Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək


Elmi tədqiqatlar Boloniya prosesi şəraitində



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə29/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   25   26   27   28   29   30   31   32   ...   55

 
87
Elmi tədqiqatlar Boloniya prosesi şəraitində 
Tarix boyu ali təhsil müəssisələrində tədrisin bilavasitə elmi 
tədqiqatlarla  vəhdəti  hamı  tərəfindən  şərtsiz  qəbul  edilən  bir 
reallıq  olmuşdur.  Yalnız  müəyyən  olunmuş  bilik  və  bacarıqlar 
toplusunu  şagirdlərə  öyrətməklə  məşğul  olan  orta  məktəblərdən 
fərqli  olaraq  ali  təhsilin  vəzifələrindən  biri  də  tələbələrə  elmi 
tədqiqat  vərdişlərinin  aşılanması  və  onlarda  elmi  təfəkkürün 
formalaşmasına  nail  olmaqdır.  Digər  tərəfdən  isə  ali  təhsil 
müəssisələri,  xüsusən,  kafedralar,  laboratoriyalar  və  digər  elmi 
strukturlar  cəmiyyətin  elmi  potensialını  özündə  cəmləşdirən      və 
ona istiqamət verən mərkəzlər olmuşlar. Buna görə də, Avropa ali 
təhsil  sistemində  əsaslı  dəyişiklikləri  nəzərdə  tutan  Boloniya 
prosesinin  elmə,  onun  daşıyıcıları  olan  strukturların  bu  prosesdə 
oynadığı  rola  təsiri  mühüm  əhəmiyyətə  malikdir.  Boloniya 
prosesinə qoşulan hər bir ölkəni də maraqlandıran və narahat edən 
sualların xeyli hissəsi bu məsələlərlə bağlı olmuşdur. Xüsusən də, 
postsovet  məkanına  daxil  olan  ölkələrdə  elm  bölməsinin  fərqli 
struktura malik olması ümumi standartların qəbul edilməsi anında 
çoxsaylı suallar doğurması təbiidir.  
Məsələ  bundadır  ki,  ümumilikdə  ali  təhsilin  özü  harada 
olmasından  asılı  olmayaraq  tədrisin  yüksək  elmi  səviyyədə 
olmasını tələb edir. Elmi təminatın təşkili isə bir birindən fərqlənə 
bilər. Boloniya prosesi müəllimlərin seçilməsi, fənlərin seçilməsi, 
tədrisin  keyfiyyətinin  müəyyənləşdirilməsi  məsələlərini  rəqabət 
zəmininə  qoyduğundan  yeni  sistem  nəinki  elmi  cəhətin 
azalmasına təhlükə yaratmır, əksinə, onun daha da gücləndirilməsi 
üçün şərait yaradır. Digər tərəfdən tələbələrin mobilliyi ilə yanaşı 
müəllim  və  tədqiqatçıların  sərbəst  hərəkətinin  təmin  edilməsi  və 
onun  stimullaşdırılması  vahid  elmi-tədqiqat  məkanının  formalaş-
masına,  onun  çərçivəsində  informasiya  və  təcrübə  mübadiləsinin 
intensivləşdirilməsi 
bu 
sahədə 
geniş 
perspektivlər 
açır. 
Azərbaycanda,  eləcə  də  digər  postsovet  ölkələrində  ali  təhsildə 
elmi  təminatın    kafedralar  tərəfindən  həyata  keçirilməsi  formal 
cəhətdən  çətinlik  yaratmır.  Əsas  diqqət  isə  elmi  tədqiqatların 


 
88
keyfiyyətinin  yüksəldilməsi,  onun  praktik  məhsuldarlığının 
artırılmasına yönəldilməlidir.  
Boloniya prosesinin çərçivəsində mobilliyin təmin edilməsi, 
tələbələrin  seçim  hüququnun 
genişlənməsi,  elmi-pedaqoji 
kadrların  rəqabət  mühitinin  formalaşdırılması  ümumilikdə  elmin 
inkişafını  stimullaşdıran  amillərdir.  Eyni  zamanda  keyfiyyətin 
yüksəldilməsinə  xüsusi  diqqətin  yetirilməsi  və  onun  təmin 
edilməsi mexanizmlərinin işlənib hazırlanması bu prosesdə elmin, 
alimlərin  əhəmiyyətini  artırmaqla  yanaşı  onun  məsuliyyətini  də 
artırır.  Təsadüfi  deyildir  ki,    elm  və  alimlərin  əsasən 
universitetlərdə cəmləşdiyi Avropada Boloniya prosesinin özünün 
təkamülü  təhsil  məkanını  təhsil  və  tədqiqat  məkanına  çevirmək 
ideyasının formalaşmasına gətirib çıxardı. 
 
Təhsilin obyekti və subyekti problemi 
Yuxarıda qeyd olunduğu kimi Avropada ali təhsil sistemində  
Boloniya 
prosesi 
çərçivəsində 
aparılan 
islahatlar 
tələbə 
kontingentinin  tutduğu  yerə,  oynadığı  rola  əhəmiyyətli  dərəcədə 
təsir  etmişdir.  Bu  sahədə  görülən  işlər  hər  şeydən  öncə  tələbənin 
hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəlmişdir. Bu anda tələbə 
təhsil  prosesinin  obyekti  kimi  çıxış  edir.  Lakin  onun  daha  aktiv 
elementə  çevrilməsi  prosesi  uzun  bir  tarixə  malikdir  və  müasir 
dövrdə  onlar  təhsilin  ən  aktiv  subyektlərindən  biri  olduqlarını 
günbəgün  daha  çox  sübut  edirlər.  Hamı  üçün  artıq  aydındır  ki, 
tələbələrin  aktiv  mövqeyi  və  iştirakı  olmadan  bu  sahədə  heç  bir 
ciddi islahatdan söhbət gedə bilməz. Bu reallıq tədricən ölkələrin 
təhsil  qanunvericiliyində  də  öz  əksini  tapmaqdadır.  Təsadüfi 
deyildir  ki,  təhsili  müasir  dövrün  tələbləri  səviyyəsinə  qaldırmaq 
məqsədinə  yönəlmiş  Boloniya  prosesində  də  tələbə  amilinin 
gücləndirilməsi  bütün  qəbul  edilən  qərarlarda  öz  əksini 
tapmaqdadır.  Bu  prosesin  vacib  komponenti  kimi  tələbə  mobil-
liyinin  ön  plana  çəkilməsi,  ixtisasların  formalaşdırılması  üçün 
fənlərin  və  onu  tədris  edən  müəllimlərin  seçilməsində  tələbənin 
fikrinin  əsas  amillərdən  biri  kimi  qəbul  edilməsi,  hər  bir  digər 


 
89
məsələlərdə  tələbənin  istəklərinin  nəzərə  alınması  və  s.  müəllim 
yönümlü  ali  məktəbdən  tələbə  yönümlü  ali  məktəbə  keçidin 
göstəricisi  kimi  dəyərləndirilməlidir.  Xüsusən,  onların  ali 
məktəblərin  Elmi  Şuralarında  təmsil  olunması,  tədrisin  keyfiy-
yətinin  və  hər  bir  müəllimlərin  fərdi  keyfiyyətlərinin  qiymətlən-
dirilməsində  tələbələrin  rəyinin  əsas  kimi  götürülməsi  bu  istiqa-
mətdə  gedən  tendensiyanı  nümayiş  etdirir.  Prosesə  qoşulmuş  hər 
bir ölkənin təhsilə məsul olan orqanları  nəzərə almalıdırlar ki, bu 
istiqamətdə  görülən  işlərin  taleyi  həm  də  tələbələrin  və 
müəllimlərin onların dərindən dərk edilməsindən və aktiv şəkildə 
onu dəstəkləməsindən asılıdır.  
Tələbələrin  Boloniya  prosesinin  uğurlarında  maraqlı 
olmaları  özünü  onda  da  göstərir  ki,  Avropada  ona  dəstək  verən 
tələbə  təşkilatları  təşəkkül  tapmaqda  və  güclənməkdədir.  Hətta 
onların bütün Avropanı əhatə edən ittifaqları da fəaliyyət göstərir.  
«Avropa tələbələrinin Milli Đttifaqı» (ESĐB) bu gün 37 ölkənin 50-
dən  çox  milli  tələbə  təşkilatını  özündə  birləşdirir  və  Boloniya 
prosesi  üzrə  keçirilən  görüşlərdə,  mühüm  sənədlərin  qəbul 
edilməsində  aktiv  iştirak  edirlər.  Boloniya  prosesinin  üzvü  olan 
Azərbaycanda  da  tələbələrin  bu  məqsəd  ətrafında  təşkilatlanması 
qarşıda duran vacib məsələlərdən biridir.  
 
Ali təhsil müəssisəsinin müstəqilliyi və muxtariyyəti 
Ali təhsil müəssisəsinin müstəqilliyi onun muxtar hüquqlara 
malik olması ideyasında öz əksini tapmışdır. Muxtariyyət ali təhsil 
müəssisəsinin  bir  sıra  başlıca  problemlərin  həllində  sərbəst 
olmasını  nəzərdə  tutur.  Boloniya  prosesində  bu  məsələyə  xüsusi 
diqqət ayrılır. Belə ki, onlar bu prosesin başlıca subyektləri olaraq 
sərbəst  qərar  çıxarmaq  səlahiyyəti  olmadan  üzərilərinə  düşən 
vəzifələri yerinə yetirmək imkanından məhrum olardılar. Düzdür, 
bu  sərbəstliyi  hüdudsuz  hesab  etmək  də  düzgün  deyildir.  Buna 
görə  də  onun  çərçivələri  hər  bir  ölkənin  qanunvericiliyi  ilə 
müəyyənləşdirilir 
və 
tənzimlənir. 
Boloniyanın 
normativ 
sənədlərində də ali təhsil müəssisələrinin öz funksiyalarını uğurla 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə