Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   10   11   12   13   14   15   16   17   ...   88

89.3. Yetkinlik yaşına çatmayan islah olunduqda və bununla bağlı qeyd edilən tədbirin 
tətbiqinə zərurət aradan qalxdıqda, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin və ya tibbi­
tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının 
müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən məhkəmə yetkinlik yaşına çatmayanın 
vaxtından əvvəl həmin müəssisədən buraxılması haqqında qərar qəbul edə bilər. 
Maddə 90. 
Yetkinlik  yaşına  çatmayanların  şərti  olaraq  vaxtından  əvvəl cəzadan  azad 
edilməsi 
90.0. İslah işlərinə və ya azadlıqdan məhrum etməyə məhkum edilmiş yetkinlik yaşına 
çatmayanlar barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, onlar: 
90.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş 
cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra; 
90.0.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən 
sonra; 
90.0.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki 
hissəsini çəkdikdən sonra tətbiq edilə bilər. 
Maddə 91. 
Müddətin keçməsi 
Yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, 
bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. 
Maddə 92. 
Məhkumluğun ödənilməsi müddətləri 
92.0. Məhkumluğun bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət 
törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və aşağıdakı müddətlər: 
92.0.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan 
məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən bir il; 
92.0.2. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə 
cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. 
ALTINCI BÖLMƏ 
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR 
15-ci fəsil 
TİBBİ XARAKTERLİ MƏCBURİ TƏDBİRLƏR 
Maddə 93. 
Tibbi_xarakterli_məcburi_tədbirlərin_tətbiq_edilməsinin_məqsədi'>Tibbi_xarakterli_məcburi_tədbirlərin_tətbiq_edilməsinin_əsasları'>Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları 
93.1. Tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən: 
93.1.1. bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) 
anlaqsız vəziyyətdə törətmiş şəxslərə; 


93.1.2. cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən 
psixi xəstəliyə düçar olmuş şəxslərə; 
93.1.3. cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan 
şəxslərə; 
93.1.4. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan 
şəxslərə təyin edilə bilər. 
93.2. Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə tibbi 
xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa 
şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. 
93.3. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydası Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə müəyyən olunur. 
93.4. Bu Məcəllənin 93.1.1—93.1.4-cü maddələrində göstərilən və öz psixi vəziyyətinə görə 
təhlükə törətməyən şəxslər barəsində zəruri materiallar həmin şəxslərin müalicə olunması 
üçün və ya onların psixonevroloji müəssisələrə göndərilməsi üçün səhiyyə orqanlarına verilir. 
Maddə 94. 
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi 
Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1—93.1.4-cü 
maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin 
yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının 
alınmasından ibarətdir. 
Maddə 95. 
Tibbi xarakterli məcburi tədbirlərin növləri 
95.0. Məhkəmə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər: 
95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi
95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; 
95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; 
95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi 
müalicə. 
Maddə 96. 
Məcburi  ambulatoriya  müşahidəsi  altında  olma  və  psixiatr  tərəfindən 
müalicə edilmə 
Şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin 
məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu 
Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir. 
Maddə 97. 
Psixiatriya stasionarlarında məcburi müalicə olunma 
97.1. Əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun 
üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, 
psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində 
nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər. 


97.2. İntensiv müşahidə tələb etməyən və öz psixi vəziyyətinə görə stasionar müalicəyə və 
müşahidəyə ehtiyacı olan şəxslər barəsində ümumi tipli psixiatriya stasionarlarında məcburi 
müalicə təyin edilə bilər. 
97.3. Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış 
psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. 
97.4. Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi 
müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə 
altında məcburi müalicə təyin edilə bilər. 
Maddə 98. 
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və 
ləğv edilməsi 
98.1. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv 
edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb 
müəssisəsinin müdiriyyətinin vəsatəti ilə məhkəmə tərəfindən həyata keçirilir. 
98.2. Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin ləğv 
edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ay müddətində bir 
dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir. Tibbi xarakterli 
məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadıqda məcburi 
müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi müalicənin müddətinin uzadılması 
haqqında məhkəməyə öz rəyini təqdim edir. Məcburi müalicənin ilk dəfə uzadılması 
müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi 
müalicə müddətinin uzadılması hər il həyata keçirilir. 
98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş 
tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər 
məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin 
dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir. 
98.4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs 
barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir. 
Maddə 99. 
Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi müddətinin hesaba alınması 
Cinayət törətdikdən sonra psixi pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra cəza 
təyin edilərkən və ya onun cəzasının icrası bərpa olunarkən psixiatriya stasionarlarında 
məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə 
hesablanır. 
XÜSUSİ HİSSƏ 
YEDDİNCİ BÖLMƏ 
SÜLH VƏ İNSANLIQ ƏLEYHİNƏ CİNAYƏTLƏR 
16-cı fəsil 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə