Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə4/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   2   3   4   5   6   7   8   9   ...   55

 
10
sından sonra daha məqsədyönlü və konkret istiqamət almağa baş-
ladı.  Nəhayət,  2005-ci  ildə  Azərbaycanın  rəsmi  olaraq  Boloniya 
prosesinə qoşulması və bu sahədə öz üzərinə konkret vəzifələr və 
öhdəliklər  götürməsi  onun  məqsədlərinin  dönməz  olduğunu  qəti 
olaraq sübut etdi.  
Qeyd  etmək  lazımdır  ki,  Boloniya  prosesi  birinci  növbədə 
Avropanın  ehtiyaclarından  irəli  gəlməsinə  baxmayaraq,  onun 
prinsipləri  və  qarşılarına  qoyduqları  məqsədlər  ona  qoşulan  yeni 
ölkələrin maraqlarına tam cavab verirdi. Ona qoşulan hər bir yeni 
ölkənin    ali  təhsil  sistemi  də  hər  bir  Avropa  dövlətinin  malik 
olduğu  hüquqlara  malik  olur.  Əksinə,  təhsil  sahəsində  onun 
inkişaf  etmiş  ən  qabaqcıl  ölkələri  sırasına  qoşulmaq  və  onların 
səviyyəsinə yüksəlmək, onların standartları səviyyəsində tələblərə 
cavab  vermək  həddinə  onların  özlərinin  dəstəyindən  də  istifadə 
edərək,  cəhd  etmək  yalnız  xeyir  verə  bilər.  Azərbaycanın 
Boloniya  prosesinə  qoşulmasına  skeptik  yanaşanlar    çox  zaman 
Təhsildə  Ümumavropa  Zonasının  formalaşmasını  qloballaşma  ilə 
qarışıq  salırlar.  Məsələ  bundadır  ki,  Boloniya  prosesi  qloballaş-
manın  yaratdığı  reallıqları  qarşılamaq,  ona  hazır  olmaq  istiqamə-
tində  həyata  keçirilən  işlərdir.  Azərbaycanın  və  regionun  digər 
gənc dövlətlərinin belə bir məqamda Avropanın qabaqcıl ölkələri 
ilə bir arada olaraq  bu məsələdən irəli gələn problemlərini yüksək 
standartlar  və  Ümumavropa    ali  təhsil  Zonası  çərçivəsində  həll 
etməyə qərar verməsi yeganə düzgün addımdır və onun alternativi 
yoxdur.  
Eyni  zamanda,  unutmaq  olmaz  ki,  bu  dövlətlərin  Ümum-
avropa ali təhsil Zonasına qoşulması onun bu sahədə mövcud olan 
problemlərini  həll  etmir.  Əksinə,  bu  Zonanın  tam  hüquqlu  üzvü 
olmaq  onun  üzərinə  çox  böyük  məsuliyyət  qoyur  və  çox  qısa  bir 
müddətdə xeyli problemlərin həll edilməsini tələb edir.  
Qafqaz  regionu  dövlətlərinin  Boloniya  prosesinin  tərəfdaşı 
olaraq, görülən işlərin uğuru üçün bir sıra problemlərin həll etməsi 
vacibdir. Onların sırasına ilk növbədə ali təhsilin Ümumavropa ali 
təhsil  Zonasının  malik  olduğu  ictimai-iqtisadi  mühitə  uyğun 


 
11
mühitin  formalaşması  üçün  yeni  mövcud  şəraitə  müvafiq 
qanunverici  bazanın  formalaşması  daxildir.  Bu  məsələlərə  ali 
məktəblərin  maddi  cəhətdən  sərbəstliyi,  tədrisin  təşkili,  onun 
məzmununun  müəyyənləşdirilməsi  və  sair  onun  ümumi  məkanda 
tam  hüquqlu  subyekt  kimi  fəaliyyət  göstərməsi  üçün  vacibdir. 
Şübhəsiz,  bu sərbəstlik anarxiya kimi başa düşülməməli, dövlətin 
müvafiq  orqanlarının  optimal    təsir  və  nəzarət  çərçivələri  dəqiq 
müəyyənləşməlidir.  Bu  çərçivə  ali  təhsil  müəssisəsinin  ümumi 
məkanda  rəqabət  qabiliyyətinin  təmin  edilməsi  və  onların  digər 
ölkələrin  ali  təhsil  müəssisələri  ilə  bərabər  hüquq  və  bərabər 
imkan  səviyyəsində  əməkdaşlıq  edə  bilməsi  nöqteyi-nəzərindən 
müəyyənləşdirilməlidir. 
Boloniya prosesinə  yeni qoşulmuş postsovet ölkələrinin  ali 
təhsil  sistemi  qarşısında  duran  problemlərdən  biri  də  təhsilin 
keyfiyyətinin,  uyğun  olaraq,  buraxılan  mütəxəssislərin  hazırlıq 
səviyyəsinin  ümumavropa  səviyyəsinə  yüksəldilməsi  məsələsidir. 
Đlk  baxışda  çətin,  bəlkə  də  qeyri  mümkün  görünən  bu  problemi, 
zənnimizcə,  məsələni  radikal  şəkildə  qoymaqla  həll  etmək 
mümkündür. 
Boloniya prosesinin bu ölkələrdə ən böyük problemlərindən 
biri  də,  fikrimizcə,  ali  təhsil  ictimaiyyətinin  bu  barədə  məlumat-
lılığının  kifayət  səviyyədə  olmamasıdır,  Boloniya  prosesinin 
mahiyyətinin,  məqsədlərinin,  perspektivlərinin,  ziddiyyətli  mə-
qamlarının  bundan  sonra  da  araşdırılmasına  və  bu  barədə  ölkə 
ictimaiyyətində  aydın  təsəvvürün  formalaşdırılması  problemi  öz 
aktuallığını saxlayır və bu istiqamətdə görüləsi işlər çoxdur. 
Dəfələrlə  qeyd  olunduğu  kimi,  hər  bir  ölkədə  Boloniya 
prosesinin  uğurları  digər  vacib  şərtlərlə  yanaşı  yerli  mühitin 
dərindən  tədqiq  edilməsi,  əhalinin,  o  cümlədən  də  ali  məktəb 
tələbələri  və  əməkdaşlarının,  bu  islahatlara  mənəvi-psixoloji 
cəhətdən  hazırlanması,  onların  maksimum  maarifləndirilməsi  və 
güclərinin  səfərbər  edilməsi  ilə  bağlıdır.  Bu  tədqiqatlar  və 
sosioloji  sorğu  mövcud  mühit  barədə  dolğun  təsəvvür  yaratmağa 
imkan verir.  


 
12
Məsələn,  Azərbaycanda  mindən  artıq  respondent  arasında 
aparılan  sorğu  2  istiqamətə  yönəlmişdir.  Onlardan  biri  ancaq 
tələbələrin,  digəri  isə  ali  məktəb  müəllimləri,  rəhbər  işçilər  və 
digər  əməkdaşların  fikirlərini  öyrənməyə,  onların  münasibətlərini 
müəyyənləşdirməyə  istiqamətlənmişdir.  Ümumi  nəticələr  hər  iki 
istiqamətdə demək olar ki, üst-üstə düşür. Anket sualları əsasında 
tədrisin forma və keyfiyyətinin real vəziyyətini qiymətləndirərkən 
hər  iki  kateqoriya  respondentlərdə  təsəvvürün  eyni  olduğu  aşkar 
olunur.  Müəllimlərin  70  faizi,  tələbələrin  isə  74  faizi  bu 
səviyyənin bugünkü gün üçün çox da yüksək olmadığını və onun 
köklü dəyişikliklərə ehtiyacı olduğunu qeyd etmişlər. Tələbələrin 
yalnız  14  faizi  təhsilin  səviyyəsinin  günün  tələblərinə  uyğun 
gəlməsi  qənaəti  ilə  razılaşırlar.  Bu  məsələdə  ümidverici  məqam 
təhsilin  keyfiyyətinin  artırılması  zərurətinin  ali  məktəb  ictimaiy-
yətinin  əksəriyyəti  tərəfindən  dərk  edilməsi  və  onların  bu  yöndə 
dəyişikliklərə  mənəvi-psixoloji  cəhətdən  hazır  olmasıdır.  Onlar 
“Ali məktəbdə tədrisin forma və keyfiyyəti sizi nə dərəcədə qane 
edir?” sualına 1) tam 2) qismən 3) qane etmir 4) cavab verməkdə 
çətinlik  çəkirəm    cavab  variantlarımdan  ikinci  varianta  üstünlük 
vermişlər.  Bu cavablar radikal islahatların keçirilməsinin vacibli-
yini,    təhsil  islahatlarının  mənəvi  dəstəyə  malik  olduğunu  əyani 
şəkildə sübut edir.  
Sorğunu  nəticələrinə  görə  aşkar  edilmiş  məqamlardan  biri 
Boloniya  prosesinin  tələblərindən  biri  olan  kredit  sistemi(AKTS) 
haqqında  təsəvvürün  səviyyəsinin  müəyyənləşdirilməsi  idi.  Mə-
sələ bundadır ki, müxtəlif ali məktəblərdə kredit sistemi haqqında 
məlumatın  səviyyəsi  müxtəlifdir.  Yalnız  kiçik  struktur  səviy-
yəsində kredit sisteminin tətbiq edildiyi ali təhsil müəssisələrində 
onun barəsində məlumat da çox cüzidir və çox zaman bu məlumat 
kredit  sisteminin  tətbiq  edildiyi  kiçik  tələbə  kontingentindən 
kənara  çıxmır.  Təhsilin  Boloniya  prosesi  tələbləri  əsasında 
qurulmağa  başladığı,  daha  çox  fakültə  və  kursları  əhatə  etdiyi 
institutlarda və universitetlərdə məlumatlılıq daha genişdir. Lakin 
onların  özündə  də  təhsilin  bu  yeni  sistemi  haqqında  və    ya  onun 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə