Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə44/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

 
134
Bununla  əlaqədar  Azərbaycan  Respublikası  Prezidentinin 
2009-cu  il  22  may  tarixli  295  nömrəli  Sərəncamı  ilə  təsdiq 
olunmuş  “2009-2013-cü  illərdə  Azərbaycan  Respublikasının  ali 
təhsil  sistemində  islahatlar  üzrə  Dövlət  Proqramı”nın  icrası 
məqsədilə qərara alıram:  
1.  2010/2011-ci  tədris  ilindən  başlayaraq  Azərbaycan 
Respublikası  ərazisində  fəaliyyət  göstərən  ali  təhsil  müəssisə-
lərində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət 
sifarişi əsasında həyata keçirilsin.  
2. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, 
humanitar  və  tarixi  dəyərləri,  mövcud  əmək  bazarının  xüsusiy-
yətləri  və  dövlətin  perspektiv  inkişafı  amilləri  nəzərə  alınmaqla 
təmin olunsun.  
3.  Mülkiyyət  formasından  asılı  olmayaraq  qanunvericiliyə 
uyğun  fəaliyyət  göstərən  bütün  ali  təhsil  müəssisələri  dövlət 
sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.  
4. Müəyyən edilsin ki:  
4.1.  dövlət  büdcəsinin  vəsaiti  hesabına  dövlət  sifarişi  ilə  ali 
təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə 
prinsipi əsasında həyata keçirilir;  
4.2.  hər  il  üçün  ayrı-ayrı  ixtisaslar  üzrə  ali  təhsil 
müəssisələrinin  bakalavriat  və  magistratura  səviyyələrinə  dövlət 
sifarişi  Azərbaycan  Respublikası  Đqtisadi  Đnkişaf  Nazirliyinin 
aidiyyəti  sahə  nazirlikləri  ilə  razılaşdırılmış  təklifləri  əsasında 
müəyyənləşdirilir;  
4.3.  Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  dövlət 
sifarişinə  uyğun  olaraq  aidiyyəti  nazirliklərin  təqdim  etdiyi 
təkliflər  əsasında  hər  il  üçün  ayrı-ayrı  ixtisaslar  üzrə  ali  təhsil 
müəssisələrinin  bakalavriat  və  magistratura  səviyyələrinə  tələbə 
qəbulunun proqnozunu təsdiq edir;  


 
135
4.4.  ali  təhsil  müəssisələrinə  qəbul  imtahanları  nəticəsində 
müxtəlif  ixtisaslar  üzrə  dövlət  sifarişi  ilə  təhsil  almaq  hüququnu 
qazanan  abituriyentlər  mülkiyyət  formasından  asılı  olmayaraq 
təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər.  
5.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinə  tapşırılsın 
ki:  
5.1. 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün 
dövlət sifarişi ilə tələbə qəbulunun proqnozunu təsdiq etsin;  
5.2. sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və 
sonrakı  üç  tədris  ili  üçün  dövlət  sifarişi  ilə  tələbə  qəbulu 
proqnozunun təsdiq olunmasını təmin etsin;  
5.3.  ali  təhsil  müəssisələrində  adambaşına  maliyyələşdirmə 
prinsipinin tətbiqi ilə bağlı qüvvədə olan qanunvericilik aktlarının 
bu  Fərmana  uyğunlaşdırılması  barədə  təkliflərini  iki  ay 
müddətində  hazırlayıb  Azərbaycan  Respublikası  Prezidentinə 
təqdim etsin;  
5.4.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  və 
müvafiq  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  normativ  hüquqi 
aktlarının  iki  ay  müddətində  bu  Fərmana  uyğunlaşdırılmasını 
təmin  etsin  və  bu  barədə  Azərbaycan  Respublikasının 
Prezidentinə məlumat versin;  
5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.  
6.  Azərbaycan  Respublikasının  Maliyyə,  Đqtisadi  Đnkişaf  və 
Təhsil nazirliklərinə tapşırılsın ki, xarici ölkələrin müvafiq sahədə 
qabaqcıl  təcrübəsini  öyrənməklə  respublikanın  ali  təhsil 
müəssisələrində 
adambaşına 
maliyyələşdirmə 
mexanizmini 
özündə  əks  etdirən  normativ  hüquqi  aktların  layihələrini  iki  ay 
müddətində  hazırlayıb  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabinetinə təqdim etsin.  


 
136
7.  Azərbaycan  Respublikası  Tələbə  Qəbulu  üzrə  Dövlət 
Komissiyasına tapşırılsın ki:  
7.1.  2010/2011-ci  tədris  ilindən  başlayaraq  dövlət  sifarişi 
əsasında  ali  təhsil  müəssisələrinə  tələbə  qəbulunun  həyata 
keçirilməsi ilə bağlı qəbul qaydalarında bu Fərmandan irəli gələn 
dəyişiklikləri aparsın və digər zəruri tədbirləri həyata keçirsin;  
7.2.  dövlət  sifarişi  əsasında  ali  təhsil  müəssisələrinə  qəbul 
olunan tələbələrin vahid elektron məlumat bazasının yaradılmasını 
və zənginləşdirilməsini təmin etsin.  
Đlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 10 fevral 2010-cu il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
137
Təhsil müəssisələrinin akkreditasiyası qaydaları 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2010-cu il 28 sentyabr tarixli 167 nömrəli  
qərarı ilə təsdiq edilmişdir 
  
1. Ümumi müddəalar 
  
1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublika-
sının  Qanununa,  digər  qanunvericilik  aktlarına  uyğun  hazırlan-
mışdır və tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından 
asılı  olmayaraq,  Azərbaycan  Respublikasının  ərazisində  bütün 
təhsil  pillələri  üzrə  fəaliyyət  göstərən  təhsil  müəssisələrinin  (o 
cümlədən,  digər  ölkələrin  Azərbaycan  Respublikasında  fəaliyyət 
göstərən  təhsil  müəssisələrinin,  filial  və  nümayəndəliklərinin) 
akkreditasiyası məsələlərini tənzimləyir.  
1.2.  Təhsil  müəssisəsinin  akkreditasiyası  təhsil  prosesinin 
təşkilinin,  müəssisənin  maddi-texniki  bazasının,  təhsil  proqram-
larının,  kadr  potensialının,  maliyyə  resurslarının  və  təhsil 
infrastrukturunun  qəbul  olunmış  dövlət  təhsil  standartlarına  və 
digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən 
edilməsi  məqsədi  ilə  aparılır  və  təhsil  müəssisəsinin  statusunun 
müəyyən  edilməsi,  onun  fəaliyyətinin  növbəti  5  il  müddətinə 
(əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər,  xarici  hüquqi 
şəxslər  tərəfindən  təsis  edilmiş  təhsil  müəssisələrinə  3  il 
müddətinə) uzadılması üçün hüquqi təminat yaradır.  
1.3.  Təhsil  müəssisəsinin  akkreditasiyası  Azərbaycan 
Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 
1.4.  Akkreditasiyanın  keçirilməsinə  qoyulan  tələblər  və 
meyarlar  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  tərəfindən 
müəyyənləşdirilir. 
1.5.  Təhsil  müəssisələrinin  akkreditasiyası  aşağıdakı 
mərhələlərdən ibarətdir: 
- akkreditasiyanın keçirilməsinə hazırlıq; 
- təhsil müəssisəsinin özünütəhlili; 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə