Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə5/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   2   3   4   5   6   7   8   9   ...   25

32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü 

səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.



Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ 

33.1. Ər-arvadın ümumi  əmlakı  üzərində sahiblik,  istifadə və sərəncam  hüququ onların  qarşılıqlı 

razılığı əsasında həyata keçirilir.

33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam 

əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.

33.3.   Ər-arvaddan   biri   digərinin   razılığı   olmadan   onların   ümumi   əmlakı   üzərində   sərəncam   əqdi 

bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, 

əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.

33.4. Ər-arvaddan  birinin  daşınmaz  əmlak  üzərində  sərəncam  vermək barədə  notariat  qaydasında 

təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında 

təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı 

olmadıqda,  bu   əqd   Azərbaycan   Respublikasının   Mülki   Məcəlləsi   ilə   müəyyən   olunmuş   müddətdə  



mübahisələndirilə bilər. (

8



Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti 

34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya 

vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri  əmlak ər-arvadın hər birinin ayrıca 

mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

34.2. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-

arvadın   ümumi   vəsaiti   hesabına   əldə   edilsə   də,   ər-arvaddan   kimin   istifadəsində   olubsa,   ona 

məxsusdur.

Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması 

Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın 

hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması 

(əsaslı   təmir,   yenidən   quraşdırma,   avadanlığı   dəyişdirmə   və   s.)   müəyyən   edilərsə,   həmin   əmlak 

onların birgə mülkiyyəti sayıla bilər.

Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi 

36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə 

nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin 

payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə 

notariat qaydasında təsdiq edilə bilər.

36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın 

paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

36.4. Məhkəmə   ər-arvadın  ümumi   əmlakını   bölərkən  onların   tələbi   ilə  hər  birinə  çatacaq  əmlakı 

müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun 




əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

36.5. Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin 

qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, 

ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi 

ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş 

əmanətlər həmin uşaqlara məxsus hesab edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.

36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, 

eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.

36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının  bölünməsi haqqında onların tələbinə 3 illik 

iddia müddəti tətbiq olunur.



Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən edilməsi 

37.1.   Ər-arvad   arasındakı   müqavilədə   başqa   hal   nəzərdə   tutulmayıbsa,   onların   ümumi   əmlakının 

bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin 

(arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi 

və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə 

mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən 

edilir.

VIII fəsil. Ər-arvadın mülkiyyətinin müqavilə rejimi

Maddə 38. Nikah müqaviləsi və onun məzmunu 

38.1. Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah 

pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.

38.2. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, 

ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya 

ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.

38.3. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana 

bilər.


38.4. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak 

üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda 

hər   birinə   düşəcək   əmlakı   və   ər-arvadın   əmlak   münasibətlərinə   dair   hər   hansı   başqa   müddəanı 

müəyyənləşdirmək hüququna malikdirlər.

38.5. Nikah müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa 

bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər.




Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə