Azərbaycan Respublikasının Cinayət Məcəlləsi



Yüklə 0,87 Mb.
səhifə16/16
tarix21.04.2018
ölçüsü0,87 Mb.
#39766
1   ...   8   9   10   11   12   13   14   15   16

Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.

Maddə 335. Öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma

335.1. Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması, habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi—



    • bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

335.2. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 336. Qarovul xidmətinin nizamnamə qaydalarını pozma

Qarovulun (növbənin) tərkibinə daxil olan şəxs tərəfindən qarovul (növbə) xidmətinin nizamnamə qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda—



    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 337. Daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma

Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma ağır nəticələrə səbəb olduqda—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 338. Döyüş növbəsi çəkmə qaydalarını pozma

338.1. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

338.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda —

    • üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 339 . Sərhəd xidməti qaydalarını pozma

339.1. Sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

339.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda—

    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 340. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmət qaydalarını pozma

340.1. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vurduqda—



    • bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

340.2. Eyni əməl ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 341. Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə

341.1. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

341.2. Eyni əməllər:

341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;

341.2.2. silah tətbiq olunmaqla törədildikdə;

341.2.3. ağır nəticələrə səbəb olduqda—



    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

341.3. Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 342. Qulluğa səhlənkar yanaşma

342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər vurduqda—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

342.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 343. Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə

Rəisin, döyüş şəraiti tələb etmədiyi halda döyüş texnikasını və müharibə aparmaq üçün başqa vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi—



    • üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 344. Batmaqda olan hərbi gəmini tərk etmə

344.1. Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil olan şəxsin tərk etməsi—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 345. Döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun qaçırma

345.1. Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah işlətməkdən boyun qaçırma—



    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

345.2. Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb olduqda—

    • on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 346. Əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri

346.1. Əsirlikdə olan hərbi qulluqçunun başqa hərbi əsirlərə qarşı zorakılıq etməsi və ya onlarla amansızcasına rəftar etməsi—



    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

346.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

    • yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 347. Hərbi əmlakı itirmə

Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, döyüş sursatının, nəqliyyat vasitələrinin, texniki təchizat əşyalarının və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozma hərbi əmlakın itirilməsinə səbəb olduqda—



    • iki yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 348. Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə

348.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və sair hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə və ya məhv etmə ağır nəticələrə səbəb olduqda—



    • beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—

    • beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 349. Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə

349.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda—



    • beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

349.2. Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:

349.2.1. təkrar törədildikdə;

349.2.2. bir qrup şəxs tərəfindən törədildikdə;

349.2.3. ağır nəticələrə səbəb olduqda;

349.2.4. müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—


    • üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 350. Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma

350.1. Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda, hərbi texnikanın məhvinə və ya sair ağır nəticələrə səbəb olduqda—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.

350.2. Bu əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—

    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

350.3. Bu Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

    • üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 351. Maşınları idarəetmə və istismar qaydalarını pozma

351.1. Döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda—



    • iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və ya edilməməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

351.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

    • üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

351.3. Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

    • beş ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 352. Uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma

352.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—



    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

352.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 353. Hərbi gəmiləri idarəetmə qaydalarını pozma

353.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—



    • iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

353.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—

    • beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Məcəlləyə dəyişiklik və əlavələrin edildiyi sənədlərin
Siyahısı

1. 26 dekabr 2000-ci il tarixli 48-IIQ nömrəli qanun — «Azərbaycan» qəzeti, 30 dekabr 2000-ci il, № 300.

2. 26 dekabr 2000-ci il tarixli 49-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, 24 yanvar 2001-ci il, № 18.

3. 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli qanun

4. 27 dekabr 2001-ci il tarixli 240-IIQD nömrəli qanun

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 aprel 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır

6. 19 aprel 2002-ci il tarixli 305-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, 12 may 2002-ci il, № 107.

7. 17 may 2002-ci il tarixli 332-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, 31 may 2002-ci il, № 122

8. 14 may 2002-ci il tarixli 321-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, 02 iyun 2002-ci il, № 124.

9. 16 iyun 2002-ci il tarixli 302-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, 23 iyun 2002-ci il, № 141.

10. 2 iyul 2002-ci il tarixli 360-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, 27 avqust 2002-ci il, № 196.

11. 20 iyun 2003-cü il tarixli 486-IIQD nömrəli qanun — «Azərbaycan» qəzeti, 2 iyul 2003-cü il, № 148.

12. 20 iyun 2003-cü il tarixli 490-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 24 iyun 2003-cü il, № 141.

13. 20 iyun 2003-cü il tarixli 485-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 6 avqust 2003-cü il, № 178.

14. 7 noyabr 2003-cü il tarixli 512-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 3 dekabr 2003-cü il, № 277.

15. 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 1 fevral 2004-cü il, № 25.

16. 5 mart 2004-cü il tarixl 599-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 14 aprel 2004-cü il, № 86.

17. 4 may 2004-cü il tarixli 646-IQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 14 may 2004-cü il, № 112

18. 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 11 avqust 2004-cü il, № 185

19. 7 sentyabr 2004-cü il tarixli, 732-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 23 oktyabr 2004-cü il, № 248

20. 26 oktyabr 2004-cü il tarixli, 781-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 10 noyabr 2004-cü il, № 262

21. 7 dekabr 2004-cü il tarixli, 801-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 29 yanvar 2005-ci il, № 21

22. 15 aprel 2005-ci il tarixli, 885-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 11 iyun 2005-ci il, № 132

23. 14 iyun 2005-ci il tarixli, 937-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 31 iyul 2005-ci il, № 175

24. 20 sentyabr 2005-ci il tarixli, 991-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 24 noyabr 2005-ci il, № 272.

25. 30 sentyabr 2005-ci il tarixli, 1020-IIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 26 oktyabr 2005-ci il, № 248.

26. 30 dekabr 2005-ci il tarixli, 46-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 15 fevral 2006-cı il, № 33.

27. 30 dekabr 2005-ci il tarixli, 47-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 15 fevral 2006-cı il, № 33.

28. 30 dekabr 2005-ci il tarixli, 50-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 17 fevral 2006-cı il, № 35.

29. 7 aprel 2006-cı il tarixli, 92-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 13 may 2006-cı il, № 104.

30. 20 oktyabr 2006-cı il tarixli, 173-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 13 dekabr 2006-cı il, № 279.

31. 28 noyabr 2006-cı il tarixli, 185-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 13 dekabr 2006-cı il, № 279.

32. 19 dekabr 2006-cı il tarixli, 202-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, 29 dekabr 2006-cı il, № 293.

33. 19 dekabr 2006-cı il tarixli, 200-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 8 fevral 2007-cı il, № 27.

34. 27 fevral 2007-ci il tarixli, 251-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 30 may 2007-ci il, № 116.

35. 31 may 2007-ci il tarixli, 357-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 13 iyun 2007-ci il, № 128.

36. 17 aprel 2007-ci il tarixli, 320-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 24 iyun 2007-ci il, № 137.

37. 17 aprel 2007-ci il tarixli, 313-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, 29 iyun 2007-ci il, № 140.

38. 16 iyun 2007-ci il tarixli, 391-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 21 avqust 2007-ci il, № 185.

39. 9 oktyabr 2007-ci il tarixli, 428-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 28 oktyabr 2007-ci il, № 242.

40. 19 oktyabr 2007-ci il tarixli, 456-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 28 oktyabr 2007-ci il, № 242.

41. 6 noyabr 2007-ci il tarixli, 479-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 25 noyabr 2007-ci il, № 266.

42. 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 27 noyabr 2007-ci il, № 267.

43. 23 oktyabr 2007-ci il tarixli, 464-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, 29 noyabr 2007-ci il, № 269.

44. 25 dekabr 2007-ci il tarixli, 522-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 30 dekabr 2007-ci il, № 294.

45. 16 may 2008-ci il tarixli, 607-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, 4 iyun 2008-ci il, № 120.

46. 2 iyun 2008-ci il tarixli, 617-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, 24 iyun 2008-ci il, № 136.

47. 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, 10 iyul 2008-ci il, № 149.

48. 2 oktyabr 2008-ci il tarixli, 691-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 30 oktyabr 2008-ci il, № 242.

49. 28 oktyabr 2008-ci il tarixli, 708-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, 13 dekabr 2008-ci il, № 278.

50. 28 oktyabr 2008-ci il tarixli, 711-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 14 dekabr 2008-ci il, № 279.

51. 8 may 2009-cu il il tarixli, 813-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 31 may 2009-cu il, № 116.

52. 30 iyun 2009-cu il tarixli, 856-IIIQD nömrəli qanun - «Respublika» qəzeti, 22 iyul 2009-cu il, № 158.

53. 20 oktyabr 2009-cu il tarixli, 896-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 27 dekabr 2009-cu il, № 289

54. 4 dekabr 2009-cu il tarixli, 924-IIIQD nömrəli qanun - «Azərbaycan» qəzeti, 13 fevral 2010-cu il, № 34.

55. 1 fevral 2010-cu il tarixli,  951-IIIQD nömrəli qanunu — “Azərbaycan” qəzeti  (19 mart 2010-cu il, № 62)

56. 5 mart 2010-cu il tarixli,  973-IIIQD nömrəli qanunu — “Azərbaycan” qəzeti  (21 mart 2010-cu il, № 64)

57.5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (17 aprel 2010-cu il, № 81).



58. 5 mart 2010-cu il tarixli, 971-IIIQD nömrəli qanunu - «Azərbaycan» qəzeti, (18 aprel 2010-cu il, № 82).

59. 18 iyun 2010-cu il tarixli, nömrəli qanunu - «Azərbaycan» qəzeti, (17 iyul 2010-cu il, № 152).
Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə