Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə3/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   2   3   4   5   6   7   8   9   ...   55

 
7
Đbrahim Əliyev 
Tətbiqi Tədqiqatlar Fondunun direktoru, 
Tarix üzrə fəlsəfə doktoru 
 
Qafqazın postsovet ölkələrində ali təhsilin bəzi problemləri 
                
Sovetlər  Đttifaqı  dağıldıqdan  sonra 
bu  imperiyadan  qopub  ayrılmış  post-
sovet  ölkələrində  ictimai  həyatın  bütün 
sahələrində müstəqilliyin əsaslarının ya-
radılması  və  onu  qabaqcıl  dünyanın 
müasir standartları səviyyəsində qurmaq  
istiqamətində işlər görülür. Onların qar-
şısında duran ən böyük vəzifələrdən biri 
də  təhsil  sisteminin  köhnə  şablon-
larından  azad  edilərək    müstəqilləşdiril-
məsi  və  yeni  ictimai-iqtisadi  şəraitin 
tələblərinə  uyğun  şəkildə  formalaşdırılması,  onun  qabaqcıl 
dünyaya  inteqrasiya  etdirilərək  bu  məkanda  özünəməxsus  yerini 
tutmasına  nail  olunmasıdır.  Qafqaz  ölkələri  də  bu  dövlətlərin 
sırasına  daxildir.  Bu  ölkələrin  Avropaya  inteqrasiyası  təkcə 
onların  maraqlarına  deyil,  həm  də  Avropa  dövlətlərinin  maraq-
larına xidmət edir. Qarşılıqlı maraqlar hər iki tərəfdən demokratik 
dəyərlərin  bu  ölkələrdə  bərqərar  edilməsi  üçün  səylərin 
birləşdirilməsini  zəruri  edir.  Xüsusən,  Qərb  ölkələrinin  təcrübə-
sinin  hərtərəfli  analiz  edilməsi,  həmin  təcrübəni  qəbul  edən 
ölkələrdə  real  mühitin  öyrənilməsi  daha  böyük  əhəmiyyət  kəsb 
edir.  Avropa  təhsil  sisteminə  istiqamət  götürmüş  postsovet 
ölkələri  üçün  Avropa  təcrübəsi,  Avropa  dəstəyi  çox  dəyərlidir. 
Təhsil  sahəsinin  problemlərinin  birgə  müzakirələri  arzuolunandır 
və ümumi işin uğuru üçün xeyirlidir.     
Müstəqil  təhsil  sistemini  yaratmaq  və  onun  səviyyəsini 
yüksəltmək  istiqamətində  aparılan  axtarışlar  onların  çoxunu  
Boloniya  prosesinə  qoşulmağa  gətirib  çıxardı.  Qeyd  etmək 


 
8
lazımdır ki, bu prosesə qoşulmaq ali təhsil sahəsində mövcud olan 
problemləri  avtomatik  olaraq  həll  etmir.  O,  həmin  ölkələr 
qarşısında  xeyli  problemləri  həll  etmək  kimi  böyük  vəzifələr 
qoymuşdur.  Lakin  təbii  olaraq  bu  işdə  qarşıya  xeyli  obyektiv  və 
subyektiv  problemlər  çıxır  ki,  onların  aradan  qaldırılmasında 
cəmiyyətinin  bütün  gücünü  səfərbər  etmək  lazım  gəlir.  Xüsusilə, 
vətəndaş cəmiyyətindən gələn dəstəyə böyük ehtiyac vardır. Belə 
ki, yalnız dövlətin, onun müvafiq strukturlarının gücü ilə belə bir 
qlobal  problemi  həll  etmək  mümkün  deyildir.  Təhsil  hər  bir 
vətəndaşın  hər  gün  üzləşdiyi  bir  sahədir.  Ölkə  ictimaiyyətinin 
özündən  gələn  təşəbbüs,  problemin  cəmiyyət  tərəfindən  dərk 
edilməsi və dəstəklənməsi bu işin uğurunun vacib şərtidir.  
Düşünürük ki, ali təhsil sahəsində ölkədə keçirilən islahatlar 
ölkə  ictimaiyyətinin,  xüsusən  də  ali  məktəb  müəllim  və  tələbələ-
rinin  fəallığından,  onların  proseslərdə  yaxından  iştirakından  çox 
asılıdır.  Məhz  bu  nöqteyi-nəzərdən  həyata  keçirilən  layihədə 
Boloniya  prosesi  ilə  bağlı  nəzəri  və  praktik məsələlərin  araşdırıl-
ması  ilə  yanaşı,  insanların  diqqətini  bu  məsələyə  daha  çox  cəlb 
etmək,  onlar  arasında  maarifləndirmə  işi  aparmaq  və  onların 
gücünün  səfərbər  olunmasına  kömək  etmək  kimi  məqsədlər 
qarşıya  qoyulmuşdur.  Fondun  apardığı  tədqiqatların,  o  cümlədən 
sorğunun nəticələrinə görə, Boloniya prosesinə qoşulmağın  və bu 
istiqamətdə  islahatların  aparılmasının  özü  qədər  vacib  olan 
məsələlərdən  biri  ali  təhsil  ictimaiyyətinin  mümkün  qədər  geniş 
və ətraflı məlumatlandırılmasıdır. 
Yeni  ölkələrdə  Boloniya  prosesinin  tələblərinə  uyğun 
keçirilən islahatların uğurunun vacib şərtlərindən biri bu prosesin 
mahiyyətinin  araşdırılması,  qaranlıq  və  ziddiyyətli  məqamlara 
aydınlıq gətirilməsi və nəhayət, onun qanunauyğunluqlarının axıra 
kimi  dərk  edilməsidir.  Eyni  zamanda  Avropa  ali  təhsil  modeli 
tətbiq  edilərkən,  yerli  mühitin  xüsusiyyətlərinin  nəzərə  alınması, 
bu təcrübənin onlara uyğunlaşdırılması, habelə bu vaxta qədər bu 
və  ya  digər  ölkədə  ali  təhsil  sahəsində  toplanmış  müsbət 
təcrübələrin və  milli ənənələrinin qorunub saxlanılması və inkişaf  


 
9
etdirilməsi günün vacib məsələlərindəndir. Xüsusilə, nəzərə almaq 
lazımdır  ki,  Boloniya  prosesi  Avropanın  özündə  çoxsaylı 
problemlərə malikdir. Orada prosesin birinci mərhələsinin, əsasən, 
2010-cu  ildə  başa  çatması  nəzərdə  tutulmuşdur.  Ona  qoşulmuş 
yeni  ölkələrin  özünəməxsus  reallıqlarından  irəli  gələn    çoxsaylı 
məsələlərlə  məşğul  olmaqla  yanaşı,  həmin  ümumi  məsələlərin 
həllində də öz töhfəsini verməlidir.  
Boloniya  prosesi  və  onun  Sovetlər  imperiyasından  çıxmış 
Qafqaz ölkələrində tətbiqi ictimai həyatın böyük bir sahəsini əhatə 
etməklə daha çox tədqiqatlara ehtiyacı vardır. Postsovet məkanına 
daxil  olan  dövlətlərdən  biri  olan  Azərbaycanın  nümunəsi,  onun 
üzləşdiyi  problemlər  bu  vəziyyətdə  olan  digər  dövlətlər  üçün  də 
xarakterikdir. Buna görə də həmin məsələlərə onun nümunəsində 
yanaşmaq  və  onları  ümumiləşdirmək  məsələlərin  mahiyyətini 
bütövlükdə dərk etməyə imkan verir.  
Qeyd  olunduğu  kimi  Azərbaycanda  təhsil  sahəsində,  o 
cümlədən  ali  təhsil  sahəsində  köklü  dəyişikliklərin  edilməsinə 
olan  ehtiyac  müstəqilliyin  bərpasından  sonra  kəskin  şəkildə  hiss 
olunmağa  başladı.  Sosialist  ictimai-iqtisadi  sisteminin  dağılması, 
bazar iqtisadiyyatına götürülmüş kurs islahatların keçirilməsini və 
yeni  ictimai-iqtisadi  və  siyasi  mühit  şəraitində  ölkə  təhsilinin 
əsaslarının  yaradılması  günün  vacib  məsələlərindən  birinə  çevril-
di.  Elə  həmin  dövrdən  başlanan  axtarışlar  ölkəni  qabaqcıl  dünya 
standartlarına  üz  tutmağa,  ictimai  həyatın  bütün  sahələrində,  o 
cümlədən  təhsil  sahəsində,  Avropaya  inteqrasiya  aktuallıq  kəsb 
etməyə  başladı.  Bu  axtarışlar  Boloniya  prosesinin  başlamasından 
xeyli  əvvəl  Avropa  təhsilinin  ayrı-ayrı  elementlərinin  Azərbay-
canda müxtəlif ali təhsil müəssisələrində tətbiq edilməsinə başlan-
dı. Ali məktəblərə qəbulda test sisteminin tətbiqi, ali təhsilin baka-
lavriat  və  magistratura  mərhələlərinə  bölünməsi,  qabaqcıl  dünya 
ölkələrinin ali təhsil müəssisələri ilə tərəfdaşlıq əlaqələrinin yara-
dılması və genişlənməsi və sairə bu qəbildən olan addımlar idi. 
Azərbaycanın formalaşmaqda olan Avropa ali təhsil məkanı-
na yaxınlaşması orada 1999-cu ildə Boloniya prosesinin başlama-


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə