Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə53/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   47   48   49   50   51   52   53   54   55

 
166
öz 
fəaliyyətlərində 
innovativ 
təlim, 
informasiya-
telekommunikasiya,  müasir  texnika,  yeni  istehsal  və  pedaqoji 
texnologiyalardan istifadə etmək; 
ali  təhsilli  olmaqla  yanaşı,  müvafiq  elmi  dərəcəyə  malik 
olmaq; 
mütəmadi  olaraq  öz  elmi  səviyyəsini,  bilik  və  bacarıqlarını 
artırmaq. 
Təhsilverənlərin 
keyfiyyət 
göstəriciləri 
Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilən 
attestasiya qaydalarına əsasən müəyyən edilir. 
6.2. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib 
hissəsidir. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqat işlərin 
nəticələri professor-müəllim heyətinin müəyyən vəzifələrə seçkisi 
və təyin olunması zamanı nəzərə alınır. 
  
7. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi 
  
7.1.  Təhsilalanların  bilik,  bacarıq  və  vərdişlərinin  səviyyəsi 
qiymətləndirmə yolu ilə müəyyənləşdirilir. 
7.2.  Təhsilalanların  biliyinin  qiymətləndirilməsinin  əsas 
məqsədi  təhsilin  keyfiyyətinin  dəyərləndirilməsinə  və  nəticə 
etibarilə onun yüksəldilməsinə xidmət etməkdir.  
7.3.  Ali  təhsil  müəssisələrində  təhsilalanların  biliyinin 
qiymətləndiril-məsində aşağıdakı prinsiplər nəzərdə tutulmalıdır:  
- qiymətləndirmə kriterilərinin ölçüləbilən və etibarlı olması; 
-  qiymətləndirmədə  müxtəlif  metod  və  vasitələrdən  istifadə 
olunması; 
-  qiymətləndirmədə  ədalətliliyin,  obyektivliyin,  şəffaflığın 
təmin olunması və qiymətin əsaslandırılması; 
-  qiymətləndirmədə  təhsilalanların  özünüqiymətləndirmə 
bacarığının  formalaşması,  onlarda  öz  təlimlərini  yaxşılaşdırması 
istəyinin  yaradılması  və  təlimin  keyfiyyətinin  yüksəldilməsinə 
nail olunması. 


 
167
7.4.  Ayrı-ayrı  ixtisaslar  üzrə  təhsil  proqramlarının 
təhsilalanlar  tərəfindən  mənimsənilmə  səviyyəsi  və  keyfiyyəti 
müvafiq  qaydalar  əsasında  cari,  aralıq  və  dövlət  attestasiyası 
zamanı  müəyyənləşdirilir.  Təhsilalanların  cari,  aralıq  və  dövlət 
attestasiyası  zamanı  biliyinin  qiymətləndirilməsi  çoxballı  (100 
ballı) sistemlə həyata keçirilir. 
Konkret  fənn  üzrə  semestr  ərzində  toplanmış  balın  yekun 
miqdarına  görə  təhsialanların  biliyi  aşağıdakı  kimi  qiymət-
ləndirilir: 
51 baldan aşağı - "qeyri-kafi" - F 
51-60 bal - "qənaətbəxş"  - E 
61-70 -  "kafi"  - D  
71-80 -  "yaxşı"  - C 
81-90 -  "çox yaxşı" - B 
91-100 - "əla" - A 
Ali  təhsil  proqramları  təhsilalanların  dövlət  attestasiyası  ilə 
yekunlaşır.  Dövlət  attestasiyası  bütün  təhsilalanlar  üçün 
məcburidir.  
Đmtahan  sessiyalarının  təşkili,  tələbələrin  biliyinin  cari  və 
aralıq  qiymətləndirilməsi,  dövlət  attestasiyasının  keçirilməsi 
qaydaları səlahiyyətləri  çərçivəsində Azərbaycan Respublikasının 
Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 
ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir. 
7.5.  Ali  təhsilin  müvafiq  səviyyələri  üzrə  təlim  proqramını 
(kurikulumu) 
mənimsəmiş, 
aralıq 
və 
dövlət 
buraxılış 
imtahanından müvəffəq qiymət almış tələbələrə ixtisas dərəcəsi və 
həmin pilləni bitirməsi haqqında diplom verilir.  
  
8. Ali təhsil proqramları 
  
8.1.  Ali  təhsil  proqramları  (kurikulumlar)  təlim  nəticələrini 
və  məzmun  standartlarını,  tədris  fənlərini,  həftəlik  dərs  və 
dərsdənkənar  məşğələ  saatlarının  miqdarını,  pedaqoji  prosesin 


 
168
təşkili,  təlim  nəticələrinin  qiymətləndirilməsi  və  monitorinqinin 
aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. 
8.2.  Ali  təhsil  proqramları  ali  təhsilin  səviyyələri  üzrə 
təhsilin məzmununu və mənimsəmə qaydalarını müəyyən edir. 
8.3.  Azərbaycan  Respublikasında  ali  təhsil  onun  bütün 
səviyyələrini əhatə edən təhsil proqramları üzrə həyata keçirilir. 
Ali təhsil proqramına aşağıdakılar daxildir: 
-  ali  təhsilin  ayrı-ayrı  səviyyələri  (bakalavriat,  magistratura, 
doktorantura) üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatları. 
Təsnifatlar  respublikanın  elm,  texnika,  mədəniyyətin 
mövcud  və  perspektiv  inkişaf  istiqamətləri,  YUNESKO-nun  və 
digər  beynəlxalq  qurumların  qəbul  etdiyi  sənədlər  nəzərə 
alınmaqla  hazırlanır  və  Azərbaycan  Respublikasının  Nazirlər 
Kabineti tərəfindən təsdiq edilir; 
-  ali  təhsil  səviyyələrinin  ayrı-ayrı  ixtisasları  (ixtisas-
laşmaları) üzrə təlim nəticələrini və məzmun standartlarını, tədris 
olunan  fənləri,  dərs  yükünü  və  dərsdənkənar  məşğələ  saatlarının 
miqdarını və s. özündə əks etdirən müvafiq təhsil proqramları. 
Bu proqramlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
tərəfindən təsdiq edilir; 
- pedaqoji prosesin təşkili, tədris planları, fənn proqramları, 
metodik  təminatla  bağlı  tövsiyələri,  təlimin  nəticələrinin 
qiymətləndirilməsi və monitorinqin aparılması qaydaları. 
Bu 
sənədlər 
səlahiyyətləri 
çərçivəsində 
Azərbaycan 
Respublikasının  Nazirlər  Kabineti,  Azərbaycan  Respublikasının 
Təhsil 
Nazirliyi 
və 
ali 
təhsil 
müəssisələri 
tərəfindən 
müəyyənləşdirilir. 
8.4.  Đxtisaslar  (ixtisaslaşmalar)  üzrə  təhsil  proqramlarının 
strukturu aşağıdakı kimi müəyyən edilir: 
- ümumi müddəalar; 
- məzunların ixtisas xarakteristikaları və səriştəliliyi; 
-  təhsilin  məzmununa  və  səviyyəsinə  qoyulan  minimum 
tələblər; 
- maddi-texniki, tədris bazası və kadr potensialı; 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə