Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə7/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   2   3   4   5   6   7   8   9   10   ...   55

 
19
zamanda, unutmaq olmaz ki, böyüməkdə olan nəslin təhsilin orta 
məktəbdən sonrakı mərhələləri ilə əhatə olunması təkcə mütəxəs-
sis  hazırlığı  ilə  məhdudlaşmır.  Orta  məktəbi  bitirmiş  gənclərin 
peşə  yönümünə  istiqamət  verilməsi,  əmək  fəaliyyətinə  cəlb 
olunması,  müstəqil  həyatda  öz  yerlərini  tutmasına  şərait  yaradıl-
ması  daha  geniş  ictimai  problemlərlə  əlaqəlidir.  Onların  dəqiq 
uçotu  və  planlı  şəkildə  idarə  edilməsi  bir  tərəfdən  insan 
resurslarının  düzgün  yerləşdirilməsinə  xidmət  edirsə,  digər  tərəf-
dən çətin keçid dövrünü yaşamış bir cəmiyyətdə böyüməkdə olan 
nəslin  zərərli  vərdişlərdən  uzaqlaşdırmaq,  neqativ  meyllərin 
qarşısını almaq, onların cinayətkarlıq, narkomaniya və digər bəlalı 
reallıqlara  yuvarlanmasının  qarşısını  almaq,  cəmiyyətdə  sağlam 
mühiti  təmin  etmək  məqsədinə  xidmət  etməlidir.  Haqqında 
danışılan problemləri təkcə dövlətin gücü ilə həll etmək mümkün 
deyildir.  
Bütün qlobal məsələlərin həllində olduğu kimi böyük həyati 
əhəmiyyət kəsb edən bu problemin də həllində cəmiyyətin özünün 
fəallığı,  vətəndaş  cəmiyyətinin,  o  cümlədən,  qeyri-hökumət  təş-
kilatlarının prinsipial mövqe nümayiş etdirməsi və bütün güclərin 
səfərbər edilməsi vacibdir.  
Azərbaycanda  orta  məktəb  məzunlarının  cəmiyyətdə  öz 
yerini  tutması,  onların  ixtisas  qazanması  üçün  ölkənin  imkanla-
rının  tam  istifadə  edilməsi,  bunun  üçün  bütün  vasitələrin  işə 
salınması,  nizamlanması  və  səmərəli  istifadəsinə  kömək  etmək 
məqsədilə  onların  araşdırılaraq  sistemləşdirilməsi,  cəmiyyətin 
diqqətinin  həmin  məsələlərə  yönəldilməsi,  əhalinin  bu  sahədə 
məlumatlandırılması və maarifləndirilməsi böyük əhəmiyyət kəsb 
edir.  Böyüməkdə  olan  gənc  nəslin  ali,  orta-ixtisas  və  peşə  təhsili 
ilə  əhatə  olunması  vəziyyətinin  və  qabaqcıl  dünya  ölkələrinin  bu 
sahədə  təcrübəsinin  analizi,  təhsildən  obyektiv  səbəblər  üzündən 
kənarda  qalmış  məzunların  əmək  karyerasının  problemlərinin 
mümkün həlli yollarının aşkar edilməsi nəzərdə tutulur.  
Qloballaşma  müasir  dövrdə  öz  tempini  günbəgün  artırır. 
Đmperiya  asılılığından  azad  olmuş  ölkələr  ümumi  sosial-iqtisadi 


 
20
məkana cəlb olunmaqla onun yaratdığı reallıqlarla üzləşirlər. Belə 
bir  şəraitdə  Azərbaycan  da  zamanın  tələbləri  ilə  ayaqlaşaraq 
böyüməkdə  olan  nəslin  ümumi  məkanda  əlverişli  vəziyyətdə 
olmasını  təmin  etmək  dövlətin  və  cəmiyyətin  başlıca  vəzifələrin-
dəndir.  Reallıqdan  çıxış  edərək  öncədən  qeyd  etmək  lazımdır  ki, 
bu sahədə Azərbaycan heç də arzuolunan səviyyədə deyildir və bu 
sahədə  inteqrasiya  etdiyimiz  Qərb  məkanının  səviyyəsinə  yaxın-
laşmaq  və  vahid  əmək  bazarında  ölkə  vətəndaşının  rəqabət 
qabiliyyətliliyini  təmin  etmək  üçün  qarşıda  hələ  xeyli  vəzifələr 
durur. 
Hazırkı dövrdə davamlı təhsili vacib edən amillərdən biri də 
elmin  və  texnologiyanın  sürətlə  inkişaf  etməsi,  nəticədə  alınan 
biliyin  tez  köhnəlməsi  və  onun  vaxtaşırı  təzələnməsinə  və 
tamamlanmasına olan ehtiyacdır. Qloballaşma nəticəsində sərhəd-
lər aradan qalxır, ən yeni texnologiyalar yeni ərazilərə nüfuz edir. 
Yeni  rəqabət  mühitində  ölkənin  əhalisinin  ixtisasca  hazırlıq 
səviyyəsi  onun  tutduğu  yeri  müəyyənləşdirilməsində  böyük 
əhəmiyyət  kəsb  edir.  Onlar  yüksək  bilik  və  bacarıq  tələb  edən 
prestijli yerləri də tuta bilər, ucuz işçi kütləsinin sıralarını da artıra 
bilər.  Belə  bir  məqamda  ölkə  həmin  problemlərin  həllində  hansı 
mərhələdə  dayanır  və  onun  daha  səmərəli  nəticələr  verməsi  üçün 
hansı  işlərin  görülməsi  vacibdir?  Bu  suallara  cavab  tapmaq  və 
dövlətin  həyata  keçirdiyi  xəttə  dəstək  vermək,  cəmiyyətin  həmin 
problemlər  barəsində  məlumatlılığını  artıraraq  onların  gücünü 
səfərbər  edilməsinə  kömək  etmək  təhsil  sisteminin  məqsədləri 
sırasındadır.  Ümid  edirik  ki,  apardığımız  tədqiqat  və  maariflən-
dirmə  işləri  bu  sahədə  Azərbaycan  dövlətinin  yeritdiyi  xəttə 
əhəmiyyətli dəstək olacaqdır.  
Azərbaycanda əmək bazarında yeni vəziyyət formalaşmışdır. 
Đndi  ölkədə  mövcud  sosial-iqtisadi  inkişafın  tələblərinə  uyğun 
olaraq  yeni  ixtisaslar  yaranır,  yeni-yeni  peşə  sahiblərinə  ehtiyac 
yaranır. Təhsil sistemi, xüsusən ali təhsil, belə dəyişikliklərə çevik 
reaksiya  verməli,  yeniləşmə  prosesindən  geri  qalmamalıdır.  Bu 
mənada,  mən  turizm  sahəsinin  mütəxəssis  hazırlığı  məsələlərinə 


 
21
toxunmaq,  onun  nümunəsində  haqqında  danışılan  problemi  kon-
kretləşdirmək istərdim.  
Turizm sahəsi qədim tarixə malik olsa da, Azərbaycanda son 
vaxtlara  qədər  turizm  mütəxəssisi  hazırlığı  olmamışdır.  Hətta 
müstəqillik illərində də bu sahədə qısa müddətdə ciddi nəticə əldə 
etmək mümkün deyildi. Bir neçə ali təhsil müəssisəsində məhdud 
sayda  tələbə  turizm  üzrə  ixtisaslaşırdı  ki,  o  da  artan  tələbatı 
ödəmək iqtidarında deyildi. Şübhəsiz,  kadr problemi bu sektorda 
ən vacib amillərdən biridir.  Mütəxəssisin hazırlıq səviyyəsi, onun 
aldığı  bilik  və  bacarıqların  keyfiyyəti  son  dərəcədə  böyük 
əhəmiyyət  kəsb  edir.  Buna  görə  də    Prezidentin  sərəncamı  ilə 
2006-cı  ildə  ATĐ-nin  yaradılmasında  da  məqsəd  Azərbaycan 
Turizm  sənayesinin  inkişaf  etdirilməsi,  qonaqpərvərlik,  turizm, 
səyahət  və  istirahət  sahəsində  ixtisaslı  kadrlara  olan  ehtiyacı 
ödəmək  üçün  mütəxəssislərin  hazırlanması  və  təkmilləşdiril-
məsidir. 
“Turizm  ili”  ilə  bağlı  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
nəzdində  yaradılan  Đşçi  Qrupun  hazırladığı  tədbirlərin  siyahısına 
ATĐ  ilə  bağlı  bir  neçə  məsələ  də  daxil  edilib.  Görüləcək  işlər 
sırasına təhsilin müxtəlif pillələri ilə bağlı məsələlər daxildir. Peşə 
məktəbinin  yaradılması  ilə  bağlı  aparılan  işlərin  sürətləndirilməsi 
məqsədilə  Bakı  şəhərində  fəaliyyət  göstərən  böyük  peşə 
məktəblərindən biri Turizm Đnstitutunun tabeçiliyinə verilmişdir.               
ATĐ  yeni bir institut olaraq,  yarandığı gündən bütün işlərini 
yeni  standartlar  əsasında  qurmağa,  günün  tələblərini  nəzərə 
almağa çalışır. Hər bir tələbəyə ayrıca fərdi-tədris planı hazırlanıb. 
Boloniya  prosesi  çərçivəsində  kredit  sisteminin  tətbiqi,  dəyərlən-
dirmələrin  aralıq  imtahanlarına  və  final  imtahanlarına  əsaslan-
ması,  tədris  prosesinin  təqdimat  və  müzakirələr  əsasında  keçiril-
məsi,  mühazirə  mətnlərinin  əvvəlcədən  tələbələrə  paylanması, 
tələbələrə  sərbəst  müəllim  və  fənn  seçmələri  üçün  müvafiq 
şəraitin yaradılması, onların “aşağıdan” və “yuxarıdan” fənn seçə 
bilmələri  üçün  hazırlanması,  hər  bir  tələbə  üçün  fərdi  tədris 
planının  hazırlanması,  tələbələrin  elmi  araşdırmalara  fəal  cəlb 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə