Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən valyuta bazarında



Yüklə 53,82 Kb.
Pdf görüntüsü
tarix01.04.2018
ölçüsü53,82 Kb.
#35582


 

 

 



 

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən 



valyuta bazarında

 qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında 

statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında 

TƏLİMAT 

 

 



1. Ümumi müddəalar 

1.1.  Bu  Təlimat  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”, 

“Banklar  haqqında”  Azərbaycan  Respublikasının  qanunlarına,  Azərbaycan 

Respublikası  Mərkəzi  Bankının  (bundan  sonra  -  Mərkəzi  Bank)  müvafiq  normativ 

aktlarına uyğun olaraq hazırlanmışdır. 

1.2.  Bu  Təlimat  Azərbaycan  Respubikasında  fəaliyyət  göstərən  bankların 

valyuta  bazarının  müxtəlif  seqmentlərində  qeyri-nağd  valyuta  mübadiləsi  (satış  və 

alış) əməliyyatları barədə statistik hesabatların tərtib və təqdim olunması qaydalarını 

müəyyənləşdirir.  

1.3. Hesabatın məqsədi Mərkəzi Bank tərəfindən pul siyasətinin işlənməsində 

istifadə  etmək  üçün  bankların  qeyri-nağd  valyuta  mübadiləsi  əməliyyatları  üzrə 

fəaliyyətini,  bankın  və  bank  müştərilərinin  milli  və  xarici  valyutaya  olan 

ehtiyaclarını, xarici valyutaların alqı-satqısının məqsədləri və istiqamətləri haqqında 

statistik məlumatların əldə edilməsidir.  

1.4.  Qeyri-nağd  valyuta  mübadiləsi  əməliyyatları  haqqında  statistik  hesabata 

bankların nağd valyuta mübadiləsi əməliyyatları (mübadilə şöbələri və digər struktur 

bölmələrində baş verən nağd mübadilə əməliyyatları) aid olunmur.  

Azərbaycan Respublikası Mərkəzi 

Bankı  İdarə Heyətinin  

 

 



 

 

 



 

 

“17”   dekabr  2010-cu il 



 

tarixli qərarı ilə təsdiq edilmişdir.

 

Protokol № 36  




 



2.



 

Hesabatın məzmunu və tərtib edilməsi 

 

2.1. Hesabat qeyri-nağd valyuta bazarının 3 seqmenti üzrə tərtib olunur: 

- BEST- Birja Elektron Sistemində Ticarət;  

- ABVB- Açıq Banklararası Valyuta Bazarı; 

- BDMƏ- Bankdaxili Mübadilə Əməliyyatları.

 

 



2.2. Statistik hesabat üç formada tərtib olunur:  

-

 



Banklararası Valyuta Mübadiləsi (VB_BAVM);  

-

 



Bankdaxili Valyuta Mübadiləsi (VB_BDVM); 

-

 



Xarici valyutaların mübadiləsi (VB_XVM). 

2.3.  Banklararası  Valyuta  Mübadiləsi  və  Bankdaxili  Valyuta  Mübadiləsi 

hesabatlarında  manat  ilə  xarici  valyutalar,  Xarici  valyutaların  mübadiləsi 

hesabatında  isə  xarici  valyutalar  arasında  qeyri-nağd  mübadilə  əməliyyatları  əks 

olunur. 

2.4.  Banklararası  Valyuta  Mübadiləsi  (VB_BAVM)  hesabat  formasında 

bankın  BEST  və  ABVB  bazar  seqmentlərində  qeyri-nağd  xarici  valyuta  satışı  və 

alışı əməliyyatları əks olunur.  

2.4.1.  Hesabat  formasının  Xarici  valyuta  satışı  və  Xarici  valyuta  alışı 

bölməsində  bankın  satdığı/aldığı  xarici  valyutanın  həcmi  və  əvəzində  alınan/satılan 

manat  həcmi,  əməliyyatlar  üzrə  orta  çəkili  məzənnə,  əqdlərin  sayı,  habelə 

əməliyyatların müvafiq məqsədlər üzrə bölgüsü əks olunmalıdır. 

2.4.2. 

VB_BAVM 

hesabat 


formasında  xarici 

valyutanın 

satış/alış 

əməliyyatları aşağıdakı məqsədlər üzrə təsnifləşdirilməlidir:

 

-

 



valyuta mövqeyinin tənzimlənməsi; 

- kreditlərin və onlar üzrə faizlərin ödənilməsi; 

- kreditlərin verilməsi; 

- depozitlərin qaytarılması və yerləşdirilməsi; 

- nağd valyuta mübadiləsi; 



 

- əməliyyat (təsərrüfat) xərclərinin ödənilməsi; 



- müştərilərin tapşırığı ilə

1



-  sair  məqsədlər  –  yuxarıda  qeyd  olunan  məqsədlərə  uyğun  olmayan 

əməliyyatlar əks olunur. Misal üçün, BEST  şəbəkəsində eyni  bankın  

hesabları arasında  baş verən alış/satış əməliyyatları. 

2.4.3. Hesabat tərtib olunarkən aşağıdakı şərtlərə riayət olunmalıdır: 



Sətr 101= sətr102+sətr103; 

Sətr101= sətr104+sətr105+sətr106+sətr107+sətr108+sətr109+sətr110+sətr111; 

Sətr 112= sətr113+sətr114; 

Sətr112= sətr115+sətr116+sətr117+sətr118+sətr119+sətr120+sətr121+sətr122. 

2.4.4.  BEST  şəbəkəsində  svop  əməliyyatları  əməliyyat  gününə  uyğun  olaraq 

hesabatda əks etdirilir. 

2.4.5.  ABVB  seqmentində  satış  və  alışın  məbləği  hesabata  əlavə  olunmuş 

formada (VB_BAVM_əlavə) banklar üzrə göstərilməklə əks olunmalıdır. 

2.5.  Bankdaxili  Valyuta  Mübadiləsi  (VB_BDVM)  hesabat  formasında 

bankın müştərilərinin tapşırığı, öz vəsaiti və digər maliyyə qurumlarının tapşırığı ilə 

bankdaxili qeyri-nağd xarici valyuta satışı və alışı əməliyyatları əks olunur.  

2.5.1.  Hesabat  formasının  Xarici  valyuta  satışı  və  Xarici  valyuta  alışı 

bölməsində  bankın  satdığı/aldığı  xarici  valyutanın  həcmi  və  əvəzində  alınan/satılan 

manat  həcmi,  əməliyyatlar  üzrə  orta  çəkili  məzənnə,  əqdlərin  sayı,  habelə 

əməliyyatların müvafiq məqsədlər üzrə bölgüsü əks olunmalıdır. 

2.5.2.  Hesabat  formasında  xarici  valyutanın  satış  əməliyyatları  aşağıdakı 

mənbə və məqsədlər üzrə təsnifləşdirilməlidir:

 

I. Müştərilərin tapşırığı ilə satılmışdır (qeyri- maliyyə qurumları) 



                                                 

1

  BDMƏ  bazar  seqmentində  xarici  valyutanın  alqı-satqı  tapşırıqlarını  tam  və  ya  qismən  təmin 



edilməsi üçün banklararası valyuta bazarında həyata keçirilən əməliyyatlar əks olunur.  

 



 



o cümlədən məqsədlər üzrə: 

- malların alınması, iş və göstərilmiş xidmətlər üzrə ödəmələr; 

- manatla cəlb olunmuş kreditlər və onlar üzrə faizlərin ödənilməsi; 

- manatla depozitlərin yerləşdirilməsi; 

- ianə, sponsorluq və sosial yardım üçün manat ödəmələri; 

- vergi, rüsum və cərimələrin ödənilməsi; 

-  əməliyyat(təsərrüfat) xərclərinin ödənilməsi; 

- sair məqsədlər - yuxarıda qeyd olunan məqsədlərə uyğun olmayan 

əməliyyatlar əks olunur. 

II. Bankın öz vəsaiti  hesabına satılmışdır



o cümlədən məqsədlər üzrə: 

- valyuta mövqeyinin tənzimlənməsi; 

- manatla kreditlərin qaytarılması və ya verilməsi; 

- manatla depozitlərinin qaytarılması və ya yerləşdirilməsi; 

- nağd valyuta mübadiləsi üçün; 

- sair məqsədlər - yuxarıda qeyd olunan məqsədlərə uyğun olmayan 

əməliyyatlar aid olunur. 

III. Digər maliyyə qurumlarının tapşırığı ilə satılmışdır 

o cümlədən: 

 - Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri; 

 - Beynəlxalq maliyyə qurumlarının vəsaitləri; 

 - Digər maliyyə təşkilatları

3



2.5.3. Xarici valyutanın bankdaxili satışı hissəsində “Müştərilərin tapşırığı ilə 



satılmışdır”  və  “Digər  maliyyə  qurumlarının  tapşırığı  ilə  satılmışdır”  mənbələri 

üzrə müştəri tərəfindən valyutanın satışı əməliyyatları əks olunur. 

2.5.4. Xarici valyutanın alış əməliyyatları aşağıdakı mənbə və məqsədlər üzrə 

təsnifləşdirilməlidir:

 

I. Müştərilərin tapşırığı ilə alınmışdır (qeyri-maliyyə qurumları) 



o cümlədən məqsədlər üzrə: 


 

- idxal müqavilələri və göstərilmiş xidmətlər üzrə ödəmələr; 



- xarici valyutada cəlb olunmuş kredit və onlar üzrə faiz ödəmələri; 

- xarici valyutada depozitlərin yerləşdirilməsi; 

- xarici ölkələrə investisiya köçürmələri; 

- təsisçilərə dividendlərin ödənilməsi; 

- əvvəlcədən respublikaya köçürülmüş və ya nağd şəkildə gətirilmiş 

vəsaitin köçürülməsi; 

- ianə, sponsorluq və sosial yardım; 

- beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə iştirak haqqının 

ödənilməsi; 

- xarici ölkələrə vergi, rüsum və cərimələrin ödənilməsi; 

- xarici ölkələrin qiymətli kağızlarının alınması; 

- sair məqsədlər - yuxarıda qeyd olunan məqsədlərə uyğun olmayan 

əməliyyatlar aid olunur. 

II. Bankın öz vəsaiti hesabına alınmışdır

2

 

o cümlədən məqsədlər üzrə: 



- valyuta mövqeyinin tənzimlənməsi; 

- xarici valyutada kreditlərin qaytarılması və ya verilməsi; 

- xarici valyutada depozitlərinin qaytarılması və ya yerləşdirilməsi; 

- mübadilə şöbələri üçün xarici valyutanın alınması; 

- sair məqsədlər üçün xarici valyutanın alınması. 

III. Digər maliyyə qurumlarının tapşırığı ilə alınmışdır 



o cümlədən: 

- Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri; 

- Beynəlxalq maliyyə qurumlarının vəsaitləri; 

- Digər maliyyə təşkilatları

3



                                                 



2

  Bu bölmədə bankın öz qərarı ilə xarici valyutanın mübadiləsi əməliyyatları əks etdirilir. 

 

3

 Bu maddədə bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, pensiya fondları, lizinq şirkətləri  



və sair maliyyə qurumları ilə aparılan əməliyyatlar əks olunur.

 



 

2.5.6. Xarici valyutanın bankdaxili alışı hissəsində “Müştərilərin tapşırığı ilə 



alınmışdır” və “Digər maliyyə qurumlarının tapşırığı ilə alınmışdır” mənbələri üzrə 

müştəri tərəfindən valyutanın alışı əməliyyatları əks olunur. 

2.5.7.  Hesabat  formasında  bankdaxili  satış/alış  əməliyyatları  fiziki  və     

hüquqi şəxslər, o cümlədən qeyri-rezident şəxslər üzrə təsnifləşdirilməlidir. 

2.5.8.  VB_BDVM  hesabat  formasını  doldurarkən  aşağıdakı  şərtlərə  riayət 

olunmalıdır: 



Sətr 201=sətr202+sətr204; 

Sətr201=sətr206+sətr214+sətr220; 

Sətr202 ≤ sətr206; 

Sətr204 ≥ sətr214+sətr220; 

Sətr 224=sətr225+sətr227; 

Sətr224=sətr229+sətr241+sətr247; 

Sətr225 ≤ sətr229; 

Sətr227 ≥ sətr241+sətr247. 

2.6.  Bankın  bir  xarici  valyutanın  digər  xarici  valyutaya  mübadiləsi  üzrə 

(manat iştirak etmədən) həyata keçirdiyi qeyri-nağd valyuta əməliyyatları VB_XVM 

hesabat formasında əks olunur. 

 2.6.1.  Hesabatda  daxili  (yerli  banklar  və  müştərilərlə)  və  xarici  subyektlərlə 



(xaricdə  yerləşən  banklarla  və  müştərilərlə)  baş  verən  əməliyyatlar  ayrı-ayrılıqda 

əks etdirilir. 

2.6.2.  Hesabat  formasının  valyuta1  sütununda  -  bank  tərəfindən  satılmış 

valyuta, valyuta2 sütununda - bank tərəfindən alınmış valyuta qeyd olunur. 

2.6.3.  Rəsmi  məzənnə  sütununda  əməliyyat  baş  verən  gün  Mərkəzi  Bank 

tərəfindən  elan  olunan  gündəlik  rəsmi  məzənnə  göstəricisi  qeyd  olunur  və  bu 

məzənnə əsasında manat ekvivalenti göstəricisi hesablanır. 



 

2.6.4.  Hesabat  formasında  məzənnə  sütununda  xarici  valyutalar  arasında  baş 



verən real  satış  məzənnəsi  (valyuta 1  vahidinə  görə nə qədər  valyuta 2 ödənilməsi) 

qeyd olunur.  

2.7.  Bütün  hesabat  formalarında  gündəlik  orta  çəkili  məzənnə  aşağıda 

göstərilən düsturla hesablanır:  

 













n



n

n

n

n

n

n

n

q

q

k

q

q

q

q

q

k

q

k

q

k

q

k

K

1

1



3

2

1



3

3

2



2

1

1



*

........


*

......


*

*

*



  

 

n – (1, 2, 3, ...............n) sövdələşmənin sıra sayı; 



k

n

 - n saylı sövdələşmənin (əməliyyatın) məzənnəsi; 



q

n

 - n saylı sövdələşmənin (əməliyyatın) həcmi. 



 

2.8.  Bütün  hesabat  formalarında  xarici  valyuta  və  manat  göstəriciləri  üzrə 

məbləğlər tam nominalda qeyd olunur. 

 

3.



 

Hesabatın təqdim olunması

 

3.1.  Qeyri-nağd  valyuta  mübadilə  əməliyyatlarının  uçotu  bank  tərəfindən  hər 



bir valyuta üzrə gündəlik əsasda aparılmalıdır.  

3.2.  Hesabat,  Mərkəzi  Banka  elektron  və  kağız  daşıyıcılar  formasında 

yarımaylıq  əsasda,  hesabat  dövründən  sonrakı  1  (bir)  iş  günü  ərzində  təqdim 

edilməlidir.  

3.3.  Təqdim  edilən  hesabat  bankın  İdarə  Heyətinin  sədri  və  baş  mühasibinin 

imzası və bankın möhürü ilə təsdiq edilməlidir.  

 

 



 



4. Yekun müddəalar 

4.1. Bu Təlimata müvafiq qaydada və müddətlərdə statistik hesabatları təqdim 

etməyən  banklar  və  bank  inzibatçıları  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada 

məsuliyyət daşıyırlar. 

4.2. Mərkəzi Bank zəruri hallarda öz səlahiyyətləri çərçivəsində tərtib olunan 

hesabatlara dair əlavə məlumatların təqdim edilməsini bankdan tələb edə bilər. 

4.3. Bu Təlimat “30”  dekabr  2010-cu il tarixindən qüvvəyə minir. 



 

 

Mərkəzi Bankın sədri                                              E.Rüstəmov 



 

Yüklə 53,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə