Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə30/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   26   27   28   29   30   31   32   33   ...   55

 
90
həyata  keçirməsi  üçün  onun  kifayət  qədər  hüquqi  və  maliyyə 
müstəqilliyinə  malik  olmasının  vacibliyi  vurğulanır.  Bir  sözlə, 
ideal  olaraq  ali  təhsil  müəssisələri  lazım  olan  maliyyə  və  digər 
təminatlarını  alaraq,  tədrisin  keyfiyyəti,  proqramların  məzmunu, 
daxili  idarəçilik  və  sair  məsələlərdə  tam  sərbəstlik  əldə  edir. 
Şübhəsiz, totalitar sovet rejimindən çıxmış ölkələrdə bu işləri qısa 
müddətdə  həll  etmək  mümkün  deyildir,  bunun  üçün  müəyyən 
zaman  tələb  olunur.  Lakin  onu  da  unutmaq  olmaz  ki,  bu 
məsələlərin obyektiv səbəbdən də olsa, ləngiməsi çox böyük zərər 
verə bilər.  
Đlk  baxışda  ali  təhsil  müəssisələrinin  müstəqilləşməsi,  fərdi 
tədris proqramlarına üstünlük verilməsi  ilə onların vahid ali təhsil 
məkanında bir araya gəlməsi, ümumi standartların qəbul edilməsi 
arasında  ziddiyyətin  olduğu  müşahidə  oluna  bilər.  Əslində  isə 
sərbəstlik  bu  ümumi  məkan  çərçivəsində  onların  sərbəstliyi 
tədrisin  təşkilinə,  proqramlara,  idarəetmə  formalarına  daha 
yaradıcı  yanaşaraq  ümumi  məkana  daha  optimal  təkliflərlə 
çıxmaq, trəcrübələrlə bölüşmək imkanı verir.                                                   
Təhsil proqramının modul prinsipi əsasında qurulması yalnız 
Boloniya  prosesi  ilə  bağlı  deyildir.  Lakin  onun  əhəmiyyəti  bu 
prosesdə  ali  təhsil  müəssisələrinin  tədrisin  məzmununun 
müəyyənləşdirilməsində  muxtar  hüquqlarının,  təhsilin  fərdiləş-
dirilməsi  nəzərə  alındığı  proqramlarda  daha  mühüm  əhəmiyyət 
kəsb  etməyə  başladı.  Modul  proqram  tərkibində  müəyyən 
qarşılıqlı əlaqəyə malik fənlər bloku nəzərdə tutulur və  proqramın 
ümumi  strukturunda  məntiqi  alt  struktur  kimi  qiymətləndirilə 
bilər.  Təhsil  modulunun  müstəqilliyi  onun  nisbi  qapalılığı  ilə 
müəyyən olunur.  
Boloniya 
prosesində 
diqqət 
mərkəzinə 
gətirilmiş 
məsələlərdən  biri  də  ali  təhsilin  əhalinin  bütün  kateqoriyaları, 
xüsusən  maddi  cəhətdən  imkansız  hissəsinin  əhatə  olunması 
məsələsidir.  Ali  təhsil  müəssisələri      təkcə  tədris  prosesi  ilə 
məşğul  olmur,  onların  gördüyü  iş  cəmiyyətin  bütün  cəhətlərinə 
təsir edir və onun  yaşamasında, təkamülündə, onun yüksək ziyalı 


 
91
kadrlarının  yetişdirilməsində  əvəzsiz  rol  oynayır.  Buna  görə  də 
cəmiyyət  bütün  təbəqələri  üçün    ali  təhsilin  əlyetən  olması 
Boloniya  prosesinin  normativ  sənədlərində  öz  əksini  tapmışdır. 
Bunun  üçün  hər  bir  dövlətin  beynəlxalq  donor  təşkilatlarının 
imkanlarından istifadə edilməsi aktual bir problem kimi dəfələrlə 
müzakirə olunmuşdur.    
 
Boloniya prosesinin idarə sistemi 
Boloniya  prosesinin  bütün  məsələlər  üzrə  qərar  qəbul  edən 
ali  orqanı  ayda  bir  dəfə  yığılan    iştirakçı  ölkələrin  təhsil 
nazirlərinin  müşavirəsidir.  Nazirlərin  Müşavirələr  arasında  
Boloniya  prosesinin  rəhbər  orqanı  Boloniya  işçi  qrupudur 
(Bologna  Follow  Group).  Hər  ölkədən  2-3  nümayəndənin  daxil 
olduğu,  adətən  biri  müvafiq  nazilikdən,  biri  isə  akademik 
birlikdən. Boloniya işçi qrupuna sədrliyi Avropa Đttifaqına sədrlik 
edən  ölkənin  nümayəndəsi  edir.  Işçi  qrupu  Boloniya  prosesi 
problemləri  üzrə  beynəlxalq  tematik  seminarlarının  qrafikini 
təsdiq edir, nazirlərin növbəti seminarı  üçün materialları toplayır, 
iştirakçı  dövlətlərin  müşavirədən  qabaq  məruzələrini  müzakirə 
edir və s.  
Boloniya  qrupunun  üzvlərindən  -  sədrdən,  vitse  sədrdən  və 
növbəti müşavirənin keçiriləcəyi ölkənin nümayəndəsindən və bir 
sıra  digər  nünayədələrdən  ibarət    Şura  (Board)  seçilir.    Bundan 
əlavə  olaraq  yaradılmış  katiblik  Qrupun  və  Şuranın  işini  texniki 
cəhətdən təşkil edir.       
 
 
 
 
 
 
 
 
 


 
92
SƏNƏDLƏR 
 
UNĐVERSĐTETLƏRĐN ÜMUMĐ XARTĐYASI 
(Boloniya şəhəri, Đtaliya, 18 sentyabr 1998-ci il) 
 
Preambula 
 
Avropanın  ən  qədim  universitetinin  doqquzyüzilliyi  ilə 
əlaqədar  Boloniyada  toplaşmış  Avropa  universitetlərinin  aşağıda 
imza  etmiş  rektorları  Birlik  ölkələri  arasında  sərhədlərin  qəti 
olaraq  ləğv  edilməsindən  dörd  il  əvvəl  bütün  Avropa  xalqları 
arasında  geniş  əməkdaşlığın  perspektivlərini  nəzərə  alaraq    və 
hesab edərək ki, xalqlar və dövlətlər universitetlərin bu dəyişən və  
internasionallaşan  cəmiyyətdə  oynamalı  olduğu  rolu  həmişə 
olduğundan daha yaxşı başa düşməlidirlər,  öz əminliklərini ifadə 
edirlər ki: 
1)  Üçüncü  minilliyin  astanasında  bəşəriyyətin  gələcəyi  çox 
dərəcədə  mədəni  və  elmi-texniki  inkişafdan  asılıdır,  hansı  ki, 
bilik,  tədqiqat  və  mədəniyyət  mərkəzləri  olan  universitetlərdə 
gedir.  
2)  universitetlərin  qarşısında  duran  yeni  nəsillər  arasında 
biliklər  yaymaq  vəzifəsi  o  deməkdir  ki,  bugünkü  dünyada  onlar 
bütün cəmiyyətə xidmət etməlidirlər, hansının ki mədəni, sosial və 
iqtisadi  gələcəyi  təhsil  sisteminə  də    ciddi  investisiyalar    tələb 
edir.  
3)  universitetlər  gələcək  nəsilləri  elə  təhsil  və  tərbiyə  ilə 
təmin etməlidirlər ki, onlar ətraf aləmin və həyatın özünün böyük 
harmoniyasına hörmətlə yanaşmağı öyrənsinlər. 
Avropa  universitetlərinin  imza  etmiş  rektorları  bütün 
dövlətlər  və  xalqlar  qarşısında  bundan  sonra  və  həmişə  univer-
sitetlərin əldə rəhbər tutmalı olduqları əsas prinsipləri bəyan edir.  
Əsas prinsiplər 
1.  Universitet  muxtar  institutdur  ki,  o  coğrafi  və  tarixi 
şəraitin  müxtəlifliyi  səbəbindən  fərqli  təşkil  olunmuş  cəmiy-
yətlərin  daxilində  fəaliyyət  göstərir  və  tədqiqat  və  tədris  yolu  ilə 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə