Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə6/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   2   3   4   5   6   7   8   9   ...   55

 
16
Yuxarıda  deyilənləri  yekunlaşdıraraq,  fikirlərimizi  ümumi-
ləşdirmək  istərdik.  
1. Sovet rejimindən çıxmış yeni dövlətlərin təhsil sahəsində  
Boloniya  prosesinə  qoşulması  tarixi  inkişafın  özünün  tələbindən 
irəli  gələn  bir  zərurət  idi.  Onların  ali  təhsilinin  köhnə  standart-
lardan  çıxaraq,  müstəqilləşməsi  və  inkişaf  etməsi  məqamında  
qabaqcıl  Avropaya  meyl  etməsi,  ona  inteqrasiyası,  Avropa  vahid 
ali təhsil məkanına daxil olaraq öz işini onun standartları əsasında 
qurması uğurlu gələcəyə real şans verir. 
2.  Lakin  bu  dövlətlərin  Boloniya  prosesinə  qoşularaq, 
Avropa  ali  təhsil  zonasının  formal  olaraq  tam  hüquqlu  üzvünə 
çevrilməsi  onun  ali  təhsil  sahəsində  problemlərini  nəinki  həll 
etmir,    əksinə  onun    vəzifələrini  və  məsuliyyətini  qat-qat  artırır. 
Formal bərabərliyi real bərabərliyə çevirmək üçün çoxsaylı,  xeyli 
zəhmət  və  enerji  tələb  edən    vəzifələri  qısa  müddətdə  həll  etmək 
vacibdir.  
3.  Bu  sahədə  görüləsi  birinci  dərəcəli  işlər  ölkə  ali  təhsilini 
Avropa  nümunəsində  ictimai-iqtisadi  zəminini  təmin  etmək, 
universitetlərin  açıq  rəqabət  mühitində  uğurlu  fəaliyyətini  təmin 
etmək  üçün  ali  təhsil  müəssisələrinin  sərbəstliyinin  (muxtariy-
yətinin) qanunvericilik yolu ilə təsdiq edilməsidir. 
4.  Təhsilin  keyfiyyətinin  yüksəldilməsi  üçün  konkret 
tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi günün vacib 
tələblərindən biridir.   
5. Ali təhsildə neqativ halların zəmininin aradan qaldırılması 
islahatların uğurunun həyati şərtidir. 
6.  Tələbələrin  ali  təhsilin  obyektindən  subyektinə  çevirmək 
üçün  onlarla  işin  gücləndirilməsi,  tələbələrin  təşkilatlanmasına, 
idarəetmə  strukturlarında  təmsil  olunmasına  dəstək  vermək 
gündəlikdə duran əsas məsələlərdən biridir. 
 
 
 
 


 
17
Cəfər Cəfərov 
Tarix elmləri doktoru, professor, 
Azərbaycan Turizm Đnstitutunun rektoru 
 
AZƏRBAYCANDA DAVAMLI TƏHSĐLĐN BƏZĐ 
PROBLEMLƏRĐ 
 
Azərbaycan  Respublikasında  icti-
mai  həyatın  bütün  sahələrində  olduğu 
kimi  təhsil  sahəsində,  o  cümlədən  ali 
təhsil sahəsində, onun müasirləşdirilmə-
si,  qabaqcıl  dünyaya  –  Avropa  təhsil 
məkanına  inteqrasiyası,  keyfiyyətinin 
yüksəldilməsi  və  dünya  standartları  sə-
viyyəsinə  yüksəldilməsi  məqsədi  ilə 
məqsədyönlü  islahatlar  həyata  keçirilir. 
Tətbiqi  Tədqiqatlar  Fondunun  həyata 
keçirdiyi  “Azərbaycan  Respublikasının 
ali  təhsil  sahəsində  Boloniya  prosesinə  qoşulması  ilə  əlaqədar 
keçirilən  islahatlara  dəstək”  layihəsi  çərçivəsində  Azərbaycan 
Turizm Đnstitutu ilə birgə təşkil etdiyi konfrans vacib problemləri 
əhatə  edir.  Bu  müzakirələr  təhsil  sahəsində  reallaşdırılan  köklü 
islahatlara öz sanballı dəstəyini verə bilər. Avropa təhsil sistemin-
də son onilliklər ərzində Boloniya prosesinin tətbiqi üzrə  həyata 
keçirilən  islahatların  mahiyyətinin  araşdırılması,  qloballaşmanın 
bu  sahədə  təzahürlərinin  tədqiqi,  bu  proseslərin  Azərbaycan 
cəmiyyətində  özünəməxsus  xüsusiyyətlərinin  analizi,  onun  ölkə 
üçün  müsbət  və  mənfi  cəhətlərinin  aşkar  edilməsi  vaxtaşırı 
üzərinə  qayıdılması  zəruri  olan  məsələlərdir.  Xüsusən,  bu  sahədə 
təhsil ictimaiyyəti və bütün əhali arasında maarifləndirmə işlərinin 
aparılması keçirilən islahatlara güclü dəstək olardı. 
Boloniya  prosesinin  vacib  məqamları,  onların  Azərbaycan 
reallığında  tətbiqinin  qarşılaşa  biləcəyi  problemlərin  tədqiqi 
müvafiq  orqanların  və  mütəxəssislərin  diqqət  mərkəzindədir.  Bu 


 
18
da  təsadüfi  deyildir.  2005-ci  ildə  rəsmi  olaraq  bu  prosesə 
qoşulmuş Azərbaycan artıq həmin istiqamətdə xeyli işlər görmüş, 
müəyyən  uğurlar  əldə  etmişdir.  Lakin  görüləsi  işlərin  çoxu  hələ 
qabaqdadır.  Boloniya  prosesi  ali  təhsilin  bütün  məsələlərini 
kompleks  şəkildə  əhatə  edir  və  çoxşaxəlidir.  Onların  sırasına 
ümumi ali təhsil məkanının vahid standartlarının yaradılmasından 
tutmuş  onun  tədrisin  keyfiyyətinin  yüksəldilməsi,  tələbə  və 
müəllim  mobilliyinin  təmin  edilməsi,  diplomların  qarşılıqlı 
tanınması,  ali  təhsil  müəssisələrinin  rəqabət  mühitinin  tələbinə 
uyğun  münasibətlər  sisteminin  nizama  salınması,  elmin  inkişafı  
və s. kimi  məsələlər daxildir. Onlardan biri də  hazırkı məqalədə 
üzərində dayanmaq istədiyimiz məsələsi əhalinin davamlı təhsillə 
təmin  edilməsi,  əhalinin  formalaşmaqda  olan  ümumavropa  və 
ümumdünya əmək bazarında daha yüksək rəqabət qabiliyyətliliyi-
nə nail olunması məsələsidir. Azərbaycan dövləti təhsil sahəsində 
bu nəhəng problemləri həll etmək, onu tələb olunan yüksək dünya 
standartları  səviyyəsinə  qaldırmaq,  ölkə  ali  təhsil  müəssisələrinin 
ümumi təhsil məkanının müstəqil və güclü subyektinə çevrilməsi 
üçün  maksimum  şərait  yaratmaq  yönümündə  böyük  islahatlar 
proqramını həyata keçirir. Ölkənin  Boloniya prosesinə qoşulması 
və onun standartlarının tətbiqi üçün köklü dəyişikliklərin edilməsi, 
yeni təhsil qanununun qəbulu, təhsilin inkişafı üzrə uzunmüddətli 
proqramların  qəbulu  və  həyata  keçirilməsi  bu  sahədə  dövlətin  və 
cəmiyyətin  strateji  maraqlarına  xidmət  edir.  Dövlətin  möhkəm 
xəttini  əhalinin  təhsilin  bütün  mərhələlərində  maksimum  daha 
geniş  əhatə  edilməsi  sahəsində  də  müşahidə  etmək  olar.  Lakin 
mövcud olduğu müstəqillik dövründə ictimai həyatın bütün sahə-
lərində  nəhəng  problemləri  həll  etməli  olan  gənc  Azərbaycan 
dövlətinin  və  cəmiyyəti  bu  sahədə  bütün  problemləri  birdən-birə 
həll edə bilməzdi.  Şübhəsiz, bu problemlərin aradan qaldırılması 
müəyyən zaman müddətində məqsədyönlü islahatların aparılması-
nı tələb edir.  
Qeyd olunduğu kimi,  Azərbaycanda təhsilin öz aktuallığı ilə 
seçilən  məsələlərindən  biri  davamlı  təhsil  məsələsidir.  Eyni 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə