Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi 

yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment 

almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına 

çatan   nəvələr   saxlanmaq   üçün   valideynlərindən,   yaxud   da   ərdən   (arvaddan)   maddi   yardım   ala 

bilmədikdə, onlara da eyni hüquq verilir.

Maddə 90. Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi 

Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına 

çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə 

malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.



Maddə 91. Yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi 

91.1. Yetkinlik yaşına çatmayan uşaqları faktik tərbiyə etmiş və saxlamış əmək qabiliyyəti olmayan 

və   yardıma   ehtiyacı   olan   şəxslər,   öz   yetkinlik   yaşına   çatmış   övladlarından   və   ya   ərlərindən 

(arvadlarından) təminat ala bilmədikdə, yetkinlik yaşına çatmış öz əmək qabiliyyətli yetirmələrindən 

məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

91.2. Faktik  tərbiyəçilər  öz  yetirmələrini  5  ildən  az  müddətdə   tərbiyə   etdiyi  və  saxladığı,   yaxud 

lazımınca   tərbiyə   etmədiyi   və   ya   saxlamadığı   hallarda   məhkəmə   onları   saxlamaq   vəzifəsindən 

yetirmələri azad edə bilər.

91.3. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulan vəzifələr qəyyumluğa (himayəyə) verilmiş 

və ya tərbiyə olunmaq üçün himayədar ailəyə verilmiş şəxslərə həvalə olunmur.



Maddə 92. Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi 

92.1. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan ögey ata və ana ögey oğul və qızlarını 

tərbiyə etmişlərsə və ya saxlamışlarsa və özlərinin yetkinlik yaşına çatan övladlarından və ya ərindən 

(arvadından) saxlanmaq üçün maddi yardım ala bilmirlərsə, əmək qabiliyyəti olan və yetkinlik yaşına 

çatmış ögey oğul və qızlarından məhkəmə qaydasında saxlanmaq üçün təminat verilməsini tələb edə 

bilərlər.

92.2. Ögey ata və ana ögey oğul və qızları 5 ildən az tərbiyə etmiş və ya saxlamışlarsa, habelə ögey 

oğul və qızların tərbiyəsi üzrə öz vəzifələrini lazımınca yerinə yetirməmişlərsə, məhkəmə ögey oğul 

və qızları ögey ata və ananı saxlamaq vəzifəsindən azad edə bilər.

Maddə 93. Ailənin başqa üzvlərini saxlamaq üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 

93.1.  Bu  Məcəllənin  88—92-ci  maddələrində  göstərilmiş  şəxslərə   aliment   ödənilməsi  qaydası   və 

alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər.

93.2.  Tərəflər   arasında   belə   saziş  olmadıqda,   məhkəmə   alimentin   miqdarını   hər   bir   ayrıca   halda 

aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq 

olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir.

93.3.   Aliment   tələb   edən   ailə   üzvünü,   eyni   zamanda   bir   neçə   şəxs   saxlamağa   borclu   olduqda, 

məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində 

onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya 

onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə 

borclu olan bütün şəxsləri nəzərə alır.



XVI fəsil. Alimentin ödənilməsi barədə saziş

Maddə 94. Alimentin ödənilməsi barədə sazişin bağlanması və onun forması 

94.1.   Aliment   ödənilməsi   barədə   saziş   (alimentin   miqdarı,   ödənilmə   qaydası   və   şərtləri)   aliment 

ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət 

qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam 

fəaliyyət   qabiliyyəti   olmayan   şəxslər   aliment   ödənilməsi   barədə   sazişi   özlərinin   qanuni 

nümayəndələrinin razılığı ilə bağlayırlar.

94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. 

Aliment   ödənilməsi   barədə   sazişin   qanunla   müəyyən   olunmuş   formasına   əməl   edilməməsi 

Azərbaycan Respublikasının Mülki Məcəlləsində

 nəzərdə tutulmuş nəticələrə səbəb olur.

94.3. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə 

malik olur.



Maddə 95. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız 

sayılması qaydası 

95.1. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız 

sayılması   üçün  

Azərbaycan   Respublikası   Mülki   Məcəlləsinin

  mülki-hüquqi   əqdlərin   bağlanması, 

icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur.

95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə 

və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi  və pozulması bu Məcəllənin 94.2-ci maddəsində 

nəzərdə tutulan eyni formada həyata keçirilir.

95.3.   Aliment   ödənilməsi   barədə   sazişi   icra   etməkdən   birtərəfli   qaydada   imtina   etməyə   və   onun 

şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir.

95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə 

sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi 

və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.



Maddə 96. Aliment alanın maraqları pozulduqda aliment ödənilməsi barədə sazişin etibarsız sayılması 

96.1. Alimentin ödənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, 

yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, o 

cümlədən   bu   Məcəllənin   97.2-ci   maddəsinin   tələblərinə   əməl   edilmədikdə,   həmin   saziş 



mübahisələndirilə bilər.

96.2.   Bu  saziş  azyaşlı   uşağın   və   ya   yetkinlik   yaşına   çatan,   lakin   əmək   qabiliyyəti   olmayan   ailə 

üzvünün qanuni nümayəndəsi, habelə 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən mübahisələndirilə 

bilər. (

8

)



Maddə 97. Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı və indeksasiyası 

97.1. Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı 

ilə müəyyən olunur.

97.2. Aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin 




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə