Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında



Yüklə 33,52 Kb.
Pdf görüntüsü
tarix08.01.2018
ölçüsü33,52 Kb.
#20035


Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların 

təsdiq edilməsi haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

  

“Balıqçılıq  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi 



barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 722 nömrəli 

Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1.  “Balıqçılıq əhəmiyyətli su  obyektlərinə  zərərli  təsirin  yol  verilən  normaları”, 

balıq  və  digər  su  bioresurslarından istifadəyə  görə  ödəmələrin  növləri,  dərəcələri, 

tətbiq  edilmə  qaydaları  və balıq  və  digər  su  bioresurslarının  qeyri-qanuni 

ovuna cərimələr”,  “Xarici  dövlətlərin  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan 

Respublikasında balıq  və digər su bioresurslarından istifadə haqqı və qaydaları” təsdiq 

edilsin (əlavə olunur).

[1]

 

2. “Azərbaycan Respublikası balıqçılıq təsərrüfatı  sututarlarında qiymətli balıq 



növlərinin,  su  heyvanlarının  və  onurğasızların  ehtiyatlarının  mühafizəsini 

gücləndirmək  tədbirləri  haqqında”  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

1993-cü  il  1  mart  tarixli  128  nömrəli  qərarının  birinci  və  ikinci  bəndləri  qüvvədən 

düşmüş hesab edilsin. 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 



 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 

 

Bakı şəhəri, 6 sentyabr 1999-cu il

 

     № 146



 

 

 



 

 

 



 

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



1999-cu il 6 sentyabr tarixli 146 nömrəli qərarı 

ilə 


TƏSDİQ EDİLMİŞDİR 

  

Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, 

tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni 

ovuna cərimələr 

  

Ümumi müddəalar 

  

1.  Bu  Qaydalar  “Balıqçılıq  haqqında”  Azərbaycan  Respublikası  Qanununa, 

Azərbaycan  Respublikasının  Su  qanunvericiliyinə,  Azərbaycan  Respublikası  ilə 



Xəzəryanı  dövlətlər  arasında  bağlanmış  müqavilələrə,  sazişlərə,  razılaşmalara  və 

digər beynəlxalq müqavilələrə və hüquq normalarına əsasən tərtib edilmişdir. 

2.  Azərbaycan  Respublikasının “Balıqçılıq  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununda nəzərdə 

tutulmuş 

hallar 

istisna 


olmaqla, balıq 

və 

digər 

su 

bioresurslarından istifadə ödənişlidir. 

3. Balıq  və  digər  su  bioresurslarından istifadəyə  görə ödəmələr və balıq  və  digər  su 



bioresurslarının qeyri-qanuni ovuna cərimələr balıq və digər su bioresurslarının növündən, 

onların  ov  üsulundan,  ov  alətlərinin  və  texniki  vasitələrin  növündən,  habelə  su 

obyektlərinin təyinatından asılı olaraq differensiallaşdırılır. 

4. Balıq  və  digər  su  bioresurslarından istifadəyə  görə  ödəmələrin  növləri  və 

dərəcələri aşağıdakı kimi müəyyənləşdirilir: 

  

balıq və digər su 



bioresurslarının növləri 

balıq və digər su 

bioresurslarındanistifadənin 

dərəcələri 

Kilkə 


1,0 

Kefal 


2,0 

Siyənək 


2,5 

Çapaq 


2,0 

Xərçəngkimilər 

5,0 

Külmə 


2,0 

Çəki 


4,0 

Xəşəm 


5,0 

Sıf 


4,0 

Kütüm 


5,0 

Şamayı 


5,0 

Qarasol 


2,0 

Qızılbalıqlar 

10,0 

Nərəkimilər 



10,0 

Digər balıq növləri 

2,0 

Suiti 


1,0 

Bölgə 

300,0 

Nərə 

200,0 

Uzunburun 

180,0

[12]


 

 

 



5.  Balıq  ehtiyatlarından  istifadənin  ödənişi  (Q=L  x  K  x  N)  düsturu  ilə  təyin 

edilir: 


L  —  bir  ton  kilkə  balığından (xammal  nəzərdə  tutulur) və  yaxud  bir  ədəd  suitindən 

istifadənin bazis qiyməti (manatla); Bazis qiyməti kilkə balığının və suitinin bazar qiymətinə 

uyğun  götürülür.  Bu  qiymət  Azərbaycanın  və  xarici  dövlətlərin  hüquqi  və  fiziki  şəxsləri 

üçün müvafiq olaraq 5 və 10 faizi miqdarında qəbul edilir; 

[13]

 

K — balıq və digər su bioresurslarının növündən asılı olan dərəcədir; 




N  —  ovlanması  nəzərdə  tutulan  balıq  və  suitinin  ümumi  (limiti,  kvotası

miqdarıdır (balıqlar üçün tonla, suiti üçün isə ədədlə hesablanır). 

6.  Ayrıca  istifadədə,  icarədə,  bələdiyyə  mülkiyyətində  və  xüsusi  mülkiyyətdə 

olan  su  obyektlərində balıq  və  digər  su  bioresurslarından istifadəyə  görə  ödəmələr  bu 

Qaydanın  3-cü  maddəsində  göstərilən  formada  bələdiyyələr,  mülkiyyətçilər, 

istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 

7. Balıq  və  digər  su  bioresurslarından istifadəyə  görə  güzəştlərin  tətbiqi 

Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Bərpa məqsədi ilə 



balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman 

və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. 

8. balıq  və  digər  su  bioresurslarından istifadəyə  görə  ödənişlər  qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

9. Ödəmələrin tətbiq edilmə qaydaları:

 

a)  Balıq  və  digər  su  bioresursları  ehtiyatlarından  istifadəyə  görə  ödəniş Su 



bioresurslarının artırılması, bərpası və mühafizəsi fonduna köçürülür.

[14]

 

b) Hüquqi və fiziki şəxslər tərəfindən balıq və digər su bioloji resurslarından istifadəyə 



görə ödənişlər aşağıdakı qaydada həyata keçirilir: 

balıq  və  digər  su  bioloji  resurslarından  istifadə  üçün  1000  tonadək  kvota  alan  şəxslər 

müəyyən edilmiş ümumi dəyəri birdəfəlik tam həcmdə ödəyirlər;  

kvotanın  həcmi  1000  tondan  çox  olduqda,  ümumi  kvota  üçün  müəyyən  edilmiş 

məbləğin 50 faizi ova icazə alınan zaman, qalan hissəsi isə növbəti rüb ərzində ödənilir.  Bu 

kvotanı alan şəxslər kvota üçün müəyyən edilmiş ümumi məbləği birdəfəlik ödəyə bilərlər.

[15]


 

10.  Ölçüsündən  və  çəkisindən  asılı  olmayaraq  bir  ədəd  balıq,  su  heyvanı  və 

onurğasıza  vurulmuş  ziyan  minimum  əmək  haqqının  aşağıdakı  mislində  müəyyən 

edilir:


 

 

 



a) Balıqlar 

“Qırmızı kitaba” daxil edilmiş balıq növləri (kələmo, dəniz sıfı, poru, ilanbalığı, qızıl 

xallı) 

250 

Bölgə 


225 

Nərə, uzunburun, qızılbalıq, ağ qızılbalıq 



200 

Xəşəm, kütüm, sıf, şirbit, şamayı, ağ amur, enlialın 

30 

Çəki, karp, qarabel siyənəyi 



20 

Naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı və 

siyənəyin digər növləri 

10 


Kilkə (1 kq) 

0,5

[16]


 

b) Kürü (1 kq.) 

Bölgə, kələmo, nərə, uzunburun 

200

[17]


 

c) Su heyvanları: 

Xəzər suitisi 

50 


ç) Su onurğasızları 

Xərçəng 


1,0 


Krevet 

0,5 


d) Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya 

məhv edilmiş balıq və digər su bioresursları üçün cərimələr üç qatına tutulur. 

  

 

 



 

 

 



 

 

 



 

Yüklə 33,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə