Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal



Yüklə 38,55 Kb.

tarix18.04.2018
ölçüsü38,55 Kb.
növüQaydalar


Azərbaycan Respublikasında torpaqların elektron kadastr 

uçotu informasiya sisteminin yaradılması və rəqəmsal 

kadastr xəritəsinin tərtib olunması QAYDALARI 

Azərbaycan Respublikası Prezidentinin 

2016-cı il 7 mart tarixli Fərmanı ilə 

 təsdiq edilmişdir 

1. Ümumi müddəalar 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, 

torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, 

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə 

təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının 

tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq 

hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün 

kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr 

uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması 

mexanizmini müəyyən edir. 

1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) 

yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan 

Respublikasının 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. 

1.3. Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – 

torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından 

asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, 

kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində 

baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan 

məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət 

etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin 

səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət 

göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib 

etməkdir. 

1.4. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri aşağıdakı 

ardıcıllıqla həyata keçirilir: 

1.4.1. hazırlıq işləri; 

1.4.2. çöl tədqiqatı, vektorlaşdırılmış xəritə materiallarının naturada təsbiti və çöl geodeziya 

ölçmə işlərinin aparılması; 

1.4.3. çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticələrinin və toplanmış kadastr 

məlumatlarının keyfiyyətinə nəzarət; 



1.4.4. torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi 

məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması 

ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi; 

1.4.5. torpaqlarla bağlı dövlət registr və kadastrlarında saxlanılan, bu Qaydaların 1.4.1-1.4.4-

cü bəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi nəticəsində əldə edilmiş 

məlumatları sistemə daxil etməklə onun formalaşdırılması, habelə torpaqların kəmiyyət və 

keyfiyyət göstəricilərində dəyişikliklər baş verdikdə, torpaqların keyfiyyət göstəricilərində 

dəyişikliklərlə nəticələnən tədbirlər, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması 

məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların sistemə daxil edilməsi, 

sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə 

inteqrasiya olunması və rəqəmsal kadastr xəritəsinin tərtibi. 

2. Hazırlıq işləri 

2.1. Hazırlıq işləri kameral və çöl hazırlıq işlərini əhatə edir. 

2.2. Kameral hazırlıq işləri zamanı aşağıdakı plan-kartoqrafik materialların və uçot 

məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili aparılır və onlar çöl işlərinin icrası 

zamanı istifadə üçün hazırlanır: 

2.2.1. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin 

sərhədlərini əks etdirən mövcud xəritələr, müxtəlif miqyaslı plan-kartoqrafik materiallar; 

2.2.2. bələdiyyələrin xəritələri; 

2.2.3. keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək 

torpaqlarının baş sxemləri, kompleks yerquruluşu layihələri, torpaqlardan pay almış 

ailələrin siyahısı, pay torpaqlarının sahəsi barədə məlumatlar və verilmiş sənədlərin 

rekvizitləri; 

2.2.4. keçmiş sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək 

torpaqlarının kompleks yerquruluşu layihələrində və torpaqlardan pay almaq hüququ olan 

subyektlərin siyahısında sonradan əlavə və dəyişikliklər edilməsi barədə aqrar islahat 

komissiyalarının qərarları və qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 

2.2.5. torpaqların texniki uçotunun nəticələrinə dair əvvəlki illərə aid hesabatlar və 

yerquruluşu planları; 

2.2.6. mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud 

olan daşınmaz əmlak haqqında daşınmaz əmlakın dövlət reyestrində, yerli icra hakimiyyəti 

başçılarının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən aparılan 

təsərrüfatbaşına kitablarda saxlanılan məlumatlar. 

2.3. Rəqəmsal kadastr xəritəsinin formalaşdırılması məqsədi ilə ilkin olaraq bu Qaydaların 

2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərdən (məlumat bazasından) fotoqrammetrik üsulla 

vektorlaşdırılmış rəqəmsal kadastr xəritə materiallarının üzərinə aşağıdakı məlumatlar 

köçürülür: 



2.3.1. ərazi vahidlərinin, inzibati ərazi vahidlərinin və sahə inzibati ərazi dairələrinin

bələdiyyələrin, yaşayış məntəqələrinin sərhədləri; 

2.3.2. kənd təsərrüfatı yerləri (uqodiyaları) haqqında məlumatlar, torpaq islahatına cəlb 

olunmuş kənd təsərrüfatı yerlərinin (uqodiyalarının) sərhədləri; 

2.3.3. kommunikasiya xətləri (avtomobil və dəmir yolları, magistral suvarma kanalları və 

kollektorlar, körpülər, tunellər, su, kanalizasiya, elektrik və rabitə xətləri, magistral neft və 

qaz kəmərləri) haqqında məlumatlar; 

2.3.4. su obyektləri, meliorasiya və suvarma sistemləri barədə məlumatlar; 

2.3.5. torpaqların meliorativ vəziyyəti (suvarılan və dəmyə) haqqında məlumatlar; 

2.3.6. meşə və kolluqlar haqqında məlumatlar; 

2.3.7. mövcud təbii relyef elementləri, habelə karxanalar, neft və neft məhsulları ilə 

çirklənməyə, habelə radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış ərazilər haqqında 

məlumatlar; 

2.3.8. qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar haqqında məlumatlar. 

2.4. Çöl hazırlıq işləri mərhələsində müvafiq rayon, şəhər inzibati ərazi vahidinin ərazisinə 

baxış keçirilir, ərazinin landşaft xüsusiyyətləri öyrənilir, bələdiyyələr, yerli icra hakimiyyəti 

orqanlarının nümayəndələri, habelə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə 

görüşlər keçirilir, torpaqların həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası ilə bağlı 

problemlər öyrənilir. 

3. Çöl tədqiqatı, vektorlaşdırılmış xəritə materiallarının naturada təsbiti,  

çöl geodeziya ölçmə və torpaq tədqiqatı işlərinin aparılması 

3.1. Bu mərhələdə vektorlaşdırılmış xəritə materialları elektron informasiya vasitələrinə 

yüklənir və xəritə üzərində ərazinin sərhədləri daxilində mövcud olan bütün torpaq sahələri 

barədə kadastr uçotu məlumatları toplanır. 

3.2. Xəritələrin üzərində şəhər, qəsəbə və kənd ərazi vahidlərinin, bələdiyyələrin sərhədlərinin 

elektron geodeziya ölçmə alətləri vasitəsilə, daimi fəaliyyət göstərən istinad stansiyaları 

şəbəkəsinin və ya dövlət geodeziya şəbəkəsinin yerüstü nəzarət nöqtələrinə bağlanmaqla 

dürüstləşdirilməsi işləri aparılır. Bu zaman sərhəd xəttində mərz nişanlarının mövcudluğu, 

onların müvafiq sənədlərdə göstərilən koordinatlara uyğun qoyulduğu (basdırıldığı) 

yoxlanılır və sərhəd xətti boyunca itmiş mərz nişanlarının yerləri müəyyən edilir. 

3.3. Xəritə üzərində, ərazi vahidlərinin sərhədləri daxilində, Azərbaycan Respublikası 

Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 

Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi 

dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda nəzərdə tutulmuş məlumatlar, habelə 

mövcud olan küçələr, meydanlar, dalanlar, keçidlər, həyətyanı torpaq sahələrinin sərhədləri, 

qəsəbə və kənd ərazi vahidinin inkişaf torpaqları, müvafiq bələdiyyələrin ehtiyat fondu 

torpaqları, bina və tikililərin yerləşdiyi torpaq sahələri, topoqrafik elementlər (parklar, 



kolluqlar, meşə zolaqları), mühəndis kommunikasiya xətləri və qurğuları, hidroqrafiya 

elementləri (çaylar, göllər, arxlar, sututarlar) və kənd təsərrüfatı yerlərinin (uqodiyalarının) 

(suvarılan torpaq sahələri göstərilməklə) sərhədləri, meşə ilə örtülü sahələr, ağaclar, 

tarlaqoruyucu, suqoruyucu meşə zolaqları, qeyri-kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 

konturları çöl geodeziya ölçmə işləri aparılmaqla müəyyən olunur. 

3.4. Çöl geodeziya ölçmə işləri zamanı hər bir torpaq sahəsi, onların yeni çəkilmiş ölçüləri 

barəsində məlumatlar sistemə daxil edilir. 

3.5. Torpaqların keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar “Dövlət torpaq 

kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 

Qanunu ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada aparılan tədqiqatların nəticələrinə 

uyğun sistemə daxil edilir, yenilənir və aktuallığı təmin edilir. 

4. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticələrinin və  

toplanmış kadastr məlumatlarının keyfiyyətinə nəzarət mərhələsi 

4.1. Sərhəd xətlərində, onların həndəsi ölçülərində, topologiyasında, döngə nöqtələrində və 

onların koordinatlarında baş verə biləcək xətaların qarşısını almaq məqsədi ilə rəqəmsal 

kadastr xəritəsi tərtibi və bu xəritəyə məlumatların daxil edilməsi xüsusi proqram təminatı 

vasitəsilə yerinə yetirilən nəzarət işləri aparılmaqla həyata keçirilir. 

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki 

yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların 

 müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı 

ə

razi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 



5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki 

(naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr 

göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan 

göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması 

ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 

5.2. 


Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni 

istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ 

bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi 

torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki 

sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan 

göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya 

fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-

cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən 

tədbirlər barədə qeydlər öz əksini tapır. 

5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş 

məlumatların daxil edilməsi təmin olunur. 



6. Sistemin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi mərhələsi 

6.1. Sistemə torpaqlara dair aşağıdakı məlumatlar daxil edilir: 

6.1.1. Azərbaycan Respublikasının, ərazi vahidinin və inzibati ərazi dairəsinin, bələdiyyənin 

adı, onun ərazisinin sərhədləri və döngə nöqtələrinin koordinatları, ölçüsü, döngə nöqtələri 

və onların koordinatları göstərilməklə hər bir torpaq sahəsinin sərhədləri, kateqoriyası və 

məqsədli istifadə növü, mülkiyyət növü, torpaq sahəsi kənd təsərrüfatı yerlərinə 

(uqodiyalarına) - əkin, çoxillik əkmələrin altında olan torpaqlara, dincə qoyulmuş 

torpaqlara, biçənəklərə, örüşlərə və otlaqlara aid edildiyi hallarda isə, əlavə olaraq, onun 

keyfiyyət göstəricilərini xarakterizə edən məlumatlar, torpaq sahəsinə və onun üzərində 

yerləşən daşınmaz əmlaka (belə əmlak olduğu halda) verilmiş kadastr nömrəsi, daşınmaz 

ə

mlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahəsinin reyestr 



nömrəsi; 

6.1.2. torpaq sahəsində yerləşən bina və qurğuların növü və yerləşdiyi yerin döngə 

nöqtələrinin koordinatları, mövcud mühəndis-kommunikasiya xətləri haqqında məlumatlar 

(kommunikasiya xəttinin tipi, kommunikasiya xəttinin döngə nöqtələrinin koordinatları, 

diametri, uzunluğu, elektrik xətlərinin gərginliyi, mühafizə, qorunma, sanitariya zona və 

zolaqları), su obyektləri, meliorasiya və suvarma sistemləri barədə məlumatlar, mövcud təbii 

relyef elementləri, habelə karxanalar, neft və neft məhsulları ilə çirklənməyə, habelə 

radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış ərazilər haqqında məlumatlar; 

6.1.3. torpaqların münbitliyinin bərpası və artırılması ilə bağlı görülmüş tədbirlər, onların 

nəticələri, eləcə də torpaqların monitorinqinin nəticələri ilə bağlı məlumatlar. 

6.2. Yerquruluşu, çöl tədqiqatı və çöl geodeziya ölçmə işlərinin yekunu olaraq naturada 

xəritə üzərində ərazinin sərhədləri daxilində mövcud olan bütün torpaq sahələrinin 

sərhədləndirilmiş son vəziyyəti müvafiq formatda hazırlanır. 

6.3. Bütün məlumatların məlumat modelinin tələblərinə uyğun toplanmasına nəzarət 

olunur, uyğunsuzluqlar aradan qaldırılır, bundan əvvəl verilmədiyi hallarda hər bir torpaq 

sahəsinə və onun üzərində mövcud olan daşınmaz əmlak obyektlərinə kadastr nömrəsi 

verilir. 

6.4. Çöl və kameral şəraitdə işlənmiş, ərazi vahidləri üzrə layihələr də daxil olmaqla, sadə 

aralıq bazada mövcud olan bütün məlumatlar xüsusi kodlar vasitəsilə ayrı-ayrı məlumat 

cədvəllərinin əlaqələndirilməsi yolu ilə müvafiq məlumat modelinə, fayl formatına çevrilir. 

6.5. Yaradılmış məlumat bazası məlumatların idarə edilməsi, tematik rəqəmsal kadastr 

xəritələrinin istehsalı və sifarişçinin tələbinə uyğun olaraq lazımi hesabatların alınması 

məqsədi ilə məlumat sistemlərinə inteqrasiya edilə bilən olmalıdır. 

6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın 

dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış 

hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. 



 

: documents -> fermanlar
fermanlar -> Ərzaq məhsullarının tədarükü və təchizatı
fermanlar -> Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi
fermanlar -> Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
fermanlar -> Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən
fermanlar -> Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid
fermanlar -> Qaydalari ümumi müddəalar
fermanlar -> 2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 iyul tarixli 533 nömrəli Fərmanı Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №7, maddə 470; 2006, №7, maddə 590; 2009, №3, maddə 163
fermanlar -> İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə