Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə6/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   2   3   4   5   6   7   8   9   ...   25

38.6. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi 

üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-

arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti 

olmayan ərin(arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini 

çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula 

bilməz.


Maddə 39. Nikah müqaviləsinin bağlanma qaydası 

39.1. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə 

istənilən vaxtda bağlana bilər.

39.2.   Nikahın   bağlanmasının   dövlət   qeydiyyatına   qədər   bağlanmış   nikah   müqaviləsi   nikahın 

bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

39.3. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.



Maddə 40. Nikah müqaviləsinin dəyişdirilməsi, pozulması və etibarsız hesab edilməsi 

40.1.   Nikah   müqaviləsi   ər-arvadın   razılığı   ilə   istənilən   vaxt   bu   Məcəllənin   39.3-cü   maddəsində 

göstərilən qaydada dəyişdirilə və ya pozula bilər.

40.2. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir.

40.3.   Ərin   (arvadın)   tələbinə   əsasən   məhkəmənin   qətnaməsi   ilə   nikah   müqaviləsi  

Azərbaycan 

Respublikasının   Mülki   Məcəlləsi

  ilə   müqavilələrin   dəyişdirilməsi   və   pozulması   üçün   nəzərdə 

tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər.

40.4. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna 

olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.

40.5. Nikah müqaviləsi  

Azərbaycan Respublikasının  Mülki Məcəlləsi

  ilə  əqdlərin etibarsız  hesab 

edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab 

edilə bilər.

40.6.   Müqavilənin   şərtləri   əri   (arvadı)   çox   əlverişsiz   vəziyyətə   saldıqda  nikah   müqaviləsi   onun 

tərəfindən mübahisələndirilə bilər. Nikah müqaviləsinin və bu Məcəllənin 38.6-cı maddəsinin digər 

tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir. (

8

)

IX fəsil. Ər-arvadın öhdəlikləri üzrə məsuliyyət



Maddə 41. Ödəmənin ər-arvadın əmlakına yönəldilməsi 

41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi 

əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.

41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin 

ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) 

öhdəlikləri   üzrə   ödəmə   onların   ümumi   əmlakına   yönəldilir.   Bu   əmlak   kifayət   olmadıqda,   həmin 

öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

41.3. Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait hesabına əldə 




edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə müəyyən olunduqda, ödəmə bu əmlaka və ya onun 

bir hissəsinə yönəldilə bilər.

41.4. Yetkinlik  yaşına çatmayan  uşaqlarının  vurduğu zərərə  görə ər-arvad mülki qanunvericiliklə 

müəyyən   olunmuş   qaydada   məsuliyyət   daşıyırlar.   Bu   halda   ödəmənin   ər-arvadın   əmlakına 

yönəldilməsi bu Məcəllənin 41.2-ci maddəsinə uyğun həyata keçirilir.

Maddə 42. Nikah müqaviləsi bağlanarkən, dəyişdirilərkən və pozularkən kreditorların hüquqlarına 

təminat verilməsi 

42.1. Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər (arvad) öz kreditoruna 

(kreditorlarına) məlumat verməlidir. Bu vəzifəni yerinə yetirmədikdə ər (arvad) nikah müqaviləsinin 

məzmunundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daşıyır.

42.2.   Kreditor   (kreditorlar)  

Azərbaycan   Respublikasının   Mülki   Məcəlləsinə

  əsasən   nikah 

müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını tələb etmək hüququna malikdir.



Dördüncü bölmə. Valideynlərin və uşaqların hüquq və 

vəzifələri

X fəsil. Uşaqların mənşəyinin müəyyən olunması

Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları 

Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın 

mənşəyinin təsdiq olunmasına əsaslanır.

Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 

44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd  

əsasında,   uşaq   tibb   müəssisəsindən   kənarda   anadan   olduqda   doğuma   kömək   göstərmiş   həkimin  

sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri  

və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 

44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız 

sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar 

yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeydə 

təsdiq olunur.

44.3.   Uşağın   anası   ilə   nikahda   olmayan   şəxsin   atalığı   uşağın   atasının   və   anasının  

müvafiq   icra 

hakimiyyəti orqanına

 birgə ərizə vermələri ilə müəyyən olunur.

44.4.  Ana   öldükdə,  fəaliyyət  qabiliyyəti  olmayan  hesab   edildikdə,  ananın   yerini   müəyyən   etmək 

mümkün   olmadıqda   və   ya   o,   valideynlik   hüquqlarından   məhrum   edildikdə,   atalıq  

müvafiq   icra 

hakimiyyəti   orqanının

  razılığı   ilə   uşağın   atasının   ərizəsi   əsasında,   bu   razılıq   olmadıqda   isə 

məhkəmənin qərarı ilə müəyyən olunur.

44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-

mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan 

valideynləri   bu   ərizəni  

müvafiq   icra   hakimiyyəti   orqanına

  ananın   hamiləliyi   dövründə   vermək 

hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.



Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə