Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/88
tarix05.10.2017
ölçüsü5,01 Kb.
#3338
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

Maddə 59. 
Cəzanı yüngülləşdirən hallar 
59.1. Cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 
59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən 
və ya az ağır cinayətin törədilməsi; 
59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; 
59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi; 
59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 
59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi; 
59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair 
cəhətdən asılılıq nəticəsində törədilməsi; 
59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son 
zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş 
şərtlərini pozmaqla törədilməsi; 
59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və 
ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində 
törədilməsi; 
59.1.9. könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının 
ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək 
etmə; 
59.1.10. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım 
göstərilməsi, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi 
və ya aradan qaldırılması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd edilməsi, zərərçəkmiş 
şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş digər hərəkətlərin edilməsi. 
59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş 
başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 
59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi 
nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. 
Maddə 60. Cəzanı_yüngülləşdirən_hallar_olduqda_cəzanın_təyin_edilməsi'>Cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsi 
Bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar 
olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya 
həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza 
növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 
Maddə 61. 
Cəzanı ağırlaşdıran hallar 
61.1. Cəzanı ağırlaşdıran hallar aşağıdakılardır: 
61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi; 
61.1.2. cinayətin ağır nəticələrə səbəb olması; 


61.1.3. cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar 
birlik (təşkilat) tərəfindən törədilməsi; 
61.1.4. cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə; 
61.1.5. psixi pozuntulardan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin, habelə 
cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət 
törətməyə cəlb olunması; 
61.1.6. cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni 
hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə
habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə 
törədilməsi; 
61.1.7. cinayətin müqəssir üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, 
qoca və ya köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə olan şəxsə qarşı 
törədilməsi; 
61.1.8. cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın 
qohumlarına qarşı törədilməsi; 
61.1.9. cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, əzab və ya işgəncə verməklə 
törədilməsi; 
61.1.10. cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli 
üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi; 
61.1.11. cinayətin fövqəladə vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə 
kütləvi iğtişaşlar zamanı törədilməsi; 
61.1.12. cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən və ya sənədlərindən 
istifadə etməklə törədilməsi; 
61.1.13. cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan 
istifadə etməklə törədilməsi. 
61.2. Cəza təyin edilərkən bu Məcəllənin 61.1.1—61.1.13-cü maddələrində göstərilməmiş 
hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. 
61.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi 
nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. 
Maddə 62. 
Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi 
62.1. Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin 
törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin 
ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də 
iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, 
bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az 
cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza 
növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 
62.2. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna 
hal hesab edilə bilər. 


Maddə 63. 
Başa çatmayan cinayətə görə cəza təyin edilməsi 
63.1. Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına 
səbəb olan hallar nəzərə alınır. 
63.2. Cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin 
müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün 
yuxarı həddinin yarısından çox ola bilməz. 
63.3. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi 
hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza 
növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 
63.4. Cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə 
növündə cəza təyin edilmir. 
Maddə 64.
 İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsi 
64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin 
cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail 
olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri 
nəzərə alınır. 
64.2. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza 
təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. 
Maddə 65. 
Residivə görə cəzanın təyin edilməsi 
65.1. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən 
əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah 
təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və 
nəticələri nəzərə alınır. 
65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin 
müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, 
təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az 
ola bilməz. 
65.3. Cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində 
tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə 
tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə 
görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan 
təyin olunur. 
Maddə 66. 
Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi 
66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək
az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə 
və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 
66.2. Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, 
az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə 
və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə