Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə1/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
  1   2   3   4   5   6   7   8   9   ...   25


Azərbaycan Respublikasının Ailə Məcəlləsi

(Azərbaycan Respublikasının 

28 dekabr 1999-cu il tarixli, 781-IQ nömrəli

 Qanuna əsasən təsdiq 

edilmişdir)

Bu   Məcəllə  

Azərbaycan   Respublikası   Konstitusiyasında

  nəzərdə   tutulan   əsas   insan   və   vətəndaş 

hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, 

onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, 

dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat 

qaydalarını tənzimləyən normaları müəyyən edir.



Birinci bölmə. Ümumi müddəalar

I fəsil. Ailə qanunvericiliyi

Maddə 1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları 

1.1.   Azərbaycan   Respublikasının   ailə   qanunvericiliyi

 

Azərbaycan   Respublikasının 



Konstitusiyasından

,   bu   Məcəllədən,   bu   Məcəlləyə   uyğun   olaraq   qəbul   edilmiş   digər   müvafiq 

qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən 

ibarətdir.

1.2.   Azərbaycan   Respublikasında   ailə   dövlətin   himayəsindədir.   Analıq,   atalıq,   uşaqlıq   qanunla 

mühafizə edilir.

1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı 

məhəbbət   və   hörmət   hissləri   əsasında   qurulmasından,   ailənin   işinə   hər   kəsin   qarışmasının 

yolverilməzliyindən,   ailə   üzvlərinin   ailə   qarşısında   qarşılıqlı   yardım   və   məsuliyyətindən,   onların 

hüquqlarının   maneəsiz   həyata   keçirilməsinin   təmin   olunmasından   və   bu   hüquqların   məhkəmədə 

müdafiəsi imkanlarından irəli gəlir.

1.4.   Azərbaycan   Respublikasının   nikah   və   ailə   münasibətlərinin   hüquqi   baxımdan   tənzimlənməsi 

dövlət   tərəfindən   həyata   keçirilir   və   yalnız  

müvafiq   icra   hakimiyyəti   orqanında

  bağlanmış   nikah 

tanınır.


1.5.   Dini   kəbinkəsmə   (dini   nikah)   hüquqi   əhəmiyyətə   malik   deyildir.   Bu   müddəa  

müvafiq   icra 

hakimiyyəti orqanının

 yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, 

doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir.

Maddə 2. Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən münasibətlər 

2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, 

nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri 

(ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə 

başqa   qohumlar   və   digər   şəxslər   arasında   yaranan   əmlak   və   şəxsi   qeyri-əmlak   münasibətlərini 

tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını 

müəyyən edir.

2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq 

bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin 

üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti 




olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata 

keçirilir.

2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə  

müvafiq icra hakimiyyəti orqanında

  qeydiyyata 

alınan könüllü ittifaqıdır.

2.4. Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə 

vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.

2.5. Ailənin başqa üzvlərinin və digər vətəndaşların mənəviyyatının, sağlamlığının, hüquqlarının və 

qanuni mənafelərinin müdafiəsi məqsədi ilə vətəndaşların ailədəki hüquqları yalnız qanun əsasında 

məhdudlaşdırıla bilər.

Maddə 3. Bu Məcəllənin vəzifələri 

3.0. Bu Məcəllənin vəzifələri aşağıdakılardır:

3.0.1. ailənin ümumbəşəri prinsiplər əsasında qurulması;

3.0.2. ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi 

mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması;

3.0.3. ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə Vətənə sədaqət ruhunda tərbiyə 

edilməsi;

3.0.4. ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının 

təmin edilməsi;

3.0.5. ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması;

3.0.6. uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi.

Maddə 4. Ailə münasibətlərinə mülki qanunvericiliyin tətbiqi 

Bu   Məcəllənin   2-ci   maddəsində   göstərilən   ailə   üzvləri   arasında   ailə   qanunvericiliyi   ilə 

tənzimlənməyən   əmlak   və   şəxsi   qeyri-əmlak   münasibətlərinə   mülki   qanunvericiliyin   ailə 

münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir.



Maddə 5. Ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ailə münasibətlərinə analogiya üzrə tətbiqi 

Ailə   üzvləri   arasında   yaranan   münasibətlər   ailə   qanunvericiliyi   və   ya   tərəflər   arasındakı   sazişlə 

tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, 

ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) 

mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri 

ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət 

prinsiplərinə uyğun olaraq müəyyən edilir.

II fəsil. Ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi

Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə yetirilməsi 

6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu Məcəllədə başqa qayda 




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə