Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə35/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

 
105
GƏLƏCƏYĐN FORMALAŞMASI 
Salamanka 29-30 mart 2001-ci il 
 
300-dən  artıq  Avropa  ali  təhsil  müəssisəsi  və  onların  əsas 
təmsilçi  təşkilatları  29-30  mart  2001-ci  ildə  Salamankada 
yığışmışlar.  Onların  məqsədi  Boloniya  prosesinə  cəlb  olunmuş 
ölkələrdə ali təhsilə nazirlərinin Praqa görüşünü təşkil etməkdir və 
onlar aşağıdakı məqsəd, prinsip və prioritetlərlə razılaşdılar.  
Avropa  ali  təhsil  müəssisələri  bir  daha  Boloniya  bəyanna-
məsini  dəstəklədiklərini  və  onilliyin  sonuna  Avropa  ali  təhsil 
Zonasını yaratmaq öhdəliklərini təsdiq edirlər. Onlar Salamankada 
Avropa  universitetlərinin  assosiasiyasını  (AUA)  yaradılmasında  
öz  səslərinin  hökumətlər  və  cəmiyyətlərə  daha  səmərəli  çatdırıl-
ması,  bununla  da  Avropa  ali  təhsil  Zonasında  öz  gələcəklərinin 
formalaşmasına  dəstək    üçün  simvolik  və  praktik  əhəmiyyət 
görürlər.  
1. Prinsiplər 
Məsuliyyətli muxtariyyət 
Đnkişaf  Avropa  universitetlərinin  məsuliyyətlə  uzlaşan 
muxtariyyət  prinsiplərinə  əsaslanan  müvafiq  fəaliyyət  imkanı 
olmasını    tələb  edir.  Muxtar  və  məsuliyyətli  hüquqi,  təhsil  və 
sosial  obyektlər  kimi  onlar  1988-ci  il  Magna  Charta  Univer-
sitatum  prinsiplərinə,  xüsusən,  akademik  azadlıq  prinsiplərinə 
sadiqliklərini  təsdiq  edirlər.  Bununla  da  universitetlərin  öz 
strategiyalarını  formalaşdırmaq,  tədrisdə  və  elmi  tədqiqatların 
aparılmasında öz prioritetlərini müəyyənləşdirmək, öz resurslarını 
sərf  etmək,  öz  proqramlarının  profilini  vermək  və  professor  və 
tələbələrin qəbulu üçün öz meyarlarını qoymaq hüququ  olmalıdır. 
Avropa ali təhsil müəssisələri öz evlərində, Avropada və dünyada 
rəqabətə  hazırdırlar,  lakin  bunun  üçün  onların  zəruri  təşkilati 
müstəqilliyə,  aydın  və    xoşməramlı  tənzimləmə  çərçivələrinə  və 
kifayət  olacaq  qədər  maliyyələşməyə  ehtiyacı  vardır.  Əks  halda 
onların  əməkdaşlıq  etmək  və  yarışmaq  imkanı  olmayacaq.  Ali 
təhsilə  münasibətdə  ölkələrin  çoxunda  birbaşa  tənzimləmə, 


 
106
hərtərəfli  inzibati  və  maliyyə  nəzarəti  həyata  keçirilərsə,  Avropa 
ali təhsil Zonası yaratmaq planları yerinə yetirilməmiş qalacaq və 
ya bu, qeyri-bərabər rəqabətə gətirib çıxaracaq. 
Ali  təhsilin  keyfiyyətini  təmin  edən  rəqabət  əməkdaşlığı 
istisna  etmir  və  kommersiya  konsepsiyası  ilə  eyniləşdirilmə-
məlidir.  Avropanın  bir  sıra  ölkələrində  universitetlər  hələ  o 
səviyyədə  deyildirlər  ki,  bərabər  həddə  rəqabət  apara  bilsinlər  və  
xüsusən, Avropa hüdudlarında arzuolunmaz beyin axını ilə üz-üzə 
qalsınlar. 
Təhsil cəmiyyət qarşısında məsuliyyət kimi Avropa ali təhsil 
Zonası  Avropanın  təhsilin  cəmiyyət  qarşısında  məsuliyyəti 
ənənələrinə  əsasən  qurulmalıdır:  həm  dərəcəyəqədərki,  həm  də 
dərəcədən  sonrakı  təhsilə  geniş  və  açıq  keçid  imkanının  olması; 
şəxsiyyətin inkişafı üçün ömür boyu təhsilin;  
 
Elmi tədqiqatlara əsaslanan ali təhsil 
Elmi  tədqiqatlar  ali  təhsilin  hərəkətverici  gücü  olduğundan 
Avropa  ali  təhsil  Zonasının  da  yaranması  Avropa  elmi  tədqiqat 
Zonasının yaranması ilə paralel getməlidir.  
 
Diversifikasiyanın təşkili 
Avropa  ali  təhsili  dil,  milli  sistemlər,  institutların  tipləri, 
hazırlıq  profillərinin  istiqaməti  və  tədris  planları  baxımından 
müxtəlif  olmuşdur.  Eyni  zamanda  onun  gələcəyi  bu  qiymətli 
müxtəliflikləri  elə  səmərəli  təşkil  edilməsindən  asılıdır  ki, 
çətinliklər  və  maneələr  deyil,  müsbət  və  çevik  nəticələr  əldə 
edilsin.  Ali  təhsil  müəssisələri  konvergensiyadan,  xüsusən  də  bu 
sahədə  əlyetən  ümumi  anlayışlarda,  istifadə  etmək  və  müxtəlif-
liklərlə tanımadan imtina etməyə və  ləğv etməyə səbəb kimi deyil  
müsbət amil kimi  rastlaşmaq istəyirlər. Onlar minimal səviyyədə 
birləşmənin  təminatçısı  olan  yetərli  özünütənzimləməni  qurmaq 
tərəfdarıdırlar  ki,  onların  bir  arada  olmaq  səyləri  kreditlərin,  əsas 
dərəcə  kateqoriyalarının  və  keyfiyyət  meyarlarının  həddən  artıq 
böyük dispersiyanın olması ilə heçə endirilməsin.  


 
107
II. Başlıca məsələlər 
Keyfiyyət  formalaşmanın əsası kimi 
Avropa  ali  təhsil  Zonası  tərəfdaşların  gözləntilərinə  cavab 
vermək  üçün  akademik  dəyərlər,  daha  doğrusu  keyfiyyətin 
nümayiş  etdirilməsi  əsasında  qurulmağı  tələb  edir.  Doğrudan  da, 
keyfiyyətin  qiymətləndirilməsində    institutların  və  proqramların 
məqsəd və missiyaları nəzərə alınmalıdır. O, yeniliklərlə ənənələr, 
akademik üstünlüklə sosial-iqtisadi zərurət, proqramların bağlılığı 
ilə tələbələrin azad seçimi arasında balansı tələb edir. O, tədris və 
elmi  tədqiqatlarla  yanaşı,  idarəetməni  və  inzibatçılığı,  tələbələrin  
ehtiyaclarına  həssaslığı  və  onlara  tədrisdən  kənar  xidmətlərin  
göstərilməsi  kimi  məsələlərini  də  əhatə  edir.    Mövcud  keyfiyyət 
kifayət deyildir, onun tələbələr, tərəfdaşlar və Avropa ölkələri və 
dünya  ictimaiyyətlərinin  təsdiqini  və  inamını  qazanması  üçün  
nümayiş edilməyə və təminata ehtiyacı vardır. 
Keyfiyyət Avropa ali təhsil Zonasında inamın, münasibliyin, 
mobilliyin, uyğunluğun və cəzbediciliyin əsas şərtidir   
Đnamın formalaşması  
Elmi-tədqiqatların  qiymətləndirilməsində  beynəlxalq  yanaş-
ma  mövcuddur.  Bu  cür  yanaşma  ali  təhsilə  münasibətdə  də 
olmalıdır. Avropada keyfiyyətin təmin edilməsi ümumi standartlar 
toplusundan  istifadə  üzrə  müstəsna  baxışlara  əsaslana  bilməz. 
Gələcəyə  yol  Avropa  səviyyəsində  nəticələrinin  qarşılıqlı  qəbul 
edilməsi  mexanizmlərinin  işlənib  hazırlanmasındadır.  Bu  cür 
mexanizmlər  milli,  linqvistik  və  inzibati  fərqlərə,  habelə  kiçik 
universitetlərə hörmətlə yanaşmalıdırlar.  
Uyğunluq 
Avropa əmək bazarı ilə uyğunluq proqrqamlarda o cəhətdən 
asılı  olaraq  müxtəlif  cür  əks  olunmalıdır  ki,  birinci  və  ikinci 
dərəcə üzrə təhsildən sonra işləmək üçün zəruri olan bilik, bacarıq 
və  vərdişlər  alınmış  olsun.  Ömür  boyu  təhsil  almaq  perspektivi 
nəzərə  alınmaqla  işə  düzəlmək  imkanı  daha  yaxşı  keyfiyyətli 
təhsilə xas olan dəyərlər vasitəsilə əldə ediləcək: yanaşmaların və 
fənlərin  profillərinin  müxtəlifliyi  vasitəsilə;    proqramların  ona 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə