Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə47/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

 
144
Təhsil  müəssisəsinin  elmi  tədqiqat  fəaliyyəti  müəyyənləş-
dirilərkən aşağıdakılar nəzərə alınır: 
-  elmi  tədqiqat  işlərinin  vəziyyəti,  inkişaf  dinamikası  və 
mütəxəssis hazırlığının profilinə uyğunluğu;  
-  elmi  tədqiqat  işlərinin  nəticələrinin  tədris  prosesində 
tətbiqi; 
- elmi tədqiqat işlərinin maliyyə mənbələrinin təhlili;  
-  təhsil  proqramları  üzrə  elmi  tədqiqat  işlərinin  təşkilinin 
vəziyyəti;  
- aparılan elmi tədqiqat işlərinin səmərəliliyi (elmi və tədris 
ədəbiyyatlarının  nəşri,  elmi-pedaqoji  kadrların  hazırlanması, 
doktoranturanın, ixtisaslaşmıs şuraların işi); 
-  müəllimlərin  və  təhsilalanların  elmi  tədqiqat  işlərində 
iştirakı; 
- elmi-metodik və praktik konfransların keçirilməsi;  

təhsil 
müəssisəsinin 
beynəlxalq 
və 
respublika 
müsabiqələrində, sərgilərində iştirakı. 
3.3.8. Beynəlxalq əməkdaşlıq 
Beynəlxalq  əməkdaşlıq  fəaliyyəti  aşağıdakılarla  qiymət-
ləndirilir: 
- beynəlxalq əlaqələrin yaradılması; 
-  təhsil  müəssisəsinin  verdiyi  diplomların  başqa  ölkələrdə 
tanınması; 
- beynəlxalq proqramlarda iştirak; 
-  təhsil  müəssisəsində  başqa  ölkə  vətəndaşlarının  təhsil 
alması; 
- təhsil müəssisəsinin təhsilalanlarının başqa ölkələrdə təhsil 
alması; 
-  elmi-pedaqoji  kadrların  xarici  ölkələrdə  ixtisaslarını 
artırması; 
-  müəllimlərin  xarici  ölkələrdə  tədris  və  elmi  tədqiqat 
fəaliyyətləri; 
- müəllimlərin xarici ölkələrdə nəşr etdirdikləri elmi tədqiqat 
işləri. 


 
145
3.3.9. Maddi-texniki baza 
Ayrı-ayrı  təhsil  proqramları  üzrə  lazım  olan  maddi-texniki 
bazanın qiymətləndirilməsində aşağıdakılar nəzərə alınır:  
-  təhsil  müəssisəsinin  ayrı-ayrı  təhsil  proqramları  üzrə  və 
bütövlükdə maddi-texniki bazasının vəziyyəti; 
-  tədris-laboratoriya  bazası,  onun  lazımi  avadanlıqlarla 
təchizatının vəziyyəti. 
3.3.10. Sosial-məişət şəraiti 
Sosial-məişət  şəraitinin  qiymətləndirilməsində  aşağıdakılar 
nəzərə alınır: 
- yataqxana təminatı; 
- tibbi xidmət; 
- iaşə xidməti; 
- istirahətin təşkili. 
3.3.11. Təhsil müəssisəsinin maliyyə təminatı 
Təhsil  müəssisəsinin  maliyyə  təminatı  aşağıdakılarla 
müəyyən olunur: 
- büdcədən maliyyələşdirmə; 
-  müxtəlif  növ  fəaliyyətdən  (elmi,  pedaqoji,  müqavilə 
əsasında  həyata  keçirilən  digər  fəaliyyətlərdən)  əldə  olunan 
gəlirlər. 
Özünütəhlil  hesabatına  əvvəlki  akkreditasiya  zamanı  aşkar 
olunmuş  çatışmazlıqların  aradan  qaldırılması  barədə  məlumatlar 
əlavə olunur.  
  
4. Akkreditasiya Komissiyasının apardığı təhlil 
  
4.1.  Akkreditasiya  Komissiyasının  vəzifəsi  özünütəhlil 
sənədlərində  göstərilənləri  təhlil  etmək,  yerlərdə  dəqiqləşdirmə 
aparmaq,  buraxılış  qruplarında  (siniflərində)  təhsil  alanların  bilik 
səviyyəsini  qiymətləndirmək,  nəticədə  təhsilin  məzmununun  və 
mütəxəssis  hazırlığı  səviyyəsinin  dövlət  təhsil  standartlarının 
tələblərinə uyğunluğunu müəyyənləşdirməkdən ibarətdir. 


 
146
Akkreditasiya  Komissiyası  təhlili  bu  Qaydaların  2.4-cü 
bəndinə uyğun təqdim edilmiş sənədlər əsasında aparır.  
Təhsilalanların  biliyinin  ayrı-ayrı  təhsil  proqramları  üzrə 
attestasiyası  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi 
tərəfindən hazırlanan  yoxlama tapşırıqları əsasında Akkreditasiya 
Komissiyası tərəfindən  yazılı formada keçirilir. Həmin tapşırıqlar 
təhsil  müəssisəsinin  təqdim  etdiyi  müvafiq  fənn  proqramlarına 
uyğun 
şəkildə 
hazırlanmış 
suallar 
üzrə 
tərtib 
olunur. 
Təhsilalanların  müvafiq  proqram  üzrə  bilik  səviyyəsi  bu 
tapşırıqlar  əsasında  müəyyənləşdirilir.  Tapşırıqlar  6  fənni  əhatə 
etməklə,  yaddaş  biliyinin  müəyyənləşdirilməsi  prinsipi  əsasında 
hazırlanmış  60  sualdan,  ali  təhsil  pilləsinin  magistratura 
səviyyəsində  isə  4  fənni  əhatə  etməklə  40  sualdan  ibarət  olur. 
Suallara  düzgün  cavabların  sayı  50  faizdən  az  (50  faiz  də  daxil 
olmaqla)  olduqda,  təhsilalanların  mənimsəmə  səviyyəsi  "qeyri-
kafi",  51-70  faiz  olduqda  "kafi",  71-90  faiz  olduqda  "yaxşı",  91-
100 faiz olduqda "əla" qiymətləndirilir.  
Yoxlamanın  aparılmasına  2  akademik  saat  vaxt  ayrılır. 
Yoxlama  işləri  şifrlənir  və  müvafiq  fənlər  üzrə  Akkreditasiya 
Komissiyasının üzvləri tərəfindən qiymətləndirilir.  
Buraxılış  qruplarında  (siniflərində)  təhsil  alanlar  təhsil 
proqramları üzrə yoxlamadan keçməlidirlər. Yoxlamada qruplarda 
təhsilalanların 90 faizinin iştirakı vacibdir.  
Təhsil müəssisəsinin və onun müvafiq struktur bölmələrinin, 
ayrı-ayrı  təhsil  proqramlarının  akkreditasiyadan  keçməsinin  əsas 
şərtlərindən  biri  Akkreditasiya  Komissiyasının  təhsilalanların 
yarıdan çoxunun biliyini müsbət qiymətləndirməsidir.  
4.2. Akkreditasiya Komissiyası təhlil apardıqdan sonra təhsil 
müəssisəsinin fəaliyyəti barədə yekun arayış hazırlayır.  
Yekun 
arayış 
təhsil 
müəssisəsinin 
özünütəhlilinin 
nəticələrinə  dair  hesabatının  strukturuna  uyğun  tərtib  olunur. 
Arayışda  təhsil  müəssisəsinin  idarə  olunması,  mütəxəssis 
hazırlığının  məzmunu,  strukturu,  keyfiyyəti,  kadr  təminatı, 
beynəlxalq  əməkdaşlığı,  elmi  tədqiqat  fəaliyyəti,  maddi-texniki 


 
147
bazası, sosial-məişət şəraiti, maliyyə təminatı, bütövlükdə və ayrı-
ayrı  təhsil  proqramları  üzrə  hazırlığın  məzmunu,  strukturu  və 
keyfiyyəti təhlil edilərək qiymətləndirilməlidir.  
Təhlil  və  qiymətləndirmə  Akkreditasiya  Komissiyasına 
təqdim  olunmuş  sənədlərin  araşdırılması,  yerlərdə  aparılmış 
təhlilin,  eləcə  də  təhsilalanların  biliyinin  yoxlanmasının  nəticəsi 
əsasında həyata keçirilir. 
Yekun  arayışa  əvvəlki  akkreditasiya  zamanı  aşkar  olunmuş 
çatışmazlıqların  aradan  qaldırılması  barədə  məlumatlar  da  daxil 
edilir.  
Yekun  arayış  təhsil  müəssisəsinin  nəzərdə  tutulmuş 
akkreditasiyası müddətində (bir ay) Akkreditasiya Komissiyasının 
iclasında  müzakirə  edilir  və  Komissiyanın  üzvləri  tərəfindən 
imzalanır.  Əlavə  araşdırmaların  aparılması  zərurəti  yarandığı 
halda, bu müddət bir aya qədər uzadıla bilər.  
Yekun  arayış  tanış  olmaq  üçün  təhsil  müəssisəsinin 
rəhbərinə təqdim edilir.  
Arayış  təhsil  müəssisəsinin  rəhbərinə  təqdim  edildikdən  bir 
həftə sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq 
şöbəsində  aidiyyəti  olan  digər  şöbələrin  rəhbərlərinin  və 
Akkreditasiya  Komissiyası  üzvlərinin  iştirakı  ilə  müzakirə  edilir. 
Müzakirə zamanı təklif olunan rəy və təklifləri də nəzərə almaqla, 
yekun arayışın Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri 
ilə  yaradılan  və  daimi  fəaliyyət  göstərən  Akkreditasiya  Şurasının 
müzakirəsinə çıxarılması barədə təqdimat hazırlanır. 
  
5. Təhsil müəssisəsinin akkreditasiyasının nəticəsi 
  
5.1.  Akkreditasiya  Şurasına  Azərbaycan  Respublikasının 
təhsil  naziri  rəhbərlik  edir.  Şuranın  tərkibinə  akkreditasiya 
şöbəsinin müdiri (sədr müavini) və əməkdaşı (məsul katib), təhsil 
sahəsində  müstəqil  ekspertlər  daxil  edilirlər.  Şuranın  tərkibinə 
qeyri-hökumət təşkilatlarının və tabeliyində təhsil müəssisəsi olan 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə