Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə3/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   2   3   4   5   6   7   8   9   ...   25

mənafeyinin müdafiəsi üçün tədbirlər görür.

21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan 

tez olmayaraq həyata keçirilir.

Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlər 

22.1.   Nikah   məhkəmə   qaydasında   pozularkən,   ər-arvad   məhkəməyə   yetkinlik   yaşına   çatmayan 

uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin 

(arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi 

birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, 

eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə:

22.2.1.   boşanmadan   sonra   yetkinlik   yaşına   çatmayan   uşaqların   valideynlərindən   hansının 

yanında qaldığını müəyyən etməli;

22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən 

etməli;

22.2.3.   ər-arvadın   (onlardan   birinin)   tələbi   ilə   onların   birgə   mülkiyyətində   olan   əmlakın 



bölgüsünü aparmalı;

22.2.4. ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) 

tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.

22.3.   Əmlak   bölgüsü   üçüncü   şəxsin   mənafeyinə   toxunduqda,   məhkəmə   əmlak   bölgüsü   haqqında 

tələbi ayrıca icraata ayıra bilər.

Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı 

23.1. Nikah 

müvafiq icra hakimiyyəti orqanında

 pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı 

gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə 

mindiyi gündən nikaha xitam verilmiş sayılır.

23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün 

müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır.

23.3.   Nikahın   pozulması   barədə   məhkəmənin   qətnaməsi   qanuni   qüvvəyə   mindiyi   gündən   3   gün 

müddətində   məhkəmə   bu   qətnamədən   çıxarışı  

müvafiq   icra   hakimiyyəti   orqanına

  göndərməyə 

borcludur.

23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola 

bilməz.

Maddə 24. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda nikahın bərpası 

24.1. Ölmüş elan edilən və ya itkin  düşmüş hesab edilən  ər (arvad) gəlib çıxdıqda  məhkəmənin 

müvafiq   qətnamələri   ləğv   olunmaqla,   nikah  

müvafiq   icra   hakimiyyəti   orqanında

  onların   birgə 

ərizəsinə əsasən bərpa oluna bilər.




24.2. Tərəflərdən biri yeni nikaha daxil olubsa, nikah bərpa oluna bilməz.

V fəsil. Nikahın etibarsızlığı

Maddə 25. Nikahın etibarsız sayılması 

25.1.   Bu   Məcəllənin   10—12-ci   maddələrində   və   13.3-cü   maddəsində   nəzərdə   tutulmuş   şərtlər 

pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan 

nikah (saxta nikah) etibarsız sayılır.

25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır.

25.3. Məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün 

müddətində nikahın bağlandığı 

müvafiq icra hakimiyyəti orqanına

 göndərməyə borcludur.

25.4. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.



Maddə 26. Nikahın etibarsız sayılmasını tələb etmək hüququ olan şəxslər 

26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:

26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu 

Məcəllənin   10.2-ci   maddəsində   nəzərdə   tutulmuş   icazə   olmadıqda   nikah   bağlanarsa   — 

yetkinlik   yaşına   çatmayan   ər   (arvad),   onun   valideynləri   (onları   əvəz   edən   şəxslər)   və   ya 

müvafiq icra hakimiyyəti orqanı

;

26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa 



və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad);

26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma 

nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz 

hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — 

nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);

26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə 

qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;

26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad);

26.1.6. bu Məcəllənin 26.1.4-cü, 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu 

Məcəllənin   12-ci   maddəsinin   tələbləri   pozulmaqla   bağlanmış   nikah   nəticəsində   hüquqları 

pozulmuş digər şəxslər, eləcə də 

müvafiq icra hakimiyyəti orqanı

;

26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);



26.1.8. bu Məcəllənin 13.3-cü maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər 

(arvad).


26.2. Nikah yaşına çatmayan,  eləcə  də məhkəmə qaydasında fəaliyyət  qabiliyyəti olmayan hesab 

edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən 

müvafiq icra hakimiyyəti 

orqanı


 işdə iştirak etməyə cəlb olunmalıdır.


Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə