Azərbaycan Respublikasında idman sahəsində



Yüklə 193,03 Kb.
səhifə2/2
tarix25.03.2018
ölçüsü193,03 Kb.
#33237
növüQaydalar
1   2

10. Apelyasiya

10.1. Ümumdünya Antidopinq kodeksinə uyğun olaraq qəbul edilən qərarlardan apelyasiya verilə bilər.

10.2. Apelyasiya – idmançının yarışlardan kənarlaşdırma qərarından şikayət prosedurudur.

10.3. Apelyasiya verilir:

- antidopinq qaydalarının pozuntuları haqda qərardan;

- sanksiyaların çıxarılması haqda qərardan;

- qayda pozuntusu olmaması haqda qərardan;

- terapevtik istifadə üzrə komissiyanın hər hansı bir işi aparması üçün kifayət qədər

səlahiyyətlərə malik olmaması haqda qərardan;


  • müvəqqəti uzaqlaşdırma haqda qərardan;

  • yarışdan kənarlaşdırma müddətindən;

Apelyasiyaya baxan orqan əksinə qərar vermirsə, apelyasiyalara baxılan zaman qərarlar öz qüvvəsində qalır.

10.4. Əgər milli səviyyəli idmançının işinin dinlənilməsi, bu prosedura üçün ayrılmış 3 aydan çox çəkərsə, Beynəlxalq Federasiya işi bilavasitə baxılmaq üçün Apelyasiya Dopinq Tribunalına verə bilər.

10.5. ADK səlahiyyətli şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinə baxmaq kompetensiyasına malik olan 3 hakimdən ibarət xüsusi komissiyadır.

10.6. ADK-nın qərarlarından şikayət Gənclər və İdman Nazirliyinə və ya Beynəlxalq İdman Arbitrajına apelyasiya verməklə mümkündür.

10.7. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində apelyasiya şikayətinə baxmaq proseduru; (maddə 9.5-lə bağlamaq)

Gənclər və İdman Nazirliyinə apelyasiya şikayəti Antidopinq komissiyasının dinləmələrində qərar çıxarılmış gündən 30 gün ərzində verilir.

Apeliyasiya komissiyasında apelyasiya şikayətlərinə baxılması aşağıdakı qaydada aparılır:


  • apelyasiya şikayəti daxil olandan 30 gün ərzində dinləmələrə başlamaq;

  • apelyasiya şikayətinə baxılmasından ötən 15 gün ərzində çıxarılmış qərarın motivi də daxil olmaqla yazılı qərar göndərmək;

10.8. Beynəlxalq İdman Arbitrajında (bundan sonra – BİA) apelyasiya şikayətlərinə baxılması, BİA-nın xüsusi səlahiyyətində olan aşağıdakıların qəbulu zamanı mümkündür:

- beynəlxalq səviyyəli idmançılara və beynəlxalq idman yarışlarına aid olan qərarlar;

- idmanda qadağan olunmuş maddə və metodların terapevtik istifadəsinə hüquq verilməsi və ya imtina edilməsi haqda AADT-nın qərarı:

- təşkilatların aqibəti haqda qərar, hansı ki, bunun əsasında qərar (qəbul edilmiş reqlamentə uyğun şikayət edilir)çıxarılır;

- ÜADA-nın laboratoriyalarının fəaliyyətinin dayandırılması və ya akkreditasiyadan məhrum edilməsi haqda qərarı;

- təşkilatlara münasibətdə çıxarılmış qərarlar, hansı ki, bu münasibətdə ümumdünya Antidopinq Kodeksinin üçüncü hissəsi üzrə sanksiyalar çıxarılır (tərəflərin rolu və məsuliyyəti)..

BİA-nın qərarları qətidir və sonradan şikayətə məruz qalmır.

10.9. Dinləmələrdə beynəlxalq səviyyəli idmançıya münasibətdə qərar çıxarıldığı təqdirdə, aşağıdakı şəxslər apelyasiya şikayəti verə bilərlər.

- şikayət verilən qərarın subyekti olan idmançı və ya digər şəxs;

- hüquqları və vəzifələri haqda qərar çıxarılmış digər şəxs;

- qərar Olimpiya və ya paralimpiya ilə əlaqədar olduğu təqdirdə MOK və ya MPK;

- ÜADA;


10.10. Milli səviyyəli idmançıya aid qərardan şikayət verildiyi halda apelyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir.

- şikayət edilən qərarın subyekti olan idmançı və ya digər şəxs;

- hüquqları və vəzifələri haqda qərar çıxarılmış digər şəxs;

- ÜADA;


- AADT.

10.11. İdmançını və ya onun personalının idmandan və yarışlardan müvəqqəti uzaqlaşması səbəbindən apelyasiya şikayəti idmançı və ya haqqında müvəqqəti uzaqlaşdırma haqda qərar qəbul edilmiş şəxs tərəfindən verilir.

10.12. Apelyasiya proseduru məxfiliyə riayət olunması ilə keçirilir və işə baxılmanın vəziyyəti haqda beynəlxalq federasiyanı və ÜADA-nı məcburi məlumatlandırma ilə müşayiət olunur. Qərar və yazılı dəlillər ictimaiyyət üçün qiyməti sübuta çevrilir.

10.13. Əgər beynəlxalq federasiya beynəlxalq səviyyəli idmançının işi ilə bağlı dinləmələri ADK-da ayrılmış 3 ay ərzində başa çatmaması ilə bağlı öz komissiyasına və ya BİA-na keçirmək haqda qərar verirsə, bilinməlidir ki, BİA-na istənilən apelyasiya bu təşkilatın qaydalarına uyğun verilməlidir.

10.14. Antidopinq qaydalarının pozulmasında yaxalanmış idmançıların oxşar məlumatları B nümunəsinin analizinin müsbət nəticəsi alındıqdan sonra və ya “A” nümunəsinin nəticəsinə idmançının yazılı razılığı olduqdan sonra, rəsmi orqanların (federasiya, AADT, ADK, ÜADA da akkreditə olunmuş laboratoriyalar, milli antidopinq laboratoriyası - bundan sonra MADL) qərarları əsasında tam aydınlıq olduqda, hadisə haqda (dopinq nümunənin müsbət nəticəsi, yarışlardan uzaqlaşdırma, yarışdan kənarlaşdırma müddətlərinin müəyyən edilməsi) müvafiq qərar çıxarılandan 20 gündən gec olmayaraq açıqlana bilər.

Apelyasiyaya baxılmasının gedişatında antidopinq qaydalarının pozulması halları təsdiqlənməzsə, ADK gecikdirmədən idmançının və ya digər şəxsin cari statusu haqda maraqlı tərəflərə məlumat verməlidir.

10.15. Qadağan olunmuş formokoloji vasitələrin istifadəsinə səbəbkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilə bilərlər.

10.16. AADT-nın müvafiq şöbəsinin əməkdaşları və idmançılardan bio-nümunələrin götürülməsinə cəlb edilmiş şəxslər kod nömrələrini, nümunələrin nəticəsi haqda məlumatları sirr saxlamağa, nümunələrin götürülməsi proseduruna, qorunmasına, nəqliyyata, protokolların və müvafiq sənədlərin tərtibatına düzgün riayət olunmasına cavabdeh olmağa borcludurlar.

10.17. MADL -in vəzifəli şəxsləri AADT-nın əməkdaşları və ya nümayəndələri (kuryer) tərəfindən gətirilən nümunələri qəbul etməkdən imtina etmək hüququna, eləcə də nümunələrin götürülməsi üçün federasiyalar və digər idman təşkilatları ilə müqavilələr bağlamaq hüququna malik deyillər. Müqavilələr AADT-nın razılığı əsasında nümunələrin analizlərinin keçirilməsi və ya elmi-tədqiqatların aparılması üçün bağlana bilər.

MADL -ın əməkdaşları Azərbaycan Respublikasının ərazisində keçirilən bütün idman yarışlarında dopinq-nümunə götürmək, həmçinin yarışdan kənar dopinq-nəzarəti həyata keçirmək hüququna malik deyillər.

10.18. Antidopinq qaydalarının pozulmasından artıq səkkiz ildən çox vaxt keçərsə idmançıya və onun digər istənilən personalına qarşı bu qaydaların pozulması ilə bağlı heç bir hərəkət tətbiq edilə bilməz.

10.19. İdmanda qadağan olunmuş maddə və metodlardan terapevtik istifadəyə icazə verilməsi və ya verilməməsi haqda ÜADA-nın qərarından BİA-na yalnız idmançı və ya AADT tərəfindən apelyasiya şikayəti verilə bilər. AADT-dan başqa istənilən digər antidopinq təşkilatının ÜADA tərəfindən dəyişdirilməyən terapevtik istifadəni qadağan edən qərarından apelyasiya beynəlxalq səviyyəli idmançılar tərəfindən BİA-na, digər idmançılar tərəfindən isə səlahiyyətli milli strukturlara verilə bilər. Əgər milli struktur terapevtik istifadəyə icazə verilməməsi haqda qərarı dəyişirsə, bu zaman ÜADA belə qərar üçün BİA-na apelyasiya verə bilər.


Terminlər və təyinlər
Nəticənin ləğvi – Antidopinq qaydalarının pozulmasının aqibəti;

Antidopinq təşkilatı (ADT) – dopinq-nəzarət prosesinin istənilən sahəsində qaydaların hazırlanması və reallaşmasına məsul olan tərəf, əsas etibarilə öz yarışçları zamanı, testlərin keçirilməsinə cavabdeh, olan MOK, MPK digər böyük idman təşkilatları, ÜADA, beynəlxalq və milli federasiyalar və milli antidopinq təşkilatları.

Yarışdan kənar testləşmə - yarışdan kənar, yarış zamanı keçirilməyən dopinq nəzarət.

Müvəqqəti azad edilmə - antidopinq qaydalarının pozulmasının aqibəti.

Yarışdan kənarlaşdırma – antidopinq qaydalarının pozulmasının aqibəti.

Dopinq nəzarət - testlərin keçirilməsindən, nümunələrin yığılmasından və onlarla rəftardan, laboratoriya analizindən alınmış nəticələrin hazırlanmasından, dinləmələrdən və apelyasiyalardan ibarət olan prosesdir;

Qadağan olunmuş maddələr – qadağan olunmuş siyahıda belə göstərilmiş istənilən substansiya;

Qadağan olunmuş metod – qadağan olunmuş siyahıda belə göstərilmiş istənilən metod;

Qadağan olunmuş siyahı – oxşar tərkibli qadağan olunmuş maddə və metodların siyahısı;

Dopinq-nəzarət üzrə inspektor (zabit) – nümunələrin yığılmasına cavabdeh olan, xüsusi təlim keçmiş ADT tərəfindən təyin olunmuş rəsmi şəxs;

Istifadə - daxilə qəbul etmə, qadağan olunmuş substansiya və qadağan olunmuş metodlara aid olan istənilən vasitə ilə inyeksiya etmə və qəbul etmə;

Kodeks - Ümumdünya Antidopinq Kodeksi;

Komandalı idman növləri - yarış zamanı iştirakçıların (oyunçuların) dəyişilməsinə icazə verilmiş idman növləri;

Marker – qadağan olunmuş substansiya və ya metodların tətbiqini sübuta yetirən bioloji parametrlər və ya qruplar komponenti;
Beynəlxalq idman hadisəsi – keçirilməsinə MOK, MPK, beynəlxalq federasiya, mühum idman hadisəsinin təşkilat komitəsi və ya digər beynəlxalq təşkilatın məsul olduğu və onların texniki personalının təyin olunduğu idman hadisəsi;

Beynəlxalq standart – kodeksin dəstəyi naminə ÜADA tərəfindən qəbul edilmiş standart. Beynəlxalq standarta uyğunluq (alternativə əks) hər hansı bir prosedurun lazımi səviyyədə keçirilməsini müəyyən etmək üçün vacib faktordur;

Metobolit – idmançıların orqanizmində maddələrin biotransformasiyası prosesində alınmış istənilən substansiya;

Nəzarətçi – Nəzarət proseduruna uyğun olaraq nümunə verən idmançıya nəzarət edən, nümunələrin götürülməsi ilə məşğul olan personalın üzvü;

Milli Antidopinq Təşkilatı – Öz ölkəsində antidopinq qaydalarının işlənib hazırlanması və qəbuluna, nümunələrin götürülməsinə, testlərin nəticələrinin hazırlanmasına, dinləmələrin keçirilməsinə (hər şey milli səviyyədə) səlahiyyətli olan struktur;

Milli idman hadisəsi – Beynəlxalq və milli səviyyəli idmançıların iştirakı ilə keçirilən idman hadisəsi (əgər bu beynəlxalq idman hadisəsi hesab edilmirsə);

Milli Olimpiya Komitəsi (MOK) – Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan təşkilat. MOK antidopinq tədbirlərinin keçirilməsi üzrə funksiyalar milli idman konfederasiyasına həvalə olunan ölkələrdə milli idman konfederasiyası rolunda da çıxış edir.

Analizin xoşagəlməz nəticəsi - testlərin keçirilməsinə səlahiyyətli olan akkreditə olunmuş antidopinq laboratoriyasının və ya digər antidopinq təşkilatından analiz edilən nümunədə qadağan olunmuş substansiyanın, onun metabolitinin və ya markerinin (yüksək dərəcəli endogen substansiyalar daxil olmaqla), eləcə də qadağan olunmuş metoddan istifadəni sübut edən məlumatların olması haqda xəbər.

Müstəqil müşahidə proqramı – Konkret idman hadisələrində dopinq-nəzarət prosedurunun yerinə yetirilməsini izləyən və öz müşahidələri haqda hesabat tərtib edən ÜADA-nın nəzarəti altında müşahidə qrupu. Əgər ÜADA yarış dövründə test keçirirsə, müşahidəçilər müstəqil təşkilatın nəzarəti altında olmalıdırlar.

Cüzi günah və səhlənkarlıqGünah və səhlənkarlığın olmaması haqda bütün sərait və meyarlar nəzərə alınmaqla baxılmış günah və səhlənkarlığın antidopinq qaydalarının pozulmasında əhəmiyyətli hesab edilə bilməməsi haqda idmançı tərəfindən verilən məlumat.

Yetkinlik yaşına çatmayan – Yaşadığı ölkədə təsdiq olunmuş yetkinlik yaşına çatmamış istənilən şəxs.

Malik olma – real, fiziki və yaxud konstruktiv malik olma (əgər persona qadağan olunmuş maddə və metod üzərində eksklüziv nəzarətdədirsə və ya qadağan olunmuş maddə və metodun olduğu yerə girişi varsa). Əgər persona qadağan olunmuş substansiya və ya metod üzərində eksklüziv nəzarətə malik deyilsə və ya qadağan olunmuş substansiya və metodun olduğu yerə girişi yoxdursa konstruktiv malik olma o zaman mümkündür ki, persona qadağan olunmuş substansiya və metod haqqında bilirdi və ona yiyələnmək niyyətində idi.

Persona sadəcə qadağan olunmuş substansiya və metoda malik olaraq, istənilən tipli antidopinq qaydasının pozulması haqda bildiriş almaqdan öncə qadağan olunmuş substansiya və metoda malik olmaq niyyətində olmadığını göstərmək məqsədilə konkret hərəkət edir və malik olmaqdan imtina edirsə, bu antidopinq qaydalarının pozulması hesab edilmir.



Mühüm beynəlxalq idman yarışlarının təşkilat komitəsi – Bu termin Qitə, regional və digər beynəlxalq idman yarışlarının keçirilməsinə məsul olan Milli Olimpiya Komitəsinin Qitə Assosiasiyalarına və digər beynəlxalq idman təşkilatlarına aid edilir.

Günah və səhlənkarlığın olmaması – İdmançı tərəfindən qadağan olunmuş maddə və metoddan istifadə etməsi faktı barədə bilməməsi, bilmək və şübhələnmək imkanı olmaması faktının təsdiqlənməsi şəraitdir.

Personal – Fiziki şəxs, yaxud təşkilat və ya digər struktur.

İdmançının personalı – İdmançı ilə işləyən, onun hazırlanmasında iştirak edən və ya onu idman yarışlarında iştiraka hazırlayan istənilən məşqçi, menecer, agent, dövlət qulluqçusu, komanda ştatının üzvü, tibbi və ya para-tibbi personal.

İmzalayan tərəflər - Öz yarışları zamanı testlərin keçirilməsinə cavabdeh olan MOK, MPK və digər mühüm idman təşkilatları – ÜADA, beynəlxalq federasiyalar, antidopinq təşkilatları daxil olmaqla kodeksi imzalayan və orada göstərilmiş prinsip və qaydalara riayət etməyə razılaşan müxtəlif strukturlar.

Cəhd - pozmağa cəhd əsasında antidopinq qaydalarının pozulması bir şərtlə belə hesab edilməyə bilər ki, cəhdə cəlb edilməmiş üçüncü tərəfə bu barədə məlum olmamışdan qabaq cəhddə iştirakdan imtina edilsin.

Antidopinq qaydalarının pozulmasının aqibəti – idmançı və ya digər persona tərəfindən antidopinq qaydalarının pozulması aşağıda göstərilən aqibətlərdən biri və ya bir neçəsi ilə nəticələnə bilər:

  1. Hər hansı bir yarışda və ya idman hadisəsində idmançının nəticəsinin bütün mükafat və hədiyyələr alınmaqla hesab edilməməsi, ləğv edilməsi;

  2. Kodeksin 10.9 maddəsində nəzərdə tutulduğu kimi, idmançının və ya digər personanın müəyyən müddətə istənilən yarışlarda iştirakdan uzaqlaşdırılması, digər fəaliyyətdən və ona maliyyə dəstəyi göstərilməsindən azad edilməsi;

  3. Dinləmələrdə son qərar çıxarılana qədər idmançının yarışlarda iştirakdan müvəqqəti uzaqlaşdırılması, azad edilməsi (Maddə 8)

İlkin dinləmələr – idmançıya şifahi və ya yazılı formada dinlənilmək imkanı verən, kodeksin 8-ci maddəsi üzrə dinlənilmələrdən əvvəl keçirilən, kodeksin 7.5 maddəsində nəzərdə tutulan təcili, qısaldılmış dinləmələr.

Tam cavabdehlik prinsipi – İdmançının nümunəsində qadağan olunmuş maddə aşkar edildiyi halda mümkündür. İdmançının qəsdən və ya bilməyərəkdən, səhlənkarlığa və nəzarətsizliyə görə qadağan olunmuş maddədən istifadə etməsindən asılı olmayaraq qayda pozuntusu baş verir.

Nümunə – dopinq-nəzarətin keçirilməsi məqsədilə toplanan istənilən bioloji material.

Sidiyin götürülməsi proseduru – İdmançıya xəbərdarlıqdan başlayan, onun nümunə verdikdən sonra dopinq-nəzarət məntəqəsindən getməsi ilə sona çatan hərəkətlərin ardıcıllığından ibarətdir.

Dopinq-nəzarət məntəqəsi – Dopinq-nəzarət prosedurunun aparıldığı yer.

Yayılma – idmançının tibbi və digər personalından heç kəsin cəlb olunmaması şərtilə leqal olaraq və tibbi məqsədlər üçün hallar istisna olmaqla qadağan olunmuş substansiyaların idmançıya bilavasitə və ya hissələrlə satışı, verilməsi, tətbiq edilməsi, nəqliyyat vasitəsilə çatdırılması və göndərilməsi;

Testdən keçmək üçün qeydiyyat – yarış və yarışdankənar dövrlərdə dopinq nəzarəti aparılan yüksək səviyyəli idmançıların siyahısı. Qeydiyyat Beynəlxalq Federasiya və milli antidopinq təşkilatları tərəfindən ayrıca tərtib olunur. Bütün beynəlxalq təşkilatlar idmançıların testdən keçmək üçün qeydiyyata alınmalarının dəqiq meyarlarını müəyyənləşdirmədirlər. Meyarlar müxtəlif ola bilər, məsələn, milli yığmaya üzvlük, reytinqə yenidən baxılması və s.

Müşayiətçi (ingilis dilli mənbələrdə - chaperon) – idmançının nümunə verməsi üçün seçilməsinə xəbərdarlıq edilməsi, idmançının dopinq-nəzarət məntəqəsində yoxlanılmasının müşahidəsi və nəzarəti və ya onun ixtisası imkan verirsə şahid qismində çıxış etmək kimi vəzifələr daxil olmaqla spesifik vəzifələri icra edən təlim görmüş və AADT tərəfindən təyin edilən rəsmi şəxs.

Yarış – fərdi qaçış, üzmə, yürüş, mate, oyun və ya atletikada fərdi hadisə. Məsələn – Olimpiya sprinterlərinin 100m. məsafəyə qaçışının finalı. Bir çox komplekt mükafatlar uğrunda keçirilən çoxmərhələli yürüş və qaçışlarda idman hadisəsi və idman yarışı arasındakı fərq müvafiq beynəlxalq federasiya tərəfindən qəbul olunmuş qaydalara uyğun təyin olunur.

Yarış testi – bu elə testdir ki, əgər beynəlxalq federasiyanın və ya digər antidopinq təşkilatının qaydalarında başqa cür nəzərdə tutulmayıbsa idmançı konkret yarışlarda iştirakla bağlı testin keçirilməsi üçün seçilir.

Qanın toplanması üzrə mütəxəssis – ixtisası idmançıdan qan nümunəsini götürməyə imkan verən ADT tərəfindən təyin olunan rəsmi şəxs.

İdman hadisəsi – bir təşkilat tərəfindən (məsələn, Olimpiya oyunları, FİFA-nın dünya çempionatları, paralimpiya oyunları) keçirilən müxtəlif yarışlar seriyası.

İdmançı – dopinq-nəzarət məqsədilə beynəlxalq (hər bir beynəlxalq federasiya tərəfindən təyin olunduğu kimi) və ya milli (hər bir milli federasiya tərəfindən təyin olunduğu kimi) səviyyədə, yaxud əgər milli antidopinq təşkilatı belə müəyyənləşdiribsə daha aşağı səviyyədə idmanla məşğul olan istənilən şəxs. Antidopinq üzrə informasiya və təhsil proqramları məqsədilə ümumdünya antidopinq kodeksini imzalayan istənilən tərəf və hökumətin, və ya kodeksi qəbul edən istənilən digər təşkilatın yurisdiksiyası altında idmanla məşğul olan istənilən şəxs.

Beynəlxalq səviyyəli idmançı – Bir və ya bir neçə beynəlxalq federasiyada testdən keçmək üçün qeydiyyata durmuş idmançı.

(ingilis dilli mənbələrdə TUE) – idmanda qadağan edilmiş maddə və metodların terapevtik istifadəsi.

Qabaqlayıcı nəzarət – idmançıya ilkin xəbərdarlıq edilmədən keçirilən və idmançı xəbərdarlıq edildiyi andan nümunə verənə qədər müşayiət olunan dopinq-nəzarət üzrə tədbir.

İştirakçı – istənilən idmançı və ya onun personalının nümayəndəsi.

Saxtalaşdırma – qanunsuz üsulla dəyişdirmə, qanunsuz təsir göstərmə, nəticələrin qəsdən dəyişdirilməsi və ya nəzərdə tutulmuş proseduraların keçirilməsinə maneçilik törətmə.

Məqsədli testləşmə - Xüsusi idmançıların və ya idmançı qrupunun təsadüfi olmayaraq xüsusi vaxtda seçilməsi.

Əlavə 1
Dopinq-nəzarət məntəqəsi üçün qaydalar
Dopinq məntəqəsi MOK-un tibb komissiyasının və beynəlxalq idman yarışlarının tələblərinə uyğun olaraq yerləşdirilməli və təchiz olunmalıdır.

Yerləşdiyi sahə: Açıq idman qurğularında bilavasitə finiş xəttinin yaxınlığında, qapalı idman qurğularında – arenaya çıxışın yaxınlığında və ya idmançıların paltardəyişmə bloklarında.



Dopinq-nəzarət məntəqəsi iki qonşu otaqdan ibarət olmalıdır:

  1. 1 №-li otaq – idmançını gözləyən və testə çağırılması üçün otaq;

  2. 2 №-li otaq – bio-nümunələrin toplanması və sənədlərin tərtibatı üçün otaq;

  3. 3 №-li otaq – ayaqyolu və duş otağı.

Dopinq məntəqəsinin giriş qapısı möhürlənməli və üzərində rus dilində, beynəlxalq yarışlarda isə müvafiq federasiyanın rəy verdiyi dildə “Dopinq-nəzarət” yazılmış lövhə olmalıdır. Yarışların keçirildiyi yerdən dopinq-nəzarət məntəqəsinin yerləşdiyi sahəyə qədər işarələr asılmalıdır.
Dopinq məntəqəsi aşağıdakı avadanlıqlarla təchiz edilməlidir:

1№-li otaq

Sıra №-si

Adı

Say

1.

Jurnal stolu

2

2.

Kreslo

6

3.

Stullar

4

4.

Televizor

1

5.

İçkilərin saxlanılması üçün soyuducu

1

6.

Asılqan

1

7.

Dəsmal

5

8.

Güzgü

1

9.

Elektrik razetkası

3

10.

Zibil qabı

1

11.

Otaq həcmində xalça döşəməsi

1

12.

Elektrik sobası

1



2№-li otaq

Sıra №si

Adı

Say

1.

Birgözlü stol

1

2.

Bio-nümunələrin möhürlənməsi üçün stol

1

3.

Stullar

6

4.

Bio-nümunələrin saxlanılması üçün soyuducu

1

5.

Dəmir zəncirli qıfıl

1

6.

Seyf

1

7.

Şkaf

1

8.

Ventilyator ( kondisioner)

1

9.

Telefon ( yerli, şəhər rabitəsi ilə)

1

10.

Rakovina

1

11.

Dəsmal

5

12.

Elektrik razetkası və uzadıcı

3

13.

Monitor( yarış yerindən canlı yayıma qoşulma)

1

14.

Zibil qabı

1


3№-li otaq


Sıra№-si

Adı

Say

1.

Unitaz




2.

Duş kabinəsi




3.

Güzgü




4.

Rakovina

1

5.

Dəsmal üçün asılqan

1

6.

Dəsmal ( hər gün 2 dəfə dəyişmək)

6

7.

Tualet kağızı və salfetkalar




8.

Tualet sabunu




9.

Zibil üçün əyləcli vedrə

1


Əlavə 2

Dopinq nəzarətinin klassik reqlamenti
Klassik reqlament (ümumi) yarışlarda dopinq-nəzarətinin aşağıdakı qaydada keçirilməsini nəzərdə tutur:

  1. Yüngül atletika, xizəkli sürüşmə, fiqurlu konkisürmə, konkisürmə idmanı, xizək ikinövçülüyü, bobsley, biatlon, tramplindən xizəklə sürüşmə, kirşə idmanı, dağ xizəyi idmanı, atıcılıq idmanı, müasir beşnövçülük, velosiped idmanı, qılıncoynatma, ağır atletika, üzgüçülük, suya tullanma idman növlərində 1,2,3-cü və ya 1-5-ci yerləri (atıcılıq idmanı) tutmuş, həmçinin püşkatmaya əsasən seçilmiş 1-2 idmançı ilə dopinq-nəzarət keçirilməsini;

Fiqurlu konkisürmədə (cütlük) 1 nəfər püşkə əsasən dopinq-nəzarətdən keçir.

Müasir beşnövçülükdə ilk 4 idmançı qılıncoynatmadan sonra və ilk 4 nəfər ümumi hesaba görə krosdan sonra dopinq nəzarətindən keçirlər. Lakin beynəlxalq yarışlarda bu idman növündə reqlament daha çətindir;

Hər idman növündən sonra hesaba daha çox xal yığmış idmançılar dopinq-nəzarətindən keçirlər.

Heyətli idman növlərində (kirşə, bobsley) dopinq-nəzarətindən keçməyə ya bütün heyət, ya da heyətin mükafata layiq yer tutmuş 1-2 idmançısı püşkə əsasən dəvət olunur.



  1. İdman gimnastikasında dopinq-nəzarətindən keçirilmə məcburi proqram üzrə nəzərdə tutulur: 1-3-cü yeri tutmuş və ya seçilmiş alətlərdə 1-2-cü yerləri tutmuş 2 idmançı, (kişi və qadın) sonra isə püşkə əsasən seçilmiş proqramda sərbəst proqram üzrə idmançılar seçilirlər. Finalda da məcburi proqramda göstərilən prinsiplər nəzərdə tutulur.

  2. Komandalı yarışlarda – dopinq-nəzarətdən keçmək üçün 1, 2, 3-cü yerləri tutmuş komandalardan püşkə əsasən idmançılar və ya püşkə əsasən seçilmiş komandalardan 1 - 2-ci yerləri tutmuş idmançılar dəvət olunur.

  3. Oyun idman növləri – hər oynayan komandadan yarımfinal və finalda püşkə əsasən 1-2 idmançı dopinq-nəzarətdən keçməyə cəlb olunurlar.

  4. Avarçəkmə və yelkən idmanı – 1-2-ci yerləri tutmuş heyət, həmçinin püşkə əsasən 1 heyət dopinq-nəzrətdən keçməlidir. Qeyd edilmiş heyətlərdə püşkə əsasən 1-2 idmançı seçilir. Çox yerli heyətlərdə mükafata layiq yer tutmuş 1-2 idmançı və püşkə əsasən 1-2 idmançı dopinq-nəzrətdən keçməlidirlər.

  5. Güllə atıcılığı, müasir beşnövçülük (kamandan oxatma) idman növləri onunla fərqlənir ki, adi dopinq-nəzrətdən əlavə, 50% və ya bütün idmançılar içkiyə görə testdən keçməyə məruz qalırlar.

Antidopinq nəzarətinin keçirilmə reqlamenti öncədən federasiya nümayəndələri ilə, beynəlxalq yarışlarda isə beynəlxalq federasiya nümayəndələri ilə razılaşdırılır.




Yüklə 193,03 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə