Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə45/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

 
138
- Akkreditasiya Komissiyasının təhlil aparması;  
- akkreditasiya haqqında yekun arayışın hazırlanması; 
-  təhsil  müəssisəsinin  statusunun  müəyyən  edilməsi  və 
müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi. 
  
2. Akkreditasiyanın keçirilməsinə hazırlıq 
  
2.1.  Təhsil  müəssisəsinin  akkreditasiyası  hər  5  ildə  (əcnə-
bilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər,  xarici  hüquqi  şəxslər 
tərəfindən  təsis  edilmiş  təhsil  müəssisələrinin  akkreditasiyası  3 
ildə) bir dəfə həyata keçirilir. Bu proses tədris ili üzrə hazırlanmış 
və  aprel  ayından  gec  olmayaraq,  Azərbaycan  Respublikasının 
Təhsil  Nazirliyi  tərəfindən  təsdiq  olunmuş  qrafik  üzrə  həyata 
keçirilir. 
2.2. Yeni yaradılmış, həmçinin fəaliyyətdə olan təhsil müəs-
sisəsində  yeni  təhsil  proqramlarının  akkreditasiyası  ilk  buraxılış 
olduqdan sonra həyata keçirilir. 
2.3. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil müəssisə-
sinə  rəsmi  qaydada  onun  keçirilməsinə  ən  azı  6  ay  qalmış 
bildirilir. 
2.4.  Təhsil  müəssisəsi  akkreditasiyanın  başlanmasına  ən  azı 
bir  ay  qalmış  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyinə 
aşağıdakı sənədləri təqdim edir: 
- təhsil müəssisəsinin nizamnaməsi və təhsil fəaliyyəti üçün 
verilmiş sənədin (lisenziyanın) surəti; 
-  bütövlükdə  təhsil  müəssisəsi  və  onun  filialları  üzrə 
özünütəhlil haqqında hesabat; 
-  akkreditasiya  olunan  proqramlar  üzrə  tədris  planına  daxil 
olan  fənlərin  proqramlarının  siyahısı  və  bu  proqramlara  uyğun 
hazırlanmış suallar; 
-  akkreditasiya  olunan  proqramlar  üzrə  təhsilalanların  sayı 
və  kadr  potensialı  haqqında  məlumat,  təhsilalanların  qəbulu, 
köçürülməsi, bərpası və xaric olunması haqqında əmrlərin surəti; 


 
139
- tədris planında nəzərdə tutulmuş bütün növ təcrübələr üzrə 
proqramlar,  təcrübənin  keçirildiyi  müəssisələrlə  bağlanmış 
müqavilələrin surəti və təcrübənin nəticəsi barədə hesabat; 
-  proqramlar  üzrə  bütün  imtahanların  nəticələri  haqqında 
məlumat. 
2.5.  Təhsil  müəssisəsinin  özünütəhlil  barədə  hesabatı 
Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyinə  təqdim  olunduq-
dan sonra Nazirliyin müvafiq əmri ilə Akkreditasiya Komissiyası 
yaradılır. Komissiyanın sədri həmin əmrlə onun üzvləri arasından 
təyin edilir. Sədr Komissiyanın işini əlaqələndirir, onun iclaslarını 
çağırır, 
bütün 
zəruri 
sənədlərin 
Komissiya 
üzvlərinə 
çatdırılmasını,  akkreditasiyanın  nəticəsi  haqqında  yekun  arayışın 
hazırlanmasını və iclas protokollarının tərtibini təmin edir. 
2.6.  Hər  bir  akkreditasiya  olunan  təhsil  müəssisəsi  üzrə 
yaradılan 
Akkreditasiya 
Komissiyasının 
tərkibinə 
təhsil 
müəssisəsinin  maddi-texniki  bazası  və  təhsilin  idarə  edilməsi 
sahəsində  təcrübəsi  olan  mütəxəssislər  (akkreditasiya  olunan 
təhsil müəssisəsində işləyənlər istisna olmaqla) daxil edilirlər. 
2.7.  Nazirlik  təhsil  müəssisəsinin  müvafiq  sənədlərini 
Akkreditasiya Komissiyasının sədrinə təqdim edir.  
2.8. Akkreditasiya Komissiyası təhsil müəssisəsinin müvafiq 
fəaliyyətinə  aid  olan  sənədləri  (kadr  təminatı,  elmi  tədqiqat 
fəaliyyəti,  beynəlxalq  əməkdaşlıq,  maddi-texniki  baza  və  sair 
haqqında)  1  ay  müddətində  təhlil  edir  və  buraxılış  qruplarında 
(siniflərində) təhsil alanların biliyinin attestasiyasını keçirir.  
2.9.  Təhsil  müəssisəsinin  rəhbəri  Akkreditasiya  Komissiya-
sına  onun  normal  fəaliyyəti  üçün  şərait  yaradır,  təhlil  aparılması 
üçün zəruri olan sənədləri təqdim edir. 
  
3. Təhsil müəssisəsinin özünütəhlili 
  
   3.1. Özünütəhlilin əsas məqsədi aşağıdakılardır: 
-  akkreditasiyada  təhsil  müəssisəsinin  bilavasitə  iştirakını 
təmin etmək;  


 
140
-  təhsil  proqramları  üzrə  hazırlığın  məzmununa  və 
keyfiyyətinə daxili nəzarət mexanizmini yaratmaq; 
-  təhsil  müəssisəsinin  özünüqiymətləndirməsini  təmin 
etmək. 
3.2.  Təhsil  müəssisəsinin  rəhbəri  Elmi  (Pedaqoji)  Şuranın 
qərarı  əsasında  özünütəhlilin  aparılması  və  bu  proseduru  həyata 
keçirəcək  komissiyanın  yaradılması  haqqında  müvafiq  əmr  verir. 
Təhsil  müəssisəsinin  rəhbərinin  müavinlərindən  biri  komissiyaya 
sədr  təyin  edilir.  Komissiya  bu  Qaydaların  2.6-cı  bəndinə  uyğun 
təşkil olunur.  
Komissiya  müvafiq  əmrlə  müəyyən  olunmuş  müddətdə 
özünütəhlilin  nəticəsinə  dair  hesabat  hazırlayır  və  onu  Elmi 
(Pedaqoji)  Şuranın  müzakirəsinə  təqdim  edir.  Həmin  hesabat 
Şuranın  qərarı  əsasında  müəssisənin  rəhbəri  tərəfindən  təsdiq 
edilir. 
3.3. Özünütəhlilin nəticələrinə dair hesabatın strukturu 
3.3.1. Təhsil fəaliyyətinin təşkilati-hüquqi təminatı 
Təhsil müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi təminatını 
müəyyənləşdirmək  üçün  onun  fəaliyyətinin  qanunvericiliyin 
tələblərinə uyğunluğunun təhlili aparılır.  
3.3.2. Təhsil müəssisəsinin idarə olunması  
Təhsil  müəssisəsinin  idarəetmə  sisteminin  qiymətləndiril-
məsi üçün aşağıdakılar nəzərə alınır: 
-  idarəetmənin  müəssisənin  nizamnaməsinin  tələblərinə 
uyğunluğu; 
-  təhsil  müəssisəsində  hazırlanmış  tədris  sənədlərinin 
mövcud qanunvericiliyə və bu Qaydaların tələblərinə uyğunluğu; 
-  təhsil  müəssisəsinin  struktur  bölmələrinin  qarşılıqlı 
fəaliyyətinin təşkili;  
-  təhsil  müəssisəsinin  idarə  edilməsinin  4  funksiyasının 
(qiymətləndirmə,  tənzimləmə,  informasiya  təminatı,  nəzarət) 
həyata keçirilməsinin vəziyyəti. 
3.3.3.  Təhsil  proqramları  üzrə  hazırlığın  məzmunu  və 
strukturu 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə