Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə32/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   28   29   30   31   32   33   34   35   ...   55

 
96
Kurs  əhəmiyyət  kəsb  edən  bir  məqsədlə  və  düzgün  istiqa-
mətdə  götürülmüşdür.  Lakin  ali  təhsil  sistemlərinin  daha  çox 
uyğunluğuna və  müqayisə oluna bilməsinə nail olmaq üçün daimi 
hərəkət tələb olunur ki, onlar tam yekunlaşmış olsunlar.  Đlk maddi 
nəticələr əldə etmək üçün biz bu kursu konkret tədbirlərin  yerinə 
yetirilməsi  vasitəsi  ilə  dəstəkləməliyik.  Đyunun  18-də  bizim 
ölkələrin  hamısından  nüfuzlu  ekspertlərin  və  alimlərin  iştirak 
etdiyi  görüş bizi qəbul edilməli olan təşəbbüslər üzrə çox faydalı 
təkliflərlə  təmin  etdi.  Biz      xüsusilə,  Avropa  ali  təhsil  sisteminin 
beynəlxalq  rəqabət qabiliyyətinin artırılması məqsədini müzakirə 
etməliyik.  Hər  bir  sivilizasiyanın  həyatiliyi    və  səmərəliliyi  onun 
mədəniyyətinin  digər  ölkələr  üçün  malik  olduğu  cəlbediciliyi  ilə 
şərtlənir.  Biz  əmin  olmalıyıq  ki,  Avropa  ali  təhsil  sistemi 
cəzbediciliyin  bizim  ekstraordinar  mədəni  və  elmi  ənənələrimizə 
uyğun olan ümumdünya  səviyyəsini əldə edir. 
Sorbon bəyannaməsində göstərilən ümumi prinsiplərə dəstə-
yimizi  təsdiq  edərək,  biz  yaxın  perspektivdə  (istənilən  halda,  -  
üçüncü  minilliyin  birinci  onilliyi  ərzində)  Avropa  ali  təhsil 
Zonasının yaradılması və Avropa təhsil sisteminin bütün dünyaya 
yayılması üçün  birinci dərəcəli hesab edilən aşağıdakı məqsədlərə 
çatmaq    üçün    öz  siyasətimizi  əlaqələndirmək  öhdəlikləri  qəbul 
edirik.  
-  Avropa  vətəndaşlarının    işə  düzəlmək  imkanı  ilə  təmin 
edilməsi  və  Avropa  ali  təhsil  sisteminin  beynəlxalq  rəqabət 
qabiliyyətinin  artırılması  üçün  asan  başa  düşülən  və  müqayisə 
edilə  bilən  dərəcələr  sisteminin  qəbul  edilməsi,  o  cümlədən  
diploma  Əlavənin  tətbiq  edilməsinə  əsaslanan  sistemin  qəbul 
edilməsi.  Đkinci  mərhələyə  keçmək  üçün  tədrisin  üç  ildən  az 
olmayaraq davam edən  birinci mərhələsinin müvəffəqiyyətlə başa 
vurulması  tələb    olunur.  Birinci  mərhələdən  sonra  verilən    dərə-
cəyə  müvafiq  səviyyəli  ixtisas  kimi  Avropa  əmək  bazarında  
tələbat  olmalıdır.  Đkinci  mərhələ  Avropa  ölkələrinin  çoxunda 
qəbul olunduğu kimi magistr və  ya doktor dərəcəsinin alınmasına  
gətirib çıxarmalıdır.  


 
97
-  Tələbələrin  genişmiqyaslı  mobilliyinini  təmin  edən  lazımi 
vasitə  kimi  dərslərin  tutumluğunun  ölçülməsinin  Avropa 
sisteminin  -  AKTS  tipli  kredit  sisteminin  tətbiqi.  Qəbul  edən 
maraqlı  olan  universitetlər  tanıyarlarsa.  Kreditlər  ali  olmayan 
təhsil, o cümlədən ömür boyu təhsil  çərçivəsində də alına bilər. 
-  Aşağıdakılara  diqqət  yetirməklə    sərbəst  yerdəyişmənin 
səmərəli  həyata  keçirilməsinə  mane  olan  əngəllərin  aradan 
qaldırılması  yolu  ilə  mobilliyə  kömək  etmək:  tələbələrin  təhsil 
almağa  və  praktik  hazırlığa,  habelə  uyğun  xidmətlərdən  istifadə 
imkanına  malik  olmaları  təmin  edilməlidir.  Müəllimlərə, 
tədqiqatçılara  və  inzibati  heyətinə  Avropa  regionunda  aparılan 
tədqiqatların,  dərslərin  və  stajirovkasının  vaxtının  qanunla 
müəyyən  edilmiş  hüquqlarını  pozmadan      hesaba  alınması  təmin 
edilməlidir.  
-  Təhsilin  keyfiyyətinin  təmin  edilməsi  məqsədi  ilə 
müqayisə  oluna  bilən  meyar  və  metodologiyasının  hazırlanması 
işində Avropa əməkdaşlığına kömək edilməsi. 
-  Ali  təhsildə,  xüsusilə  tədris  planlarının,  institutlararası 
əməkdaşlığın,  mobillik  sxemlərinin,  birgə  tədris  proqramlarının, 
praktik  hazırlığın  və  elmi  tədqiqatların  aparılmasının  inkişaf 
etdirilməsi  məsələlərində  zəruri  Avropa  baxışlarına  dəstək  veril-
məsi.   
Biz,  bununla  da,  Avropa  ali  təhsil  Zonasını  möhkəmlən-
dirmək  üçün  bu  məqsədlərə  çatmağı  (bizim  institutsional 
səlahiyyətlərimiz çərçivəsində və müxtəlif mədəniyyətlərə, dillərə, 
milli  təhsil  sistemlərinə  və  universitetlərin  muxtariyyətinə  tam 
hörmətlə  yanaşmaqla)  öhdəmizə  götürürük    və  nəhayət,  biz 
Avropanın  ali  təhsil  sahəsində  səriştəli  qeyri-hökumət  təşkilatları 
ilə  birgə  hökumətlərarası  əməkdaşlıq  yolundan  istifadə  edəcəyik. 
Biz gözləyirik ki, universitetlər, həmişə olduğu kimi, buna tez və 
müsbət cavab verəcəklər və bizim cəhdlərimizin müvəffəqiyyətinə 
fəal şəkildə kömək edəcəklər. 
Avropa  ali  təhsil  Zonasının    yaradılmasının  daim  dəstək, 
diqqətli idarəçilik və inkişafın fasiləsiz olaraq dəyişən tələblərinə 


 
98
adaptasiya  olunmağı  tələb  etdiyini  nəzərə  alaraq,    biz  əldə 
olunmuş  irəliləyişi  qiymətləndirmək  və  həyata  keçiriləsi  zəruri 
olan  tədbirləri  işləyib  hazırlamaq    üçün  yaxın  iki  il  ərzində 
yenidən görüşməyi qərara aldıq.  
 
 
AVROPADA ALĐ TƏHSĐL ZONASI HAQQINDA 
Ali təhsilə məsul Avropa nazirlərinin görüşünün komunikesi 
Praqa şəhəri, 19 may 2001-ci il 
 
Sorbonna  bəyannaməsinin  imzalanmasında  üç  il,  Boloniya 
bəyannaməsinin  imzalanmasından  iki  il  sonra  bəyannaməni 
imzalamış  32  ölkələrin  təhsilə  məsul  olan  nazirləri  Praqada 
yığışdılar  ki,  əldə  edilmiş  uğurları  qiymətləndirsinlər  və  növbəti 
illər  üçün  istiqamətləri  və  önəmli  məsələləri  müəyyən  etsinlər. 
Nazirlə  2010-cu  ilə  qədər  Avropa  ali  təhsil  Zonasını  yaratmaq 
öhdəliklərini  bir  daha  təsdiq  etdilər.  Bu  görüş  üçün  Praqanın 
seçilməsi  onların  Avropa  Đttifaqının  genişlənməsi  baxımından 
bütün Avropanı bu prosesə cəlb etmək arzularını ifadə edirdi.                      
Nazirlər  dəstək  qrupu  tərəfindən  təqdim  edilmiş  “Boloniya 
prosesinə  kömək”  hesabatını  müzakirə  etdilər  və  alqışladılar  və  
hesab  etdilər  ki,  Boloniya  Bəyannaməsində  nəzərdə  tutulan 
məqsədlər  bəyannaməni  imzalamış  ölkələrin  əksəriyyəti,  habelə 
universitetlər  və  digər  ali  təhsil  müəssisələri  tərəfindən  geniş 
qəbul  edilmiş  və  ali  təhsilin  inkişafının  əsası  kimi  istifadə 
olunmuşdur.  Nazirlər  bir  daha  təsdiq  etdilər  ki,    mobilliyi 
dəstəkləyən  səylər  davam  etdirilməlidir  ki,  tələbələrə,  müəllim-
lərə, tədqiqatçılara və idarə apparatına Avropa ali təhsil Zonasının 
zənginliklərindən, o cümlədən onun demokratik dəyərlərindən, ali 
təhsil  sisteminin  müxtəlifliyindən,  mədəniyyət  və  dil  müxtəlif-
liyindən bəhrələnmək imkanı verilsin.  
Nazirlər  Avropa  ali  təhsil  müəssisələrinin    29-30  martda 
Salamankada  qəbul  edilmiş  Konvensiyasını  və  Avropa  tələbə-
lərinin  24-25  martda  Geteborqda  qəbul  edilmiş  Konvensiyasının 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə