Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə51/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   47   48   49   50   51   52   53   54   55

 
159
4.4.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyi  tərəfindən  çap  etdirilir  və  ilk  peşə-ixtisas  təhsili 
müəssisələrinə onların müraciəti əsasında verilir. 
4.5.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyində  və  ilk  peşə-ixtisas  təhsili  müəssisələrində  ciddi 
hesabat sənədi kimi saxlanılır. 
4.6. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ilk 
peşə-ixtisas  təhsili  müəssisəsi  tərəfindən  müvafiq  qaydada  aktla 
silinir. 
4.7.  Arayışların  verilməsi  üçün  ilk  peşə-ixtisas  təhsili 
müəssisəsində  qeydiyyat  kitabı  açılır.  Qeydiyyat  kitabına 
aşağıdakı məlumatlar daxil edilir: 
- qeydiyyat nömrəsi; 
- arayış verilən şəxsin soyadı, adı, atasının adı; 
- arayışın seriyası və nömrəsi; 
- arayışın şəxsə verilmə tarixi; 
- arayış alan şəxsin imzası. 
4.8.  Arayışlar  əlyazma  və  ya  elektron  formada  qara  şriftlə 
doldurulur. 
5.  Ümumi  təhsilin  səviyyələrini  müxtəlif  səbəblərdən  başa 
vurmayan şəxslərə arayışın verilməsi qaydası 
5.1.  Arayış  ümumi  təhsilin  ibtidai,  ümumi  orta  və  tam  orta 
səviyyələrini  müxtəlif  səbəblərdən  başa  vurmayan  şəxslərin 
valideynlərinin  və  ya  digər  qanuni  nümayəndələrinin  müraciəti 
əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10  gün müddətində 
bu  Qaydanın  4,  5  və  6  nömrəli  əlavələrində  verilmiş  formalara 
uyğun verilir. 
5.2. Arayışda şagirdin dinlədiyi fənlər və həmin  fənlər üzrə 
aldığı qiymətlər yazılır. 
5.3.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyi  tərəfindən  qoruyucu  nişanı  olan  xüsusi  kağızda  çap 
etdirilir və ümumi təhsil müəssisələrinə onların müraciəti əsasında 
verilir. 


 
160
5.4.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyində və ümumi təhsil müəssisələrində ciddi hesabat sənədi 
kimi saxlanılır. 
5.5.  Korlanmış  arayış  blankları  ciddi  hesabat  sənədi  kimi 
ümumi təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir. 
5.6. Arayışların verilməsi üçün ümumi təhsil müəssisəsində 
qeydiyyat  kitabı  açılır.  Qeydiyyat  kitabına  aşağıdakı  məlumatlar 
daxil edilir: 
- qeydiyyat nömrəsi; 
- arayış verilən şagirdin soyadı, adı, atasının adı; 
- arayışın seriyası və nömrəsi; 
- arayışın verilmə tarixi; 
- arayışı alan şəxsin imzası. 
5.7.  Arayışlar  əlyazma  və  ya  elektron  formada  qara  şriftlə 
doldurulur. 
 6.  Ali  təhsil  pilləsinin  doktorantura  səviyyəsini  müxtəlif 
səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi 
6.1. Ali təhsil pilləsinin doktorantura səviyyəsi üzrə təhsilini 
başa  vurmayan  şəxslərə  onların  müraciətlərindən  sonra  5  gün 
ərzində  bu  Qaydaların  7  nömrəli  əlavəsinə  uyğun  formada  arayış 
verilir.  Arayışda  doktoranturada  təhsil  müddətində  verilmiş 
doktorluq 
imtahanlarının 
adları 
və 
qiymətləri 
göstərilir. 
Đmtahanlar  müxtəlif  təşkilatlarda  verildikdə,  bu  barədə  cədvəlin 
sonunda müvafiq qeydlər aparılır. 
6.2.  Arayışlar  qoruyucu  nişanı  olan  xüsusi  kağızda  çap 
olunur.     
6.3.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə (elmi 
təşkilatlara) onların müraciəti əsasında verilir.        
6.4.  Arayış  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyində, ali təhsil müəssisələrində və elmi təşkilatlarda ciddi 
hesabat sənədi kimi saxlanılır. 


 
161
6.5. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ali 
təhsil  müəssisəsi  və  ya  elmi  təşkilat  tərəfindən  müvafiq  qaydada 
aktla silinir.      
6.6.  Arayışların  verilməsi  üçün  ali  təhsil  müəssisəsində  və 
elmi  təşkilatda  qeydiyyat  kitabı  açılır.  Qeydiyyat  kitabına 
aşağıdakı məlumatlar daxil edilir: 
- qeydiyyat nömrəsi;   
- arayış verilən şəxsin soyadı, adı, atasının adı;  
- arayışın seriyası və nömrəsi;   
- arayışın verilmə tarixi;   
- arayışı alan şəxsin imzası. 
6.7.  Arayışlar  əlyazma  və  ya  elektron  formada  qara  şriftlə 
doldurulur. 
 
Ali təhsil pilləsinin dövlət standartı və proqramı 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2010-cu il 23 aprel tarixli 75 nömrəli 
qərarı ilə təsdiq edilmişdir 
  
1. Ümumi müddəalar 
  
1.1. Ali təhsilin dövlət standartı və proqramı (bundan sonra - 
dövlət  standartı)  "Təhsil  haqqında"  Azərbaycan  Respublikasının 
Qanununa  uyğun  hazırlanmışdır  və  ali  təhsil  sahəsində  sınanmış 
mütərəqqi  beynəlxalq  meyarlar,  milli  və  ümumbəşəri  dəyərlər 
nəzərə alınmaqla, müəyyən dövr üçün vahid dövlət tələblərini əks 
etdirən ümumi normalar məcmusudur.  
Dövlət  standartı  tabeliyindən,  mülkiyyət  növündən  və 
təşkilati-hüquqi  formasından  asılı  olmayaraq,  Azərbaycan 
Respublikasının  ərazisində  fəaliyyət  göstərən  bütün  ali  təhsil 
müəssisələrinə şamil olunur. Qüvvədə olma müddəti 6 ildir. 
1.2.  Ali  təhsilin  məqsədi  ali  təhsil  pilləsində  cəmiyyətin  və 
əmək  bazarının  tələbatı  nəzərə  alınmaqla,  müxtəlif  ixtisaslar 


 
162
(ixtisaslaşmalar)  üzrə  yüksəkixtisaslı  mütəxəssislərin  və  elmi-
pedaqoji kadrların hazırlanmasından ibarətdir. 
1.3. Ali təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir: 
-  ali  təhsilin  səviyyələri  (bakalavr,  magistr)  üzrə  təhsilin 
məzmununu; 
- ali təhsilin idarə olunmasını; 
- ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasını; 
- ali təhsilin infrastrukturunu; 
- təhsilverənlərin keyfiyyət göstəricilərini; 
- təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.  
1.4.  Azərbaycan  Respublikasında  ali  təhsil  pilləsinin 
müvafiq səviyyələri üzrə təhsil proqramları tətbiq edilir. 
Bu  proqramlar  ali  təhsilin  dövlət  standartına  uyğun  təhsilin 
məzmununu və mənimsəmə qaydalarını müəyyən edir. 
  
2. Ali təhsilin məzmunu 
  
2.1.  Ali  təhsilin  məzmununa  və  təşkilinə  dair  minimum 
tələblər aşağıdakılardır: 
təhsilalanlarda  (tələbələrdə)  müasir  tələblərə  və  şəraitə 
uyğunlaşmaq, 
rəqabət 
qabiliyyətli 
olmaq, 
informasiya 
cəmiyyətində  yaşayıb  fəaliyyət  göstərmək,  ünsiyyət  yaratmaq 
bacarığını formalaşdırmaq; 
öz  üzərinə  məsuliyyət  götürmək,  kollegial  qərarların 
qəbulunda,  demokratik  təsisatların  fəaliyyətində  və  inkişafında 
iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və 
vətəndaş formalaşdırmaq; 
təhsilalanların  fasiləsiz  təhsil  almasını,  daim  yeniləşən, 
müasir  standartlara  uyğun  gələn  biliklərə  və  dünyagörüşünə 
yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsini, 
şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün 
açıq və bərabərimkanlı olmasını təmin etmək; 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə