Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə5/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   2   3   4   5   6   7   8   9   ...   55

 
13
ayrı-ayrı  komponentləri  haqqında  təsəvvürlər  birtipli  deyildir  və 
çox  zaman  bir-birinə  daban-dabana  ziddir.  Bunun  səbəblərini  isə 
universitetlərin özünün müxtəlifliyində, hazırkı vəziyyətin ziddiy-
yətli  olmasında,  Azərbaycan  təhsilinin  hələ  də  köhnə  stereotip-
lərdən və neqativ tendensiyalardan azad ola bilməməsində habelə 
Avropadakı  kredit  sisteminin  tətbiqi  praktikasının  özünün  yetkin 
olmamasında axtarmaq lazımdır.  
Elə  suallar  var  ki,  onlara  Boloniya  prosesinin  biliciləri  də 
birmənalı  cavab  verə  bilmir.  Çünki  Azərbaycanda  Boloniya 
prosesi  istiqamətində  aparılan  ali  təhsil  islahatlarından  danışılar-
kən  hər  hansı  hazır  Avropa  modelinin  mexaniki  şəkildə    burada 
tətbiqindən  söhbət  gedə  bilməz.  Bu  məsələdə  yerli xüsusiyyətlər, 
yerli imkanlar və yerli ənənələr nəzərə alınmalıdır. Eyni zamanda, 
başa  düşmək  lazımdır  ki,  Azərbaycan  ali  təhsil  sisteminin  prob-
lemləri  təkcə  Boloniya  prosesinə  qoşulması  ilə  əlaqədar  üzə 
çıxmamışdır.    Ölkənin  ictimai  həyatının  bütün  başqa  sahələri  ilə 
birgə malik olduğu problemlər də onun vəziyyətinə təsir edir.  
Sorğunun  nəticələrinə  görə,  məlum  olur  ki,  keçirilən 
islahatların  tempi  həm  tələbələr,  həm  də  müəllimlər  üçün  qane-
edici  deyil.  Avropada  vahid  ali  təhsil  Zonasının  yaradılması  və 
ilkin  ümumi  standartların  əldə  edilməsinin  ilkin  mərhələsinin, 
yuxarıda  qeyd  olunduğu  kimi,  2010-cu  ildə  başa  çatdırılması 
planlaşdırılırdı. Bu zaman proses yekunlaşmır, o daha mükəmməl 
və yetkin mərhələyə daxil olur. Əslində prosesə daxil olan Avropa 
ölkələrinə  çatmaq,  onlarla  heç  olmasa,  yaxın  bir  səviyyəyə 
yüksəlmək  üçün  vaxt  çox  azdır  və  bunun  üçün  çox  işlər  görmək 
lazımdır.  
Respondentlər  mövcud  problemlərin  çoxunu  həllini  daha 
çox Avropaya inteqrasiya etməkdə görürlər. Onların  xeyli hissəsi 
“Boloniya  prosesinə  uyğun  islahatların  keçirilməsi  mövcud 
problemləri  həll  edə  bilərmi?”  sualına  müsbət  cavab  vermişlər. 
Lakin o da başa düşülməlidir ki, müsbət mənada dəyişməyə istək 
və  səylər  cəmiyyətin  özünün  içərisindən  gəlməlidir.  Əks  halda, 
heç  bir  yüksək  nümunə  və  kömək  lazımi  nəticə  verə  bilməz. 


 
14
Təsadüfi  deyildir  ki,  rəyi  soruşulan  müəllimlərin  78,6  faizi, 
tələbələrin  isə  72,2  faizi  Boloniyaya  qoşulmanın  mövcud  prob-
lemlərin həllinə yalnız qismən təsir edəcəyini bildirmişlər.       
Sorğunu nəticələrində ən maraqlı göstəricilərdən biri keçiri-
lən  islahatların  gözləntiləri  ilə  bağlıdır.  Açıq  şəkildə  qoyulmuş 
“Azərbaycanın Boloniya prosesinə qoşulması ona nə verə bilər?” 
sualına  respondentlərin  vermiş  olduğu  sərbəst  cavablarda  ən  çox 
təkrarlanan təhsildə olan neqativ halların aradan qalxması, təhsilin 
keyfiyyətinin yüksəlməsi, məzunların iş tapmaq imkanın genişlən-
məsi,  Azərbaycan  ali  təhsilinin  Avropaya  inteqrasiyasının  sürət-
lənməsi  kimi  cavablardır.  O  ki  qaldı  Azərbaycan  ali  təhsilinə, 
inkişaf  etməyə  mane  olan  amillərə,  respondentlər  hamıya  məlum 
olan  neqativ  reallıqları  təkrar  edir,  ali  məktəblərin  təminatının 
yüksəldilməsi,  müstəqilliyinin  artırılması,  keyfiyyətin  yüksəldil-
məsi, müəllim-tələbə münasibətlərinin nizama salınması və s. mə-
sələləri qabardırlar.  
Sorğunun  nəticələrində,  xüsusən  tələbə  respondentlərin  bir 
sıra məsələlərə münasibətləri, diqqəti cəlb edir. Xüsusilə onu qeyd 
etmək  lazımdır  ki,  tələbələr  arasında  Boloniya  prosesi  və  onun 
ayrı-ayrı  elementləri  barəsində  məlumatları  müəllimlərə  nisbətən 
daha aşağı səviyyədədir. Rəyi soruşulan tələbələrin 77 faizi onla-
rın bu məsələlərdə malik olduqları məlumat kifayət qədər deyildir 
və yarımçıq xarakter daşıyır. Onların 11 faizi isə ümumiyyətlə heç 
bir məlumata malik olmadıqlarını qeyd edirlər.   Xüsusən də əgər 
tələbə bu yeni sistemin əhatə etdiyi strukturda təhsil almırsa, onun 
təsəvvürü  tamamilə  məhduddur,  ikincisi  ölkənin  mərkəzi  univer-
sitetlərinin tələbələrinə nisbətən regionlarda olan ali təhsil müəssi-
sələrinin  tələbələri  daha  az  məlumata  malikdirlər  və  ya  bu 
məsələyə  maraq  göstərmirlər.  Digər  tərəfdən,  özəl  və  dövlət  ali 
məktəblərində  də  yeni  təhsil  qaydalarına  münasibət  fərqlidir. 
Boloniya sistemi prinsipləri əsasında fəaliyyət  göstərən dövlət və 
özəl ali təhsil müəssisləri daha çox məlumatlı olmaqla yanaşı, bu 
məsələlərə daha çox maraq göstərirlər.  


 
15
Anketlərdə  tələbələrin  sərbəst  cavabları  üçün  ayrılmış 
hissəsində  qaldırdıqları  məsələlərdən  biri  onların  təşkilatlanması 
işinin  olmaması  ilə  bağlıdır.  Tələbələr  haqlı  olaraq  diqqəti  ona 
yönəldirlər ki, Boloniyanın prinsiplərinə görə, tələbələrin ali təhsil 
prosesində, o cümlədən onun idarə olunmasında, rolunun güclən-
dirilməsi  önəmli  məqamlardandır.  Tələbələrin  fikrinə  dəstək 
olaraq  əlavə  etmək  istərdik  ki,  Avropanın  özündə  tələbə  təşkilat-
ları prosesə təsir edən tərəflərdən birini təşkil edir. Bu istiqamətdə 
fəaliyyət  göstərən  tələbə  təşkilatları  orada  bir  milyondan  artıq 
tələbəni  birləşdirir,  onlar  öz  səmərəli  təklifləri,  fəal  iştirakları  ilə 
Boloniya prosesinin uğurlu inkişafına əhəmiyyətli dərəcədə təkan 
verirlər. Düşünürük ki, Azərbaycanda bu işin görünməsinin vaxtı 
çoxdan çatmışdır.  
Tədqiqatın nəticələrində diqqəti cəlb edən məqamlardan biri 
tələbənin  aldığı  təhsillə  onun  gələcək  əmək  karyerası  arasında 
asılılığın  müəyyənləşdirilməsidir.  “Hazırkı  vəziyyətdə  aldığınız 
təhsil  gələcəkdə  əmək  karyeranızı  nə  dərəcədə  təmin  edir?” 
sualına tələbələrin 24,2 faizi “tam təmin edir”, 53,5  faizi  “qismən 
təmin  edir”,  10,4  faizi  “təmin  etmir”,  10,7  faizi  isə  “cavab 
verməkdə  çətinlik  çəkirəm”  cavabını  vermişlər.  Göründüyü  kimi 
hazırkı  vəziyyət  tələbələrin  gələcəkdə  aldıqları  ixtisas  və  onun 
keyfiyyət  səviyyəsi  ilə  əmək  bazarında  nə  dərəcədə  inamlı 
olduqlarına  da  təsir  edir.  Buna  görə  də  ali  təhsildə  islahatlar 
aparılarkən  onun  başlanğıcından  sonuna  qədər  nəzərə  alınmalı, 
son məqsədə istiqamətlənməlidir. 
Maraqlı  cavablardan  biri  tələbələrin  ali  məktəbə  qəbul 
olarkən  ixtisas  seçimi  ilə  bağlıdır.  Bütövlükdə  aparılan  analitik 
tədqiqat və sosioloji sorğuların nəticələri müəyyən qədər Azərbay-
can  ali  təhsil  sistemində  olan  mövcud  vəziyyət  ilə  daha  əsaslı 
şəkildə tanış olmağa, mövcud problemləri işıqlandırmağa, onların 
həlli  yollarını  axtarmağa  imkan  verir.  Düşünürük  ki,  hazırkı 
tədqiqatların  daha  dərindən  analiz  edilməsinə  və  davam  etdiril-
məsinə ehtiyac vardır.   


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə