Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   2   3   4   5   6   7   8   9   ...   25

nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər.

6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa 

üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.

Maddə 7. Ailə hüquqlarının müdafiəsi 

Ailə hüquqları məhkəmələr, bu Məcəllədə nəzərdə tutulmuş hallarda  

müvafiq icra hakimiyyəti

  və 


digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş qaydada müdafiə olunur.

Maddə 8. Ailə münasibətlərinə iddia müddətinin tətbiqi 

8.1. Pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, 

ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur.

8.2. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə 

Azərbaycan Respublikasının 

Mülki Məcəlləsində

 nəzərdə tutulmuş qaydaları rəhbər tutur.

İkinci bölmə. Nikahın bağlanması və nikaha xitam verilməsi

III fəsil. Nikahın bağlanma qaydası və şərtləri

Maddə 9. Nikahın bağlanma qaydası 

9.1. Nikah 

müvafiq icra hakimiyyəti 

 

 orqanı



 

 

 tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə 

ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır.

9.2. üzrlü səbəblər olduqda, nikahın bağlanma müddəti  

müvafiq icra hakimiyyəti orqanı

  tərəfindən 

azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana 

bilər.

9.4.   Ər-arvadın   hüquq   və   vəzifələri  



müvafiq   icra   hakimiyyəti  

 

 orqanı



 

 

  tərəfindən  nikahın 

bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

9.5.  


Müvafiq   icra   hakimiyyəti   orqanı

  nikahın   qeydiyyatından   imtina   etdikdə   nikaha   daxil   olmaq 

istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. (

1



9

)

Maddə 10. Nikah yaşı 

10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

10.2.   üzrlü   səbəblər   olduqda,   nikaha   daxil   olmaq   istəyən   və   nikah   yaşına   çatmamış   şəxslərin 

yaşadıqları ərazinin  

müvafiq icra hakimiyyəti  orqanı

  onların xahişi ilə nikah yaşının 1 ildən çox 

olmayaraq azaldılmasına icazə verə bilər. (

18

)

Maddə 11. Nikahın bağlanma şərtləri 



11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına 

çatmaları zəruridir.




11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.

Maddə 12. Nikahın bağlanmasına mane olan hallar 

12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi 

ata və ya anası olan) qardaş və bacılar;

12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;

12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq  nəticəsində  məhkəmə 

tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.



Maddə 13. Nikaha daxil olan şəxslərin tibbi müayinəsi 

13.1.   Nikaha   daxil   olan   şəxslərin   tibbi   müayinəsi,   habelə   tibbi-genetik,   tibbi-psixoloji  və   ailənin 

planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və 

bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.

13.2. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.

13.3. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı 

virusunun törətdiyi xəstəliyin (AiDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız 

sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. (

3

)

IV fəsil. Nikaha xitam verilməsi



Maddə 14. Nikaha xitam verilməsinin əsasları 

14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.

14.2.   Ərin   (arvadın)   və   ya   onların   hər   ikisinin   ərizəsi   əsasında,   eləcə   də   məhkəmə   qaydasında 

fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam 

verilə bilər.

Maddə 15. Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması 

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində  arvadın razılığı 

olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Maddə 16. Nikaha xitam verilməsi qaydası 

Nikaha xitam  verilməsi  

müvafiq  icra  hakimiyyəti  orqanı

, bu Məcəllənin  19—21-ci  maddələrində 

nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.

Maddə 17. 

Müvafiq icra hakimiyyəti orqanında

 nikaha xitam verilməsi 

17.1.   Ər-arvadın   yetkinlik   yaşına   çatmayan   ümumi   uşaqları   olmadıqda,   nikaha   onların   razılığı 

əsasında 

müvafiq icra hakimiyyəti orqanında

 xitam verilə bilər.



17.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi 

əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda 

müvafiq icra hakimiyyəti orqanında

 aparılır:

17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;

17.2.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

17.2.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

17.3.   Nikahın   pozulması   və   bu   barədə   şəhadətnamənin   verilməsi   ərizə   verildiyi   gündən   1   ay 

keçdikdən sonra 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən həyata keçirilir.

17.4. Nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada 

müvafiq 

icra hakimiyyəti orqanı

 tərəfindən aparılır. (

5



19

)

Maddə 18. Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-arvad arasında yaranan 



mübahisələrə baxılması 

Ər-arvadın birgə mülkiyyətinin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) 

saxlanması   üçün   vəsait   ödənilməsi   haqqında,   eləcə   də   tərəflərdən   biri   məhkəmədə   fəaliyyət 

qabiliyyəti olmayan hesab edildikdə və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə 

tərəflər arasında uşaqlar barədə yaranan mübahisələrə  

müvafiq icra hakimiyyəti orqanında

  nikahın 

pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.



Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması 

19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik 

yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah 

məhkəmə qaydasında pozulur.

19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri  

müvafiq icra hakimiyyəti orqanında

  nikahın 

pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı 

üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir.

Maddə 20. Ərin (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması 

20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən 

müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

20.2.   Tərəflərdən   birinin   nikahın   pozulması   haqqında   razılığı   olmadıqda,   məhkəmə   ər-arvadın 

barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar 

(onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur.



Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında pozulması 

21.1.   Yetkinlik   yaşına   çatmayan   ümumi   uşaqları   olan   ər-arvadın   nikahın   pozulmasına   qarşılıqlı 

razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma 

səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

21.2. Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün 

məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların 

maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların 



Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə