Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında


VII bölmə Şərtİ məhkum edİlmİş şəxslər üzərİndə nəzarət



Yüklə 1,01 Mb.
səhifə10/13
tarix14.02.2018
ölçüsü1,01 Mb.
#26977
1   ...   5   6   7   8   9   10   11   12   13

VII bölmə

Şərtİ məhkum edİlmİş şəxslər üzərİndə nəzarət


XXI fəsil

Şərtİ məhkum edİlmİş şəxslər üzərİndə nəzarətİn həyata keçİrİlməsİ


Maddə 179. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən orqanlar

Şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir.



Maddə 180. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydası

180.1. İcra məmuru sınaq müddəti ərzində məhkumların qeydiyyatını aparır, onların işlədikləri yer üzrə işəgötürənin iştirakı ilə məhkumların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir.

180.2. Məhkuma müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza əlavə cəza kimi təyin edildikdə, bu Məcəllənin 31-ci maddəsində nəzərdə tutulan tədbirləri icra məmuru həyata keçirir.

180.3. Məhkum müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, hərbi xidmət keçmə yeri üzrə məhkum üzərində nəzarətin həyata keçirilməsi üçün hökmün surəti tələb olunan digər sənədlərlə birlikdə hərbi komissarlığa göndərilir. Hərbi hissənin komandiri (rəisi) həmin şəxsin qeydiyyata alınması və ya hərbi xidmətdən tərxis olunması haqqında on gün müddətində hökmü çıxarmış məhkəməyə xəbər verməlidir.146

180.4. Şərti məhkum edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən məhkumlar icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.147



Maddə 181. Sınaq müddətinin hesablanması

181.1. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır.

181.2. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.

Maddə 182. Şərti məhkum edilmiş şəxslərin məsuliyyəti

182.1. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən ona üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) sınaq müddətinin uzadılması barədə məhkəməyə təqdimat verir.

182.2. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə məhkəməyə təqdimat verir.

182.3. İcra məmuru məhkumun üzərinə onun islah olunmasına kömək edən yeni vəzifələrin qoyulması və ya əvvəllər məhkumun üzərinə qoyulmuş vəzifələrin tamamilə və ya qismən ləğv edilməsi barədə məhkəməyə təqdimat verə bilər.

182.4. Məhkum tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi sınaq müddəti ərzində vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.

182.5. Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

14 iyul 2000-ci il tarixli 908-IQ nömrəli “azərbaycan respublikasinin cəzalarin icrasi məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2000-ci il, № 8, Maddə 586) ilə təsdiq edilmişdir


Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar

  1. 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455)

  2. 27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 1, maddə 9)

  3. 19 aprel 2002-ci il tarixli 306-IIQD nömrəli "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar "Azərbaycan SSR-in inzibati ərazi quruluşu məsələlərinin həlli qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Fərmanının qüvvədən düşmüş hesab edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 237)

  4. 19 aprel 2002-ci il tarixli 310-IIQD nömrəli "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 240)

  5. 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədəAzərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244 )

  6. 2 iyul 2002-ci il tarixli 356-IIQD nömrəli "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 8, maddə 463)

  7. 14 may 2004-cü il tarixli 649-IIQD nömrəli “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-ci il, № 6, maddə 399)

  8. 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-cı il, № 4, maddə 278)

  9. 10 oktyabr 2006-cı il tarixli 162-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 929)

  10. 16 iyun 2007-ci il tarixli 389-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 756)

  11. 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1049)

  12. 6 noyabr 2007-ci il tarixli 480-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 12, maddə 1197)

  13. 7 dekabr 2007-ci il tarixli 509-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1218)

  14. 2 iyun 2008-ci il tarixli 618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)

  15. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

  16. 24 iyun 2008-ci il tarixli 657-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 607)

  17. 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)

  18. 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275)

  19. 18 iyun 2010-cu il tarixli 1034-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2010-cu il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 07, maddə 591)

  20. 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 70)

  21. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71)

  22. 31 may 2011-ci il tarixli 138-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 02 iyul 2011-ci il №141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 473)

  23. 10 iyun 2011-ci il tarixli 157-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 31 iyul 2011-ci il № 166, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 600)

  24. 15 noyabr 2011-ci il tarixli 252-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1107)

  25. 20 aprel 2012-ci il tarixli 324-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 406)

  26. 16 oktyabr 2012-ci il tarixli 448-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 30 noyabr 2012-ci il, № 267)

  27. 02 noyabr 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 noyabr 2012-ci il, № 266, “Azərbaycan” qəzeti, 30 noyabr 2012-ci il, № 267)




1MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə