Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə41/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

 
124
formasından və tabeliyindən asılı olmayaraq, təhsilin keyfiyyətinə 
nəzarət səlahiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 
verildikdən  və  ali  və  orta  ixtisas  təhsili  müəssisələrinin 
attestasiyası  və  akkreditasiyasını  tənzimləyən  müvafiq  normativ-
hüquqi  akt  təsdiq  edildikdən  sonra  qısa  müddət  ərzində  təhsilin 
keyfiyyətinə  nəzarət  mexanizmi  yaradılmış,  ilk  mərhələdə 
tələbələrin  biliyinin  qiymətləndirilməsi  üzrə  yeni  mexanizmin 
tətbiqinə  eksperiment  şəklində  başlanılmışdır.  Hazırda  bu  sistem, 
demək olar ki, bütün ali təhsil müəssisələrini əhatə edir. 
Müasir  tələblərə  cavab  verən,  dərin  təfəkkürə,  pedaqoji  və 
metodik ustalığa malik olan müəllim kadrları hazırlığı daim diqqət 
mərkəzində  olmuşdur.  Belə  ki,  Azərbaycan  Respublikasının 
Təhsil Nazirliyi Dünya Bankı ilə birgə Təhsil Sektorunun Đnkişafı 
Layihəsi  çərçivəsində  “Azərbaycan  Respublikasında  fasiləsiz 
pedaqoji  təhsil  və  müəllim  hazırlığının  konsepsiya  və  stra-
tegiyası”nı hazırlamış, həmin sənəd 2007-ci ildə təsdiq edilmişdir. 
Konsepsiya  təsdiq  edildikdən  sonra  pedaqoji  kadr  hazırlığının 
məzmununda islahatların aparılması işinə başlanılmışdır. 
Müasir  dövrdə  Avropa  ölkələri  təhsil  sistemlərinin  inteqra-
siyası  və  ümumavropa  ali  təhsil  məkanının  formalaşdırılması 
xüsusi aktuallıq kəsb edir. Bu baxımdan həyata keçirilən tədbirlər 
arasında Bolonya prosesi önəmli yer tutur.  
Azərbaycan  2005-ci  ildə  Bolonya  prosesinə  qoşulmuş  və 
bununla  da  faktiki  olaraq  ali  təhsildə  aparılacaq  islahatların 
konturları  müəyyənləşdirilmişdir.  Bolonya 
Bəyannaməsinin 
müddəalarını  həyata  keçirmək  üçün  2006-2010-cu  illəri  əhatə 
edən  müvafiq  Tədbirlər  Planı  hazırlanıb  təsdiq  edilmişdir. 
Tədbirlər 
Planına 
uyğun 
olaraq, 
“Bakalavr 
hazırlığının 
məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin 
strukturu”  təsdiq  edilmiş  və  buna  müvafiq  istiqamətlər  üzrə  yeni 
dövlət  təhsil  standartları  hazırlanmışdır.  Beynəlxalq  təcrübəyə 
əsaslanaraq  hazırlanmış  bu  standartlarda  fənlərin  sayı,  auditoriya 
saatlarının  miqdarı  (4140  saatdan  orta  hesabla  3305  saata  qədər) 
azaldılmış,  seçmə  fənlərə  ayrılan  saatların  miqdarı  10  faizdən  20 


 
125
faizədək  artırılmış  və  tələbələrin  müstəqil  işinə  xeyli  vaxt 
ayrılmışdır. 
Azərbaycanın  Bolonya  prosesinə  qoşulması  ilə  əlaqədar  ali 
təhsildə  kredit  sisteminin  tətbiqinə  zərurət  yaranmışdır.  Bu 
sistemin  tətbiqi  ilə  bağlı  hüquqi  normativ  bazanın  yaradılması 
istiqamətində  bir  çox  xarici  ölkələrin  təcrübəsi  öyrənilmiş,  “Ali 
təhsil  müəssisələrində  kredit  sistemi  ilə  tədrisin  təşkili  barədə 
nümunəvi  Əsasnamə”  hazırlanıb  təsdiq  edilmiş,  görüləcək  işlərin 
həcminin  genişliyi  nəzərə  alınaraq,  ilkin  mərhələdə  bir  neçə  ali 
məktəbdə  eksperiment  şəklində  kredit  sisteminin  tətbiq  olunması 
qərara  alınmışdır.  2006-2007-ci  tədris  ilində  10  ali  məktəbdə 
başlanan eksperiment 2007-2008-ci tədris ilində artıq 21 dövlət ali 
məktəbini əhatə etmişdir. 
Bundan  əlavə  xarici  ölkələrdə  təhsil  alanların  diplomlarının 
Azərbaycanda  tanınması  üzrə  müvafiq  tədbirlər  həyata  ke-
çirilmişdir. Belə ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisas-
larının  tanınması  və  ekvivalentliyinin  müəyyən  edilməsi 
(nostrifikasiyası) qaydaları”na uyğun olaraq Azərbaycan Respub-
likasının Təhsil Nazirliyində Daimi Komissiya yaradılmışdır. 
Görülmüş işlərlə yanaşı ali təhsil sahəsində hələ də öz həllini 
tapmayan  çox  ciddi  problemlər  mövcuddur.  Respublikada  ali 
təhsilin kütləviliyi sahəsində həm inkişaf  etmiş ölkələrlə, həm də 
MDB ölkələri ilə müqayisədə gerilik müşahidə olunur. Son illərdə 
hər  10  min  vətəndaşa  inkişaf  etmiş  ölkələrdən  ABŞ-da  –  445, 
Böyük Britaniyada – 276, Almaniyada – 240, Yaponiyada – 233, 
MDB  ölkələrindən  Qazaxıstanda  –  510,  Rusiyada  –  449, 
Qırğızıstanda  –  447,  Moldovada  –  351,  Gürcüstanda  –  321, 
Ermənistanda – 304, Tacikistanda – 192, Azərbaycanda isə – 156 
tələbə düşür. Həmin ölkələr üzrə əhalinin sayına tələbə nisbəti isə 
(faizlə)  Rusiyada  –  5,1;  Qazaxıstanda  –  5,0;  Gürcüstanda  –  3,2; 
Ermənistanda  –  3,0;  Azərbaycanda  –  1,6;  Özbəkistanda  –  1,1  və 
Türkmənistanda  0,2  faiz  təşkil  edir.  Bu  rəqəmlər  ali  təhsil 
sisteminin  təşkilində  kifayət  qədər  həllini  gözləyən  problemin 
olduğunu göstərir.  


 
126
Respublikanın  ali  təhsil  sisteminə  cəlb  olunmuş  insan 
resurslarında  da  müəyyən  disproporsiya  aradan  qaldırılmalıdır. 
Belə ki, Qara dəniz regionu ölkələri üzrə ali təhsildə çalışan işçilər 
və tələbələrin sayı arasında olan nisbət uyğun olaraq Gürcüstanda 
– 25,5, Türkiyədə – 23,8, Moldovada – 21,3,  Albaniyada – 19,0, 
Yunanıstanda  –  16,8,  Ermənistanda  –  11,7,  Rusiyada  –  10,1  faiz 
olduğu halda Azərbaycanda bu rəqəm 7,3 faiz təşkil edir. 
Son  illərdə  ali  təhsilin  işəgötürənlərlə  əlaqəsinin  geniş-
ləndirilməsi,  xüsusilə  də  onların  həm  qanunvericilik  və  həm  də 
təhsil  proqramlarının  inkişafı  sahəsində  iştirakı  xeyli  qənaət-
bəxşdir.  Lakin  sosial-praktiki  və  iqtisadi  sahədə  mövcud  vəziy-
yətin  təhlili  göstərir  ki,  ali  təhsilin  məzmunu  ilə  tələb  olunan 
biliklər  arasındakı  uyğunsuzluq  dünyada  qlobal  böhran  səviyyəsi 
kimi  xarakterizə  olunur,  hətta  bir  çox  inkişaf  etmiş  ölkələrdə  ən 
yaxşı  halda  kadr  hazırlığı  iqtisadiyyatın  keçmiş  mərhələsinə 
uyğun aparılır.  
Bununla  əlaqədar  ali  təhsil  sisteminin  inkişafı  üçün  bütün 
mümkün  innovasiya  potensialını  və  resursları  zəruri  inkişaf 
istiqamətlərinə səfərbər etmədən mövcud vəziyyətin dəyişdirilmə-
sinə nail olmaq qeyri-mümkündür. 
Bu  baxımdan  təhlil  göstərir  ki,  respublikanın  ali  təhsil 
sistemində aşağıdakı problemlər mövcuddur:  
-  kadr  hazırlığı  strukturu  əmək  bazarının  tələbatını  tam 
ödəmir;  
-  elmi-tədqiqatların  nəticələri  ali  təhsilə  zəif  inteqrasiya 
olunur;  
- ali təhsilə ayrılan vəsaitlər səmərəsiz istifadə olunur;  
- ali təhsil müəssisələri şəbəkəsi təkmil deyil;  
-  ali  məktəblərin  kadr  potensialı  və  müəllimlərin  ixtisas-
artırma təhsili müasir tələblərə cavab vermir;  
-  ali  məktəb  tələbələri  və  məzunlarının  hazırlıq  səviyyəsi 
onların dünya təhsil məkanına çevik inteqrasiyasına imkan vermir;  


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə