Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə9/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

 
25
Adətən  işi,  bilənə  ona  görə    tapşırırlar  ki,  iş  bilənlərin    qəbul 
etdikləri  qərarlar  daha  xətasız  olurlar.  Bu  problemlə  maraqlanan-
lar  üçün  Matias  Helmkenin  bestseller  olan:  “Qərar  qəbul 
etməni  öyrənirik.  Tez,  dəqiq,  düzgün”-  kitabı  ilə  tanış  olmağı 
məsləhətdir.  
Hollandiyalı  alim  Eduard  de  Bona  hesab  edir  ki,  gənclər 
arasında söz sahibi o kəsdir ki, qolu qüvvətlidir. Yaşlılar arasında 
söz sahibi o kəsdir ki, vəzifəsi yüksəkdir. Bu səbəbdən də düzgün 
qərar çox vaxt kənarda qalır, bu isə cəmiyyətin inkişafını ləngidir. 
Beləliklə,  əgər  düzgün  qərar  qəbul  etmənin  elmi  əsaslarını   
öyrənsək, qazancımız ölçüyə sığmaz.  
Tarixin təkəri 
 Həm  dövlət,  həm  də  fərd  və  toplum  üçün  düzgün  qərar 
qəbul  etmək  fundamental  əhəmiyyət  kəsb  edir.  Çünki,  silsilə 
düzgün  qərar  qəbul  etməklə  dövlət  güclü  dövlətə,  fərd  isə  güclü 
şəxsiyyətə  çevrilir.  Ancaq  bu  sadə  və  bəşəri  dəyəri  işlək  hala 
gətirmək çox da  asan iş deyildir. 
Son  yüz  ildə  dünyanın  arzu  olunmayan  istiqamətdə  inkişaf 
etməsindən çox  danışılır.  Đki dünya müharibəsi, qlobal istiləşmə 
və  şimal  buzlaqlıqların  əriməsi,  ekoloji  problemlərin  yaranması, 
iqtisadi  inkişaf  ilə  mənəvi  inkişafın  arasında    harmoniyanın 
pozulması  (və  nəticədə  mənəvi  səviyyənin  ilbəil  aşağı  düşməsi), 
insanı  baxımdan  nisbətən  ədalətli  quruluşlarının  dağılması,  ikili 
standartlar  və  sairələr  bəşəriyyətin  inkişafında  qüsur  və  xətaların 
çox  olduğunu göstərir. 
Bütün  bu  xətalar  qlobal  və  lokal  səviyyədə  səhv  qərarların 
qəbul  olmasının  nəticəsindən  törəyir.  Haqq  nahağa  qalib  gələ 
bilmir.  Dünya  sanki  gücdən  düşüb,  onun  ədalət  potensialı  tükən-
məkdədir.  (Qarabağ  problemi  buna  misaldır.  15  ildən  çoxdur  ki, 
BMT-nin  4  qətnaməsi  yerinə  yetirilmir).  Dünyanın  dərdi,  dərma-
nından  çoxdur.  SSRĐ-nin  xarici  siyasətinin  konsepsiyasında 
buraxılan  səhv  qərarları  da  misal  göstərmək  olar.  Belə  ki,  bu 
nəhəng  dövlət  yarım  əsr  müddətində  iqtisadi  potensialının  çox 
hissəsini  xərcləyərək,  Afrikada  və  digər  qitələrdə  özünəbənzər 


 
26
dövlətlər qurmağa cəhd edirdi və nəticədə özü dağıldı. Xərclədiyi 
var-dövlət  də  yanıb  kül  oldu.  Məşhur  bir  kəlamda  deyilir  ki, 
“cinayət səhv deyil, səhv isə cinayətdir”. Təəssüf doğuran odur ki, 
bəşəriyyət  cinayət  tərkibli  səhv  qərarların  qəbuluna  laqeyddir. 
Tarixi  səhv  qərarlar  araşdırılmır,  onların  səbəbkarları  ictimai 
qınağa  tutulmur.    Məlumdur  ki,  Qarabağ  problemi  20  il  öncə  nə 
Bakıda, nə də Yerevanda yarandı. Bu problemin ideya müəllifi və 
yaranma  məkanı  məlumdur.  Qarabağ  problemin  müəllifi  M.Qor-
boçov  dünyanı  gəzərək  kef  edir,  Cənubi  Qafqaz  əhalisi  isə  barıt 
çəlləyi  üzərində  və  zillət  içərisində  yaşayır.  “Tarix  insanlardan 
daha kinlidir” ifadəsi də gücdən düşüb.  Onun kini-zadı qalmayıb, 
qalsaydı M. Qorboçova bir bəşəri məhkəmə qurardı.  
Bu qorxusuzluq mühiti növbəti tarixi səhvlərin təkrarlanma-
sına  şərait  yaradır.  Tarixin  təkəri  düz  istiqamətdə  fırlanmır.  Bu 
səbəbdən də  dünyanın sonunun yaxınlaşdığını güman edənlər də 
az  deyildir.  Đslam  dünyasında  da    imam  Mehdi  Sahibi  Zamanın 
tezliklə  zühur  edəcəyinə  və  yerdə  nizam-intizam  yaradacağına 
inananlar vardır. 
Bir  Qərb  mütəfəkkiri  son  yüz  ilin  inkişaf    mənzərəsini  belə 
səciyyələndirmişdi: Axırıncı ağac kəsiləndə, axırıncı balıq tutulan-
da,  axırıncı  çay  zəhərlənəndə  insanlar  başa  düşəcəklər  ki,  pulu 
yemək olmur. 
 
Qərarın düzlüyünə zamanın təsiri 
                                     “Tez qəbul olunmuş qərarlar səhvdir” 
  
 
 
 
 
 
 
Sofokl  
 
Tez-tez    “ən  böyük  hakim  zamandır”  ifadəsini  eşidirik. 
Çünki, o, hər bir hadisəni aşılayaraq, onun daxili quruluşunu, real 
üzünü  üzə  çıxarır.  Zamanın  qərarın  düzgünlüyünə  təsir  edən 
başlıca  faktor  olduğu  şübhə  doğurmadığı  üçün  ona  daha  diqqətlə 
nəzər salaq.                                
Təbiətşünaslıqda  böyük  əhəmiyyət  kəsb  edən,  Heyzenberq 
tərəfindən  kəşf  edilən  və  Nobel  mükafatına  layiq  görülən  “qeyri-


 
27
müəyyənlik prinsipi”nin məğzi bundan ibarətdir ki, elementar zər-
rəciklərin impulsu nə qədər dəqiq (xətasız) ölçülərsə, onun fəzada 
yeri  bir  o  qədər  qeyri-dəqiqdir.  Və  ya  tərsinə,  hissəciyin  yeri 
fəzada nə qədər dəqiq təyin edilərsə, onun impulsunun qiyməti bir 
o qədər qeyri-müəyyəndir. 
Təbiət  hadisələri  üçün  doğru  olan  bu  prinsipə  analoji 
qanunauyğunluq  cəmiyyət  hadisələri  üçün  də  formalaşdırmaq 
mümkündür. Məlumdur ki, hər bir problemin düz və səhv həlləri 
mövcuddur. Jan Jak Russoya görə, “düzlüyə gedən yol bir, səhvə 
gedən yol mindir”.   
Misal  üçün  fərz  edək  ki,  bir  çay  üzərindən  körpü  tikmək 
lazımdır.  Şübhə  yoxdur  ki,  körpünü  çay  üzərində  yüz  yerdə 
tikmək  olar.  Körpünün  eni,  uzunluğu,  hündürlüyü  ilə  bağlı  çox-
saylı  variantlar  da  təklif  etmək  olar.  Aydındır  ki,  bu  variantların 
biri  düz,  bir  qismi  kvazidüz,  bir  hissəsi  səhv,  qalanları  isə  çox 
səhvdir. Ən düz variantı tapmaq mümkün olsa, onda qəbul edilən 
qərarın xətası da ən az olar. Yəni qəbul edilmiş cari qərar, mütləq 
düz qərara yaxın olmalıdır. Ən səhv variant seçiləndə (misal üçün 
bir lətifədə deyilən kimi, körpünü çay üzərində yox, çay boyunca 
tikmək),  onda  qərarın  xətası  maksimum  olar.  Deməli,  düz  qərarı 
tapmaq  üçün  çox  ölçüb-biçmək,  araşdırma  aparmaq  lazımdır. 
Başqa sözlə desək, düşünmə zamanını geniş götürmək lazımdır. 
Mütləq  düzgün  qərar  ilə  cari  qərarın  arasındakı  fərqi   
“qərarın xətası” adlandıraq. Aydındır ki, qərarın xətası  azaldıq-
ca  mütləq  düzgün  qərara  yaxınlaşarıq.  Əksinə,  xəta  çoxaldıqca  
düzgün qərardan uzaqlaşırıq. Qərarın düz və səhv olması düşünmə 
zamanından  asılıdır.  Düşünmə  müddəti  çox  olarsa,  qərarın  xətası 
azalar.  Deməli,  qəbul  ediləcək  qərarın  xətasız  və  ya  az  xətalı 
olması  üçün,  hadisə  geniş  və  müəyyən  bir  zaman  intervalında  
araşdırılmalıdır.  Deyilənlərə  əsaslanaraq,  Heyzenberqin  qeyri-
müəyyənlik prinsipinə uyğun, belə bir qanunauyğunluq  formalaş-
dırmaq olar: 
Cəmiyyətdə  baş  verən  hadisələr  nə  qədər  geniş  zaman 
intervalında öyrənilərsə, onda hadisə ilə bağlı qəbul edilən qərarın 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə