Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə34/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   30   31   32   33   34   35   36   37   ...   55

 
102
təhsil bölməsini “Avropa məzmunlu” kurs və proqrqamların bütün 
səviyyələrində  modulların,  istiqamətlərin  və  ya  təşkilatların 
inkişafının  artırılmasına  çağırdılar.    Bu,  xüsusilə,  müxtəlif 
ölkələrin  əməkdaşlıq  edən  institutların  təklif  etdikləri  və 
dərəcələrin birgə tanınmasına aparan modul, kurs və proqramlara 
aiddir.   
Bundan başqa nazirlər aşağıdakı bəndləri (nöqtələri) qeyd 
etdilər: 
Ömür boyu təhsil  
Ömür  boyu  təhsil  Avropa  ali  təhsil  Zonasının  mühüm  
elementidir.  Biliklərə  əsaslanan  cəmiyyət  və  iqtisadiyyat  kimi 
qurulan  gələcək  Avropada  ömür  boyu  təhsil  strategiyası  üzünü 
rəqabətqabiliyyətlilik  və  yeni  texnologiyalardan  istifadə,  sosial 
birliyin, 
bərabər 
imkanların 
və 
həyatın 
keyfiyyətinin  
yaxşılaşdırılması problemlərinə çevirməlidir. 
 
Ali təhsil müəssisəsi və tələbələr 
Nazirlər  universitetlərin,  digər  ali  təhsil  müəssisələrinin  və 
tələbələrin  səriştəli,  fəal  və  konstruktiv  tərəfdaşları  kimi  Avropa 
ali  təhsil  Zonasının  formalaşmasına  cəlb  olunmasının  zəruriliyini 
qeyd  etdilər.  Đnstitutlar    birgə  və  effektiv,  lakin  yenə  də  müxtəlif 
və uyğunlaşan Avropa  ali təhsil Zonasının  yaradılmasına mühüm 
əhəmiyyət verdiklərini nümayiş etdirdilər. Nazirlər həmçinin qeyd 
etdilər  ki,  keyfiyyət  inam,  münasiblik,  mobillik,  uyğunluq  və 
cəzbedicilik  üçün  Avropa  ali  təhsil  Zonasının  əsas  şərtidir.   
Nazirlər  ali  təhsil  müəssisələrinin  akademik  keyfiyyəti  uzun-
müddətli  işədüzəlmə  imkanları  ilə  birləşdirən  tədris  proqramının 
inkişafına töhfələrini qiymətləndirdi və onları bu istiqamətdə aktiv 
fəaliyyətlərini davam etdirməyə çağırdı. 
Nazirlər  təsdiq  etdilər  ki,  tələbələr  universitetlərdə  və  digər 
ali  təhsil  müəssisələrində  təhsilin  təşkilində  və  məzmununda 
iştirak  etməli  və  təsir  etməlidirlər.  Nazirlər  həmçinin  tələbələrin 
qeyd  etdiyi  Boloniya  prosesində  sosial  məsələləri  diqqətdə 
saxlamağın zəruriliyini bir daha təsdiq etdilər.  


 
103
Avropa  ali  təhsil  Zonasının  cəzbediciliyinin  təmin 
edilməsinə kömək  
Nazirlər  Avropadan  və  dünyanın  digər  hissələrindən  olan 
məktəblilər  arasında  Avropa  ali  təhsilinin  cəzbediciliyinin 
genişlənməsinin  vacibliyi  ilə  razılaşdılar.  Ali  təhsilin  Avropa 
dərəcələrinin  bütün  dünyada  başa  düşülməsi  və  müqayisə  edilə 
bilməsi  ixtisasların  ümumi  çərçivəsinin  inkişafı,  habelə  keyfiy-
yətin  və  akreditasiya/sertifikatlaşdırma  mexanizminin  razılaş-
dırılmış təminatı və informasiya səylərinin artırılması ilə genişlən-
məlidir. Nazirlər xüsusi olaraq qeyd etdilər ki, ali təhsilin və  elmi 
tədqiqatların  keyfiyyəti  Avropanın  beynəlxalq  cəzbediciliyi  və 
rəqabət qabiliyyətliliyinin vacib müəyyənləşdirici amilidir və belə 
də olmalıdır. Nazirlər razılaşdılar ki,  Avropa ali təhsil Zonasının 
müxtəlif konfiqurasiyalı institut və proqramların mövcudluğundan 
faydalanmasına  xüsusi  diqqət  ayrılmalıdır.  Onlar  transmilli 
təhsilin  əhəmiyyəti  və  perspektivləri  məsələlərində  Avropa 
dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə çağırdılar. 
Qətiyyətli davam etmə 
Nazirlər  öz  üzərilərinə  Boloniya  bəyannaməsində  ifadə 
olunmuş  məqsədlərə  əsaslanan  və  mədəniyyətlərin,  dillərin  və 
hökumətlərarası  əməkdaşlığın  və  Avropa  universitetləri,  digər  ali 
təhsil müəssisələri, tələbə təşkilatları, habelə  Birliyin proqramları 
ilə  davam  edən  dialoqun    bütün  imkanlarını  özündə  birləşdirən 
milli  sistemlərin  oxşarlığı  və  fayda  verən  fərqi  üzərində  qurulan 
əməkdaşlığı davam etdirmək öhdəliyi götürdülər.   
Avropa  Birliyinin  Sokrates,  Leonardo  da  Vinçi  proqramları 
və  ya  Tempus  alt  proqramının  onlar  üçün  açıq  olduğu  ölkələri 
təmsil  edən  nazirlərin  bəyanatından  sonra  nazirlər  Boloniya 
prosesinə qoşulmuş yeni üzvləri salamladılar. Onlar Kipr, Türkiyə 
və Xorvatiyanın ərizəsini qəbul etdilər.  
Nazirlər  qərara  gəldilər  ki,  irəliləyişin  icmalının  verilməli 
olduğu  və  Avropada  ali  təhsil  Zonasına  doğru  prosesin  növbəti 
mərhələsinin  fəaliyyət  istiqamətləri  və  prioritetlərinin    müəyyən-
ləşdiriləcəyi  yeni  dəstək  görüşü  2003-cü  ilin  ikinci  yarısında 


 
104
Berlində  olacaqdır.  Onlar  işi  axıra  çatdırmaq  üçün  yardım  qrupu 
və  hazırlıq  qrupundan  ibarət  quruma  olan  tələbatı  təsdiq  etdilər. 
Yardım  qrupu  müvafiq  sənədləri  imzalamış  bütün  ölkələrin,  yeni 
üzvlərin  və  Avropa  Komissiyasının  nümayəndələrindən  təşkil 
edilməlidir.    Ona  rəhbərliyi  bu  zaman  Avropa  Đttifaqına  sədrlik 
edən  ölkənin  nümayəndəsi  etməlidir.  Hazırlıq  qrupu  Nazirlər 
səviyyəsində  keçirilən  əvvəlki  və  növbəti  görüşlərdə  qəbul  edən 
qismində  çıxış  edən  ölkələrin  -  Avropa  Đttifaqı  üzvü  olan  iki 
ölkənin  və  Đttifaqa  daxil  olmayan  iki  ölkənin  nümayəndələrindən 
təşkil  edilməlidir.  Sonuncu  dörd  nümayəndə  yardım  qrupu 
tərəfindən 
seçiləcək. 
Avropa 
Đttifaqında 
 
və 
Avropa 
Komissiyasında sədrlik edən ölkələrin  nümayəndələri də hazırlıq 
qrupuna  daxil  olacaq.  Hazırlıq  qrupuna  rəhbərliyi  nazirlər 
səviyyəsində  növbəti  görüşü  qəbul  edən  ölkənin  nümayəndəsi 
edəcək 
Avropa  universitetlər  assosiasiyası,  Avropa  ali  təhsil 
müəssisələri  assosiasiyası,  Avropada  tələbələrin  milli  ittifaqları 
assosiasiyası  və  Avropa  Şurasına  prosesin  inkişafının  gedişi  üzrə  
məsləhətləşmələr vacibdir. 
Prosesin  irəli  getməsi  üçün  nazirlər  yardım  qrupundan 
aşağıdakı sahələrdə tədqiqatlar aparmaq üçün seminarları qaydaya 
salmağı xahiş etdilər:  
-  akkreditasiya və keyfiyyətin təmin edilməsinə aid  sahədə 
əməkdaşlıq; 
-  tədrisin  nəticələrinin  tanınması  və  Boloniya  prosesində 
kreditlərdən istifadə edilməsi; 
-  birgə dərəcələrin inkişaf etdirilməsi; 
-  mobilliyə  olan  maneələrə  xüsusi  diqqət  yetirməklə  sosial 
məsələlər,  həmçinin  Boloniya  prosesinin  genişləndiril-
məsi,  ömür  boyu  təhsil  və  təhsil  alanların  müzakirələrə 
cəlb olunması.  
 
 
 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə