Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə43/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

 
130
təhsil  müəssisələri  tərkibinə  verilməsi  məsələlərinə  baxılması 
nəzərdə tutulmalıdır;  
-  ali  təhsilin  maddi-texniki  bazasının  müasirləşdirilməsi: 
universitet  kampuslarının  (şəhərciklərinin,  təhsil  infrastruk-
turlarının)  qurulması,  ali  təhsil  müəssisələrində  informasiya-
kommunikasiya  texnologiyaları  mərkəzlərinin,  tədris,  elmi-
tədqiqat, təcrübə-sınaq laboratoriyalarının, resurs, treninq və digər 
mərkəzlərinin  yaradılması,  onların  müvafiq  tədris-metodiki  və 
elmi  avadanlıqlarla  təchizatı,  elektron  kitabxanaların  yaradılması 
nəzərdə tutulmalıdır;  
-  ali  təhsilin  iqtisadiyyatının  yeni  mexanizmlərinin 
yaradılması  və  tətbiqi:  burada  ali  təhsil  müəssisələrinin 
maliyyələşdirilməsinin yalnız dövlət büdcəsindən deyil, təhsil alan 
subyektlərin  maliyyəsi  hesabına  həyata  keçirilməsi,  alternativ 
maliyyələşmə 
mənbələrinin 
formalaşdırılması 
sisteminin 
yaradılması tədbirləri nəzərdə tutulmalıdır.  
  
1.5. Dövlət Proqramının maliyyə mənbələri 
Dövlət  Proqramının  maliyyə  təminatını  dövlət  büdcəsinin 
vəsaitləri  və  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd 
olmayan digər mənbələr təşkil edir. 
  
1.6. Gözlənilən nəticələr 
Dövlət  Proqramının  yerinə  yetirilməsində  gözlənilən 
nəticələr aşağıdakılardır: 
- ali təhsilin normativ hüquqi bazası yeniləşəcək;  
- ali təhsildə beynəlxalq ixtisas təsnifatına uyğun mütəxəssis 
hazırlığına keçiləcək;  
-  beynəlxalq  standartlara  uyğun  kadr  hazırlığı  təmin 
ediləcək;  
- ali təhsil sisteminin tədris-metodiki təminatı müasirləşəcək;  
-  beynəlxalq  tələblərə  uyğun  müasir  tipli  elektron 
kitabxanalar və elektron versiyalı dərslik fondu yaradılacaq;  
- interaktiv təlimi təmin edən yeni metodikalar hazırlanacaq;  


 
131
- tədris prosesində informasiya texnologiyalarının tətbiqinin 
elmi-metodiki təminatı yaradılacaq; 
-  Boloniya  prosesinin  tətbiqini  təmin  edən  tədris-metodiki 
vəsaitlər hazırlanacaq;  
- ali təhsildə Boloniya Bəyannaməsinin müddəalarına uyğun 
vahid terminlər tətbiq ediləcək;  
- kredit sisteminin tətbiqi ilə bağlı  yeniliklərin  yayılması və 
mənimsənilməsi təmin olunacaq;  
- ali təhsilin keyfiyyəti yüksələcək;  
- ömür boyu təhsil almaq üçün fasiləsizlik təmin olunacaq;  
-  ali  təhsil  sistemi  beynəlxalq  tələblərə  cavab  verən  tədris 
sənədləri ilə təmin ediləcək;  
-  ali  təhsil  üzrə  tədris  sənədlərinin  beynəlxalq  ekspertizası 
təmin olunacaq;  
- ali təhsil müəssisələrinin optimal şəbəkəsi yaradılacaq;  
- ali təhsil müəssisələrinin davamlı inkişafı təmin ediləcək;  
-  universitetlərin  idarə  edilməsində  tələbələrin  geniş  iştirakı 
təmin olunacaq;  
- ali təhsilin idarə olunmasında elektron hökumət qurulacaq;  
-  ali  təhsilin  beynəlxalq  təhsil  məkanına  inteqrasiyası 
sürətlənəcək;  
- beynəlxalq tələblərə cavab verən qiymətləndirmə və nəzarət 
mexanizmi yaradılacaq;  
-  beynəlxalq  ekspertizadan  keçmiş  yeni  akkreditasiya 
qaydaları yaradılacaq;  
- kadr istehlakçılarının təhsilin keyfiyyətinə nəzarət prosesində 
bilavasitə iştirakı təmin olunacaq;  
-  ali  təhsildə  tədrisin  təşkili  Avropa  Kredit  Transferi 
Sisteminin tələblərinə uyğun qurulacaq;  
-  müəllim  və  tələbə  mübadiləsi  sahəsində  ali  məktəblərin 
imkanları genişlənəcək;  
-  tələbə  və  mütəxəssislərin  diplomlarının  və  müvafiq  təhsil 
sənədlərinin qarşılıqlı tanınması asanlaşacaq;  


 
132
-  ali  təhsil  müəssisələrinin  fəaliyyəti  haqqında  məlumatlanma 
prosesi müasir texnologiyalar əsasında qurulacaq;  
- tədris prosesində tələbələrin fəal iştirakı təmin olunacaq;  
-  elmi  və  elmi-pedaqoji  kadrların  fəaliyyətini  qiymətləndirən 
attestasiya mexanizmi yeniləşdiriləcək;  
- dünya təcrübəsinə və Boloniya Bəyannaməsinin prinsiplərinə 
uyğun yeni ixtisas təsnifatı hazırlanacaq;  
-  ali  təhsil  müəssisələrinin  müasir  tələblərə  cavab  verən  kadr 
potensialı formalaşacaq və yeni rotasiya sistemi yaradılacaq;  
- ümumtəhsil sistemi peşəkar kadrlarla təmin olunacaq;  
-  iqtisadiyyat,  sosial  və  digər  sahələr  rəqabətə  davamlı  kadr-
larla təmin ediləcək;  
-  ali  məktəb  məzunlarının  əmək  bazarında  işlə  təmin  olunma 
imkanları artacaq;  
-  ali  təhsil  müəssisələrində  funksional  idarəetmə  modelini 
həyata keçirən menecerlər heyəti formalaşdırılacaq;  
-  ali  təhsil  müəssisələrinin  elmi  və  elmi-pedaqoji  potensialın-
dan səmərəli istifadə təmin olunacaq;  
- ali təhsil müəssisələrində elmi-pedaqoji kadrların beynəlxalq 
nüfuzu artacaq;  
- ali təhsil müəssisələrinin elmi-tədqiqat sahəsində beynəlxalq 
əməkdaşlıq imkanları genişlənəcək;  
-  elmi-tədqiqat  işlərinin  nəticələrinin  tətbiqi  ali  təhsil  müəs-
sisələrinin əlavə maliyyə mənbəyinə çevriləcək;  
-  müasir  tipli  universitet  şəhərcikləri  salınacaq,  təhsil  infras-
trukturu yaxşılaşacaq;  
-  təhsilin  məzmununu  müasirləşdirmək  üçün  maddi-texniki 
baza təminatı yaradılacaq;  
-  ali  təhsil  müəssisələrinin  beynəlxalq  informasiya-kommuni-
kasiya şəbəkəsinə qoşulması təmin ediləcək;  
-  ali  təhsil  müəssisələri  müasir  tipli  avadanlıqlarla  təchiz 
olunacaq;  


 
133
-  müasir  tipli  informasiya-kommunikasiya  texnologiyalarının 
tətbiqi və zəruri avadanlıqlarla təchizatı ali təhsil müəssisələrində 
idarəetmənin səmərəliliyini artıracaq;  
-  ali  təhsil  subyektlərinin  zəruri  informasiya  əldə  etmək 
imkanları genişlənəcək və sürətlənəcək;  
-  ali  təhsil  müəssisələrinə  yeni  maliyyə  mənbələri  cəlb 
olunacaq;  
-  ali  təhsil  müəssisələrinin  maliyyələşdirilmə  mexanizmi 
təkmilləşdiriləcək;  

Boloniya 
Bəyannaməsinin 
müddəalarının 
tətbiqi 
sürətləndiriləcək  və  buraya  əlavə  maliyyə  resursları  cəlb 
olunacaqdır. 
  
 
Ali təhsil müəssisələrində yeni maliyyələşmə 
mexanizminin tətbiq edilməsi barədə Azərbaycan 
Respublikası Prezidentinin Fərmanı 
Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin 
sosial-iqtisadi  tərəqqisində,  rəqabətədavamlı  insan  kapitalının 
formalaşmasında, davamlı inkişafa zəmin  yaradan bilik iqtisadiy-
yatının qurulmasında ali təhsilin müstəsna rolu vardır.  
Qloballaşmanın  geniş  vüsət  aldığı  müasir  dövrdə  hər  bir 
ölkənin  iqtisadiyyatının  dinamik  inkişafı,  onun  uğurlu  gələcəyi, 
inkişaf  etmiş  ölkələr  sırasına  daxil  olması  həmin  ölkədə  təhsil 
səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu 
təbii  sərvətlərin  cəmiyyətin  hərəkətverici  qüvvəsi  olan  insan 
kapitalına  çevrilməsi  ali  təhsil  qarşısında  duran  müstəsna 
əhəmiyyətə malik əsas vəzifədir.  
Bütün  bu  amillər  respublikada  ali  təhsil  sahəsində 
islahatların 
istiqamətlərinin 
dünyada 
ali 
təhsilin 
inkişaf 
tendensiyalarına  uyğun  müəyyənləşdirilməsi  zərurətini  qarşıya 
qoyur.  


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə