Azərbaycan Respublikasında nanotexnologiyanın inkişaf proqramı



Yüklə 132,68 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü132,68 Kb.
#37060


 

 

Layihə 

 

 

 



 

 

 



 

 

Azərbaycan Respublikasında  nanotexnologiyanın 



inkişaf proqramı 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

Bakı 2007-cı il 

 

 



 

 

 



 

 



 

2

  Mündəricat...................................................................................2  



 

 

Azərbaycan Respublikasında nanotexnologiyanın   inkişaf 



proqramının pasportu





1. 

Giriş 



2. 



Nanotexnologiya sahəsində mövcud olan işlərin analizi 



2.1. 



Nanotexnologiyanın  inkişafına təsir edən  amillər 



2.2 



Xaricdə və ölkəmizdə nanotexnologiyanın müasir vəziyyəti 





Proqramın məqsədi  və qarşıya qoyduğu məsələlər 

10 




Nanotexnologiya sahəsində aparılan işlərin inkişafının qarşıya 

qoyduğu məsələlərin həlli yolları................................................... 

 

11  





Nanotexnologiyanın inkişafının prioritet istiqamətləri 

12 




Proqramın əsas təyinatı, funksiyaları və prinsipləri 

14 




Proqram çərçivəsində müəssisələrarası  əsas istiqamətlərin 

kordinasiyası.......................................................................................

 

15 





Proqramın maliyyələşdirilməsi  

16 




Proqramı həyata keçirmək üçün struktur və  funksiyaları 

17 


10. 

Nanotexnologiyanın iqtisadiyyatda tətbiqinin perspektivləri  

18 


11 

Proqramın yerinə yetirilməsində idarə etmə sistemi 

19 


12. 

Proqramın  idarə olunması və yerinə yetirilməsi prinsipləri 

20 


 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

3

Pasport 



 

Azərbaycan Respublikasında nanotexnologiyanın   inkişaf proqramının 

pasportu

 

Proqramın adı 



Azərbaycan Respublikasında  

nanotexnologiyanın inkişaf 

proqramı 

Proqramın 

hazırlanmasının əsasları 

Nanotexnologiyanın dünya elminin prioritet 

istiqamətlərindən biri olduğunu, Azərbaycanda onun 

inkişaf etdirilməsini və  bu sahədə artıq bir sıra 

dövlətlərdə (54-dən çox) milli proqramların qəbul 

olunduğunu nəzərə alaraq proqramın tərtib olunması 

məqsədəuyğun hesab edilir. 

Proqramı hazırlayanlar Azərbaycan Respublikası  Təhsil Nazirliyi (Bakı 

Dövlət Universiteti)  

Azərbaycan Milli Elmlər Akademiyası 

 

Icraçılar Azərbaycan Respublikası Təhsil Nazirliyi; 



Azərbaycan Milli Elmlər Akademiyası; 

Rabitə  və  İnformasiya Texnologiyaları Nazirliyi, 

Azərbaycan Respublikası  Hərbi Sənaye Nazirliyi, 

Ekologiya və  Təbii Sərvətlər Nazirliyi, Azərenerji 

Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası 

Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası  Kənd 

Təsərrüfatı Nazirliyi, Azərbaycan Dövlət Neft 

Şirkəti, Fövqəladə Hallar Nazirliyi 

 

 

Proqramın məqsədi və 



qarşıya qoyduğu 

məsələlər 

Proqramın  əsas məqsədi nanomaterialların və 

nanotexnologiyanın Azərbaycan Respublikasında 

elmi, təhsil və texnoloji bazasının  əsaslarını 

hazırlamaqdır. Proqram Azərbaycan 

Respublikasında nanotexnologiyanın dünyanın 

inkişaf etmiş ölkələri ilə inteqrasiyasını və inkişafını 

təmin etməlidir. 

Proqramın əsas məqsədi aşağıdakılardır: 

 



 



 

Nanotexnologiya sahəsində kadr potensialının 



hazırlanması. 

Nanoelm və nanotexnologiya sahəsində elmi-

tədqiqat işlərini dünya standartları  səviyyəsinə 

qaldırmaq üçün bu sahədə dünya elmi 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 



 

4

səviyyəsində elmi-tədqiqat işlərinin təşkili və 



aparılması. 

 



 



 

 



 



 

 



Dünya bazarında nanotexnologiya sahəsində 

rəqabətə davamlı  məhsullar istehsal bölməsini 

yaratmaq və inkişaf etdirmək. 

Nanotexnologiya sahəsində  hərbi  əhəmiyyətli 

məsələləri həll etməklə  hərbi və xüsusi 

texnikanın təchizatının  təkmilləşdirilməsi.  

Nanomaterialların tibbdə  tətbiqinə  əsaslanaraq 

müxtəlif xəstəliklərin profilaktikası, diaqnostikası 

və müalicəsinin  əsaslarının işlənməsi, yeni 

dərman maddələrinin hazırlanması və diaqnostika 

üsullarının yaradılması. 

ətraf mühitin təhlükəsizliyi və ekoloji 

 

problemlərin həllində nanotexnologiyanın 



tətbiqlərinin elmi əsaslarının işlənməsi. 

Neft texnologiyasında nanomaterialların 

tətbiqinin elmi əsaslarının işlənməsi. 

Nanoquruluşlar  əsasında diskret yarımkeçirici 

cihazların və inteqral sxemlərin hazırlanması. 

Terror 


əməliyyatlarına qarşı 

tədbirlər 

problemlərinin həllində nanotexnologiya əsaslı 

məhsulların tətbiqi.    

Alternativ enerji mənbələri üçün yeni 

nanoquruluşların alınması  və tədqiqi 

Proqramın yerinə 

yetirilmə müddəti və 

mərhələləri 

І mərhələ   -  2010-cu ilə qədərki dövr 

ІІ mərhələ  - 2010 - 2012-ci illər 

ІІІ mərhələ - 2012 - 2015-ci illər 

Proqramın yerinə 

yetirilməsinin əsas 

prinsipləri 

 



 



 

 



Nnanotexnologiyanın elm və  sənaye sahələrində 

inkişafına nail olmaq üçün yüksək ixtisaslı 

kadrların hazırlanması; 

Nanotexnologiyanın   prioritet istiqamətlərini 

inkişaf etdirmək məqsədi ilə dövlət büdcəsindən 

ayrılan vəsaitlərin birləşdirilməsi və məqsədyönlü 

istifadəsi.  

Nanosənayenin qarşıya qoyduğu məsələlərin 

sistemli həlli üçün proqram və layihələrin icra 

orqanları  tərəfindən kordinasiyasının təmin 

edilməsi; 

Nananotexnologiya sahəsində  işlərin inkişafı 

üçün elmi tədqiqat, innovasiya 

infrastrukturlarının yaradılması 

və 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

5

təkmilləşdirilməsi; 



 



 

Nananotexnologiya sahəsində  tətbiq işlərini 

kommersiyalaşdırmaq məqsədi ilə fundamental 

elmi tədqiqat işlərini inkişaf etdirmək; 

Nananotexnologiya sahəsində beynəlxalq 

əlaqələrin qarşılıqlı faydalılıq əsasında inkişafına 

və əlaqələndirilməsinə nail olmaq. 

Proqramın yerinə 

yetirilməsinin maliyyə 

mənbələri 

Dövlət büdcəsi, büdcədən kənar maliyyə  mənbələri 

və birgə beynəlxalq qrant layihələri. 

Proqramın yerinə 

yetirilməsindən 

gözlənilən nəticələr 

Nanotexnologiyan inkişafına nail olmaq üçün 

Azərbaycanın elmi potensialının  beynəlxalq 

səviyyədə aparılan elmi tədqiqat işlərinə 

inteqrasiyasını  təmin etmək. 

Nanosənaye sahəsində dünya və yerli bazar üçün 

məhsulların istehsal texnologiyasının hazırlanması 

və istehsalını yaratmaq. 

Nanotexnologiya materiallarının məişət, texnika, 

tibb, kənd təsərrufatı  və  sənayenin müxtəlif 

sahələrində tətbiqini təmin etmək. 

Ətraf mühitin qorunması  və yaxşılaşdırılması  və 

istehsal texnologiyasının hazırlanması. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

6

 



 

 

 



1. Giriş. 

 

Yaşadığımız XXI əsrdə elm və texnikanın sürətli inkişafı  bəşəriyyət 

qarşısında həlli dünənə  qədər mümkün olmayan problemlərin həlli olunması 

üçün geniş imkanlar açır. Ona görə  bəşəriyyət bu yüzillikdə hansı qlobal 

problemlərin həll oluna biləcəyi haqqında çox düşünür və  həlli dünənə  qədər 

mümkün omayan suallara cavab tapmağa çalışır. Son illər dünya elminin əsas 

istiqamətlərindən biri sayılan nanotexnologiya çox böyük sürətlə inkişaf edir. Bu 

sahənin sürətli inkişafı qarşıya fundamental tədqiqat işləri aparmaq problemi 

qoymaqla yanaşı universal biliyə malik ixtisaslı kadrların hazırlanmasını da  ən 

vacib problem kimi ön plana çəkir. Hal-hazırda nanotexnologiyanın inkişafını 

informasiya texnologiyasından sonra üçüncü elmi texniki inqilab hesab edirlər 

və onun üçün inkişaf etmiş ölkələrdə bu sahələrə böyük maliyə vəsaitləri ayrılır. 

Nanotexnologiya 0,1-100 nm ölçülu hissəcikləri və bu quruluşlarda baş verən 

fiziki, kimyəvi və bioloji hadisələri öyrənir. Bu elmi-texniki istiqamətin əsasını 

yeni nanoquruluşlu materialların alınması, tədqiqi və tətbiqi təşkil edir.  

 

Nanotexnologiya yeni qeyri-adi xassələrə malik materiallar alınmasına 



imkan verir. Belə materiallardan elm və texnikanın müxtəlif sahələrində- 

biotexnologiyada, hərbi işlərdə, tibbdə,  ətraf mühitin mühafizəsində  və s. 

istifadə etmək mümkündür.  

Nanotexnologiya, həm də geniş ixtisaslararası elmi istiqamətlərin də 

formalaşmasına kömək edir. Ona görə də bu istiqaməti seçən hər bir mütəxəssis 

riyaziyyat, fizika, kimya, biologiya, materialşunaslıq, tibb, kompüter 

texnikasından minimal biliklərə malik olmalıdır. Nanotexnologiyanın həll etdiyi 

problemlər fundamental və texnoloji həllə bağlı olduğu üçün, burada elmi və 

mühəndis biliklərin sintezi mühüm şərtdir. 

 Eyni 


maddənin xassələri ölçüsü 0,1-100 nm olan hissəciklərdə  və 

makrohissəciklərdə bir-birindən kəskin fərqlənir. Fiziki və kimyəvi xassələrin 

nanoölçülü sistemlərdə kəskin olaraq dəyişməsi bu cür materialların texnikanın 

müxtəlif sahələrində  tətbiqinə imkan yaradır. Məsələn, yüksək möhkəmliyə 

malik nanokristallik və amorf materiallar mikroelektronika və optoelektronika 

üçün nazik təbəqələrin və heteroquruluşların, kimya və neft kimyası üçün 

materialların alınmasında, müxtəlif təyinatlı çeviricilər üçün yeni 

 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

7

nanokompozisiya materialların yaradılmasında, transplantasiya  üçün biouyğun 



toxumaların, dərman maddələrinin hazırlanmasında və s.istifadə olunur. 

Qeyri-adi xassələrə malik nanoquruluşların formalaşması yeni üsulların və 

vasitələrin istifadəsi tələblərini qarşıya qoyur. Alınan quruluşun nanoquruluş 

olmasını müəyyən etmək üçün, elektron və atom qüvvət mikroskoplarından 

istifadə edilməsi  ən vacib məsələlərdəndir. Nanomaterialların öyrənilməsi, 

tədqiqi və elmin bir çox sahələrində onun tətbiqi, dünya əhəmiyyətli istiqamətin 

inkişafına nail olmaq üçün, elmi-tədqiqat işləri ilə yanaşı  təhsilin də düzgün 

təşkil olunmasını aktual edir. 

 

2.   Nanotexnologiya sahəsində mövcud olan işlərin analizi  

2.1. Nanotexnologiyanın  inkişafına təsir edən  amillər  

 

 

Nanotexnologtyanın inkişafını stimullaşdıran  əsas amillərdən biri bu 

texnologiyaya  əsaslanaraq yaradılmış yarımkeçirici nanoquruluşlar və onların 

bazasında gen mühəndisliyi, materialşünaslıq (səthi möhkəmlətmə, füllerenlər, 

katalizatorlar, membranlar) və kompüter çipləri informasiyanın  saxlanılması, 

ötürülməsi kimi işləri yerinə yetirə bilən prinsip etibari ilə yeni elektron 

qurğuların yaradılması olmuşdur. 

Keçən  əsrin 80-ci illərində tunnel mikroskopunun yaradılması 

nanotexnologiyanın inkişafına təkan verən ən vacib amillərdən biri olmuşdur. 

Son illər nanoölçülü sistem və quruluşlar fizikasında  əldə edilən 

nailiyyətlər (Xollun tam ədədli və kəsr ədədli kvant effektləri, parçalanmış yükə 

malik kvazihissəciklər və s.) kimi istiqamətdə aparılan fundamental işlər 

maddənin təbiəti haqqında yeni fikirlərin formalaşmasına səbəb olacaq nəticəyə 

gəlməyə imkan verir. Bu isə yaxın gələcəkdə kvant qurğularının yaradılması 

deməkdir. 

2.2. Xaricdə və ölkəmizdə nanotexnologiyanın müasir vəziyyəti 

 

Nanotexnologiyanın inkişafı ixtisaslararası  tədqiqat işləri ilə xarakterizə 

olunaraq, onların qarşılıqlı ideya, material, üsul və prosesləri üzərində qurulur. 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

8

Qeyri-üzvi, üzvi və bioloji obyektlərin konvergensiyası  nəticəsində yeni 



prinsipial materiallar, mikromexanizmlər, biokompüterlər, intellektual 

materiallar, yeni növ  tibbi texnologiyalar yaradılır. 

Ekspertlərin rəylərinə görə dünya bazarında nanotexnologiyanın sənaye 

tətbiqi üçün çəkilən xərclər  2015-ci ildə 1-2 trilyon ABŞ dolları  həcmində 

olacaq. Bu zaman  nanotexnologiyanın nailiyyətlərdən istifadə edilməsi 3 

mərhələdə baş verəcək: 

-  І  mərhələdə maşınqayırma, yüngül sənaye, kosmetika və  əzcaçılıq 

sənayelərində əldə edilmiş yüksək texnoloji məhsullar üstünlük təşkil edəcək; 

-  ІІ  mərhələdə nanotexnologiyadan mikroprosessor texnikasında, 

nanosensor və nanoötürücülərin istehsalında, elektronika və yaddaş qurğularında 

istifadə olunacaq; 

-  ІІІ  mərhələdə isə nanotexnologiyalardan səhiyyə ön planda olmaqla 

istehsalın sahələrində, əlbəttə ki, geniş istifadə olunacaqdır. 

Hərbi ekspertlərin fikrincə, nanotexnologiya müasir hərbi  əməliyyatların 

xarakterini də  dəyişdirəcəkdir. Bu özünü silahlanmada, rabitədə, hərbçilərin 

müdafiə  keyfiyyətli geyimində, hərbi-sahə tibbində və s. biruzə verəcəkdir. 

Xaricdə nanotexnologiya sahəsində  tədqiqatlar 2004-cü ildə 2003-cü illə 

müqayisədə 2 dəfə çox maliyyələşdirilərək 10 milyard dollar olmuşdur. Bunun 

4.6 milyard dollar ABŞ dövləti tərəfindən maliyyələşdirilir. 2004-cü ildən 

nanotexnologiya üzrə Milli proqram dünyanın 54 ölkəsində fəaliyyət göstərir. 

Dünyada nanotexnologiya üzrə alınan patentlərin sayı  və kapital 

qoyuluşlarının miqdarı ekspertlərin gəldiyi nəticələrə görə eksponensial qanunla 

artır. 

ABŞ 2000-ci ildən başlayaraq nanotexnologiyanın inkişafını reallaşdıran 



«Milli Nanotexnologiya Təşəbbüsü» dövlət proqramı  həyata keçirilir və ona 

xərclənən maliyyə xərcləri ilbəil artır. 

Azərbaycan Respublikasında çalışan alimlərin nanotexnologiya sahəsində 

apardığı elmi-tədqiqat işləri elmi səviyyəsinə görə aparıcı ölkələrin işlərinə 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 



 

9

yaxındır. Respublikamızda bu işlər yüksək nəzəri və təchizatı zəif eksperimental 



bazaya söykəndiyi üçün, yaxın zamanlarda bu istiqamətdə dövlət səviyyəsində 

köklü dəyişiliklər baş verməsə, bu tədqiqatlar yüksək texnologiyaya və 

diaqnostik tədqiqatlar sisteminə söykənməsə, ölkəmizdə  həm tədqiqat işlərinin 

həm də nanosənayenin inkişafı dünya səviyyəsindən çox geridə qalacaqdır. 

Azərbaycanda nanotexnologiya sahəsində aparılan elmi işlər dövlət 

büdcəsində çalışan və  zəif təchizatlı laboratoriyalarda, elmi tədqiqat 

institutlarında və universitetlərdə həyata keçirilir.  

Bütün inkişaf etmiş ölkələrdə nanotexnologiyanın inkişafı ilə  əlaqədar 

Dövlət Proqramları  qəbul olunmuş  və  uğurla həyata keçirilir. Ona görə  də 

Azərbaycan Respublikasında bu istiqamətdə müəyyən elmi tədqiqat işləri ilə 

bərabər maariflənmə  və kadr hazırlığı  həyata keçirilməlidir. Azərbaycan Milli 

Elmlər Akademiyasında,  Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Tibb 

Universitetlində, Azərbaycan Dövlət Neft Akademiyasında nanotexnologiyanın 

ayrı-ayrı sahələri ilə  əlaqədar pərakəndə  şəkildə elmi tədqiqat işləri, 

laboratoriyalar səviyyəsində tətbiqi işlər aparılır ki, bu da təbii ki, dünya elminin 

bu mühüm istiqaməti üçün əsla yetərli deyildir. Yalnız bir faktı qeyd etmək olar 

ki, Avropa Birliyi ölkələri nanotexnologiya sahəsində elmi-tədqiqat işləri 

aparmaq üçün büdcədən 4,865 milyard avro ayırmışdır. Bu isə onun elmə 

ayırdığı büdcənin təqribən 9-10

%-ni dtəşkil edir. Analoji konkret rəqəmləri 

ABŞ, Rusiya və Yaponiya üçün də qeyd etmək olar. Azərbaycanda bu sahəyə 

demək olar ki, çox cüzi pul vəsaiti xərclənir.  Azərbaycan Respublikasında hal-

hazırda nanotexnologiya sahəsində  məşğul olmaq üçün elmi potensialın 

səviyyəsi az olduğunu nəzərə alıb, bu istiqamətdə kadr hazırlanmasını  təşkil 

etmək lazımdır. Yaxın gələcəkdə nanotexnologiya məhsullarının Azərbaycana 

daxil olması proqnozlaşdırılr və bu istiqamətdə maariflənmə prosesinə başlamaq 

zərurəti günün tələbinə çevrilmişdir. Respublikamızda yalnız Bakı Dövlət 

Universitetində nanotexnologiya üzrə üçün kadr hazırlanmasına başlanmıdır. 

 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

10

3. Proqramın məqsədi və qarşıya qoyduğu məsələlər 

Nanotexnologiya sahəsində  işlərin  əsaslı  təşkili və sürətləndirilməsi 

Azərbaycan Respublikasının Milli strateji maraqlarına, respublikamızın spesifik 

iqtisadi xüsusiyyətlərinə, elm və texnikanın inkişafı üçün dövlət siyasətində 

nəzərdə tutulmuş müddəalara uyğundur. Bu prinsiplərə aşağıdakılar aiddir: 

*  əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə yüksək 

texnologiyanın tətbiqi;  

* yüksək texnologiyaya əsaslanan iqtisadi artıma nail olunması;  

* fundamental elmlərin, təhsil və mədəniyyətin inkişaf etdirilməsi;  

* ölkənin Milli və iqtisadi təhlükəsizliyinin təmini; 

* əhalinin sağlamlığı və həyat səviyyəsinin qorunması;  

Bu problemin həlli üçün nanotexnologiya sahəsində dövlətin əsas məqsədi 

elmi, texniki və texnoloji bazanın yaradılması, inkişaf etdirilməsi, bununla da, 

elm və texnikanın bəzi vacib sahələrində aparıcı dövlətlərlə sıx əlaqə saxlamaq, 

ekoloji təmiz müasir sənaye istehsalını yaratmaq, nanotexnologiyanın neft 

sənayesinə  tətbiqinin elmi və texnoloji əsasını qurmaq və inkişaf etdirmək, 

dövlətin müdafiə qabiliyyəti səviyyəsini artırmaqla onun təhlükəsizliyinin 

təminini ön plana çəkməkdir. Bu halda nanosənayenin formalaşması əsas strateji 

istiqamət olmalıdır.  

Proqramın qarşıya qoyduğu məqsədi йериня йетирмяк цчцн ашаьыдакы 

стратежи мясялялярин щялли ваъибдир: 

 

Nanomaterialların geniş  tətbiqi bazasında iqtisadiyyatın yüksək texnoloji 



sektorunun inkişaf etdirilməsi  və bununla da Azərbaycanı dünya bazarında 

elmi nailiyyətlərə əsaslanan yüksəktexnoloji məhsul istehsalçısı etmək; 

 

Nanotexnologiya sahəsində  əldə edilən  nailiyyətlərin nəticəsində  hərbi 



texnikanın təkmilləşdirilməsi və yeni texnologiyaya əsaslanan silah-sursat 

istesalının təşkili. 

 

Nanotexnologiyaya əsaslanan yeni nəsil tibbi avadanlıqların istehsalı, yeni 



dərman preparatlarının yaradılması  və bununla da, əhalinin xəstəliklərə 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

11

qarşı müqavimətinin gücləndirilməsi ilə yanaşı tez bir zamanda xəstəliyin 



diaqnozu və müalicəsində keyfiyyətin artırılması; 

 



Ekoloji təhlükəsizliyi təmin etmək məqsədi ilə ətraf mühitin monitorinqini 

keçirmək məqsədi ilə nanosistem texnikasından istifadə edilməsi. 

 

Neft sektorunun inkişafı üçün nanotexnologiyanın nailiyyətlərindən istifadə 



edərək bu istiqamətdə Azərbaycanı inkişaf etmiş ölkələrin səviyyəsinə 

qaldırılmaq. 



 

4.

 Nanotexnologiya sahəsində aparılan işlərin inkişafının qarşıya qoyduğu 



məsələlərin həlli yolları 

 

Nanotexnologiya üzrə  işlərin müasir səviyyədə qurulması  aşağıdakı kimi 



xarakterizə olunur: 

1)

 



AMEA-nın ayrı-ayrı elmi tədqiqat institutlarında, Azərbaycan 

Respublikasının Təhsil müəssisələrində bir-biri ilə  əlaqəsi olmayan 

pərakəndə  şəkildə elmi-tədqiqat işlərinin koordinasiyalı  şəkildə  təşkili  və 

laboratoriya səviyyələrində tətbiqi işlərinin sənaye səviyyəsinə qaldırılması, 

2)

 

Dövlət büdcəsi ilə əlaqəsi olmayan tədqiqatların hesabına (beynəlxalq qrant 



layihələri) elmi işlərin aparılması, 

3)

 



Əldə edilən elmi nəticələrin dövlətin iqtisadi  və hərbi inkişafında istifadə 

edilməsi, 

4)

 

İnfrastrukturun, onun bəzi elementlərinin lazımi səviyyədə olmaması 



hallarının aradan qaldırılması. 

Nanotexnologiya üzrə  işlərin müasir səviyyədə qurulmasında mövcud 

cətinliklər. 

1)

 



Müxtəlif müəssisə  və nazirliklər daxilində aparılan tədqiqatların 

nəticələrinin digərlərinə ötürülmə çətinliyinin olması, 

2)

 

Müxtəlif müəssisə və nazirliklər tərəfindən aparılan tədqiqat proqramlarının 



bir-biri ilə əlaqəsiz olması, 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

12

3)



 

Dövlət səviyyəli vacib məsələlər üzərində  işlərin qurulmasındakı 

pərakəndəlik 

4)

 



Tədqiqatçıların yeni məsələlərə uyğunlaşma çətinliyi ilə qarşılaşması. 

Təqdim olunan Proqramm Azərbaycan Respublikasında nanotexnologiya 

sahəsində kompleks şəkildə yerinə yetiriləcək qayda və üsullar toplusu olub, 

bütün müəssisələrarası  əlaqə yaratmaqla Azərbaycanın iqtisadiyyatına və  hərbi 

tələbata uyğun nanosənayenin formalaşma və  inkişafına təkan verəcək. 

Nanotexnologiya sahəsində yerinə yetiriləcək işlərin spesifikliyi 

aşağıdakılardan ibarətdir: 

1. həllolunan məsələlərin çoxşaxəliliyi, 

2. sahələrin müxtəlif istiqamətliliyi,  

3. yeni bazarların yaradılması, 

4.  müxtəlif təyinatlı (mülki,  hərbi) tədqiqatların aparılması; 

5. nanotexnologiya üzrə  işlərin büdcədən maliyyələşdirilməsində müxtəlif 

vasitələrdən istifadə edilməsi. 

 

5. Nanotexnologiyanın inkişafının prioritet istiqamətləri 

Azərbaycan Respublikasında  nanotexnologiya sahəsində yerinə yetiriləcək 

işlərin təhlili yaxın gələcəkdə (3-10 il ərzində) perspektiv olan aşağıdakı 

istiqamətlərin mümkünlüyü haqqında fikir söyləməyə imkan verir: 

- alternativ enerji mənbələrinin alınmasında nanotexnologiyanın tətbiqi; 

- aktiv xassələrə malik nanohissəcikləri üzvi polimer matrisalara daxil 

etməklə polimerin və nanohissəciklərin unikal xassələrini özündə saxlayan 

polimer nanokompozisiyaların texnologiyasının işlənməsi. 

- neft texnologiyasında istifadə etmək üçün katalitik xassələrə malik metal --  

-nanohissəciklərin alınmasının texnologiyasının işlənməsi. 

- antiseptik xassələrə malik metal nanohissəciklərin   sintezi.  

-nanogellərin alınması və nanosənayenin müxtəlif sahələrində tətbiqi. 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

13

- nanomateriallar: nanoborular, füllerenlər və nanotozların alınması  və 



tədqiqi. 

- maşınqayırma, tibb, inşaat, hərb və s. üçün istifadə edilən qoruyucu və 

funksional örtüklərin (laklar, rənglər, davamlı geyimlər və.s.) alınması  və 

tədqiqi,  

- nanodoldurucu kompozit materiallar: yüksək plastik polimerlər; 

həddindən artıq dərəcədə möhkəm keramikalar; dəqiq formalı polimerlər; optik, 

maqnit, keçirici materialların alınması və tədqiqi; 

- nanoquruluşlu materiallar, o cümlədən qeyri-adi fiziki xassələrə (yüksək 

keçiriciliyə, radiouduculuğa, radiasiyaya davamlı, optiki, maqnit, yarımkeçirici 

və s.) malik  materialların alınması və tədqiqi; 

- maye və qazları  təmizləmək üçün nanomembranlar, nanofüllerenlər, 

katalizatorlar, nanoötürücü və nanosensorların  (bura bio- və kimyəvi ötürücülər 

də daxildir) alınması və tədqiqi; 

-  fotoelektrik çeviricilərində istifadə olunan nanomaterialların alınması və 

tədqiqi;  

- dərman nanopreparatlarının alınması; 

- qiymətli kağızları,  şəxsiyyət vəsiqələrini, qiymətli daşları  və s. qorumaq 

üçün istifadə edilən nanomaterialların alınması və tədqiqi; 

- hərbi texnika  və qoruyucu geyim üçün lazım olan nanomaterial və 

nanoquruluşların alınması və tədqiqi. 

Dövlət sirrinin qorunmasına nanotexnologiyanın tətbiqi.  

Qısamüddətli perspektivdə (orta hesabla təqribən 10-20 ildən sonra) praktik 

istifadə ediləcək materiallar: 

- xarici amillərin təsiri altında dəyişə bilən xüsusi xassələrə malik  

nanomateriallar; 

- enerjini çevirən və saxlayan nanomateriallar (yanacaq elementləri, 

hidrogen toplayıcısı); 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

14

- nanoelektronika materialları (informasiyanı saxlayan yüksəksıxlıqlı 



qurğular); 

- nanobiotexnologiyanın məhsulları; 

 -dərmanları məqsədyönlü şəkildə daşıyan nanoquruluşlar 

Uzunmüddətli perspektivdə (20 ildən sonra) praktik istifadəsi nəzərdə 

tutulan materiallar: 

- atom və molekullardan yığılmış  məqsədyönlü xassələrə malik 

nanomateriallar; 

- üzvi – qeyri-üzvi hibrid texnologiya əsasında yaradılmış prinsipial yeni 

qurğu və bioüzvi sistemlər; 

- molekulyar elektroniki əşyalar; 

- kvant superkompüterləri; 

- nanorobot texnikası. 

 

6. PROQRAMIN ƏSAS TƏYİNATI, FUNKSİYALARI VƏ 

PRİNSİPLƏRİ 

Proqramın əsas təyinatı: 

- Azərbaycanda yaxın zamanlarda nanosənayenin mühüm istiqamətlərini 

formalaşdırmaq üçün bütün imkanlardan istifadə edilməsi; 

- nanotexnologiyanın iqtisadiyyatda tətbiqi və yayılması üçün dövlətin və 

özəl təşkilatların maliyyə imkanlarının birləşdirilməsi; 

- Azərbaycanın beynəlxalq elmi-texniki kooperasiyada mövqeyinin 

aktivləşdirilməsi; 

-  nanotexnologiya sahəsində  nəticələrin mübadiləsi ilə sinergetik effektin 

əldə edilməsi; 

- ölkənin elmi-texniki və texnoloji kompleksində nanosənayenin əsaslarının 

formalaşması üçün balanslaşdırılmış və çevik infrastrukturun qurulması; 

- nanotexnologiya sahəsində büdcə  xərclərinin istifadəsinin və 

effektivliliyinin artırılması. 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 



 

15

Proqramın əsas funksiyaları: 

- prioritet istiqamətlərin müəyyən edilməsi, onların lazımi vəsaitlə  təmin 

olunması,  

- nanotexnologiya sahəsində  sərf olunacaq büdcə  vəsaitlərinin 

planlaşdırılması, qeydiyyata alınması; 

- nanosənayenin infrastrukturunun formalaşması üçün müəssisələrin 

qüvvələrinin planlaşdırılması  və  əlaqəli  şəkildə istifadəsi, nanotexnologiyanın 

iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi və tələbatın stimullaşdırılması; 

- özəl və dövlət əməkdaşlığının effektivliyinin təmin edilməsi; 

- nanotexnologiya sahəsində  təhsilin təşkili, müəllim və elmi kadrların 

hazırlanması; 

- nanosənayenin formalaşmasının perspektiv və potensial imkanları 

haqqında cəmiyyətin məlumatlandırılması; 



Proqramın əsas prinsipləri: 

- mövcud büdcə maliyyəsindən istifadə edilməsi; 

- yaranacaq Azərbaycan nanosənayesinin mövcud büdcə proyektlərininə, 

daxil edilməsi; 

- nanotexnologiyanın inkişafı üçün ümumi prinsiplərin müəyyənləşdirilərək 

koordinasiya edilməsi; 

- proqramın qəbul olunmuş reallaşma qaydalarını  həll etmək üçün 

müəssisələrarası və müstəqil ekspertizalardan geniş şəkildə istifadə edilməsi. 

 

 

7. PROQRAM ÇƏRÇİVƏSİNDƏ MÜƏSSİSƏLƏRARASI ƏSAS 



İSTİQAMƏTLƏRİN KOORDİNASİYASI 

 

Nanotexnologiya sahəsində  fəaliyyət göstərən bütün qüvvələrin  

birləşdirilməsi. 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

16

Proqramın iştirakçılarının sahələrə cavabdehliyinin razılaşdırılması  və 



müvafiq icra rəhbərlərinin müəyyənləşdirilməsi. 

Elmi-texniki istiqamətlər beynəlxalq üzrə 

əməkdaşlığın 

müəyyənləşdirilməsi və «kontakt nöqtələrin» müəyyən edilməsi. 

Elmi-tədqiqat və  təcrübi konstruktor işlərinin Proqramının mövzusunun 

razılaşdırılması. 

Nanotexnologiya sahəsində  ikili təyinatlı  tədqiqatlar aparmaq üçün birgə 

sifariş müsabiqələrinin və dövlət kontraktlarının formalaşdırılması. 

 Proqram 

icraçılarının siyahısının müəyyənləşdirilməsi onların 

nanotexnologiya sahəsində bilik və təcrübələrinin artırilması. 

Hökumət tərəfindən nanotexnologiya proqramına rəhbərlik edəcək baş 

müəssisənin və dövlət koordinatorunun müəyyən edilməsi. 

Elmi-istehsal konsorsiumların, innovasiya klasterlərinin formalaşdırılması. 

Nanotexnologiya sahəsində  şəxsi-dövlət  əməkdaşlığının mexanizmlərinin 

müəyyən edilməsi. 

İnfrastrukturun inkişafı üçün qüvvələrin bölünməsi və koordinasiyası. 

Nanotexnologiya sahəsində məlumat bazasının formalaşdırılması. 

Alınan nəticələrin istehsala tətbiqinin təşkil edilməsi. 

Nanotexnologiya sahəsində nəticələrin monitorinqinin təşkili. 



8. PROQRAMIN MALİYYƏLƏŞDİRİLMƏSİ 

Proqrammı reallaşdıran mənbələr: 

- Dövlət büdcəsi, 

- qanunvericilikdə qadağan olunmayan digər mənbələr  (xarici ölkələrdən 

də ola bilər). 

Proqramın maliyyələşdirilməsinin 2 istiqamətdə baş verəcəyi qəbul edilir: 



1.

 

Tədqiqatlar əsasən aşağıdakı mənbələrdən maliyyələşdirilir: 

- dövlət müdafiə sifarişinə əsasən 

-  smeta maliyyələşdirilməsi əsasında tədqiqatları; 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

17

- xüsusi fondlar tərəfindən maliyyələşdirilən tədqiqatlar (ölkə daxili 



tələbata uyğun olaraq özəl və dövlət tərəfindən müəyyənləşdirilmiş xüsusi 

sifarışlər). 

Maliyyələşdirilmə büdcə vəsaitləri və büdcədən kənar vəsaitlərdən ibarət 

olmaqla illik məsrəf 20-25  milyon manat həcmində müəyyənləşdirilsin. 



2.

 

İnfrastrukturun formalaşmasına əsasən: 

-  yüksək təchizatlı laboratoriyaların yaradılması; 

- baş müəssisələrin müəyyənləşdirilməsi; 

- elmi mərkəzlərin müasir avadanlıqla təmin edilməsi; 

-  birgə istifadə ediləcək mərkəzlərin yaradılması; 

- texnoparkın yaradılması;  

- Maliyyələşdirmə həcmi il ərzində 10-15 milyon manat olması vacibdir. 

Dövlət büdcə  və büdcədən kənar mənbələrinə görə nanosənayenin 

formalaşmasına sərf olunacaq ümumi məbləğ il ərzində 30-40 milyon manat  

təşkil etməlidir. 



9. Proqramı həyata keçirmək üçün strukturlar və onların 

funksiyaları 

1. Milli laboratoriya

-  texnoloji bazanın qurulması üçün yerinə yetiriləcək tədqiqat işlərinin 

koordinasiya mərkəzi; 

- nanotexnologiya sahəsində fundamental və  tətbiqi tədqiqat işləri arasında 

əlaqənin yaradılması; 

- beynəlxalq elmi-texniki proyektlərin koordinasiya mərkəzi; 

-iqtisadiyyatın yeni sahəsinin inkişafını  təmin edən yeni texnologiyanın 

yaradılması; 

2. Proqramı həyata keçirən strukturların funksiyaları

- iqtisadiyyatın texnoloji istiqamətlərinin inkişafını  təmin etmək, dünya 

bazarında bu  məhsullarının yerini və tələbatını öyrənmək; 

- kommersiya texnologiyalarının dünya  bazarında rəqabətinin yaradılması; 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

18

- elmtutumlu texnologiyalardan istifadə edilməsi; 



- birgə beynəlxalq elmi-texniki proyektlərin reallaşması; 

- xüsusi və dövlət partnyorluğu proyektlərinin təşkili; 

- elm və təhsilin inteqrasiyası; 

- istiqamətlər üzrə mütəxəssis kadrlarının hazırlanması. 

 

 

3. Kollektiv istifadə mərkəzləri. 



 

 

- Texnologiyaların istehsal sahələrinə transfer mərkəzləri. 

 

- Nanosənaye sahəsində yeni texnologiyaların yaradılması. 

 

- Xüsusi tədris mərkəzləri: nanosənaye sahəsində mütəxəssislərin 

hazırlanması. 

 

Proqramın iştirakçılarının məlumatlandırılması üçün nəticələrin 

kompüter şəbəkəsinin yaradılması. 

- proqramın iştirakçılarının məlumat mübadilə yolları; 

- proqrammın realizə olunmasını təmin edən ekspert və idarəetmə yolları; 

- nanotexnologiya kommersiya prosesinə dayaq olan yollar; 

- nanotexnologiya sahəsində beynəlxalq elmi-texniki mübadilə yolları; 

- nanotexnologiya sahəsində elmi-kütləvi informasiyaların yayılması yolları. 

 

10. Nanotexnologiyanın iqtisadiyyatda tətbiqinin perspektivləri  

 

Azərbaycanda nanotexnologiyanın tətbiqi aşağıdakı nazirliklər və 

komitələr tərəfindən həyata keçirilməlidir. 

Azərbaycan Respublikası  Təhsil Nazirliyi, Azərbaycan Reaspublikasının 

Rabitə  və  İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası 

Müdafiə  Sənayesi Nazirliyi, Ekologiya və  Təbii Sərvətlər Nazirliyi, AMEA, 

Azərenerji Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi, 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

19

Azərbaycan Respublikası  Kənd Təsərrüfatı nazirliyi, Azərbaycan Dövlət Neft 



Şirkəti. 

Azərbaycan Respublikası Təhsil Nazirliyi- kadr hazırlığı və elmi   

tədqiqat     işləri. 



Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları     

Nazirliyi-informasiya texnologiyaları 

Azərbaycan Respublikası Hərbi Sənaye Nazirliyi- hərbi əhəmiyyətli   

nanomateriallar və nanosensorlar 



Ekologiya və Təbii Sərvətlər Nazirliyi- ətraf mühitin mühafizəsi. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi-tibb və sağlamlıq 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi – kənd təsərrüfatı   

və  yeyinti sənayesi. 



Azərenerji Səhmdar Cəmiyyəti- alternativ enerji mənbələri. 

AMEA- nanomaterialların və nanotexnologiya məhsullarının alınması və 

tədqiqi  



Azərbaycan Dövlət Neft Şirkəti- neftçıxarma sistemlərinə   

 nanotexnologiyanın tətbiqləri  



İqtisadi  İnkişaf Nazirliyi – nanotexnologiyanın inkişafının  tətbiqinin 

proqnozlaşdırılması problemləri 



Fövqalədə Hallar Nazirliyi-təhlükəsizlik riskinin monitorinqi. 

Dövlət və qeyri dövlət sifarişləri,  dövlət sifarişi  



11. Proqramın yerinə yetirilməsi üçün idarə etmə sistemi  

 

Müəssisələr Infrastrukturun 

obyekti 

Maliyyələşdirmə 

yolları 

Azərbaycan Respub-

likası Təhsil Nazirliyi 

Nanotexnologiya üzrə milli 

laboratoriya 

 

Smeta, dövlət və 



qeyri-dövlət sifarişləri 

Azərbaycan Respub-

likasının Rabitə və 

İnformasiya Texno-

logiyaları  Nazirliyi   

Kompüter mübadilə şəbəkələri 

və mərkəzləri  

Smeta, dövlət büdcə-

sinin qeyri-proqram 

hissəsi, qeyri-büdcə 

mənbələri 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 




 

20

Azərbaycan Respub-



likası Müdafiə  

Sənaye Nazirliyi 

Hərbi sənaye kompleksləri Dövlət Hərbi sifarişi 

Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi 

Ekoloji problemlərin həlli ilə 

məşğul olan mərkəzlər 

Dövlət və qeyri dövlət 

sifarışləri 

Azərbaycan Respub-

likası Səhiyyə Nazir-

liyi 


Dərman maddələrinin istehsalı 

ilə məşğul olan mərkəzlər və 

klinikalar 

Dövlət və qeyri dövlət 

sifarişləri 

Azərenerji Səhmdar 

Cəmiyyəti 

Alternativ enerji problemləri 

mərkəzləri 

Dövlət və qeyri dövlət  

sifarişləri 

Azərbaycan Dövlət 

Neft Şirkəti 

Neftçıxarma sistemləri üçün 

materiallar və avadanlıqlar 

alınması problemləri 

mərkəzləri  

Dövlət  sifarişləri 

AMEA Nanostrukturların alınması və 

tədqiqi  elmi tədqiqat 

institutları 

Dövlət və qeyri dövlət 

sifarişləri 

İqtisadi inkişaf 

nazirliyi 

Nanotexnologiyanın inkişafının 

proqnozlaşdırılması mərkəzi 

 

Dövlət və qeyri  dövlət 



sifarişləri 

Fövqəladə Hallar 

Nazirliyi 

Baş verə biləcək təhlükələrə 

qarşı mübarizə qurumları 

Dövlət və qeyri dövlət  

sifarişləri 

 

 



 

12. Proqramın  idarə olunması və yerinə yetirilməsi prinsipləri. 

Proqramın kollegial kordinasiya orqanı funksiyasını  nanomateriallar və 

nanotexnologiya problemləri üzrə müəssisələrarası elmi texniki şura yerinə 

yetirir. 

Şuranın funksiyaları: 

- Proqram çərçivəsində prioritet istiqamətləri müəyyən edir, onun 

strukturunu formalaşdırır; 

-proqram çərçivəsində qarşıya qoyulan problemlərin reallaşması üçün 

dövlət və qeyri dövlət orqanlarının işini kordinasiya edir. 

 -proqramın strateji planının yerinə yetirilməsini təmin etmək  üçün 

icraedici və qanunverici orqan qarşısında, həm də biznes strukturlarını 

məlumatlandırır. 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 



 

21

- nanotexnologiyanın inkişaf problemlərinin yeni sahələrini mənimsəmək  



üçün müxtəlif maraqlı tərəflərin qarşısında müvafiq problemlər qoyur. 

 -  proqramın yerinə yetirilməsinin büdcə  və büdcədən kənar sahələrini 

aydınlaşdırır və təkliflər planlarını hazırlayır 

Koordinasiya edici orqanlar. 

Texniki kordinator –AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyi. 

Elmi kordinator – Milli laboratoriya. 

Kontakt nöqtəsi – Milli laboratoriyada koordinasiya mərkəzi.  

Dövlət nəzarət orqanı – Azərbaycan Respublikası Hərbi sənaye nazirliyi 

tabeliyində fəaliyyət göstərən müəssisələri. 

Funksiyaları: 

- Azərbaycan Respublikası hökuməti tərəfindən  proqramın yerinə 

yetirilməsinə nəzarətin təşkili; 

- Hökumətin proqramının yerinə yetirlməsinə  nəzarətin kordinasiyası 

üçün analitik məlumat materiallarının hazırlanması; 

- dövlət icra orqanlarının nanotexnologiyanın inkişafı ilə  əlaqədar 

kollegial orqanların kordianasiyası; 

- proqram çərçivəsində maliyyə üçün təkliflərin hazırlanması. 

 

 



 

Proqram layihəsi   akademik Abel Məmmədəli oğlu Məhərrəmovun rəhbərliyi 

ilə  Bakı Dövlət Universitetinin nanotexnologiya sahəsi üzrə mütəxəssisləri 

hazırlamışdır 

 

            



 

 

Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 



Yüklə 132,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə