Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə27/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   23   24   25   26   27   28   29   30   ...   55

 
81
tam  kortəbii  şəkildə  davam  edir.  Hər  bir  ixtisas  üzrə  məcburi, 
məcburi-seçmə  və  seçmə  fənlərin  tam  siyahısı,  habelə  onların 
məcburi  ardıcıllığı  və  bir  birindən  asılılıq  xüsusiyyətləri  tədris 
planında əks olunur və əvvəlcədən tələbəyə təqdim edilir.  
Kredit  sisteminin  tətbiq  edilməsi  birinci  növbədə  Ümum-
avropa  ali  təhsil  məkanında  vahid  standartların  işləməsi  ehtiya-
cından  irəli  gəlməklə  Boloniya  prosesinin  bir  sıra  cəhətlərini 
təmin edir: 
-  tələbələrin mobilliyini asanlaşdırır; 
-  asan  başa  düşülən  və  müqayisə  oluna  bilən  dərəcələr 
sisteminin formalaşmasına kömək edir; 
-  keçilən fənlərin və proqramların unifikasiyasını təmin edir; 
-  alınan ixtisasların müqayisə edilməsini asanlaşdırır 
-  diplomların tanınması üçün real zəmin yaradır.   
Tələbənin topladığı kreditlərin  təsdiq edilməsi onun hər bir 
fənn  üzrə  100  ballıq  qiymətləndirmə  sistemi  əsasında  aldığı 
qiymət  vasitəsilə  edilir.  51  baldan  yuxarı  bal  kreditin  məqbul-
luğunu  təsdiq  etmiş  olur.  Qeyd  etmək  lazımdır  ki,  100  balın 
toplanma  qaydası  və  onun  məqbulluq  hədlərinin  vahid  bölgüsü 
Avropanın  özündə  də  hələ  tam  dəqiqləşdirilməmişdir.  Azərbay-
canın  müxtəlif  ali məktəblərində də bu məsələdə ümumi standart 
qəti  olaraq  formalaşmamışdır.  Azərbaycan  Turizm  Đnstitutunda 
tətbiq edilən bölgüyə görə 100 balın 30 balını  aralıq imtahanı, 10 
balı  gündəlik  fəaliyyətə  görə  dərs  deyən  müəllim  tərəfindən 
verilir,  60  bal  yekun  imtahanının  nəticələri  əsasında  formalaşır. 
Azərbaycanın  digər  ali  məktəblərində  100  balın  bir  qədər  fərqli 
bölgüsü  tətbiq  edilir.  Lakin  bu  bölgü  mütləq  deyildir  o  dəyişə 
bilər.  Hər  bir  halda,  zənnimizcə,  başlıca  hədəf  lazım  olan 
keyfiyyətin  təmin  olunması  və  ümumi  qəbul  olunmuş  məqbul 
həddinin gözlənilməsidir. 
 
Tələbə mobilliyinin mahiyyəti və onun başlıca missiyası 
Akademik  mobillik  tələbə,  müəllim,  tədqiqatçı  və  inzibati 
heyətin  təcrübə  mübadiləsi  etmək,  milli  qapalılığı    dəf  edərək 


 
82
ümumavropa  mühitinə  qovuşmaq  məqsədi  ilə  bir  ali  məktəbdən 
digərinə  keçə  bilməsidir.  Birinci  növbədə  isə  tələbə    öz  ali  təhsil 
müəssisəsində  müxtəlif  səbəblər  üzündən  ala  bilmədiyi  bilik  və 
bacarıqları  əldə  etmək  imkanı  qazanır.  Baloniya  bəyannaməsinin 
tövsiyələrinə  görə  hər  bir  tələbə  imkan  daxilində  ən  azı  bir 
semestri  başqa  ali  təhsil  müəssisəsində,  yaxşı  olardı  ki,  xarici 
ölkələrdən birinin ali təhsil müəssisəsində keçməlidir.  
Akademik  mobilliyin  tətbiq  edilməsinin  məqsədlərindən 
biri,  bunun  vasitəsilə  ümumavropa  ali  təhsil  məkanında  ümumi 
mühitin  yaradılmasıdır.  Tələbələrin,  müəllimlərin  mobilliyi  bu 
məkanda  ali  təhsil  sisteminin  vahid  tam  kimi  formalaşmasına  və 
bu cür hiss edilməsinə ən yaxşı təkan verən amillərdə biridir. Ali 
təhsil sistemində hamı tərəfindən qəbul edilən standartların qəbul 
edilməsi ümumi məkanın formalaşması üçün başlanğıc şərtidirsə, 
akademik  mobilliyi  bu  birləşmənin  praktikada  bilavasitə  reallaş-
masına  aparan  addımlardır.  Ali  təhsildə  mobillik  təhsildən  sonra 
məzunların  Ümumavropa  məkanında  işə  düzəlmək  prosesini 
asanlaşdırır. 
Mobillik  Boloniya  prosesinin  tələblərindən  irəli  gələn  digər 
cəhətlərin  də  tam  təmin  edilməsini  tələb  edir.  Çünki  ümumi  ali 
təhsil  məkanında  vahid  standartlar  sistemi,  keyfiyyət  səviyyəsi, 
qiymətləndirmə  sistemi,  ali  təhsil  müəssisələrinin  hüquqi  və 
maliyyə  müstəqilliyi  olmadan  mobillik  mümkün  deyildir.  Buna 
görə  də  Boloniya  prosesinin  tələblərini  yalnız  kompleks  həyata 
keçirməklə istənilən nəticələri əldə etmək olar.  
Mobilliyin  tələb  etdiyi  şərtlərin  sırasında  ali  təhsil 
müəssisələrinin  lazımi  infrastruktura,  maliyyə  imkanlarına  malik 
olmasıdır. Qeyd etmək vacibdir ki, Avropanın özündə də mobillik 
məsələlərinin  həlli  kifayət  səviyyədə  deyildir.  Onların  əksəriy-
yətində bu proses ən  yaxşı halda tələbələrin və işçi personalın 30 
faizə  qədərini    əhatə  edir.  Bu  prosesə  qoşulan  yeni  ölkələrdə,  o 
cümlədən  Azərbaycanda  bu  işi  qurmaq  lazımdır.  Đlk  növbədə 
tələbə  mübadiləsi  işini  ölkənin  öz  ali  təhsil  sistemi  daxilində 


 
83
başlamaq  vacibdir  ki,  həm  mobillik  praktikasının  ölkədə  kök 
salınmasına nail olunsun, həm də lazımi təcrübə eldə edilsin. 
Son dövrlərdə Avropa ali təhsil sistemi praktikasında iki və 
daha  çox  ali  məktəbin  iştirakı  ilə  birgə  proqramların  tərtib 
olunması və tədrisin bu proqramlar əsasında aparılması  özünə yer 
almaqdadır.  Birgə  proqramların  tərtibi  və  tətbiqi  təkcə  mobillik 
məsələlərinə deyil, vahid təhsil məkanının formalaşması prosesinə 
əhəmiyyətli  dərəcədə  təsir  edir.  Əslində  bu  cür  proqramların 
tətbiqi  gələcək  vahid  ali  təhsil  məkanının  kiçik  modeli 
funksiyasını  yerini  yetirir  və  bu  işin  kiçik  miqyasda  sınaqdan 
çıxarılması,  qarşıya  çıxan  maneələrin  aradan  qaldırılması 
təcrübəsinin  əldə  edilməsi  və  təkmilləşdirilməsi  baxımından 
böyük əhəmiyyət kəsb edir.  
Birgə  proqramların  tətbiqi  o  qədər  də  uzun  tarixə  malik 
deyildir  və  təbii  ki,  onun  qarşısına  çıxan  problemlər  da  kifayət 
qədərdir.  Çox  hallarda  obyektiv  səbəblər  üzündən  eyni  proqramı 
müxtəlif  ölkələrdə  tam  tətbiq  etmək  olmur.    Belə  hallarda  ikili 
diplomların  verilməsi  ilə  əməkdaşlığın  edilməsi  praktikası  da 
mövcuddur. Yeri gəlmişkən qeyd etmək istərdik ki,  Azərbaycanın 
bir  sıra  institutları  bu  tipli  proqramlara  qoşulmaq  üzrə  fəaliyyətə 
başlamışlar. 
Xüsusən, 
Azərbaycan 
Turizm 
Đnstitutunun  
Avstriyanın Krems Universiteti ilə həyata keçirdiyi ikili diplomun 
verilməsinə  aparan  birgə  proqramın  Azərbaycanda 
yeni 
başlanğıcın nümunəsidir. 
 
Ali təhsildə keyfiyyət problemləri 
Ali  təhsilin  keyfiyyətinin  yüksəldilməsi,  onun  başlıca 
meyarlarının  təmin  edilməsi    bütövlükdə  ali  təhsil  sistemlərinin 
yaxınlaşması,  birgə  proqramların  hazırlanması  və  tətbiqi, 
diplomların və ixtisasların qarşılıqlı tanınması, yeni-yeni ölkələrin 
vahid  məkana  inteqrasiyası  məsələlərində  qarşıya  çıxan  ən  çətin 
və  mürəkkəb  məsələlərdən  biri,  bəlkə  də  birincisidir.  Xüsusən, 
Azərbaycanın  Ümumavropa  ali  təhsil  məkanına  inteqrasiyası 
prosesində  bu  problemin  necə  böyük  əhəmiyyət  kəsb  etməsini 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə