Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   34   35   36   37   38   39   40   41   ...   88

Maddə 249. 
Baytarlıq  qaydalarını  və  bitki  xəstəliklərinə  və  ziyanvericilərinə  qarşı 
müəyyən edilmiş mübarizə qaydalarını pozma 
249.1. Baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına və ya 
digər ağır nəticələrə səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
249.2. Bitki xəstəliklərinə və ya ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə 
qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 250. 
Suyu (su mənbələrini) çirkləndirmə 
250.1. Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi, 
tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki 
aləminə, balıq ehtiyatlarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına 
səbəb olduqda— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək 
müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
250.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə 
səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli yaxud fövqəladə ekoloji vəziyyət 
zonasında törədildikdə— 
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
250.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 251. 
Atmosferi (havanı) çirkləndirmə 
251.1. Çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya 
avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın 
çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək 
müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
251.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına səbəb olduqda— 
bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
251.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 


Maddə 252. 
Dəniz mühitini çirkləndirmə 
252.1. Dəniz mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən 
və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün 
zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama 
və ya basdırma qaydalarını pozmaqla dəniz mühitini çirkləndirmə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək 
müddətə islah işləri ilə cəzalandırılır. 
252.2. Eyni əməllər insan sağlamlığına, heyvanlar və bitki aləminə, balıq ehtiyatlarına, ətraf 
mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər maraqlara əhəmiyyətli zərər 
vurulmasına səbəb olduqda— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
252.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d  ə   2 5 3 .  
Sahilyanı
 şelf 
haqqında 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyini pozma 
253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa 
qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan 
tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi
istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
253.2. Azərbaycan Respublikasının sahilyanı şelfində xarici hüquqi və fiziki şəxslər 
tərəfindən təbii sərvətlərin tədqiqi, kəşfiyyatı, işlənməsi və başqa işlər görülməsi, əgər bu 
hərəkətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 
müqavilələrdə və ya Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi 
icazədə nəzərdə tutulmamışdırsa— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Maddə 254. 
Torpaqları korlama 
254.1. Saxlanması, istifadə edilməsi yaxud daşınması zamanı gübrələrlə, təhlükəli kimyəvi və 
ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat və ya başqa 
fəaliyyətin zərərli məhsulları ilə torpaqların zəhərlənməsi, çirkləndirilməsi yaxud onların 
başqa cür korlanması, insanların sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyanın 
vurulmasına səbəb olduqda— 
yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə 
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək 
müddətə islah işləri ilə cəzalandırılır. 
254.2. Eyni əməllər fövqəladə və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə— 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə