Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə33/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   29   30   31   32   33   34   35   36   ...   55

 
99
tövsiyələrini  diqqətə  aldılar,  habelə  Avropa  universitetlər 
assosiasiyasının  və  Avropada  tələbələrin  milli  assosiasiyalarının 
Boloniya  prosesinə  cəlb  olunmasını  qiymətləndirdilər.  Onlar 
həmçinin  gələcəyə  yönəlmiş    bir  çox  bu  kimi  təşəbbüsləri  qeyd 
etdilər  və  qiymətləndirdilər.  Nazirlər  Avropa  komissiyasının 
konstruktiv köməyinə də diqqət yetirdilər.    
Nazirlər qeyd etdilər ki, Bəyannamədə tövsiyə olunmuş işlər 
ölkələrin  çoxunda  intensiv  və  geniş  şəkildə  aparılmışdır.  Onlar 
keyfiyyətin  təmin  edilməsi  üzərində  aparılan  işi  xüsusi  qeyd 
etdilər.    Nazirlər  transnasional  təhsil  məsələlərində  əməkdaşlığın 
zəruriliyini  təsdiq  etdilər.  Onlar  həmçinin  ömür  boyu  təhsilin 
qurulması  sahəsində  təşkilatın  olmasının  zəruriliyini    təsdiq 
etdilər.  
Boloniya  prosesinin  altı  məqsədinə  nail  olunduqdan  sonra 
gələcək fəaliyyət. 
Nazirlər  bildirdilər  ki,  Boloniya  deklarasiyasının  qəbul 
edilməsini  nəzərə  almaqla  Avropa  ali  təhsil  Zonasının 
formalaşması Avropa ali təhsil müəssisələrinin cəzbediciliyinin və 
rəqabətqabiliyyətliliyinin  genişlənməsi  üçün    şəraitdir.  Onlar    o 
tezisi  dəstəklədilər  ki,  ali  təhsil  ictimai  nemət  kimi  qəbul 
edilməlidir,  o,    ictimai  öhdəliklərinə  (qaydalara  və  s.)  diqqətli 
olub,  diqqətlidir  və  diqqətli  qalacaq,  tələbələr  ali  təhsil   
ictimaiyyətinin  tam  hüquqlu  üzvləridirlər.  Bu  nöqteyi-nəzərdən 
nazirlər sonrakı prosesi aşağıdakı kimi şərh etdilər.  
 
Asan  başa  düşülən  və  müqayisə  edilə  bilən  dərəcələrin 
qəbul edilməsi.  
Nazirlər universitetləri və digər ali təhsil müəssisələrini qəti 
olaraq  milli  qanunvericiliyin  bütün  üstünlüklərini  və  Avropanın 
kurs  bölmələri,  dərəcələr  və  digər  nailiyyətlərinin  akademik  və 
professional  tanınmasına  yönəlmiş  vasitələrdən  istifadə  etməyə 
çağırdılar  ki,  vətəndaşlar  Avropa  ali  təhsil  Zonasının  hər  yerində 
öz  ixtisasları,  qabiliyyət  və  bacarıqlarından  tam  istifadə  edə 
bilsinlər.    Nazirlər  mövcud  təşkilatları  və  NARĐC  və  ENĐK  tipli 


 
100
şəbəkələri 
ixtisasların 
aşağıda 
verilmiş 
müxtəlifliyinin 
institutsional,  milli  və  Avropa  səviyyəsində  sadə,  səmərəli  və 
ədalətli  tanınmasına kömək etməyə çağırdı.    
Əslən iki başlıca  dövrə əsaslanan sistemin qəbul edilməsi 
Nazirlər 
dərəcələrin 
ali 
təhsili 
dərəcəyəqədərki 
və 
dərəcədənsonraki  təhsil  üçün  dəqiq  formalaşdıran,    iki  başlıca 
dövrə  əsaslanan  strukturunun      qızğın  müzakirəsini    və  inkişaf 
etdirilməsini  razılıqla  qeyd  etdilər.  Bir  sıra  ölkələr  bu  strukturu 
artıq  qəbul  etmişlər,  bir  sıra  başqaları  isə  onu  böyük  maraqla 
gözdən keçirirlər. Qeyd etmək vacibdir ki, çox ölkələrdə bakalavr 
və magistr dərəcələri və ya iki başqa müqayisə edilə bilən dərəcə 
həm universitetlərdə, həm də digər ali təhsil müəssisələrində alına 
bilər.  Dərəcələrə  aparan  proqramlar,  bakalavr  səviyyəli  dərəcələr 
üzrə Helsinki seminarında  etiraf edildiyi kimi (fevral 2001-ci il), 
fərdlərin  müxtəlifliyinə,  tədris  prosesinin  və  əmək  bazarının 
tələbatına  uyğunlaşmaq  üçün  fərqli  istiqamətli  və  müxtəlif 
quruluşlu ola bilər və həqiqətən də olur.  
 
Kreditlər sisteminin təsis edilməsi  
Nazirlər  qeyd  etdilər  ki,  tədris  prosesində  və  ixtisas 
alınmasında  daha  çox  çeviklik  üçün  onların  ESTS  sistemi  və  ya 
həm şəffaflığı, həm də yığım funksiyasını təmin edən digər ECTS 
tipli  kredit  sistemləri  ilə  dəstəklənən  ümumi  təməl  prinsipinin 
müəyyənləşdirilməsi zəruridir. 
– Keyfiyyətin təmin edilməsinin qarşılıqlı tanınan sistemi ilə 
birlikdə  bu  cür  razılaşmalar    tələbələrin  Avropa  əmək  bazarına 
çıxış  imkanlarını  və    Avropa  ali  təhsilinin  cəzbediciliyinin  və 
rəqabət  qabiliyyətliliyinin  əmək  dünyası  ilə  uyğunlaşmasını   
asanlaşdırar.  
 
Mobilliyə kömək 
Nazirlər  bir  daha  təsdiq  etdilər  ki,  Boloniya  prosesində 
göstərildiyi kimi tələbələrin, müəllimlərin, tədqiqatçıların və idarə 
apparatının  mobilliyinin  yaxşılaşdırılması  maksimal  əhəmiyyətə 


 
101
malikdir.  Buna  görə  də  onlar    tələbələrin,  müəllimlərin, 
tədqiqatçıların  və  idarə  apparatının  sərbəst  hərəkətinə  mane  olan 
bütün  əngəlləri  aradan  qaldırmaq  üçün  tədbirlər  görmək 
öhdəliklərini  təsdiq  etdilər  və  mobilliyin  sosial  məsələlərinin 
vacibliyini  vurğuladılar.  Onlar  Avropa  birliyinin    proqramlarına 
uyğun  olaraq  təklif  olunan  mobilliyin  imkanlarına  və  Avropa 
Şurasının  Naysedə  2000-ci  ildə  dəstəklədiyi  mobillik  üzrə 
fəaliyyət planının işə düşməsi ilə bu sahədə əldə olunan irəliləyişə 
diqqət yetirdilər. 
 
Keyfiyyətin  təmin  edilməsində  Avropa  əməkdaşlığına 
kömək 
Nazirlər  yüksək keyfiyyət standartlarının təmin edilməsində 
və bütün Avropada ixtisasların müqayisə olunmasını asanlaşdırıl-
masında keyfiyyətin təmin edilməsi sistemlərinin oynadığı həyati 
əhəmiyyətli rolu təsdiq etdilər.  Onlar həmçinin keyfiyyətin təmin 
edilməsi və tanınma üzrə şəbəkələr arasındakı daha sıx əməkdaş-
lığı  təqdir  etdilər.  Onlar  keyfiyyətin  təmin  edilməsinin  milli 
sistemlərinin  qəbul  edilməsində  sıx  Avropa  əməkdaşlığına  və 
qarşılıqlı  inama  olan  ehtiyacı  vurğuladılar.  Sonra  onlar 
universitetləri  və  digər  ali  təhsil  müəssisələrini  ən  yaxşı  praktika 
nümunələrini  yaymağa  və  akreditasiya/sertifikatlaşdırma  və 
qiymətləndirmə 
mexanizmlərinin 
qarşılıqlı 
qəbulu 
üçün 
ssenarilərin  hazırlanmasına  çağırdılar.  Nazirlər  universitetləri  və 
digər  ali  təhsil  müəssisələrini,  milli  agentlikləri  və  ali  təhsildə 
keyfiyyətin  təmin  edilməsinin  Avropa  şəbəkəsini  (ENQA) 
tövsiyələrin qəbul edilməsi və ən yaxşı praktikaların yayılmasının 
ümumi  normalarının  qəbul  edilməsində  ENQA  üzvü  olmayan 
ölkələrin  müvafiq  təşkilatları  ilə  birlikdə  əməkdaşlıq  etməyə 
çağırdılar. 
 
Ali təhsilə Avropa yanaşmasına kömək 
Ali  təhsilin    vacib  Avropa  ölçülərinin  və  məzunların  işə 
düzəlmək  imkanlarının  daha  da  gücləndirilməsi  üçün  nazirlər  ali 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə