Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə42/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   38   39   40   41   42   43   44   45   ...   55

 
127
-  ali  və  orta  ixtisas  təhsili  istiqamətlərinin  və  magistr 
proqramlarının  siyahılarının  təsdiqindən  xeyli  müddət  keçdiyinə 
görə onların yeniləşdirilməsinə ehtiyac duyulur;  
-  istiqamətlər  üzrə  standartların  yeniləşməsinə  baxmayaraq, 
tədris  planlarında  hələ  də  lüzumsuz  qeyri-ixtisas  fənləri 
mövcuddur;  
- bakalavr və magistratura pillələrində bir çox ixtisaslar üzrə 
dərsliklər  çatışmır,  bəzən  isə  məzmunca  köhnəlmiş  ədəbiyyatdan 
istifadə edilir; 
-  tələbələrin  tədris  olunan  fənləri  mənimsəmə  səviyyəsini 
müəyyənləşdirən  monitorinq  mexanizmi  olmadığından  onların 
biliyinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verilir;  
-  pedaqoji  təhsilin  məzmunu  ümumtəhsil  məktəblərinin 
tələbatı ilə kifayət qədər uzlaşmır;  
-  magistr  hazırlığının  məzmununa  və  səviyyəsinə  qoyulan 
minimum  dövlət  tələblərinin  strukturu  təkmilləşdirilməli  və  buna 
müvafiq 
istiqamətlər 
üzrə 
dövlət 
təhsil 
standartları 
hazırlanmalıdır;  
-  yeni  pedaqoji  təlim  texnologiyaları  ləng  işlənilir,  mövcud 
texnologiyalar isə tədris prosesinə zəif tətbiq olunur;  

ali 
məktəblərdə 
kadr 
hazırlığında 
informasiya-
kommunikasiya 
texnologiyalarından, 
fəal 
interaktiv 
təlim 
metodlarından kifayət qədər istifadə edilmir;  
-  kadr  hazırlığı  üzrə  uzunmüddətli,  elmi  cəhətdən  əsaslan-
dırılmış proqnozlaşdırma mexanizmi yoxdur;  
-  ali  məktəb  müəllimlərinin  peşəkarlıq  səviyyəsini  müəyyən 
edən mexanizm yaradılmamışdır;  
-  ali  məktəblərdə  dərs  yükünün  optimal  müəyyənləş-
dirilməməsi, azsaylı qrup və birləşmələrin yaradılması, dərs yükü-
nün  minimal  hədlə  müəyyən  edilməsi  tələbə-müəllim  nisbətinin 
dünyadakı göstəricilərə uyğunlaşdırılmasına imkan vermir;  

ali 
məktəblərin 
maddi-texniki 
bazası 
(tədris 
laboratoriyalarının  təchizatı,  tədris  prosesini  təmin  edən  cihaz  və 
avadanlıqlarla təminatı və s.) müasir tələblərə cavab vermir;  


 
128
-  ali  məktəb  kitabxanaları  və  onların  təminatı  günün  tələb-
lərinə  cavab  vermir,  elektron  kitabxanaların  və  dərsliklərin 
yaradılması işi çox ləng aparılır;  
-  ali  təhsil  müəssisələrinin  fəaliyyətini  tənzimləyən  normativ 
sənədlər  kredit  sisteminin  tətbiqi  ilə  bağlı  müvafiq  sənədlərə 
uyğunlaşdırılmamışdır.  
  
 1.3. Dövlət Proqramının məqsədi 
 “2009-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali 
təhsil  sistemində  islahatlar  üzrə  Dövlət  Proqramı”nın  (bundan 
sonra  -  Dövlət  Proqramı)  əsas  məqsədi  ölkənin  ali  təhsilinin 
Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya 
prosesinin  prinsiplərinə  uyğun  qurulması,  cəlbedici  və  rəqabət 
qabiliyyətliliyinin  təmin  edilməsi,  ölkə  iqtisadiyyatının  inkişaf 
tələblərinə  uyğun  ali  təhsilli  kadrlara  yaranan  tələbatın  ödə-
nilməsi,  habelə  informasiya  cəmiyyətinin  və  biliklərə  əsaslanan 
iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradıl-
ması,  əhalinin  müasir  tələblərə  cavab  verən  ali  təhsil  almaq 
imkanlarının  təmin  edilməsi  üçün  iqtisadi  və  sosial  baxımdan 
səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. 
  
1. 4. Dövlət Proqramının icrasının əsas istiqamətləri 
Dövlət  Proqramı  çərçivəsində  aşağıdakı  istiqamətlər  üzrə 
islahatların aparılması müəyyənləşdirilir:  
-  Bolonya  Bəyannaməsinə  və  beynəlxalq  təhsil  təcrübəsinə 
uyğun 
olaraq, 
ali 
təhsilin 
normativ 
hüquqi 
bazasının 
yeniləşdirilməsi:  burada  nəzərdə  tutulacaq  müddəalar  ali  təhsil 
sisteminin  Avropa  və  mütərəqqi  dünya  ölkələrinin  ali  təhsil 
məkanına inteqrasiyası üçün hüquqi baza yaratmalıdır;  
-  ali  təhsilin  məzmununun  və  təlim  texnologiyalarının 
təkmilləşdirilməsi:  burada  ilk  növbədə  ali  təhsil  ixtisaslarının 
Avropa  ixtisas  təsnifatına  və  əmək  bazarının  tələblərinə 
uyğunlaşdırılması,  tədris  planı  və  proqramlarının,  təhsil 
resurslarının,  müasir  fənn  proqramlarının,  yeni  təlim  və 


 
129
informasiya 
texnologiyalarını 
təmin 
edən 
elmi-metodiki 
tövsiyələrin hazırlanması və tətbiqi nəzərdə tutulmalıdır;  
- ali təhsil müəssisələrinin strukturunun və bütövlükdə onun 
idarə 
olunması 
sisteminin 
müasir 
tələblər 
baxımından 
modernləşdirilməsi:  ilk  növbədə  idarəçilik  strukturunun  əsaslı 
təkmilləşdirilməsi, kadr istehlakçılarının ali təhsil müəssisələrinin 
idarə  olunmasında  və  inkişafında  iştirakını  təmin  edən 
strukturların  yaradılması,  aidiyyəti  müəssisələri  baza  kimi 
müəyyənləşdirməklə sıx əlaqələrin yaradılması (məsələn, müəllim 
hazırlığı  sahəsində  məktəb  və  təhsil  şöbələri  ilə,  digər  sahələrdə 
isə  müvafiq  istehsal  sahələri  ilə  əlaqələrin  qurulması),  tələbə 
özünüidarə sisteminin inkişafı nəzərdə tutulmalıdır;  
-  ali  təhsildə  keyfiyyətin  təmin  olunması:  ali  təhsil 
müəssisələrinin  akkreditasiyasına  beynəlxalq  ekspertlərin  cəlb 
edilməsi  təmin  olunmalı,  universitetlərin  reytinqini  müəyyən-
ləşdirən  sistem  yaradılmalı,  tələbələrin  biliyinin  qiymətlən-
dirilməsi  sistemi  Avropa  Kredit  Transfer  Sisteminin  tələblərinə 
uyğunlaşdırılmalı,  dövlət  proqramının  özəl  ali  təhsil  müəssisə-
lərinə də şamil olunması məqsədi ilə müvafiq tədbirlər görülməli, 
ali  təhsil  müəssisələrinin  fəaliyyətinin  işıqlandırılmasında  müasir 
informasiya  texnologiyalarından  geniş  istifadə  olunmaqla  tam 
şəffaflıq təmin edilməlidir;  
- ali təhsildə kadr hazırlığı: bu məqsədlə elmi, elmi-pedaqoji 
və  pedaqoji  kadrların  attestasiyasının,  müəllim  fəaliyyətinə 
başlamaq  üçün  sertifikatlaşdırılma  mexanizmlərinin,  ali  təhsil 
müəssisələrində  keyfiyyəti  təmin  edən  menecment  sisteminin, 
əmək  bazarının  monitorinqinin  və  işədüzəltmə  mərkəzlərinin, 
professor-müəllim 
heyətinin 
ölkə 
daxilində 
və 
xaricdə 
treninqlərinin  təmin  olunma  sistemlərinin  yaradılması  nəzərdə 
tutulmalıdır;  
-  ali  təhsil  müəssisələrində  elmi-tədqiqat  işlərinin  müasir 
tələblərə uyğun qurulması: ölkənin elmi-tədqiqat institutlarının ali 
təhsil müəssisələri ilə birgə fəaliyyəti, onların potensialından kadr 
hazırlığı  sistemində  istifadə  olunması,  bəzilərinin  müvafiq  ali 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə