Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə2/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   2   3   4   5   6   7   8   9   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
6 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
7
MİLLİ İNKİŞAFIN 
STRATEJİ  
PRİORİTETLƏRİ


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
8 
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik 
Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
- Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
2013-cü  il  arxada  qalır.  2013-cü  ildə  ölkəmizin  dinamik  inkişafı  təmin 
edilmişdir. Qarşımızda duran bütün məsələlər öz həllini tapmış və ölkəmizin 
hərtərəfli inkişafı davam etmişdir.
2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün istiqamətlər 
üzrə  inkişafı  hər  bir  Azərbaycan  vətəndaşını  sevindirir.  Bizim  beynəlxalq 
mövqelərimiz  möhkəmləndirilmişdir.  Azərbaycanın  həm  ikitərəfli  və  həm  də 
çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyi-
miz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq 
dəstək qazanmışıq. Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini 
başa çatdırır. İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT 
Təhlükəsizlik  Şurasında  çox  fəal  iştirak  etmişdir.  Beynəlxalq  hüququ,  ədaləti 
müdafiə etmişdir.
Əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları pozulur. Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunu bir daha 
göstərir.  Əfsuslar  olsun  ki,  bizim  torpaqlarımız  uzun  illər  işğal  altındadır. 
Beynəlxalq  təşkilatların  qərar  və  qətnamələri  icra  edilmir.  BMT  Təhlükəsizlik 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
9
Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş 
torpaqlardan  qeyd-şərtsiz  çıxarılmasını  tələb  edir.  Ancaq  Ermənistan  buna 
məhəl  qoymur.  ATƏT,  Avropa  Parlamenti,  Avropa  Şurası,  İslam  Əməkdaşlıq 
Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri vardır. Ancaq əfsuslar 
olsun ki, onlar icra edilmir. 
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  ölkəmizin  ərazi  bü-
tövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz. Azərbaycan 
heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti 
yaradılsın.  Əminəm  ki,  ölkəmizin  ərazi  bütövlüyü  bərpa  ediləcəkdir  və  işğal 
edilmiş  bütün  torpaqlarda  Azərbaycan  vətəndaşları  yaşayacaqlar.  Gələcəkdə 
isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar. Mən buna əminəm, 
buna şübhə etmirəm. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq, daha 
da güclü orduya malik olmalıyıq və iqtisadi inkişafı təmin etməliyik. 
Ordu  quruculuğu  işində  böyük  uğurlarımız  vardır.  Azərbaycan  Ordusu 
bu gün dünyanın güclü orduları sırasındadır. Bu istiqamətdə hələ görüləcək 
işlər çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq deyə bilərəm ki, ölkəmizin 
hərbi potensialı kifayət qədər güclüdür. Ən müasir texnika, silah-sursat alınır. 
Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur. Bir sözlə, Ordumuzun 
hərbi potensialı, döyüş qabiliyyəti artır və bu, bizi sevindirir. Çünki hər bir güc-
lü dövlətin güclü ordusu olmalıdır. Biz bu istiqamətdə bundan sonra da fəal 
siyasət aparacağıq. 
İqtisadi siyasətə gəldikdə, bu sahədə son on il ərzində Azərbaycan kimi inki-
şaf edən ikinci ölkə olmamışdır. Bütün beynəlxalq maliyyə qurumları və statis-
tik məlumatlar bunu təsdiqləyir. Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə art-
mışdır ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən 
artıq yeni iş yeri açılmışdır. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə 
edilmişdir. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə 
qarşı mübarizə gözəl nəticələr vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş 
faizdən aşağıdır. 
Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın 
kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi forumu olan Da-
vos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 39-
cu yerə layiq görmüşdür. Bu, çox böyük nailiyyətdir, çox böyük nəticədir, onu 
göstərir ki, ölkəmiz uğurla inkişaf edir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır, 
təkcə neft amilinə bağlı deyildir. Son illər ərzində apardığımız iqtisadi islahat-
lar,  iqtisadi  siyasət  ölkə  iqtisadiyyatının  şaxələndirilməsinə  gətirib  çıxarmış-
dır.  Əminəm  ki,  növbəti  illərdə  iqtisadi  sahədə  daha  da  böyük  uğurlar  əldə 
ediləcəkdir. Bizim iqtisadi siyasətlə bağlı proqramımız ardıcıl şəkildə icra edilir.
Eyni zamanda, güclü iqtisadiyyat, əlbəttə ki, sosial məsələlərin həllinə də 
kömək göstərir. Azərbaycan bu sahədə də ardıcıl siyasət aparır. Mən dəfələrlə 
demişəm,  bir  daha  demək  istəyirəm  ki,  bizim  siyasətimizin  mərkəzində 
Azərbaycan  vətəndaşı  dayanır.  Ona  görə,  güclü  sosial  siyasət  bizim  əsas 
istiqamətimizdir. 2013-cü ildə maaşlar, pensiyalar qaldırılmışdır, sovet vaxtla-


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
10 
rından qalmış əmanətlər tam olaraq əhaliyə kompensasiya şəklində verilmişdir. 
Digər sosial proqramlar uğurla icra edilir. Əminəm ki, sosial sahədə siyasətimiz 
növbəti illərdə davam etdiriləcəkdir. Bunu deməyə əsas verən bizim güclü iq-
tisadi potensialımızdır. İqtisadi müstəqillik  olmadan heç bir ölkə özünü tam 
azad, müstəqil hesab edə bilməz. Ona görə, hesab edirəm ki, iqtisadi sahədə 
müstəqilliyin əldə olunması bizim ən böyük nailiyyətimizdir. 
Eyni  zamanda,  ölkəmizdə  siyasi  islahatlar  davam  etdirilir  və  davam 
etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində 
çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar vardır. 
Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin 
birinə çevrilməkdədir. 
Cəmiyyəti  ən  çox  narahat  edən  korrupsiyaya  və  rüşvətxorluğa  qarşı 
mübarizə 2013-cü ildə daha da böyük miqyasda aparılmışdır. Biz daha da bö-
yük uğurlara nail olmuşuq. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bizim 
siyasətimizin əsas istiqamətlərindən biridir. Burada həm cəza tədbirləri, inzibati 
tədbirlər öz rolunu oynayır, eyni zamanda, sistem xarakterli islahatlar da bu 
sahədə böyük irəliləyişə nail olmaq üçün bizə imkan yaratmışdır. İlin əvvəlində 
yaradılmış  “ASAN  xidmət”in  fəaliyyətini  mən  xüsusilə  qeyd  etmək  istəyirəm. 
Qısa  müddət  ərzində  cəmiyyətdə  böyük  rəğbət  qazanmış  “ASAN  xidmət” 
bu gün dünyada da özünü Azərbaycan brendi kimi təsdiqləyir. İl ərzində bu 
xidmətə beş yüz mindən artıq vətəndaş müraciət etmişdir. Gələcəkdə “ASAN 
xidmət”də  göstərilən  xidmətlərin  sayı  artırılacaq  və  eyni  zamanda,  elektron 
xidmətlərin sayı da artırılmalıdır. 
Azərbaycan  bu  il  dünyanın  humanitar  mərkəzi  kimi  özünü  bir  daha 
təsdiq  etdi.  Bu  il  Azərbaycanda  Üçüncü  Beynəlxalq  Humanitar  Forumu, 
İkinci  Mədəniyyətlərarası  Dialoq  Forumu  keçirilmişdir.  Bu  iki  tədbir  dünya 
ictimaiyyətinin  diqqətini  özünə  cəlb  etmişdir.  Azərbaycan  artıq  dinlərarası, 
millətlərarası  dialoqun  aparılması  üçün  özünü  bir  mərkəz  kimi  göstərir. 
Ölkəmizdə mövcud olan dini və milli dözümlülük, tolerantlıq, bütün xalqların 
bir ailə kimi yaşaması bizim böyük nailiyyətimizdir, böyük sərvətimizdir, böyük 
üstünlüyümüzdür.  Deyə  bilərəm  ki,  ölkəmizin  bu  sahədə  təcrübəsi  dünyada 
öyrənilir və təqdir edilir. 
 Əlbəttə ki, neft-qaz sektoru da ölkəmizin gələcək inkişafı üçün çox böyük 
məna daşıyır. 2013-cü ildə bir neçə vacib məsələ öz həllini tapmışdır. Onlar-
dan  biri  də  Trans-Adriatik  kəməri  layihəsinin  seçilməsidir.  TAP  layihəsi  artıq 
əsas qaz ixrac marşrutu kimi təsdiq edilmişdir. 2012-ci ildə Trans-Anadolu qaz 
kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir və bu il bu istiqamətdə böyük 
işlər görülmüşdür. Dekabrın 17-də “Şahdəniz-2” layihəsinə start verildi. Bu, ta-
rixi layihədir, tarixi hadisədir. Bu layihə XXI əsrin layihəsidir, Avropanın ən böyük 
infrastruktur və ən böyük enerji layihəsidir. TANAP, TAP, “Şahdəniz-2” layihələri 
Azərbaycanın tarixi uğurudur, tarixi nailiyyətidir. Bir daha Azərbaycan xalqını 
bu böyük qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu layihə xal-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə