Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə36/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

 
108
giriş  və  çıxış  üçün  çoxlu  imkanlar  yaradan  çevikliyi  vasitəsilə; 
kommunikasiya  və  dil  kimi  ixtisaslararası  bacarıq  və  vərdişlərin 
inkişafı vasitəsilə;  biliyi səfərbər etmək bacarığı, problemləri həll 
etmək,  komanda  ilə  işləmək  və  sosial  cəhətdən  inkişaf  etmək 
vasitəsilə. 
Mobillik 
Tələbələrin,  personalın  və  məzunların    sərbəst  mobilliyi 
Avropa ali təhsil Zonasının mövcudluğunun vacib şərtidir. Avropa 
universitetləri  böyük  mobilliyi  həm  “üfiqi”,  həm  də  “şaquli” 
istiqamətdə  inkişaf  etdirmək  istəyirlər  və  virtual  mobilliyə  fiziki 
mobilliyin  əvəzi  kimi  baxmırlar.    Onlar  tanımanın  və  mobilliyin 
mövcud instrumentlərini (AKTS, Lissabon konvensiyasi, Diploma 
əlavə,  NARĐS/ENĐK  şəbəkəsi)  müsbət  və  çevik  üsullarla  istifadə 
etmək  istəyirlər.  Avropa  təcrübəli  müəllim  heyətinin  vacib-
liyindən  universitetlər  Avropada  akademik  karyera  üçün  milli 
tələblərin  və  digər  maneələrin  aradan  götürülməsini  istərdilər. 
Lakin  virtual  mobilliyə  və  transmilli  təhsilə  ümumi  Avropa 
yanaşması da zəruridir.  
Dərəcəyəqədərki 
və 
dərəcədənsonraki 
səviyyələrdə 
uyğunlaşdırıla  bilən ixtisaslar  
Ali təhsil müəssisələri dərəcəyəqədərki və dərəcədənsonraki 
təhsildəki  başlıca  fərqlərə  əsaslanan  ixtisasların  uyğunlaşdırıl-
masına  doğru    hərəkəti  dəstəkləyirlər.  Kifayət  qədər  ümumi  fikir 
var  ki,  birinci  dərəcəni  almaq  üçün  180-240  AKTS  krediti 
həcmində  qiymətləndirilən  tədris  yükü  yerinə  yetirilməlidir. 
Birinci dərəcələr əmək bazarında  iş tapmaq imkanı verməli və ya, 
başlıca  olaraq,  dərəcədən  sonrskı  səviyyədə  təhsili  davam 
etdirmək  üçün  hazırlıq  mərhələsi  olmalıdırlar.  Bir  sıra  hallarda 
universitet birbaşa magistr dərəcəsinə aparan  birləşdirilmiş tədris 
planı  tətbiq  edə  bilər.  Belə  qərarların  qəbul  edilməsində  
öyrəniləm fənlərin birtipliliyi əsasında yaradılmış şəbəkə vacib rol 
oynayır. Universitetlər AKTS-nə əsaslanan qiymətləndirmə-yığım 
kreditlərinin  xeyrinə  və  başqa  yerlərdə  alınmış  kreditlərin  qəbul 


 
109
edilə  bilməsi  haqqında  qərar  çıxarmaq  üçün  baza  hüququnda 
əmindirlər. 
Cəzbedicilik 
Avropanın  ali  təhsil  müəssisələri  bütün  qitələrin  istedadlı 
adamları üçün cəzbedici olmaq istəyirlər. Bu institusional, milli və 
Avropa  səviyyəsində  fəaliyyət  tələb  edir.  Spesifik  tədbirlərə 
proqramların adaptasiyası (həm daxildə, həm də Avropa xaricində 
aydın  başa  düşülən  dərəcələr;  keyfiyyətin  təminatının  zəruri 
vasitələri; əsas dünya dillərində tədris olunan proqramlar; adekvat 
informasiya  və  marketinq;  zarici  tələbələr  və  alimlər  üçün    yaxşı 
xidmət) və şəbəkə çərçivəsində strateji iş daxildir. Müvəffəqiyyət 
həmçinin  immiqrasiya  və  əmək  bazarına  mane  olan  qaydaların 
ləğv olunmasından asılıdır.  
 
Avropa  ali  təhsil  müəssisələri  etiraf  edirlər  ki,    onların 
tələbələri  bütün  Avropada  öz  təhsilləri  və  karyeraları  üçün 
səmərəli  istifadə  edə  biləcəkləri  ixtisaslara  ehtiyacları  vardır  və 
onları  tələb  edirlər.  Đnstitutlar,  onların  şəbəkələri  və  təşkilatları 
bu  mənada  öz  rol  və  məsuliyyətlərini  təsdiq  edirlər  və 
muxtariyyətləri  çərçivəsində  işlərini    lazımi  şəkildə  təşkil  etməyə 
hazır olduqlarını bildirirlər.   
 
Ali  təhsil  müəssisələri  hökumətlərə  xahişlə  müraciət  edirlər  
ki,  dəyişiklikləri  asanlaşdırsınlar  və  həvəsləndirsinlər,  milli  və 
ümumavropa  xüsusiyyətlərini  nəzərə  almaqla  yaxınlaşmanı 
əlaqələndirmək  və  onu  idarə  etmək  çərçivələrini  təmin  etsinlər. 
Onlar birgə təşəbbüslərdə irəliləyişə təkan vermək və dəstəkləmək 
bacarıqlarının olduğunu  və bunu etməyə  hazır olduqlarını təsdiq 
edirlər.   
-  Bütün  Avropa  üçün  ali  təhsilin  və  elmi  tədqiqatların 
qiymətləndirilməsi; 
-  Proqramları  və  ali  təhsili  yenidən  qurmaq  və 
cavanlaşdırmaq; 
-  Ali təhsili elmi tədqiqatlar əsasında inkişaf etdirmək; 


 
110
-  Keyfiyyəti  qiymətləndirmək,  təminat  vermək  və  təsdiq 
etmək üçün qarşılıqlı qəbul edilən mexanizmlərin qəbulu;  
-  Avropa  ölçülərinin  ümumi  terminlərinə  əsaslanaraq, 
müxtəlif  institutların,  proqramların  və  dərəcələrin  uyğunlaşdırıl-
masını təmin etmək; 
-  Avropada  tələbələrin,  personalın  mobilliyinə  və  məzunla-
rın işə düzəlmə imkanına kömək etmək; 
-  Avropa ali təhsil Zonasına daxil olmağa böyük problemlər 
olan  ölkələrdə  universitetlərin  modernləşməsi  istiqamətində  səy-
lərə dəstək vermək; 
-  Öz  ölkəsində,  Avropada  və  dünyada  açıq,  cəzbedici  və 
rəqabət qabiliyyətli olaraq dəyişikliklər həyata keçirmək; 
-  Ali  təhsilin  cəmiyyət  qarşısında  məsuliyyətli  olmasını 
hesab etməkdə davam etmək. 
 
Salamanka . 29-30 mart 2001-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
111
ÖLKƏ QANUNVERĐCĐLĐYĐ 
 
Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu 
  
Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitu-
siyasında  təsbit  olunmuş  təhsil  hüququnun  təmin  edilməsi 
sahəsində  dövlət  siyasətinin  əsas  prinsiplərini  və  təhsil  fəaliy-
yətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin 
ayrı-ayrı  pillələri  üzrə  müvafiq  qanunların  və  digər  normativ  hü-
quqi aktların qəbul edilməsində baza rolunu oynayır. Azərbaycan 
Respublikasında  təhsil  dünyəvi  və  fasiləsiz  xarakter  daşımaqla, 
vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji 
əhəmiyyətli  prioritet  fəaliyyət  sahəsidir.  Azərbaycan  Respublika-
sında  təhsil  insan  hüquqları  haqqında  beynəlxalq  konvensiyalara 
və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  digər  beynəlxalq 
müqavilələrə  əsaslanır,  təhsil  sahəsində  milli-mənəvi  və  ümum-
bəşəri  dəyərlərin  priоritetliyi  əsasında  dünya  təhsil  sisteminə 
inteqrasiya olunaraq inkişaf edir.  
  
I fəsil 
Ümumi müddəalar 
 
Maddə  2.  Təhsil  haqqında  Azərbaycan  Respublikasının 
qanunvericiliyi 
 2.1. 
Təhsil 
haqqında 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi  Azərbaycan  Respublikasının  Konstitusiyasından, 
bu  Qanundan,  təhsil  sahəsinə  aid  olan  digər  normativ  hüquqi 
aktlardan  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 
beynəlxalq müqavilələrdən ibarətdir.  
2.2.  Təhsil  qanunvericiliyinin  əsas  məqsədi  təhsil  sahəsində 
vətəndaşların  konstitusiya  hüququnun  təmin  edilməsindən  və 
qorunmasından, 
icra 
strukturlarının, 
təhsilalanların 
və 
təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin 
düzgün  müəyyən  edilməsindən,  оnlar  arasında  münasibətlərin 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə