Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə4/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   2   3   4   5   6   7   8   9   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
15
litik çıxış etmişdir. Bu yanaşma Azərbaycana maraqların toqquşması məkanı 
və müxtəlif  kliyentalist qrupların eksperimentlər aparması üçün sınaq mey-
danı  kimi  baxanların  siyasi  romantizmə  və  bəsirətsizliyə  əsaslanan  bütün 
cəhdlərinin üstündən qələm çəkir” (2).  Heydər Əliyev irsinin və Azərbaycanda 
gedən ictimai-siyasi proseslərin, iqtisadi inkişafın elmi araşdırılmasının fəlsəfi 
əsaslarını nəzərdən keçirən akademik R.Mehdiyevdən gətirdiyimiz bu iqtibas 
Azərbaycan gerçəkliyinin ən dolğun və düzgün elmi şərhidir. Respublikanın 
sonrakı  mərhələlərdə  inkişafı,  ölkənin  demokratikləşməsinin  dərinləşməsi, 
yeni  seçki  mədəniyyəti  nümunəsinin  ortaya  qoyulması,  milli  maraqların 
xarici  siyasətdə  aparıcı  olması,  vətəndaş 
cəmiyyətinin möhkəm iqtisadi bazisinin ya-
radılması  2003-cü  ili  milli  transformasiya-
nın yeni mərhələsinin başlanğıcına çevirdi.
Müasir  dövrün  səciyyəvi  xüsusiyyətləri, 
xüsusən  də  qloballaşmanın  ölkələr  ara-
sındakı  münasibətlərə  köklü  düzəlişlər 
etməsi  Azərbaycanın  daxili  və  xarici 
siyasətində  tam  dəqiqliklə  nəzərə  alınır. 
Həmin  siyasət  nəticəsində  Azərbaycanın 
yeni  yaranan  geosiyasi  məkanda  öz  ye-
rini  müəyyənləşdirməsinə,  beynəlxalq 
münasibətlərin  nəinki  fəal,  hətta  regional  münasibətlər  sistemində  aparıcı 
dövlətə çevrilməsinə imkan vermişdir. Prezident İlham Əliyevin dediyi kimi, bu 
gün regionda sülhün, sabitliyin, iqtisadi yüksəlişin təminatçısı Azərbaycandır 
və Azərbaycansız heç bir genişmiqyaslı regional layihə həyata keçirilə bilməz. 
Beynəlxalq  münasibətlərin  Cənubi  Qafqazda  mürəkkəbliyə,  siyasi 
hadisələrin kulminasiya nöqtəsinə çatmasına baxmayaraq, Azərbaycanın tutdu-
ğu mövqe və siyasi proseslərin gedişinə təsir imkanlarının güclənməsi bölgədə 
təhlükəsizliyi, sabitliyi təmin edən əsas amillərdən biridir. Nəzərə alsaq ki, son 
üç yüz ildə Qafqaz bölgəsi Yer kürəsində münaqişələrin əbədi yurd saldığı ən 
diqqəti çəkən nöqtələrdən biri olmuş və burada baş verən hadisələr ümumən 
dünyanın  geosiyasi  mənzərəsinə  əhəmiyyətli  dərəcədə  təsir  göstərmişdir, 
onda  bölgədə gedən siyasi hadisələrin, psixoloji cəhətlərin araşdırılmasının 
zəruri olduğunu görə bilərik.
 
Qafqaza sülhü kim gətirməlidir?
Azərbaycan dövləti bütün beynəlxalq qurumlarla əməkdaşlıq edir və sülhün 
əldə  edilməsi  istiqamətində  yorulmadan  nikbinliklə  çalışır.  Belə  mübarizədə 
milli ruhun, milli əxlaqın qorunması və mədəni irsin inkişaf etdirilməsi dövləti 
gücləndirən, insanları vahid ideya ətrafında birləşdirən əsas psixoloji amillərdən 
biridir. Azərbaycan bir dövlət kimi inkişaf edir, bölgənin liderinə çevrilir. Bu gün 
Azərbaycan Respublikasının 
son illər həyata keçirdiyi xarici 
siyasətin təhlilinin ümumi 
mənzərəsində qabarıq nəzərə 
çarpan əsas məqamlardan biri 
də onun artıq nəinki Cənubi 
Qafqaz, həmçinin Avropa  və 
dünya siyasi məkanında fəal 
aktora çevrilməsidir.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
16 
Azərbaycan dünya düzənində sözünü çəkinmədən deyən real qüvvədir. Bütün 
bu uğurlar insanların şüuruna müsbət təsir edir, onların psixoloji durumunda 
pozitiv dəyişikliklər yaradır və hər bir Azərbaycan vətəndaşı aydın dərk edərək 
görür  ki,  bölgədə  həqiqi  sülh  uğrunda  ən  praqmatik  addımlar  Azərbaycan 
dövləti, Azərbaycan Prezidenti tərəfindən atılır.
Prezident İlham Əliyev bir fikri həmişə xüsusi vurğulayır: “Dünyada müstəqil 
sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların 
heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir. Bunun müxtəlif 
səbəbləri vardır və bu, təkcə bugünkü siyasi mənzərə deyil, bu, əsrlər boyu 
belə olubdur. O ölkələr özünə dünyada layiq yeri tutar ki, o ölkələr öz hesa-
bına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə 
siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımın-
dan. Azərbaycan bu ölkələrdəndir. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə, 
bəlkə də, Azərbaycan ən ağır vəziyyətdə idi”.
O  zaman,  doğrudan  da,  Azərbaycanın 
daxilindəki  siyasi  vəziyyət  barıt  çəlləyinə 
bənzəyirdi.  Qısa  bir  müddət  ərzində  anar-
xiyadan  sabitliyə  keçidin  təmin  edilməsi 
ölkənin  dövlət  kimi  güclənməsi,  inamlı 
islahatların  aparılması,  insan  azadlıqları-
nın  və  fikir  müxtəlifliyinin  qorunması  bü-
tün  siyasi  və  iqtisadi  gərginliklərin  aradan 
götürülməsinə imkan verdi. Bu, Azərbaycan 
xalqının  ümummilli  lideri  Heydər  Əliyevin 
müstəsna fəaliyyətinin nəticəsi idi.
Azərbaycana  qarşı  atılan  təhlükəli  ad-
dımlar,  bütün  təpkilər  və  təzyiqlər  heç  bir 
nəticə  verməyibdir.  Xaricdən  və  daxildən 
Azərbaycanın  inkişafını  müxtəlif  vasitələrlə 
ləngidiblər. İmkan verməyiblər ki ölkə daha 
da  sürətlə  inkişaf  etsin.  Amma  bu  təbii  və 
tarixi  proses  artıq  qanunauyğun  xarakter 
aldığı üçün Azərbaycan öz inkişafından qal-
mayacaq, addım-addım irəliləyəcək. Eyni za-
manda, inkişaf etdikcə problemlər daha çox 
olacaq. İnkişaf yeni reallıqlar, yeni problemlər 
yaradır,  keyfiyyətcə  daha  böyük,  daha  ağır, 
daha  çəkili  məsələlər  gündəmə  gələcəkdir. 
Lakin Azərbaycan artıq keçid dövrünü başa 
vuran, yeni siyasi alətlərə uğurla yiyələnərək 
özünə  arxalanan  bir  dövlət  kimi  bir  çox 
məsələləri həll etmək gücünə qadir dövlətdir.
Prezident İlham Əliyev bir 
fikri həmişə xüsusi vurğulayır: 
“Dünyada müstəqil sayılan 
ölkələr çoxdur. Ancaq əgər biz 
bir az dərinə baxsaq, görərik 
ki, onların heç də hər biri 
müstəqil siyasət aparmaq 
iqtidarında deyildir. Bunun 
müxtəlif səbəbləri vardır və 
bu, təkcə bugünkü siyasi 
mənzərə deyil, bu, əsrlər boyu 
belə olubdur. O ölkələr özünə 
dünyada layiq yeri tutar ki, 
o ölkələr öz hesabına yaşaya 
bilsinlər, başqa ölkələrin 
yardımına onların ehtiyacı 
olmasın - nə siyasi, nə iqtisadi 
cəhətdən, nə də ölkələrin 
ehtiyaclarının ödənilməsi 
baxımından. Azərbaycan bu 
ölkələrdəndir. Baxmayaraq ki
biz müstəqilliyi əldə edəndə, 
bəlkə də, Azərbaycan ən ağır 
vəziyyətdə idi”.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə