Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə52/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   47   48   49   50   51   52   53   54   55

 
163
yüksək  intellektual  səviyyəyə  və  praktiki  iş  qabiliyyətinə, 
yeni  texnologiyalara  yiyələnmək,  informasiya  axınında  çevik 
istiqamət tapmaq bacarığını formalaşdırmaq; 
cəmiyyətin  yüksək  səviyyəli  və  rəqabətqabiliyyətli  kadr 
potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq; 
təhsil  müəssisəsində  tədris  prosesinin  təhsilalanların  və 
təhsilverənlərin  insan  ləyaqətinə  hörmət  etməsi  əsasında 
qurulmasını  təmin  etmək  və  təhsilalana  qarşı  hər  hansı  fiziki  və 
psixoloji zorakılığa yol verməmək. 
2.2.  Azərbaycan  Respublikasının  ali  təhsil  müəssisələrində 
tədris  dili  dövlət  dili  -  Azərbaycan  dilidir.  Təhsil  müəssisələrinin 
imkanları nəzərə alınaraq, təlim xarici dillərdə də aparıla bilər. 
  
3. Ali təhsilin idarə olunması 
  
3.1.  Ali  təhsil  müəssisələri  (universitetlər,  akademiyalar, 
institutlar  və  s.)  aşkarlıq,  şəffaflıq  və  demokratiklik  prinsipləri 
əsasında 
"Təhsil 
haqqında" 
Azərbaycan 
Respublikasının 
Qanununa,  digər  normativ  hüquqi  aktlara  və  öz  nizamnaməsinə 
uyğun idarə olunur. 
3.2. Təhsil müəssisəsinin idarə olunmasının demokratikliyini 
və  şəffaflığını  təmin  etmək  məqsədi  ilə  ali  təhsil  müəssisəsində 
idarə  və  özünüidarə  orqanları  (himayəçilər,  elmi,  elmi-metodiki, 
təhsilalanlar, qəyyumlar şuraları və s.) yaradıla bilər. 
3.3.  Ali  təhsil  müəssisəsinin  ali  idarəetmə  orqanı  Elmi 
Şuradır.  Elmi  Şura  seçkili  orqandır.  Elmi  Şuranın  yaradılması  və 
fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 
təsdiq  edilmiş  "Ali  təhsil  müəssisəsinin  Elmi  Şurası  haqqında" 
Əsasnamə və təhsil müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.  
3.4.  Ali  təhsil  müəssisəsinə  rəhbərliyi  qanunvericiliklə 
müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən 
rektor həyata keçirir. 
3.5.  Tabeliyindən,  mülkiyyət  növündən  və  təşkilati-hüquqi 
formasından  asılı  olmayaraq,  respublika  ərazisində  fəaliyyət 


 
164
göstərən  bütün  ali  təhsil  müəssisələrində  təhsilin  keyfiyyətinə 
dövlət  nəzarəti  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi 
tərəfindən həyata keçirilir.  
  
4.  Ali  təhsil  müəssisələrinin  maddi-texniki  və  tədris 
bazası 
  
4.1.  Ali  təhsil  müəssisəsinin  maddi-texniki  və  tədris  bazası 
daşınan və daşınmaz əmlakdan ibarətdir. 
4.2.  Ali  təhsil  müəssisəsinin  maddi-texniki  və  təhsil 
infrastrukturu  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 
tərəfindən müəyyən edilən normativlərə uyğun olmalıdır. 
  
5. Ali təhsilin infrastrukturu 
  
5.1.  Azərbaycan  Respublikasında  ali  təhsil  ali  təhsil 
müəssisələrində həyata keçirilir. 
5.2.  Ali  təhsil  müəssisələrində  mütəxəssis  və  elmi-pedaqoji 
kadr hazırlığı üç səviyyədən ibarətdir: 
- bakalavriat (tibb təhsili istisna olmaqla); 
- magistratura (tibb təhsili istisna olmaqla); 
- doktorantura. 
5.3.  Azərbaycan  Respublikasında  mülkiyyət  növünə  görə 
dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. 
Onların  yaradılması,  təşkili  və  yenidən  təşkili  mövcud 
qanunvericiliyə uyğun həyata keçirilir. 
5.4.  Ali  təhsil  pilləsində  aşağıdakı  təhsilalma  formaları 
müəyyən edilir: 
- əyani; 
- qiyabi; 
- distant (məsafədən); 
- sərbəst (eksternat). 
Həmin  formalar  üzrə  təhsilalma  qaydaları  müvafiq 
qanunvericilik aktları ilə müəyyənləşdirilir. 


 
165
5.5.  Ali  təhsil  pilləsinin  müvafiq  səviyyələri  üzrə  təhsil 
müddətləri  təhsil  proqramları  ilə  müəyyənləşdirilir.  Bakalavriat 
səviyyəsində  əyani  forma  üzrə  təhsil  müddəti  4-5  (qiyabi  forma 
üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində 
əyani  forma  üzrə  həmin  müddət  1,5-2  (qiyabi  forma  üzrə  təhsil 
müddəti altı ay artıqdır) ildir. 
5.6. Tibb təhsili təhsil proqramlarına və dövlət standartlarına 
uyğun  olaraq,  əsas  təhsilə  və  rezidenturaya  ayrılır,  məzunlara 
müvafiq  olaraq  həkim  və  həkim-mütəxəssis  ali  peşə  ixtisas 
dərəcələri  verilir.  Rezidentura  təhsilinin  məzmunu  və  təşkili 
qaydaları 
Azərbaycan 
Respublikasının 
Nazirlər 
Kabineti 
tərəfindən müəyyən edilir.  
5.7.  Ali  təhsil  pilləsinin  müvafiq  səviyyələri  üzrə  təhsil 
müvafiq  təhsil  proqramları  əsasında  təşkil  olunur.  Ali  təhsil 
pilləsinin  bakalavr  səviyyəsini  bitirənlərə  -  bakalavr,  magistr 
səviyyəsini  bitirənlərə  isə  magistr  ixtisas  dərəcəsi  və  müvafiq 
dövlət nümunəli sənəd - diplom verilir. 
5.8. Bakalavr diplomu onun sahibinə magistraturada təhsilini 
davam  etdirmək  və  müvafiq  ixtisas  üzrə  əmək  fəaliyyəti  ilə 
məşğul  olmaq,  magistr  diplomu  isə  doktoranturada  təhsilini 
davam  etdirmək,  elmi  tədqiqat  və  elmi-pedaqoji  işlərlə,  eləcə  də 
müvafiq  ixtisas  (ixtisaslaşma)  üzrə  əmək  fəaliyyəti  ilə  məşğul 
olmaq hüququ verir. 
5.9.  Müxtəlif  səbəblərdən  ali  təhsil  pilləsinin  müvafiq 
səviyyələrində  təhsilini  başa  vurmayan  şəxslərə  Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilmiş 
müvafiq forma üzrə arayış verilir. 
  
6. Təhsilverənlərin keyfiyyət göstəriciləri 
  
6.1.  Ali  təhsil  müəssisələrində  təhsilverənlərin  keyfiyyət 
göstəricilə-rinə aşağıdakılar daxildir: 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə