Azərbaycan Respublikasının Ailə Məcəlləsi



Yüklə 363,38 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix12.10.2018
ölçüsü363,38 Kb.
#73480
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

51.3. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab 

edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər.

51.4. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə 

olunmaq hüququ vardır.

51.5. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) 

uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-

istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün  

müvafiq icra hakimiyyəti orqanına

, 14 yaşına 

çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

51.6.   Uşağın   həyat   və   sağlamlığının   təhlükədə   olması,   onun  həyatına,   sağlamlığına   və   ya 

mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması,  hüquqlarının və qanuni mənafelərinin 

pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu 

yerin  

müvafiq icra hakimiyyəti orqanına



  məlumat verməyə borcludurlar.  

Müvafiq icra hakimiyyəti 

orqanı

  bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri 



tədbirlər görməyə borcludur.

51.7. Uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edirlər. (

12

)



Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ 

Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə 

məhkəmə   istintaqı   və   inzibati   araşdırmaların   gedişində   dinlənilmək   hüququna   malikdir.   Onun 

maraqlarına   zidd   olan   hallar   istisna   olunmaqla,   10   yaşına   çatmış   uşağın   fikri   mütləq   nəzərə 

alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı 

yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər.



Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 

53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.

53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.

53.3.   Uşağın   soyadı,   bir   qayda   olaraq,  valideynlərin   soyadı   ilə   müəyyən   edilir.   Uşağın 

valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı 

verilir.  Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti  



orqanı tərəfindən müəyyən olunur.

53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı 

müvafiq icra hakimiyyəti orqanı

 tərəfindən həll olunur.

53.5. Atalıq   müəyyən  olunmadıqda  uşağa  ad ananın   göstərişi   ilə,  ata   adı  bu Məcəllənin  46.3-cü 

maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına 

görə verilir. (

15

)



Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 

54.1.  


Müvafiq icra hakimiyyəti orqanı

  uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, 

eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və 

uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.




54.2.   Valideynlər   ayrı   yaşadıqda   və   uşaqla   birlikdə   yaşayan   valideyn   ona   öz   soyadını   vermək 

istədikdə  

müvafiq icra hakimiyyəti orqanı

  bu məsələni digər valideynin rəyini nəzərə almaqla və 

uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün 

olmadıqda,   o,   valideynlik   hüquqlarından   məhrum   edildikdə,   fəaliyyət   qabiliyyəti   olmayan   hesab 

edildikdə,  eləcə  də üzrsüz səbəbdən uşağı saxlamaqdan  və onun tərbiyəsindən  yayındıqda həmin 

valideynin rəyini nəzərə almaq məcburi deyil.

54.3.   Uşaq   öz   aralarında   nikahda   olmayan   şəxslərdən   olubsa   və   atalıq   qanunvericiliklə   nəzərdə 

tutulmuş qaydada müəyyən olunmayıbsa,  

müvafiq icra hakimiyyəti orqanı

  uşağın maraqlarını əsas 

tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə 

icazə vermək hüququna malikdir.

54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

Maddə 55. Uşağın əmlak hüquqları 

55.1.   Uşaq   öz   valideynlərindən   və   ailənin   digər   üzvlərindən   bu   Məcəllənin   beşinci   bölməsində 

müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

55.2. Aliment,  pensiyalar, müavinətlər  şəklində uşağa ödənilən məbləğ valideynlərin  (onları əvəz 

edən   şəxslərin)   sərəncamına   daxil   olur,   onlar   tərəfindən   uşaqların   saxlanmasına,   tərbiyəsinə   və 

təhsilinə xərclənir.

55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan 

məbləğini  yetkinlik  yaşına  çatmayan  uşağın  adına  açılmış  bank  hesabına  köçürmək   barədə  qərar 

çıxara bilər.

55.4.   Uşaq   gəlirinə,   vərəsəlik   və   ya   hədiyyə   şəklində   əldə   etdiyi   əmlaka,   habelə   uşağın   vəsaiti 

hesabına əldə edilmiş digər əmlaka mülkiyyət hüququna malikdir. Uşağın mülkiyyətində olan əmlak 

üzərində sərəncam vermək hüququ 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

 müvafiq maddələri 

ilə müəyyən olunur.

55.5. Uşağın əmlakı valideynlər tərəfindən idarə olunarsa, mülki qanunvericiliyə uyğun olaraq onlara 

himayə altında olan şəxsin əmlakına sərəncam verənlərə dair qaydalar şamil olunur.

55.6. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. 

Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə 

bilər və ya həmin əmlaka sahiblik edə bilərlər.

55.7.   Valideynlərin   və   uşaqların   birgə   mülkiyyət   hüququ   yarandıqda   əmlak   üzərində   sahiblik, 

sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir.



XII fəsil. Valideynlərin hüquq və vəzifələri

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 

56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

56.2. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də 

yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti 

əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.



Yüklə 363,38 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə