan sənədələrin qəbulu 
1987-ci il – Erasmus proqramının qəbulu; 
1988-ci  il  –  Boloniya  Magna  Charta  Universitatum  –un 
qəbulu. 
1995-1999 –cu illər - Soktates proqramı; 
1998-ci il – Sorbonna Bəyannaməsi; 
1997-ci il – Lissabon konvensiyası; 
1998-ci il – Sorbonna Bəyannaməsinin qəbulu; 
1999-cu il – Boloniya Bəyannaməsinin qəbulu; 
2001-ci il – Salamanka Konqresinin qərarları; 
2001 –ci il – Praqa Konqresinin qərarları 
2003-cü il – Qras  Konqresinin qərarları 
2003-cü il – Berlin Konqresinin qərarları 
2005-ci il – Bergen  Konqresinin qərarları 
 
Diploma Avropa əlavəsi 
Diploma 
Avropa 
əlavəsi 
vahid 
təhsil 
məkanının 
formalaşmasının  məntiqindən  doğan  amillərdən  biridir.  Bu  sənəd 
ümumiləşməkdə  və  bütövləşməkdə  olan  Avropa  ali  təhsilinin 
yekun  sənədi  olmaqla  bir  növ  təhsilin  yekunu  kimi  ortaya  çıxır. 
Əgər  tədris  prosesinin  gedişində  proqramların,  qiymətləndirmə 
sisteminin,  təhsil  müddətinin  və  onun  dövrlərinin,  keyfiyyət 
səviyyəsinin  hamı  tərəfindən  məqbul  hesab  edilən  forma  və 
məzmuna gətirilməsindən söhbət gedirsə, Diploma Avropa əlavəsi 
bütün  bu  keyfiyyətlərin  ümumi  nəticəsini  özündə  əks  etdirən 
vahid sənəd kimi çıxış edir.  
Diploma  əlavə  adlanan  sənədə  ehtiyac  mobillik,  sənədlərin 
qarşılıqlı  tanınması  və  nəhayət,    məzunların  Avropanın  ümumi 
əmək  bazarında  işə  düzəlməsi  məqamlarında  daha  kəskin  şəkildə 
hiss  olunmağa  başlamışdı.  Buna  görə  də  vahid  formalı  sənədlərə 


 
79
tələbat  hələ  xeyli  əvvəl  təkcə  Avropada  deyil,  dünyanın  hər 
yerində  aktuallıq  kəsb  edirdi.  Diploma  əlavə  sənədinin  qəbul 
edilməsi  və  bütün  Ümumavropa  məkanında  tanınması  günün 
tələbi  idi  və  bir  sıra  problemlərin  həllinə  yol  açırdı.  Məhz  bu 
səbəbdən diploma əlavələrə Boloniya prosesinin gedişində böyük 
önəm  verilmiş,  YUNESKO  tərəfindən    onun  vahid  forması 
hazırlanaraq təqdim edilmişdir.  
Diploma  əlavə  Avropa  ali  təhsil  Zonasına  daxil  olan 
ölkələrin  hər  birinin  ali  təhsil  müəssisəsinin  məzununa  diplomla 
bir yerdə  verilən sənəddir. 
Diploma  Avropa  əlavəsi  iki  dildə:  diplomu  verən  ölkənin 
dilində  və  Avropada  ümumiliyi  qəbul  edilən  dillərin  birində 
(əsasən ingilis dilində) tərtib edilir. Bu sənədin 8 bölmədən ibarət 
olması nəzərdə tutulmuşdur. 
1.  Diplom  sahibi  haqqında  məlumat  (adı,  soyadı,  atasının 
adı) 
2. Məzunun ixtisası haqqında məlumat 
3. Đxtisas səviyyəsi 
4. Tədrisin məzmunu və alınan nəticələr 
5. Alınan ixtisasın peşə və vəzifə yönümü haqqında məlumat 
6.  Əlavənin  həmin  ölkədə  sertifikatlaşdırılması  haqqında 
məlumat 
7. Ölkə ali təhsil sisteminin təsviri  
8.  Əlavə məlumat 
Sonuncu  bölmədən  başqa  qalan  bölmələrin  doldurulması 
məcburidir.  
Əlavələrdə  qiymətlər  haqqında  məlumat  verilmir.  Diploma 
əlavənin  YUNESKO  tərəfindən  təsdiq  edilmiş  vahid  formada  və 
xüsusi çap edilmiş  blanklarda   verilməsi nəzərdə tutulmuşdur. 
 
Kredit  sistemi  nədir  və  əvvəlki  sistemdən  nə  ilə 
fərqlənir? 
Boloniya prosesinin vacib şərtlərindən biri bütün Avropa ali 
təhsil  məkanında  Avropa  Kredit  Transfer  Sistemi  (AKTS) 


 
80
əsasında 
kredit 
vahidlərinin 
tətbiq 
edilməsidir. 
Tədrisin 
nəticələrinin  asan  başa  düşülən  və  müqayisə  olunan  olması  üçün 
onların  vahid  sistem  çərçivəsində  qiymətləndirilməsi  lazımdır. 
Kredit  vahidləri  sistemi  iki  başlıca  funksiyanı  yerinə  yetirir.  
Birincisi  –  alınan  kursun  qiymətləndirilməsi  (dərs  yükünün 
ölçülməsi). Bu tələbənin aldığı dərs yükünün onun digər ali təhsil 
müəssisəsi  tərəfindən  müqayisə  edilə  və  tanına  bilməsi  üçün 
vacibdir.  
Đkinci  funksiya    yığım  funksiyasıdır.  Tələbənin  ali  məktəbi 
bitirərək  hər  hansı  ali  təhsil  ixtisasını  almaq  üçün  müəyyən 
olunmuş  miqdarda  kreditləri  toplayır.  O,  müxtəlif  səbəblər 
üzündən  təhsili  hissələrlə    və  ayrı-ayrı  təhsil  müəssisələrində  ala 
bilər.  Əgər  alınan  bilik  köhnəlməyibsə,  kreditlər  lazım  olan 
miqdar olana qədər yığıla bilər və nəticədə tələbə həmin akademik 
dərəcəni  (bakalavr,  magistr)  ala  bilir.    Lakin  bu  zaman  ayrı-ayrı 
ali  məktəblərdə  toplanan  kreditlərin  hesaba  alınması    yenə  də  ali 
məktəblər  arasındakı  qarşılıqlı  inama,  akademik  dərəcələrin  
düzəliş  əmsalı  tətbiq  etməklə,  mühazirələrin,  seminarların, 
laboratoriya  işlərinin,  tələbənin  sərbəst  işinin  xüsusi  çəkisini 
nəzərə  almaq  şərtilə    uyğunlaşdırıla  bilmək  imkanına  söykənir. 
Kreditlərin konkret fənlər üçün müəyyənləşdirilməsi zamanı onun 
həmin ixtisas dərəcəsinin alınmasında rolu və yeri əhəmiyyət kəsb 
edir.  Lakin  bu  anda  da  ümumi  ali  təhsil  məkanında  onun 
razılaşdırılmasına ehtiyac nəzərə alınmalıdır.  
Kredit  sisteminə  keçilməsi  ali  təhsilin  təkcə  formasında 
deyil,  mahiyyətində  də  köklü  dəyişikliklərin  baş  verməsini  labüd 
edir.  Tələbələrin  rolu  bu  proseslərdə  əhəmiyyətli  dərəcədə  artır. 
Bütövlükdə  isə  təhsilin  fəlsəfəsi  tamamilə  dəyişərək  əsasən  son 
məhsula  istiqamətlənir.  Bu  isə  təhsilin  keyfiyyətinin  yüksəldil-
məsini,  onun  daha  məqsədyönlü  olmasını  stimullaşdırır.  Seçim 
imkanı  genişlənmiş  tələbə  özü  seçdiyi  ixtisas  üzrə  fənlərin,  dərs 
deyən müəllimlərin seçilməsində böyük imkan əldə edir. Bu eyni 
zamanda  müəllimlərin  məsuliyyətini  artırır  və  keyfiyyətin 
yüksəlməsinə kömək edir. Lakin bu o demək deyildir ki, bu proses 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə