Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə28/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   24   25   26   27   28   29   30   31   ...   55

 
84
təsəvvür  etmək  çətin  deyildir.  Ölkələrin  ictimai-iqtisadi  inkişaf 
səviyyəsində  olan  müxtəliflik,  onlarda  mövcud  olan  çoxsaylı 
obyektiv  və  subyektiv  səbəbdən  irəli  gələn  problemlər, 
qanunvericilikdə  olan  fərqlər  təhsilin  keyfiyyətinə  mənfi  təsir 
göstərən  amillərdir.  Ümumi  sənədə  imza  ataraq  ümumi  ali  təhsil 
məkanına  qoşulmağı  bəyan  etmək  azdır  və  bu  işin  yalnız 
başlanğıcıdır. Đnkişaf etmiş bir ölkənin və ya ölkələr qrupunun ali 
təhsil  müəssisələri  ilə  əməkdaşlıq  etmək,  onlarla  eyni  hüquqa 
malik olaraq birgə proqram çərçivəsində fəaliyyət göstərmək üçün 
keyfiyyət  göstəricilərinə  görə    ən  azı  ona  yaxın  bir  vəziyyətdə 
olmaq  lazımdır.  Ali  təhsilində  fərqli  keyfiyyət  səviyyəsinə  malik 
olan  ölkələr  arasında,  şübhəsiz  bərabər  səviyyəli  tələbə 
mobilliyindən,  birgə  proqramların  həyata  keçirilməsindən  söhbət 
gedə bilməz.  
Avropanın  özündə  də  öz  sambalına,  maddi  texniki  imkan-
larına, elmi potensialına görə zəif olan ali təhsil müəssisələri də az 
deyildir. Əslində Boloniya prosesinin hədəflərindən biri də həmin 
ali  məktəblərə  kömək  edərək  müvafiq  yüksək  səviyyəyə 
qaldırmaqdır. Tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi 
,  onların  birgə  proqramlara  cəlb  edilməsi  güclü  bir  vasitə  kimi 
istifadə olunur.  Lakin bu məsələdə də  keyfiyyət  meyarlarının və 
standartlarının 
müəyyən 
edilməsi, 
 
keyfiyyətə 
nəzarət 
mexanizmlərinin  işlənib  hazırlanması  aktual  problem  olaraq  
qalmaqdadır.  Bu mənada müxtəlif variantlar irəli sürülür və birgə 
iclaslarda  müzakirə  edilir.  Onlardan  bir  neçəsinin  üzərində 
dayanmaq  məqsədəuyğun  olardı.  Mövcud  variantlardan  birində 
dövlətin  təhsilə  məsul  olan  orqanlarına  keyfiyyətə  nəzarət  etmək 
səlahiyyətləri  verilməsidir.  Bir  sıra  ölkələrin  təhsil  nazirliyi 
nəzdində  bu  işlərə  nəzarət  edən  attestasiya  qurumları  fəaliyyət 
göstərir. Lakin Avropada bu formanın tərəfdarları o qədər də çox 
deyildir.  Çünki  bu  cür  nəzarətin  ali  təhsil  müəssisələrinin 
müstəqilliyinə təhlükə olduğu güman edilir. 
Digər  bir  varianta  görə  keyfiyyətə  nəzarət  funksiyasının 
xüsusi 
ictimai 
təşkilatlara 
– 
müvafiq 
sahənin 
peşəkar 


 
85
mütəxəssislərindən  təşkil  edilmiş  agentliklər,  şuralar,  assosiasi-
yalara verilməsi təklif olunur. Bəziləri isə bu işin dövlət orqanları 
ilə  ictimai  təşkilatların  birgə  nəzarətinə  verilməsini  təklif  edirlər. 
Hər  bir  halda  bütün  ideyalar  onun  üzərində  cəmləşir  ki,  son 
məqsəd 
keyfiyyətin 
səviyyəsinə 
olan 
mövcud 
tələbatın 
ödənilməsinə  yönəlməlidir.  Bu  məqsədə  yönəlmiş  fəaliyyət  son 
nəticəni  gözləməməli,  təhsilin  bütün  mərhələlərində  keyfiyyətə 
nəzarətin təmin olunmasına nail olmalıdır.  
Keyfiyyətə  nəzarətin  təmin  edilməsinin  dəyərli  mexanizm-
lərindən  biri  də  daxili  və  xarici  qiymətləndirmənin  tətbiq 
edilməsidir.  Belə  ki,  ali  təhsil  müəssisələrinin  fəaliyyətini  təkcə 
kənardan qiymətləndirməklə keyfiyyət problemini tam həll etmək 
olmaz,  bunun  üçün  hər  bir  ali  təhsil  müəssisəsini  özünün  öz 
fəaliyyətinin  keyfiyyətinə  qiymət  verməsi  və  bu  iki  qiymətlən-
dirmənin əlaqələndirilməsi nəzarət və idarəetmə mexanizmlərinin 
daha effektli nəticələr əldə etməsinə kömək edir.  
Keyfiyyətə  nəzarət  zamanı  proqramların  məzmunu  və  onun 
necə  həyata  keçirilməsinə,  məzunların  fərdi  hazırlıq  səviyyəsinə. 
Onların işlə təmin edilməsindəki nailiyyətlərinə diqqət yetirilməsi 
əhəmiyyətlidir.  Bütün  bu  məsələlər  YUNESKO-nun  1995-ci  ildə 
qəbul etdiyi “Ali təhsilin islahatı  və onun inkişafı” sənədində öz 
əksini  tapmışdır.  Qeyd  etmək  lazımdır  ki,  Avropada  bir  sıra 
qurumlar  yaranmışdır  ki,  onlar  ali  təhsildə  keyfiyyətin  yüksəldil-
məsi  işində  Boloniya  prosesi  qurumları  ilə  əməkdaşlıq  edirlər. 
Onlardan  ali  təhsildə  keyfiyyətin  təmin  edilməsinin  Avropa 
şəbəkəsini  (ENQA)  xüsusi  göstərmək  lazımdır.  Bu  şəbəkəyə 
Avropa  ölkələrində  müxtəlif  sahələr  üzrə  ali  təhsilin  keyfiyyətini 
qiymətləndirməklə məşğul olan 42  agentlik (assosiasiya) daxildir.             
Ali təhsil sahəsində keyfiyyətin təmin edilməsində  akkredi-
tasiya  proseduralarının xüsusi yeri vardır. Akkreditasiya səlahiy-
yətli  orqan  tərəfindən  ali  təhsil  müəssisəsində  tədris  edilən 
proqram  üzrə  hazırlığın  tələb  olunan  keyfiyyət  səviyyəsinə 
uyğunluğunun təsdiq edilməsidir. 
 


 
86
Rəsmi sənədlərin qarşılıqlı tanınma məsələləri 
Boloniya  prosesində  vacib  məqamlardan  biri  vahid  məkana 
daxil olan  ölkələrin və onların ali təhsil müəssisələrinin qarşılıqlı 
şəkildə  ali  təhsil  ixtisaslarının,  dərəcələrinin  və  tədris  dövr  və 
mərhələlərinin,  digər  vacib  sənədlərin  tanınmasıdır.  Məsələ 
bundadır  ki,  bu  məsələ  Boloniya  prosesinin  tələbi  kimi  üzə 
çıxmamışdır.  Tanınmaya  ehtiyac  ictimai-iqtisadi  inteqrasiyası 
prosesinin  gedişində  və  onun  inkişaf  qanunauyğunluqlarının 
diktəsi  ilə  hələ  xeyli  əvvəllər  mövcud  olmuş  və  müxtəlif  
beynəlxalq  görüşlərin  və  müqavilələrin  predmeti  olmuşdur. 
Təsadüfi deyildir ki, Boloniya prosesinin vacib sənədlərindən biri 
olan  və  ali  təhsil  ixtisaslarının,  dərəcələrinin  və  digər  mühüm 
sənədlərin  Avropa  dövlətlərinin  və  onların  ali  təhsil  müəssisələri 
tərəfindən  tanınması  haqqında  Lissabon  konvensiyası  Boloniya 
Deklarasiyasının qəbul edilməsindən bir il əvvəl – 1998-ci ildə 43 
Avropa  dövləti  tərəfindən  qəbul  edilmişdi.  Lakin  ilk  vaxtlar 
Lissabon  konvensiyasının  ali  təhsil  sənədlərinin  qarşılıqlı  şəkildə 
tanınması  çərçivə  sənədi  olaraq  yalnız  tövsiyə  xarakteri 
daşıyırdısa,  Boloniya  prosesinin  başlaması  ilə  onun  digər 
normativ  sənədlərlə  dəstəklənməsi  onu  gücləndirdi.  Xüsusilə 
2002-ci  ildə  Lissabonda  Boloniya  prosesi  çərçivəsində  keçirilən 
seminarda qəbul edilmiş bir sıra tövsiyələr daha  sanballı gücə və 
təsirə malik idi. Lakin bu sahədə nə qədər irəliləyiş əldə edilsə də, 
təcrübədə    onun  problemləri  kəskin  məsələlərdən    biri  kimi 
qalmaqda  davam  edir.  Bu  problemlərin  həlli  üçün  uzun  müddətli 
əməkdaşlığın  dərinləşməsi  vacibdir  və  onlar  tədricən  həll  oluna 
bilər.  Vahid  ali  təhsil  məkanına  daxil  olan  Avropa  ali  təhsil 
müəssisələrinin  ali  təhsil  ixtisasları  və  sənədlərinin  qarşılıqlı 
olaraq  tanımaları  məqamında  qarşıya  çıxan  problemlər  əsasən  
keyfiyyət  səviyyələrinin,  tədris  müddətlərini  və  mərhələlərinin,  
proqramların 
və 
 
bir 
sözlə, 
təhsilə 
aid 
standartların   
müxtəlifliyindən irəli gəlir.  
 
 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə